Ardını oxu...
Paytaxtın rayonlarında yenidən kənd təsərrüfatı yarmarkaları keçiriləcək, bu da qiymətlərin pik həddə çatmasının qarşısını almaq üçün nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, 19-20 noyabr tarixlərindən etibarən profilli struktur tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

KTN rəsmiləri əmindirlər ki, bu, kənd təsərrüfatı istehsalçılarımıza zəhmətlərinin bəhrəsini satmaq, paytaxt sakinlərinin isə bol tərəvəz, meyvə və digər məhsullar ala bilmək üçün alternativ kanaldır. Bunun üçün ölkənin 50 rayonundan 80 fermer şəhərə gələcək. Onlara pulsuz olaraq piştaxta, tərəzi, soyuducu və digər avadanlıq veriləcək, hətta maddi-texniki dəstək də göstəriləcək.

Bildirilir ki, yarmarkalarda məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət olunacaq. Burada qida keyfiyyətinə nəzarət laboratoriyası fəaliyyət göstərəcək. Yarmarkalar özləri Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 5 (“Gənclik” metrostansiyasının çıxışı) ünvanında açılacaq.

TEREF.AZ-ın məlumatına görə, alıcıların sözlərinə görə, bu yarmarkalarda qiymətlər paytaxt bazarlarındakı orta qiymətlərdən az fərqlənir. Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov AYNA-ya açıqlamasında illərdir ki, burada belə yarmarkaların keçirildiyini deyib: “Bəli, rayonlardan kənd təsərrüfatı istehsalçıları öz məhsullarını ora gətirirlər, lakin qiymətlər, bir qayda olaraq, orta bazar qiymətləri ilə eynidir. Hər zaman bu haqda danışırıq, amma mənası yoxdur”.

“Adi bazarlardan mal almaq daha sərfəlidir, çünki orada daha ucuz olur. Amma nəzəri cəhətdən kənd təsərrüfatı yarmarkaları təkcə yerli kənd təsərrüfatı məhsullarının satışını təmin etmək üçün deyil, həm də qiymətləri aşağı salmaq üçün nəzərdə tutulub. Amma nədənsə bu, baş vermir”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynovun sözlərinə görə, bütün dünyada keçirilən yarmarkalar regionlarda istehsal olunan məhsul və malları tez bir zamanda ticarətə cəlb etməyə imkan verir: “Beləliklə, birincisi, yerli istehsalın artımına təkan verir, ikincisi, istehlakçılar mütəmadi olaraq uyğun qiymətə təzə təbii məhsullar ala bilirlər. Bir sözlə, qiymətlər aşağı düşür, təklif artır”.

Lakin Bakıya gələn fermerlər qiymət etiketlərinin aşağı salınmasında maraqlı deyillər. Həmsphbət olduğumuz satıcıların sözlərinə görə, hətta indiki qiymətlərlə satmaq onlar üçün o qədər də sərfəli deyil, çünki rayondan şəhərə gəlmək əlavə xərcdir.

Doğrudan da, Bakıda onlar mənzil kirayələməlidirlər və daha yaxşı olar ki, bazara yaxın olsun. Amma bu ərazidə kirayə haqqı paytaxtda ən yüksək qiymətlərdən biridir. Bakı yarmarkalarına gələn digər kənd sakinləri bunu yerli icra hakimiyyətlərinin göstərişi ilə məcburi etdiklərini deyirlər. Mövcud qiymətlərlə məhsullarını öz rayonlarında da sata bilərlər.

Öz növbəsində, ekspertlər epizodik tədbirlərin aşağı effektivliyini vurğulayırlar. Süni şərait və direktiv qiymət təzyiqi isə onların fikrincə, bu təşəbbüsün kök salmasına və gələcək artım üçün təbii stimul almasına açıq şəkildə kömək etmir.

