DİA.AZ: - ""Azneft" rəhbırliyinin bundan xəbəri varmı? Artıq 4 gündür ki, 28 May NQÇİ platformalarına növbə dəyişməyə gedəcək neftçilər hər gün Bakı və rayonlardan Pirallahıda olan helikopter meydançasına gəlir və bir müddət keçdikdən sonra helikopter çatışmamazlığı bəhanəsilə geri qaytarılır". DİA.AZ bildirir ki, bu barədə Neft Daşlarında çalışan neftçilərin adından edilən müraciətdə qeyd olunur.
"Kim nə qazanır bilmirik, amma neftçilər hər gün əmək haqlarının müəyyən hissəsini itirirlər" deyə problemi qabardan neftçilərin müraciətində daha bir narahatçılıq yaradan olayla bağlı da fakt təqdim olunur. DİA.AZ müraciətin davamını təqdim edir:
"4 gün əvvəl COVİD virusunu yoxlamaq üçün neftçilərdən alınmış yaxma "qıcqırdığı" üçün onlardan yenidən yaxma alınacaq. Otel qeyd olunacaq. Neftçilər qayıdıb evlərinə gedəcək, sonra yeni cavabla helikopter meydançasına gələcək və s.
İndi hesablayın qazanan kim, əziyyət çəkən kim?.."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Naxçıvanın Ədliyyə naziri, həftəbecər general Daşqın Rəhimov cəmi 3 il ərzində hərbi mayordan ədliyyə generallığına yüksəlib. “Qara Pişiyin” iddiasına görə, Daşqın Rəhimov zəhmətkeş ailədə dünyaya göz açıb. Atası Hidayət Rəhimov qaynaqçı işləyib. Daşqın müəllimin özü də əmək fəaliyyətinə keşməkeşlərlə başlayıb. O, ilk əvvəl Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində nadzor vəzifəsi daşıyın. Nadzorların rütbəsi isə uzaqbaşı çavuş, baş çavuş olur. Daha sonra tale onun üzünə gülməyə başlayıb. Cahan Holdinqin prezidenti Vüqar Abbasovla qohum olan Daşqın müəllim MR Ədliyə Nazirliyindən MR Prokurorluğuna keçib. Əvvəl MR Prokurorluğunda Katiblik şöbəsində rəis köməkçisi işləyib. Ardınca da Şahbuz rayon prokuroru təyin olunub. Cəmi 1 il Şahbuz rayon prokuroru işləyən Daşqın Rəhimov 2019-ci ildə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis vəzifəsinə gətirilir. Onun rəhbərliyi altında fəaliyyət göstərən sabiq işçilərinin dediyinə inansaq, bu xidmətə rəhbər təyin ediləndə Daşqın Rəhimov ədliyyə mayoru idi. Yeni vəzifəsində ona dərhal dərhal hərbi rütbə - polkovnik leytenant rütbəsi verilir. Halbuki xidməti rütbədən hərbi rütbəyə keçmək qanunən mümkün deyil. Üstəlik, mayordan polkovnik-leytenantlığa yüksəlmək üçün ən azı 6 il xidmət göstərməlisən. Daşqın Rəhimov isə bu iki qat müşkülün öhdəsindən cəmi bir neçə ay ərzində gəlməyi bacarır. Bununla da qalmır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəhbərliyinin 9-cu ayında birdən-birə polkovnikliyə də yüksəlir. Təbii ki, hərbi sahə üzrə polkovnik olur. 9 aydan sonra növbəti sürprizə də imza atır. O, Naxçıvan “xan”ı Vasif Talıbovun 27 aprel aprel 2020-ci il tarixli fərmanı ilə Ədliyyə naziri təyin olunur və generallıq rütbəsinə yüksəlir. Bu dəfə də hərbi rütbədən xüsusi rütbəyə qayıdır. Qısası, Daşqın Rəhimov 3-4 il ərzində mayorluqdan generallığa yüksəlir. Özü də gah xüsusi, gah da hərbi rütbələr arasında var-gəl edə-edə. Hətta arada bütün rütbələrindən imtina edib Azercell-in Naxçıvan bürosunun rəhbəri vəzifəsində də çalışır. Odur ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin işçiləri öz aralarında ona ya həpcoş general, ya da