Ardını oxu...
Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki (“Dərnəgül” metro stansiyası yaxınlığı) yaşıllıq sahəsində tikinti işlərinə başlanılıb.

AzFakt.com-un məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.

Qeyd edək ki, həmin yaşıllıq ərazinin bir müddət əvvəl metal torla hasarlandığı, ağacların bir qisminin məhv kəsildiyi deyilir.

Bildirilir ki, bu yaşıllıq sahəsi adı çəkilən küçədə tikinti obyektləri olmayan son ərazi idi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Asif Lətifov: “Xırdalan şəhərində məhkəmə qərarlarına məhəl qoyulmur”
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2B, mənzil 40-da yaşayan, ehtiyatda olan zabit Lətifov Asif Aydın oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubova və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Mən 17 il Prezidentin Təhlükəsizlik Xidmətinin “Beta” dəstəsində zabit rütbəsində xidmət etmişəm. Yaşadığım Xırdalan şəhərində mənim və ailə üzvlərimin hüquqları Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən kobud surətdə pozulur. Abşeron Rayon Məhkəməsinin və Ali Məhkəmənin qərarının qüvvəyə minməsi əsasında yaşadığım mənzilin arxasındakı - mətbəx pəncərəmin qarşısını tutan qanunsuz tikili 31.10.2023-cü ildə Abşeron rayon İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən sökülüb və akt tərtib edilib. Buna baxmayaraq 20.12.2023-cü ildə həmən yerdə növbəti tikinti işlərinin aparılmasına start verilib.
Məhkəmə qərarını İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Qubadova, Baş memar və ordakı diğər məsul şəxslərə göstərsəm də, məhəl qoyan yoxdur. Bizi adam yerinə qoymurlar, çevrə boyu qaçmağa və gözləməyə məcbur edirlər. Bu, artıq sözün bitdiyi yerdir. Məgər məhkəmə qərarından da yüksək qərar var?
Cənab Prezident!
Sizdən xahiş edirəm, keçmiş xidmətlərimi nəzərə alaraq mənə köməklik göstərəsiniz, tapdanmış hüquqlarımı bərpa edib, tikinti işlərinin aparılmamasına göstəriş verəsiniz.
Görəsən, Abşeron rayon Mənzil İstismar idarələri və icra nümayəndələrinin işlərinə nəzarət edən bir qurum var, ya yox? Dəfələrlə şikayət etsək də, arxa eyvanımın 6 metrliyində, 3 metr enində və uzununda dəmir çərçivə vurulub. 2 saylı “JEK”dən bildirirlər ki, bunu orada balış çırpmaq üçün 16-cı mənzilin sahibi düzəltdirib. Gülməli deyilmi?! Məgər, balış çırpmağa 3 metr eni və 3 metr uzununda dəmir “reşotka”lı çərçivə lazımdır? Və bu, gərək mənim eyvanımın qabağına vurulsun, sementlə də bərkidilsin? Bəs, İcra Hakimiyyəti bu özbaşınalığı görmür? Dəfələrlə məlumat vermişəm, amma heç bir nəticə yoxdur. Mənim avtomobil qarajımı qəsdən sökdürüb, diğər qarajları nəyinsə qarşılığında saxlatdıran məmurlara nə ad vermək olar?! İcra Hakimiyyəti görmür ki, məhkəmə qərarı ilə sökülmüş obyektin torpaq qatına kimi sökülmüş sahəsinə sementlə “setka” çəkililb?! Bunları görməmək mümkün deyil, axı. Deməli, Xırdalan şəhərində məhkəmə qərarlarına məhəl qoyulmur. DİN-in 102 xidmətinə zəng vurub bu hadisəni danışmışam, onlardan da xəbər yoxdur.
Göndərdiyim şəkillərin hər biri 23.12.2023-cü ildə çəkilib, yəni yenidir. “Şanxay evləri”ni tikib, sənədsiz-sübütsuz satıblar. İnsan həyatı üçün təhlükəli olan bu sənədsiz evləri kirayəyə verirlər. Hansısa bu evin birində partlayış olsa, hər kəs zərər görəcək. Bəs, bu evlərin tikilməsində kimlər və niyə maraqlıdır? 2 saylı “JEK”-in rəhbərliyi yolu qanunsuz şəkildə bağlayıb. Zibilliklər təmizlənmir, amma gündə bir qadını binalara göndərirlər, təmizlik üçün pul yığılır. “JEK”, İcra hakimiyyəti və Xırdalan şəhərinin başı memarı bunlara məhəl qoymur, sanki eşitmirlər.
Qanunsuz tikililərdə dəfələrlə partlayışlar olub. Bir neçə il bundan qabaq 27-ci məhlə, 1B saylı binanın qarşısındakı qanunsuz tikilidə partlayış baş vermiş, nəticədə insan tələfatı olmuşdu. Gərək bu hal təkrar ola?!