“Əvvəlcədən məlum idi ki, bu tədbirlər bahalaşma problemini həll etməyəcək. Üstəlik, epizodik xarakterinə və sistemli yanaşmanın olmamasına görə satış bazarlarının genişlənməsinə töhfə verə bilmirlər. Həqiqətən də, nəzərəçarpacaq səmərəlilik amilinə nail olmaq üçün belə təşəbbüslərin fermerin vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması üçün kompleks sistemli yanaşma sisteminə uyğunlaşdırılması arzuolunandır. Başqa sözlə, Kənd Təsərrüfatı Nazirliyinin özəl tədbirləri təsərrüfatların və istehlakçıların maraqlarını nəzərə alan ardıcıl sistemin və səlahiyyətli dövlət siyasətinin tərkib hissəsi olmalıdır”, - deyə kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli AYNA-ya şərhində söyləyib.

Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının qiymətini aşağı salmaq üçün paytaxtın periferiyasında topdansatış bazarlarının sayını artırmaq lazımdır. Eyni zamanda, anlamaq lazımdır ki, fermer özü istehsalçısı kimi öz rolu ilə məhdudlaşır, o, zəhmətə bağlıdır və kommersiya bazarının reallıqlarına uyğunlaşdırılmayıb. Kənd təsərrüfatı məhsullarının treyderlər vasitəsilə dolayı satışı təcrübəsi bütün dünyada mövcuddur və bu seqment topdansatış bazarlarının genişlənməsi və vasitəçilər üçün əlçatan olması baxımından ciddi diqqət tələb edir.
 
Ardını oxu...
Naxçıvan MR DİN-in Kadrlar Aparatındakı etibarlı mənbələrdən redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda adı Naxçıvan DİN-in əməkdaşları sırasında olan, lakin özü bir gündə olsun işə gəlməyən polis zabitindən bəhs olunur.

TEREF.AZ yazır ki, Ovqat.com-a daxil olan məlumatda bildirilir ki, Vasif Talıbovun oğlu “xanzadə-vəliəhd” Rza Talıbovun cangüdəni Mirsamil Seyidov Naxçıvan MR Daxili İşlər Nazirliyində polis zabiti kimi görünür. Amma indiyədək onun nazirliyin qapısından içəri girdiyini görən olmayıb. Adam işə götürüldüyü gündən Rza Talıbovun yanında fırlanır. Maaşını isə Naxçıvan MR Daxili İşlər Nazirliyindən alır.

Məktub müəllifi yazır: “Necə ola bilər ki, bir polis zabiti xidmətə qəbul edilən ilk gündən işə çıxmasın. Dövlət büdcəsi kiminsə şəxsi pulu, Naxçıvan MR DİN isə onun atasının şəxsi ferması deyil. Azərbaycan vergi ödəyiciləri hər il öz boğazından kəsib vergi verir ki, onun bir hissəsi Naxçıvana dotasiya kimi ayrılsın və “xanzadə” həzrətləri bu pulu öz şəxsi sürücülərinə, cangüdənlərinə yedirsin?”.

Məlumatda Seyidov Mirsamil Yasin oğlunun Naxçıvan MR DİN-ə necə ayaq açmasının qısa tarixçəsinə də yer verilir. İddia olunur ki, “vəliəhd-xanzadə”nin qoruması təxminən 2021-ci ilin iyul ayında Naxçıvan DİN-də xidmətə qəbul edilib: “Həmin vaxt Naxçıvanın indiki Daxili İşlər naziri Rəşad İsmayılovun səlahiyyətləri ələ keçirdiyi zaman idi. Mirsamil Seyidov da məhz Rəşad Seyidovun bir başa xeyir-duası ilə xidmətə qəbul olunub. “Xidmət”ə Naxçıvan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində başlayan cangüdənin ayağı bu şöbəyə düşməyib. İşə gptürüldükdən cəmi 4 aydan sonra, yəni 2021-ci ilin noyabr ayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi ləğv olunub. Şöbənin bir sıra işçiləri hələ də özlərinə iş yeri tapa bilməyiblər. Halbuki onların arasında peşəkar polislər də var. Mirsamil Seyidov isə şöbə ləğv olunduqdan dərhal sonra Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Hal-hazırda adı rəsmi sənədlərdə həmin idarənin əməkdaşı kimi görünür”.