həftəbecər general da deyirlər. Həftəbecər general olmağına baxmayın, Daşqın Rəhimov mal varlığı baxımdan bir çox nazirləri kölgədə qoyacaq imkanlara sahibdir. “Qara Pişiy”in dediyinə görə, Naxçıvan şəhərinin mərkəzində onun yan-yana iki böyük dükanı var. Bunlardan biri telefon dükanıdır. Digərini isə “Ferda şirniyyat” adlı şirkətə kirayəyə verib. Bundan əlavə yaxın qohumu Vüqar Abbasovun adına rəsmiləşdirilmiş “Cahan” AVM-dəki məşhur çayçı da Daşqın Rəhimovdur. Naxçıvana bütün konturları gətirmək və satmaq onun inhisarındadır – “Nar”dan tutmuş “Azercell”ə qədər. Daşqın Rəhimovun əsas gəlir mənbəyi isə Naxçıvanda fəaliyyət göstərən notarial xidmətlər, nigah evləri və s. kimi Ədliyyə Nazirliyinə aid qurumlardır. Təbii ki, Naxçıvanın Guantanamo ləqəbli Böyükdüz əsirxanası da onun nəzarətindədir. Hər gün bu əsirxananın dustaqlarının qul kimi işlədildiyi plantasiyalar da Daşqın Rəhimovun sərvətlərini adına müvafiq şəkildə daşdırır. Bu sərvətlərin sayəsində Ədliyyə nazirinin Naxçıvan şəhərində çox möhtəşəm iqamətgahı da var, maşınları da həmçinin. Özü Lexus 570 markalı maşın, oğlu isə Mazda 6 sürür. Nömrələri də elə maşın qiymətinədir. Öz maşını 500, oğlunun maşını isə 444 rəqəmləri ilə bitir. Bir sözlə, Naxçıvanın Ədliyyə naziri elə-belə generallardan deyil. O, bütün sərvətləri və hərəkətləri ilə həpcoş və ya həftəbecər genaral adını doğrultmağa çalışır. Heydər Oğuz Teref.az
Bir qrup Ucar rayon sakinləri "DogruXeber.az" İnformasiya agentliyinə elektron poçt vasitəsilə şikayət məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Ucar rayon sakinləri tərəfindən
ŞİKAYƏT
Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının yaratdığı korrupsiya şəbəkəsinin qanunsuz əməllərindən rayon sakinləri çox əziyyət çəkirlər. Zeynal Bayramlı kimdir ? Əslən Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəninin qardaşıdır.Məhz bu səbəbdən Zeynal Bayramlı 2007-ci il tarixdən Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirilib.Bundan sonra Ucar xəstəxanasının qara günləri başlayıb. Zaman-zaman savadlı həkimlər bezdirilərək öz ərizələri ilə işdən çıxarılıblar.Bu səbəbdən Ucar sakinlərinin əksər hissəsi müayinə və müalicələr üçün qonşu rayon xəstəxanalarına üz tutmalı olublar. İcbari tibbi sığorta Ucar xəstəxanasında işləmir müayinə və müalicələr pulludur. Bir oraqnın üçün Ulturasəs müayinə 30 manatdır, qan analizi 30 manat, rentgen müayinəsi 30 manat və digər müayinələr 30 manat təşkil edir.Buna görə imkansız insanlar çox əziyyət zülm çəkirlər. Qanunsuz bülletenlər 200 manat.İstənilən sağlam şəxs iş yerinə təqdim etmək üçün Ucar xəstəxanasndan 10 gün üçün bülleten almağa 200 manat pul verir.Bunu subut etmək üçün xəstəxanada olan müşahidə kameralarına baxmaq kfayətdir ki, bülletein yazılmış şəxslər həmin günləri xəstəxanaya gəlməyiblər, nədəki onlar müalicə olunmayıblar. Stasionar müalicə olunan xəstələrə verilən yeməklər yararsız olduğu üçün evdən gətirilən yeməklərlə qidalanırlar.Ərzaq məhsulları isə baş həkim Zeynal Bayramlı tərəfindən satdırılır. Tibb bacısı, mühafizəçi, xadimə və digər işlərə qəbul olunmaq üçün Zeynal Bayramlıya verilən rüşvətin aşağı qiyməti 5000 manatdan başlayır.