Məktub müəllifi saytımız vastəsilə Azərbaycan Respublikası DİN-ə müraciət edərək bu məsələni araşdırmağı xahiş edir: “Mirsamil Seyidov ya xidmətdən xaric olunsun, yada ki, hamı kimi gəlib işə çıxsın. O, xidmətdən xaric olunacaqsa, 2021-ci ilin iyul ayından etibarən aldığı əmək haqqını dövlət büdcəsinə qaytarılsın və bu qanunsuzluğa yol verən Rəşad İsmayılov cəzalandırılsın”.

Məktubda həmçinin bildirilir ki, bu məsələ öz həllini tapmasa növbəti yazılarda adı Naxçıvan DİN-də olan, lakin özü olmayan digər əməkdaşlar haqqında məlumat veriləcək.

Bir sözlə, “Qara Pişik” demişkən, görünən budur ki, Rəşad İsmayılovun işi fırıqdır.
 
Ardını oxu...
Son günlər Cəlilabad rayonunda aparılan”kadr” islahatları əməlli-başlı gündəmə çevrilmək üzrədir. Belə ki, redaksiyamıza etibarlı mənbələrdən sızan məlumat, sözün həqiqi mənasında bizləri şoka saldı.
Cəlilabad RİH başçısı Rafiq Cəlilov 7 icra mümayəndəsini işdən azad edib. Güya, icra nümayəndələri işlərində ciddi nöqsanlara yol vermiş, əhali arasında narazılıqlar yaradıb.
Məsələ ilə bağlı rayonda araşdırma aparan əməkdaşımızın əldə etdiyi məlumat hər birinizi şoka salacaq. Bir sözlə, icra başçısı 7 icra nümayəndəsini işdən çıxartmaqla 100 min manat qazanacağı bildirilir. Rayonun S.S.İ rəisi vəzifəsindən azad edilən Mirhəsən Nəsirovun qaynını Üzün Təpə kəndinə icra nümayəndəsi təyin etmək üçün ondan 15.000 manat aldığı iddia edilir. Məlumatın nə qədər real olub-olmadığı isə hüquq mühafizə orqanları üçün maraqlı olmalıdır. Bunlardan əlavə icra başçısı öz üslübü ilə hərəkətə keçdiyi məlumatlar sırasındadır.
Növbəti yazılarımızda daha geniş bilgilər əldə edəcəksiz. Bizi izləməyi unutmayın…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AMİA.AZ
Ardını oxu...
Komitə rəsmi sorğulara cavab verməkdən yayınır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi II Qarabağ müharibəsindən sonra Qarabağda dağıdılmış və işğaldan azad edilmiş ərazilərin bərpası üçün çoxsaylı dövlət satınalmaları üzrə tenderlər həyata keçirib.

Bu satınalmaların şəffaf keçirilməməsi ilə bağlı xeyli iddialar var, çünki bərpa işlərinə nə qədər vəsaitin ayrılıb-ayrılmaması barədə ictimaiyyətə detallı məlumatlar verilməyib.

“Arqument.az”a daxil olan məlumata görə, qurumun sifarişçi olduğu tenderlərdə qalib elan edilən şirkətlərin böyük əksəriyyəti qurumun rəhbər şəxslərinə məxsusdur.

Məsələn, 2022-ci ilin əvvəllərində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 304 min manatlıq tenderə yekun vurub.

Bu tenderin qalibi “Bureau Mühit” MMC olub.

Sədr müavininin oğlu və ictimai şura üzvü tender qalibi olur…

“Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul Şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin digər bir tenderində (Daşaltı kəndinin layihələndirilməsi işi üzrə sifarişçi olduğu 250 min manatlıq tenderdə) isə “Feniks-AA” MMC qalib elan edilib.

Bu şirkətin Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsus olduğu bildirilir. Hətta bununla bağlı mediada da bir sıra məlumatlara rast gəlinir.

Bildirilir ki, Arxitektura Komitəsi bu kimi satınalmaları əsasən tabeliyində faliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin sifarişləri ilə reallaşdırır.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tabeliyində olduğu Arxitektura Komitəsindən gələn tapşırıqlarla satınalmalardakı qalibləri müəyyənləşdirir.

Məlumatda isə bildirilir ki, bu proseslərin arxasında Arxitektura Komitəsinin sədri Anar Quliyevin müşaviri Rüfət Mahmud dayanır və Rüfət Mahmud Komitənin “qara kassa”sı hesab edilir.

Memarlıq sahəsinə bələd olmayan, bu sahədə çalışmayan Rüfət Mahmudun qurumda baş verən bütün maliyyə proseslərinə nəzarət etmək üçün müşavir təyin edilməsi də prosesin şəffaf olmadığından xəbər verir.

Rüfət Mahmudun törəmə şirkətləri…

Bildirilir ki, Rüfət Mahmud eyni zamanda, birbaşa adına olmasa da, himayə və nəzarət etdiyi MMC-ləri də satınalmalara cəlb edir. İndiyədək onun nəzarətində olan bir sıra MMC-lər dövlət satınalmalarında iştirak edib. Bu şirkətlər, əsasən də tikinti və konsultasiya sahələrində sifariş verilən dövlət satınalmalarında qalib elan edilib.

R. Mahmuda yaxın MMC-lər əsasən iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinin tabeliyində fəaliyyət göstərən qurumlara konsultasiya xidməti göstəriblər.

Sayt Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin sədri Anar Quliyevə mövzu ilə bağlı rəsmi sorğu göndərsə də, bir neçə ay keçməsinə baxmayaraq, sorğuya heç bir cavab verilməyib.

Qeyd edək ki, Rüfət Mahmuda yaxın şirkətlərin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) satınalmalarında da qalib olub.
Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba rayon idarəsində rəsmən özbaşınalıq hökm sürür. DİA.AZ bildirir ki, bu barədə Pünhan adlı Quba sakininin şikayətindən də anlaşılır.

Narazı vətəndaş yazır: "Qardaşım ayaqlarından əziyyət çəkirdi.əsgərliyə görə komissarlığa çağırdılar. Yoxlanması üçün xəstəxanaya göndərildi.xəstəxana yastıpəncəliliyin 3-cü dərəcəsini təyin etdi. Lakin sonra yenidən komissarlıq işçisi "mən öz cibimdən pul verib səni yenidən yoxladacam" dedi.

Orada 2-ci dərəcə yazdılar və hərbiyə göndərdilər.qardaşım iki ay olacaq gedib. Lakin 2-3 gün hərbi ayaqqabı geyinib.