Həyat yoldaşı Sona Bayramlının Bakı şəhərində açdığı “Kadr Kursları” Tədris Mərkəzinin satdığı 1 aylıq tibb kursları sertifikatı ilə Zeynal Bayramlı çoxlu sayda savadsız, təcrübəsiz insanları 5000 manat rüşvət alıb işə qəbul edib. Hansı ki, həmin şəxslər bir gündə olsun tibb kurslarında iştirak etməyiblər.Dələduz ər-arvadın bu hərəkətləri cinayət əməlidir. Çoxlu sayda əlil insanlar var ki, dövlətin ayırdığı dərman pereparatları və tibb ləvazimatları ilə təhciz olunmurlar. Zeynal Bayramlının talançılıq yolu ilə əldə etdiyi varidat göz qamaşdırır. Təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzilləri var.Bakıda ağ şəhərdəki evi 550 000 (beş yüz əlli min) manata alıb.Novxanıdakı möhtəşəm bağ evinə 600.000 (altı yüz min) manat verib.Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında möhtəşəm villalar inşa etdirib.Qohumu Ziya Məmmədovun ana vətənində Ucarın Qazıqumlaq kəndində böyük bir ev inşa etdirib.Ancaq hazırda Göyçay şəhərindəki evində yaşayır.Bakı şəhərində 18 yerdə ticarət obyektinə sahiblənən Zeynal Bayramlı ata yurdu olan Ağsuda özünə xüsusi klinika açmışdır.Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digə əşyalar ora aparılmışdır. Zeynal Bayramlı bahalı avtomobil xəstəsidir.Onun kolleksiyasında aşağı qiyməti 100.000 manat olan 12 ədəd maşını var. Zeynal Bayramlı 15 il ərzində talançılıq yolu ilə böyük kapitala, daşınmaz əmlaka sahib olduğu kimi həmdə böyük nifrət qazanmışdır.Elə buna görədir ki, adamı 5 nəfər cangüdən mühafizə edir.Respublikanın heç bir yerində belə özbaşınalıq yoxdur. Zeynal Bayramlı əhali arasında özü barədə belə bir rəy yaradıb ki, böyük vəzifədə adamları olduğu üçün ondan edilən şikayətlərə baxılmır. Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən xahiş edirik Ucar xəstəxanasına diqqət edib obyektiv yoxlamalar aparıb korrupsiya xəstəliynə tutulmuş Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının barəsində ciddi tədbirlər görəsiniz.
Ucar rayon sakinləri Seyidov Sadiq Əhməd oğlu Əlaqə tel; 051 544-98-86 Əliyev Famil Mahmud oğlu Hüseynov Səməd Şakir oğlu Kərimova Aytən Nüsrət qızı Rəhumov Bahadur Yasin oğlu Məmmədova Firuzə Vəli qızı Cavadova Məsimə Kamil qızı Eminova Aygün Faiq qızı "
P.S: Qeyd edək ki, vətəndaşların iddiaları ilə bağlı Zeynal doktorun da mövqeyini öyrənmək istədik. Bunun üçün bir neçə dəfə zəng etsək də doktorun mobil nömrəsi zəngləri qəbul etmirdi. Odur ki, qeyd edilən məlumatları Zeynal doktorun votsap nömrəsinə göndərdik və səsli mesaj vasitəsilə deyilənlərə fikir bildirməsini xahiş etdik. Zeynal doktor deyəsən bundan tədirgin oldu və cavab əvəzinə qısaca, "məhkəmədə görüşərik" yazmaqla, bizi məhkəmə ilə təhdid etdi. Doğrusu yalan olduğunu dediyi bu məlumatlara görə onun bu qədər narahat olma səbəbini anlamadıq.
Naxçıvanın Nigah evinin müdirələri "Qara Pişik"dən şikayətçidirlər. Deyirlər ki, biz hər evlənən cütlükdən 20 manatı özümüz üçün almırıq. Bu, Ədliyyə naziri Daşqın müəllimin boynumuza qoyduğu tasdır. İndi nə edək, kimsə evlənəcək deyə, onun Daşqın müəllimə çatacaq şirinliyini öz cibimizdən verək? Vallah, söz tapa bilmədim cavab verməyə. "Qara Pişik" axırda məni hamı ilə düşmən edəcək. Səni görüm yanasan, "Qara Pişik" TEREF.AZ yazır ki, bunu Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyir. Daha sonra baş redaktor fikrini davam etdirərək deyir: Qazilər Şurasından Naxçıvan MR Nigah evi müdirələri üçün fitva dərəcəli səmərəli təklif: "Müstəhəbdir ki, Nigah evlərinin qabağına nəzir qutusu qoyulsun və üzərində "nazir Daşqın Rəhimov üçün şirinlik kassası, minimum məbləğ 20 manat" yazılsın".
Tez qaçıb “Atalar sözü” kitabını vərəqləməyin. Bu atalar sözünü “Qara Pişik” kəşf edib. Dediyinə görə, Naxçıvanın pendiri qədər ləziz təama heç Hollandiyada da rast gəlməyib. “Xan” həzrətlərinin qəzəbinə tuş gəlib artıq tarixə qovuşan Naxçıvan təndirində bişən lavaşdan da dünyanın heç bir yerində yoxdur. Baxmayaraq ki, indi ermənilər Naxçıvan lavaşını öz adlarına çıxırlar və Vasif “xan” da Muxtar Respublikada bütün təndirləri məhv edərək əslində erməni dəyirmanına su töküb. Amma yenə də Bakıda İrandan alınan çörəkbişirən sobalarda Naxçıvan lavaşı bişirilir və özünə yaxşı da müştəri cəlb edir. Bakı lavaşçıları, təbii ki, yaxşı qazanma imkanlarını qibleyi-aləmin məhv etdiyi Naxçıvan təndirinə borcludur.
Bəs, Naxçıvan tenderi hardan çıxdı? Hə, indi gəldik çıxdıq əsl mətləbə.
Xatırlayırsınızsa ötən gün xəbər vermişdik ki, bizim “Qara Pişik” gecəni xəlvət bilib Naxçıvanın “Boz kardinalı” Azər Zeynalovun kabinetinə girib. Hardansa onun kabinetindəki seyfinin açarını tapıb və qapısını açaraq bəzi sənədləri çırpışdırıb. Həmin sənədlərdən biri də məhz Naxçıvan tenderi barəsindədir. Daha doğrusu tender dəryasının kiçik bir damlasını əks etdirir. “Qara Pişiy”in bildirdiyinə görə, indi sizə təqdim olunan bu sənəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq bağçalarında olan nasazlıqlar haqqında MR Nazirlər Kabinetinin hazırlayıb təsdiqləmək üçün Vasif “xan”a göndərdiyi maliyyə hesabatıdır. Hesabatda uşaq bağçaları üçün alınacaq çaydandan tutmuş əl-üz dəsmalına qədər bir çox məişət əşyalarının adı və qiyməti sıralanır. Yekun qiymət olaraq da 42 min 545 manat 89 qəpik göstərilib.
“Qara Pişiy”in iddiasına görə, bu məişət əşyalarının qiyməti bazar qiymətindən xeyli bahadır. Bu da təəccüblü deyil. Çünki Naxçıvan tenderlərində adətən belə olur: tenderə əsasən iki şirkət qatılır. Bunlardan biri Vasif “xan”ın “Gəmiqaya”, digəri isə yenə Vasif “xan”ın Cahan holdinqləridir. Bir sözlə, Vasif “xan” tenderlərdə özü-özü ilə rəqabət aparır. İndi aydındırmı, Naxçıvan tenderləri niyə Naxçıvan pendiri kimi unikallığı ilə dünya tarixinə düşməyə haqq qazanıb? Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindəki mənbələrdən redaksiyamıza sızdırılan digər sənədlər təsdiq edir ki, Azərbaycan hər il bu bölgəyə ayırdığı dotasiyaların həcmini artırdıqca, “xanlıq” rejimi də dövlət sifarişlərinin qiymətini artırıb. Dolayısıyıla hər il artan dotasiyalar əhalinin rifahının yüksəldilməsinə deyil, Talıbovlar ailəsinin biznesinin çiçəklənməsinə sərf olunub.
Təqdim etdiyimiz sənəddən aydın olur ki, Naxçıvan Maliyyə Nazirliyi “xan” ailəsinə məxsus “Əcəmi” nəşriyyatında qiymətlərin 20 faiz artırılması barədə əmr verib və yeni qiymətləri təqdim edib. Mənbəmiz bildirir: “Qeyd etmək istərdim “Əcəmi” nəşriyyatı “xan”ındır və oranin gəliri tamamilə “xan”a çatır. Nəşriyyat Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynli tərəfindən idarə olunur”.
Məşhur rus yazıçısı Qoqolun “Ölü canlar” əsərində bir fraza nədənsə həmişəlik yadımda qalıb. Qoqol yazırdı ki, Rusiyanın iki dərdi var, axmaqlar və yollar (duraki i doroqi)! əvvəllər fikirləşirdim ki, o boyda əsərdən niyə məhz bu söz yadımda qalıb?! Sonra belə nəticəyə gəldim ki, yaşadığım Neftçala rayonunda ən böyük problemlərdən birinin məhz yollar olması səbəbindən bu fraza yaddaşıma həkk olub, amma başqa formada: Neftçalanın iki dərdi var,yollar və Fizuli Babayev! Fizuli Babayev kimdir?