Qalan vaxtı ancaq şəp-şəp geyinib. Hərbi hissə də yoxlanışa göndərmir. Biz nə edək, kimə müraciət edək?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Teref.az olaraq Ucar rayonun bir qrup vətəndaşı tərəfindən yazılmış şikayət məktubunu təqdim edirik:
Ucar rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının yaratdığı korrupsiya şəbəkəsinin qanunsuz əməllərindən rayon sakinləri çox əziyyət çəkirlər.
Zeynal Bayramlı kimdir ? Əslən Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəninin qardaşıdır.Məhz bu səbəbdən Zeynal Bayramlı 2007-ci il tarixdən Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirilib.Bundan sonra Ucar xəstəxanasının qara günləri başlayıb.
Ardını oxu...
Zaman-zaman savadlı həkimlər bezdirilərək öz ərizələri ilə işdən çıxarılıblar.Bu səbəbdən Ucar sakinlərinin əksər hissəsi müayinə və müalicələr üçün qonşu rayon xəstəxanalarına üz tutmalı olublar.
İcbari tibbi sığorta Ucar xəstəxanasında işləmir müayinə və müalicələr pulludur. Bir oraqnın üçün Ulturasəs müayinə 30 manatdır, qan analizi 30 manat, rentgen müayinəsi 30 manat və digər müayinələr 30 manat təşkil edir.Buna görə imkansız insanlar çox əziyyət zülm çəkirlər.
Qanunsuz bülletenlər 200 manat.İstənilən sağlam şəxs iş yerinə təqdim etmək üçün Ucar xəstəxanasndan 10 gün üçün bülleten almağa 200 manat pul verir.Bunu subut etmək üçün xəstəxanada olan müşahidə kameralarına baxmaq kfayətdir ki, bülletein yazılmış şəxslər həmin günləri xəstəxanaya gəlməyiblər, nədəki onlar müalicə olunmayıblar.
Stasionar müalicə olunan xəstələrə verilən yeməklər yararsız olduğu üçün evdən gətirilən yeməklərlə qidalanırlar.Ərzaq məhsulları isə baş həkim Zeynal Bayramlı tərəfindən satdırılır.
Tibb bacısı, mühafizəçi, xadimə və digər işlərə qəbul olunmaq üçün Zeynal Bayramlıya verilən rüşvətin aşağı qiyməti 5000 manatdan başlayır.
Həyat yoldaşı Sona Bayramlının Bakı şəhərində açdığı “Kadr Kursları” Tədris Mərkəzinin satdığı 1 aylıq tibb kursları sertifikatı ilə Zeynal Bayramlı çoxlu sayda savadsız, təcrübəsiz insanları 5000 manat rüşvət alıb işə qəbul edib. Hansı ki, həmin şəxslər bir gündə olsun tibb kurslarında iştirak etməyiblər.Dələduz ər-arvadın bu hərəkətləri cinayət əməlidir.
Çoxlu sayda əlil insanlar var ki, dövlətin ayırdığı dərman pereparatları və tibb ləvazimatları ilə təhciz olunmurlar.
Zeynal Bayramlının talaçılıq yolu ilə əldə etdiyi varidat göz qamaşdırır.
Təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzilləri var.Bakıda ağ şəhərdəki evi 550 000 (beş yüz əlli min) manata alıb.Novxanıdakı möhtəşəm bağ evinə 600.000 (altı yüz min) manat verib.Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında möhtəşəm villalar inşa etdirib.Qohumu Ziya Məmmədovun ana vətənində Ucarın Qazıqumlaq kəndində böyük bir ev inşa etdirib.Ancaq hazırda Göyçay şəhərindəki evində yaşayır.Bakı şəhərində 18 yerdə ticarət obyektinə sahiblənən Zeynal Bayramlı ata yurdu olan Ağsuda özünə xüsusi klinika açmışdır.Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digə əşyalar ora aparılmışdır.
Zeynal Bayramlı bahalı avtomobil xəstəsidir.Onun kolleksiyasında aşağı qiyməti 100.000 manat olan 12 ədəd maşını var.
Zeynal Bayramlı 15 il ərzində talançılıq yolu ilə böyük kapitala, daşınmaz əmlaka sahib olduğu kimi həmdə böyük nifrət qazanmışdır.Elə buna görədir ki, adamı 5 nəfər cangüdən mühafizə edir.Respublikanın heç bir yerində belə özbaşınalıq yoxdur.
Zeynal Bayramlı əhali arasında özü barədə belə bir rəy yaradıb ki, böyük vəzifədə adamları olduğu üçün ondan edilən şikayətlərə baxılmır.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən xahiş edirik Ucar xəstəxanasına diqqət edib obyektiv yoxlamalar aparıb korrupsiya xəstəliynə tutulmuş Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının barəsində ciddi tədbirlər görəsiniz.

Ucar rayon sakinləri
Seyidov Sadiq Əhməd oğlu Əlaqə tel; 051 544-98-86
Əliyev Famil Mahmud oğlu
Hüseynov Səməd Şakir oğlu
Kərimova Aytən Nüsrət qızı
Rəhumov Bahadur Yasin oğlu
Məmmədova Firuzə Vəli qızı
Cavadova Məsimə Kamil qızı
Eminova Aygün Faiq qızı
 
Ardını oxu...
“Bərdənin icra hakimiyyətinin başçısı Vidadi İsayevdən həm Dövlət Təhlükəsizlik Xidmətinə, həm də Baş Prokurluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlər arasında icra başçısının cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə biləcək faktlar var”.

TEREF.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-ya bir qrup Bərdə sakinlərinin yazdığı müraciətdə bildirilir.

Sakinlər adından yazılan məktubda deyilir ki, Vidadi İsayev şəhid ailələri və qazilərin problemlərini təşkil olunan tədbirlərlə ört-basdır edir: “Bütün işləri də işçilərinə tapşırır. Fərdi şəkildə nə şəhid ailələrinin, nə də qazilərin qayğıları ilə maraqlanmır. Onun rayona məxsus örüş-otlaq sahələrini satması , Mənzil Kommunal Birliyinin yanacağına göz dikməsi faktları var”.