Fizuli Babayev 30 ilə yaxındır ki, Neftçalanın asfalt yollarını sağmal mal kimi sağıb, özünə milyon manatlarla “gün ağlayan” korrupsioner məmur! İşlədiyi müddət ərzində 4-5 icra başçısı dəyişən Fizuli Babayev hər gələn başçı ilə necə “dil tapırsa” heç kim ona gözün üstündə qaşa oxşar nəsə var demir? Mən, hələ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyini demirəm! Burada Fizuli Babayev hansı hörmətə malikdirsə onun barəsində edilən bütün şikayətlər, güllə polad zirehə dəyib geri qayıtdığı kimi şikayətçinin üzərinə qayıdır! Belə baxanda onları da qınamıram, kim öz pul qabını itirmək istəyər?! Deyəcəksiniz ki, nə fərqi var ki, Fizuli olmasın, olsun oğlu Ruslan! Razıyam! Lakin burda bir amma var! Buda odur ki, Fizuli artıq sinaqdan çıxmış köhnə kadrdır. Yəqin ki, 30 il ərzində yetişdirilmiş belə “kadrı” AAYDA də itirmək istəmirlər və bu səbəbdən onun bütün şıltaqlıqlarına göz yumurlar! Yox əgər fikirləşsəniz ki, mən, Fizuli Babayevə böhtan atıb, onun şərəf və ləyaqətini təhqir edirəm, yaxud işgüzar nüfuzuna ləkə vururam, onda xahiş edirəm bir gün Neftçalaya gəlib qonağım olun! Onda mən Sizə rayonumuza yeganə giriş-çıxış yolu olan Neftçala-Salyan avtomobil yolundan başlamış, Neftçala şəhərinin daxili küçələrinədək bir çox yollarla yanaşı, Fizuli Babayevin fermasına gedən yolu göstərərəm. Sonra özünüz nəticə çıxararsınız! Onu da nəzərinizə çatdırım ki, Fizuli Babayevin müəssisəyə məxsus maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin və işçi kontinqentinin kənar işlərə cəlb etməsini rəhbərlik bilib və yəqin bu gündə bilir! Buna sübut olaraq, hələ 2012-ci ildə bu idarə “319 saylı Yol İstismar İdarəsi” olarkən, “Azəryolservis” ASC-nin sədr müavini cənab Vaqif Hacıyevin imzası ilə Fizuli Babayevə ünvanlanmış məktubu göstərmək olar. Bu məktubda müəssisəyə məxsus maşın-mexanizlərin, nəqliyyat vasitələrinin və işçi kontinqentinin kənar işlərə cəlb edilməsinin qarşısının alınması, texnika vasitələrin yalnız təyinatı üzrə istifadəsinin təmin edilməsi Fizuli Babayevə tapşırılsada, Fizuli Babayev dünəndə, bu gündə bu texnikalardan öz bildiyi kimi istifadə edir. İşçi kontingentinə gəlincə isə bu idarədə çoxlu sayda “ölü can” var! Bu barədə isə bizə “50 saylı Yol İstismarı” MMC-də avto-qreyderçi işləyən Azad Novruzov məlumat verib. Azad Novruzovun bildirdiyinə görə Fizuli Babayevin fermasında çoban olan şəxsdən tutmuş, çayxanasında işləyən çayxanaçıyadək bir çox şəxsin adı bu idarəyə müxtəlif vəzifələrdə gedir. İdarə isə demək olar ki, Fizuli Babayevə məxsusdur. Hətta bu idarəyə hal-hazırda Fizuli Babayevin oğluRuslan Babayev rəhbərlik etsədə, faktiki olaraq rəhbərlik Fizuli Babayevə məxsusdur?! Bu fakt isə onu sübut edir ki, Fizuli Babayev cəzasızlığına əmin olduğu üçün bir-belə korrupsiya faktı ilə dolu olan idarəyə oğlunu rəhbər təyin etdirib! “Təyin etdirib deyəndə” Fizuli Babayev kiməsə əmr, göstəriş verməyib, lazım olan şəxslərə 70.000 (?!) manat verib və oğlu Ruslan Babayev həyatda atasının sələfi olduğu kimi, idarədə də onun sələfi olub-bu faktı da Azad Novruzov deyir! Deyəcəksiniz ki, bu yol idarəsi nə idarədir ki, onun rəhbərliyinə təyinat üçün 70.000 manat tələb edilsin?! Onda mən, Sizə apardığımız araşdırma nəticəsində əldə etdiyimiz və on il bundan əvvələ aid olan bir sıra faktları təqdim etmək istəyirəm: -2011-ci ildə Neftçala şəhərinin nə üç qəsəbəsinin daxili yollarının təmiri üçün dövlət büdcəsindən 515.299,84 (beş yüz on beş min iki yüz doxsan doqquz manat 84 qəpik) manat vəsait ayrılıb; -Bankə qəsəbəsi üzrə: 69.904,62 manat -Xıllı qəsəbəsi üzrə: 91.874,16 manat -Həsənabad qəsəbəsi üzrə: 59.918,11 manat -Neftçala şəhər İƏN-i üzrə: 293.602,95 manat Ötən on il ərzində bu vəsaitdən ən azı üç-dörd dəfə dövlət tərəfindən “50 saylı Yİ” MMC-nin hesabına köçrüldüyünü var hesab etsək, onda bu rəqəmlərin yanında 70.000-nin necə cılız göründüyünü başa düşmək çətin olmaz! Azad Novruzov onu da qeyd etdi ki, Fizuli Babayevin həm rayon rəhbərliyi səviyyəsində, həm də AAYDA-nin rəhbərliyində himayədarları var. AAYDA-nə şikayətlə müraciət edən Azad Novruzovu pandemiya səbəbindən əvvəl qəbul etməyiblər, sonra qəbul etsələrdə sadəcə yola salıblar. Bütün bundan ürəklənən Fizuli Babayev isə AAYDA-nin əli ilə onun avto-qreyderini əlindən alıb, adınıda qoyub ki, guya azad olunmuş ərazilərdə istifadə edilir. Azad Novruzovun bildirdiklərinə görə o, bu avto-qreyderin təkcə sürücü yox, həm də mexaniki olub. Çünki adı idarədə çilingər gedən işçi Fizuli Babayevin fermasında işləyir. Bu səbəbdən çilingər –mexanik işini sürücülər özləri yerinə yetirirlər, üstəlik ehtiyat hissələrini də özləri tapıb alırlar. Azadın dediklərinə inansaq Fizuli Babayev onun texnikasını sadəcə ondan heyif almaq üçün rayondan uzaqlaşdırıb. Çünki faktiki olaraq əyləc sistemi olmayan bu texnikanın azad edilmiş ərazilərdə işləyən ən yeni, müasir texnikalar arasında nə işi var?! Bu fakt isə Fizuli Babayevin hətta Vətən sevgisi ilə necə manipulyasiya etməsinin bariz sübutudur! Sonra isə ümid edək ki, əlaqədar strukturlar Azad Novruzovun şikayət ərizəsində göstərdiyi faktları araşdıracaq və Neftçalanın ən azından dərdlərindən biri azalacaq!
Xəbər verdiyimiz kimi, Naxçıvan MR DİN-in Kadrlar Aparatındakı etibarlı mənbə bu gün bizə Rza Talıbovun bir qoruması barədə məlumat sızdırmışdı. Mənbənin bildirdiyinə görə, Mirsamil Seyidov adlı bu adam Naxçıvan MR Daxili İşlər Nazirliyində polis zabiti kimi görünür: “Amma indiyədək onun nazirliyin qapısından içəri girdiyini görən olmayıb. Adam işə götürüldüyü gündən Rza Talıbovun yanında fırlanır. Maaşını isə Naxçıvan MR Daxili İşlər Nazirliyindən alır”.
Mənbəmiz həmçinin onu da vurğulamışdı ki, bu məsələ öz həllini tapmasa növbəti yazılarda adı Naxçıvan DİN-də olan, lakin özü olmayan digər əməkdaşlar haqqında məlumat veriləcək.
Görünən budur ki, mənbəmiz 6 aylıqdır (Satqınçılıq kimi çıxmasın, Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov işçilərinin doğum şəhadətnaməsini incələyib “Qara Pişiyi”mizin kimliyini müəyyənləşdirə bilər). Zira xəbəri paylaşmağımızın üstündən 12 saat keçməmiş mənbəmiz tələbləri yerinə yetirilmədiyini iddia edərək bizə ikinci məlumatı sızdırdı. Maraqlıdır ki, onun bu dəfəki qəhrəmanı da başqası deyil. O da Mirsamil Seyidov kimi, Rza Talıbovun cangüdənliyi ilə çörək pulu qazanırmış. Yenə də Naxçıvan polislərinə ayrılan vəsait hesabına.