Sakinlər iddia edir ki, Vidadi İsayevdən hüquq-mühafizə orqanlarına edilən şikayətlər arasında onun cinayət məsuliyyətinə cəlb olunmasına əsas verən faktlar da var.
Ardını oxu...
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində son dönəmlər danışılan neqativlik, özbaşınalıqlar haqqında bəlkə də gələcəkdə kitablar, dastanlar yazmaq olar. Cavid Qurbanovun bu quruma sədrlik etdiyi dönəmdə narazılıqlar o həddə çatıb ki, artıq yazmaqla bitib tükənmək bilmir.

Cavid Qurbanov Ziya Məmmədovu qapı arasında qoyub bu quruma sədr təyin olunduqdan sonra qurumda maraqlı kadr islahatları aparıb.

Belə ki, həmin dönəmdə eks spiker Oqtay Əsədovun qohumu Zaman Novruzovu özünə müavin təyin edən Cavid Qurbanov qurumda qara işləri ona həvalə edərək özünün qara kassasına çevirir.

Vaxtilə "Azərsu" ASC-də Satış Departamentinin rəhbəri olan Zaman Novruzov demək olar ki, bu qurumda da haqqında heç də müsbət sözlər danışılmayıb. Bir sozlə hansı qurumda vəzifədə olubsa adı qalmaqallarda, korrupsiya, rüşvətdə hallanıb. Qısacası Zaman Novruzov Dəmir Yollarının sədr müavini olmamışdan əvvəl də “Azərsu"yun talan edilməsində əvəzsiz rol oynayıb.

"Azərbaycan Reallığı"na məlumatlı mənbə bildirir ki, Prezidentin muxalif sərəncamı ilə Dəmir Yolunda postunu itirən Qurbanov onu isə bir neçə ay vəzifəsini icra edən Hicran Valehov dönəmində də Zaman Novruzova gözün üstündə qaşın var deyən olmayıb.

Mənbə bildirir ki, Zaman Novruzov bir vaxtlar Oqtay Əsədov, Ağalar Vəliyev kimi dırnaqarası oliqarxların qara işinin başında dayanıb elə məhz bu bacarığına görə də Qurbanov onu özünə müavin təyin edərək bir çox qara işlərini ona həvalə etmişdir.

Qeyd edək ki, dəmiryolunda keçirilən tenderlər, eləcə də təmir tikinti, təsərrüfat işləri, həkim-sanitar xidməti Zaman Novruzovun kurasiyasına daxil idi. Mənbə bildirir ki, Zaman Novruzov olduqca böyük biznesə imkanlara malikdir hətta onun xaricidə də dəyərli mlyonlarla ölçülən muxtəlif biznes şəbəkəsi var.

Bir neçə gün bundan öncə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri vəzifəsinə yeni təyin olunan Rövşən Rüstəmov bu qurumda artıq köklü islahatlara start verməsi haqqında məlumatlar yerli KİV-ə azda olsa sızdırılır. Mənbə bildirir ki, bundan təşvişə düşən Zaman Novruzov yeni sədrə yaxınlaşmaq üçun bir çox qapıları döysədə hələ müsbət cavab ala bilməyib.

Bəs görəsən Rövşən Rüstəmov Cavid Qurbanovun qara kassalarından biri olan adı müxtəlif korrupsiya, rüşvətxorluqda hallanan bir sözlə Dəmir Yolundakı maxinasiyaların bir çoxuna şərik olan Zaman Novruzovu yenidən özünə müavin kimi vəzifəsində saxlayacaqmı? Bu suala cavab yeni sədrin yaxın zamanlardakı faliyyəti cavab verəcək.

Mənbə onu da iddia edir ki, yaxın zamanlarda sözü gedən Dəmir Yollarında ciddi yoxlamalar və araşdırmalar aparılacaq həmin araşdırmalara Cavid Qurbanovun bir çox müavinləri Qurbanov dönəmində vəzifə verdiyi bir çox şəxslər eləcə də Zaman Novruzov araşdırlamalara cəlb olunacağı deyilir.

"Azərbaycan Reallığı" qarşı tərəfin də mövqeyini tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM
 

Dünyapress TV

Xəbər lenti