Üstəlik Elnur Həsənov adlı bu cangüdən digər həmkarından daha çoxbilmişdir. Mirsamildən fərqli olaraq Elnur müəllim Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili kimi qeydiyyata düşməyib, İstintaq və təhqiqat söbəsinin bas təhqiqatçısı “işləyib” və bu adla da təqaüdə çıxıb.
Məsələ burasındadır ki, İstintaq və təhqiqat söbəsində işləyənlər Nazirlər Kabinetinin qərarı ilə maaşlarının 150% mislində əlavə ödənək də alırlar. Beləcə, ən yaxşı dolanan polis zabitləri hesab olunurlar.
Maraqlıdır ki, adi polislərdən 150% çox maaş alan Elnur Həsənov Naxçıvan MR DİN-də “çalışdığı” 20 il ərzində bir dəfə də işə gəlməyib. Hətta xidmət illərinin əksər hissəsi dövründə Naxçıvanda belə olmayıb. Vəliəhd xanzadə Rza Talıbovla birlikdə Bakıda olub və onun yanında fırlanıb.
Elnur Həsənov bəxti gətirən qorumalardandır. Bəlkə də qulağına müəyyən söz-söhbətlər çatdığından Naxçıvanda yoxlamalar başlamamış o, 20 illik “xidmət”indən sonra təqaüdə çıxmağa üstünlük verib.
Rza Talıbovun cangüdənliyi şərəfinə çatmaq səadətindən təkcə Elnur Həsənov deyil, qardaşları da yetərincə yaralanıb. Bildirildiyinə görə, məhz cangüdənlik şərəfinin sayəsində Elnurun digər qardaşları da Naxçıvan MR DİN-dən 150%-lik maaşla təqaüdə çıxıblar:
Qəhrəmanımız Elnur Həsənov – DİN-in İstintaq təhqiqat şöbəsinin baş təhqiqatçısı kimi;
Emin Həsənov - hava limanı polis şöbəsnin mustəntiqi kimi;
Elçin Həsənov- Şahbuz polis şöbəsinin təhqiqatçısı kimi.
Mənbəmiz yenə qaldırdığı məsələlər öz həllini tapmasa, növbəti müftəyeyənlərin adını açıqlayacağı tələbini yenilədi. Ovqat.com
“Sənədimi Lənkəran Hərbi Komissarlığına verib gedəndə 18 yaşım vardı. İndi 47 yaşım var, ancaq hələ də hərbi biletim, şəxsiyyət vəsiqəm yoxdur. Dəfələrlə hərbi komissarlığa getdim, dedilər, bizdə olan məlumata görə, sən şəhid olmusan”. TEREF.AZ xəbər verir ki, bunu hərbi biletinin verilməməsindən şikayətçi olan Lənkəran sakini Əfqan Kərimov Meydan TV-yə müraciətində deyib. O bildirib ki ki, 1993-cü ildə hərbi xidmətə gedib. Lənkəran Rayon Hərbi Komissarlığından əvvəl Pirəkəşküldəki, sonra Gəncədəki N saylı hərbi hissədə, daha sonra Kəlbəcərdə, Murovdağda xidmət edib. Sonra yenə Gəncədəki N saylı hərbi hissəyə qaytarılıb. Əfqan Kərimovun deməsinə görə, hərbi hissənin həyətində yaralanıb: “Surətin batalyonunda olmuşam. Kəlbəcərə, Murovdağa həmin batalyonun tərkibində gedib, döyüşüb Gəncəyə qayıtmışam. Hərbi hissənin ərazisində mina basdırılmışdı, mən də həmin minaya düşmüşdüm. Başımdan, ayağımdan yaralandım. Uzun müddət Gəncədəki hərbi hospitalda müalicə olundum, hospitaldan evə buraxıldım. Mənə bildirilmişdi ki, Lənkəranın Hərbi Komissarlığına gedib, hərbi biletimi götürüm. Səhhətimlə əlaqədar hərbi biletin dalınca bir müddət gedə bilmədim. Sonralar gedəndə isə bildirdilər ki, sənin hərbi biletin hərbi hissədən bizə gəlməyib”. Əfqan Kərimov iddia edib ki, uzun müddət hərbi hissəylə hərbi komissarlıq arasında qalsa da, nəticəsi olmayıb: “Mən hərbi xidmətə çağırılanda qırmızı pasportumu almağa gecikmişdim deyə, hərbi komissarlığa doğum haqqında şəhadətnamə vermişdim. Sonralar mənə problem yaradan səbəblərdən biri də bu oldu. Bir dəfə hərbi komissarlığa gedəndə isə üzümə dedilər ki, bizdə olan məlumata görə, sən şəhid olmusan. Uzun müddət hərbi bilet üçün gedib-gəldim. 47 yaşım var, 18 yaşında çəkdiyim hərbi xidmətin hərbi biletini hələ də ala bilməmişəm. Nəticədə şəxsiyyət vəsiqəsi də ala bilməmişəm. Gedirəm şəxsiyyət vəsiqəsi almağa, deyirlər, hərbi bileti təqdim et, gedirəm hərbi bileti almağa, deyirlər, şəxsiyyət vəsiqən yoxdur, verə bilmərik. Beləcə, ömrümün yarısından çoxunu sənədsiz-sübutsuz başa vurmuşam”. Əfqan Kərimov deyib, əlində bircə hospitaldan buraxılması ilə bağlı sənəd olub, onu da bir neçə il əvvəl elə sənədlərini düzəltmək üçün gedib-gəldiyi dövlət idarələrində götürüblər, sonradan o da geri qaytarılmayıb. Lənkəran Rayon Hərbi Xidmətə Çağırış və Səfərbərlik İdarəsindən məsələyə müasibət öyrənmək mümkün olmayıb.
Rüşvətə görə işdən çıxarılan direktora vəzifə verilməsi doğrudur? Bir müddət öncə rüşvətə görə töhmət verilən məktəb direktoru Nəcibə Əhmədovaya yeni vəzifə verilib.
Belə ki, Nəcibə Əhmədovanın məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir. Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.
Bəs, rüşvət alan bir direktorun başqa bir təhsil ocağına direktor kimi təyin edilməsi nə dərəcədə düzgündür?
TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Lent.az-a açıqlamasında bildirib ki, bu təəssüfləndirici məqamdır.
Onun sözlərinə görə, istənilən halda korrupsiyaya bulaşmış və ya haqqında inzibati bir qaydada tədbir alınmış hər hansı bir məktəb rəhbəri, məmur, dövlət qulluqçusunun yenidən vəzifəyə təyin olunması doğru yanaşma deyil:
“Bundan öncə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru olub. Onun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Bunun nəticəsində Bakı Şəhər Təhsil İdarəsi ona Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət verilmişdi və vəzifəsindən azad olunmuşdu. Buna baxmayaraq həmin şəxs 35 nömrəli məktəbə direktor təyin olunursa, bu o deməkdir ki, bəziləri Azərbaycan qanunlarını heçə sayırlar”.
Elçin Əfəndinin sözlərinə görə, bu barədə Elm və Təhsil Nazirliyi ciddi addım atmalıdır:
“Məlumatlara görə, Nəcibə Əhmədova şəhid yoldaşıdır. Çox güman ki, bu status nəzərə alındığına görə, onu yenidən vəzifəyə təyin ediblər. Amma heç kim qanunvericiliyi çeynədiyi halda ona hər hansı bir status vermək olmaz. Bu gün korrupsiyaya yol verilirsə, vəzifə səlahiyyətlərindən sui-istifadə edilirsə, həmin şəxsə heç bir status verilməməlidir”.
Azərbaycan Texnologiya Universiteti barədə ilginc iddialar ortaya atılıb.
"Hürriyyət"in redasiyasına daxil olan şikayətdə iddia edilir ki, sözügedən Universitetin İnsan resursları şöbəsinin mütəxəssisi vəzifəsində çalışan Nəvalə Məlikova, sənaye mühəndisliyi və Dizayn kafedrasında qeyri-ixtisasçı 0,5 ştat vahidi ilə dərsə daxil olur. N.Məlikova Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Yusifov Fuad Yusif oğlunun həyat yoldaşıdır.
Daxil olan digər məlumatlara görə, Universitetin kafedra müdiri Fuad Yusifovun qızı Əsli Yusifova, Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin iki ildir ki, tələbəsi olmağına baxmayaraq, bir dəfədə olsun dərsərdə iştirak etməyib. Buna baxmayaraq ona yüksək qiymətlər yazılır.
Hətta Universitetin Magistratura və doktorantura şöbəsinin, bir çox tələbələri ölkənin müxtəlif şəhər və rayonlarında işləməsi, o cümlədən müəyyən yolla dərslərdə iştirak etməməsi qeyd olunur.
Verilən digər məlumatlara görə, Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin iki Dossenti 2023 cü ilin Magistratura məzunlarından 500 manat məbləğində diplom işinə "rüşvət" tələb edib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.