Hansı problemdən yazım, artıq bilmirəm. Bir sözlə, Xırdalanda məhkəmə qərarları işləmir və qanunlar rəhbər tutulmur. Binanın qabağına dəmir çərçivə vurublar, elə bil türmədə yaşayırsan. Keçmiş başçı Zakir Fərəcovun vaxtında belə qanunsuzluqlar yox dərəcəsində idi. Şəkillərə baxın, görün necə biabırçı görüntü var.
Xırdalan şəhəri, 4 saylı Mənzil İstismar sahəsinin rəisi Vəli adlı şəxsin bizim əraziyə dəxli yoxdur. Amma o da qanunsuz əməllər törədir. “JEK” rəhbərlikləri “bizim heç kəsdən qorxumuz yoxdur” deyirlər və bunu öz əməlləri ilə də sübut edirlər. Bu şəxslər məhkəmə qərarlarını tanımırlar.
Mənzil İstismar Sahəsi qanunsuzluğu icra nümayəndəsinin üstünə atır, baş memar Elvin Quliyev qərarın İcra Hakimiyyəti tərəfindən verildiyini deyir. Görün nə qədər özbaşınalıqdır ki, dünən 2 saylı Mənzil İstismar Sahəsinin əməkdaşı ilə söhbət zamanl dedi ki, “savadım olmasa da, müdirimiz Şəmsi müəllimə məhkəmə qərarı olan yerə sement tökmək istəmədiyimi, qanundan qorxduğumu bildirdim, o isə məni həmin işi görməyə məcbur etdi. Bunu etməsydim, çox güman ki, işdən çıxaracaqdı”.
Hörmətli redaksiya!
Xirdalan şəhərində vəziyyət həqiqətən də acınacaqlıdır. Sizdən xahiç edirəm ki, mənim problemimi işıqlandırın, inşallah, bu özbaşınalığa son qoyular”.
Məsələ ilə bağlı adları çəkilən qurumlarla əlaqə saxlaya bilmədik, zənglərimiz cavabsız qaldı”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Xatırladaq ki, dekabrın 21-də Xankəndidə “Qarabağ” və “MOİK” oyununun keçirilməsi, təkcə idman hadisəsi kimi deyil, eyni zamanda böyük siyasi tədbir kimi beynəlxalq ictimaiyyətdə rezonans doğurdu. Bütün dünya azərbaycanlıları əsl idman, futbol bayramına şahidlik etdi. Qədim tarixi yurd yerimiz olan Xankəndidə Azərbaycan komandalarının ilk qarşılaşması oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi, çıxışı və oyuna start verməsi böyük hadisə kimi tarixə düşdü. Ali Baş Komandan Xankəndi stadionundan bir daha dünyada erməniləri dəstəkləyən və ədalət, reallıq hissini itirmiş qüvvələrə mesaj verdi, bəyan etdi ki, “ Qarabağ Azərbaycandır”.
Oyundan öncə komandaların meydana şəhid övladları ilə birlikdə çıxması, daha sonra Dövlət Himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, cənab Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların 3 rəngli şanlı al bayraqlarımızla bəzənməsi çox qürurvericidir:
Ardını oxu...
Bəli, bu bir daha Cənab İlham Əliyevin ən müqədədsə dəyərlərimizə, şəhid ailələrinə olan hörmətinin ifadəsidir. “Qarabağ”-MOİK qarşılaşmasını izləmək üçün Xankəndi stadionuna qazilərimizin, müharibə iştirakçısı olan digər əsgər və zabitlərimizin dəvət edilməsi fərəhləndirici haldır. Və ən azından Azərbaycanın işğaldan azad etmiş şəhid övladlarının, zabit və əsgərlərimizin belə bir möhtəşəm tarixi idman oyununda iştirak etmələrinə onların onların ən azından mənəvi haqları vardır. Lakin bununla yanaşı təəssüflə qeyd etməliyik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ASCnin sədri cənab Saleh Məmmədovun 26 yaşlı milyoner oğlu Sübhan Məmmədlinin və ailəsinin belə bir möhtəşəm tədbirdə iştirak etməsi sadəcə tərəfimizdən başa düşülən deyil. Belə ki, əldə edilən məlumata görə cənab Sübhan bəy 15 yaşından Londonda əvvəlcə litseydə, sonra isə ödənişli universitetlərdə təhsil almış və təhsilini başa vuran kimi Avstriya və Böyük Britaniya ərazilərində milyonluq biznes şirkətləri yaratmış və rəhbərlik etmişdir. Qəribəsi budur ki, bu adam 2023-cü ilin əvvəlindən birdəfəlik Azərbaycana yaşamağa və bizneslə məşğul olmağa qayıtsa da hələ də vətəndaşlıq borcunu yerinə yetirərək hərbi çağırışçı kimi Müzəffər Ordumuzun sıralarına qatılmamışdır. Bir sözlə, bu adamda azacıq da olsa vətənpərvərlik hissi olsaydı İspaniyada yaşayan məşhur erməni milyonçu biznesmen kimi dərhal Qarabağa gəlib torpaqların azad olunması uğrunda döyüşərdi. Necə ki, erməni deputratları, polkovnikləri, merləri və digər vəzifəlilər Azərbaycan ordusuna qarşı vuruşduqları kimi, o da bu mənfur düşmənlərə qarşı vuruşa bilərdi. Amma göründüyü kimi bu baş vermədi. Və verə də bilməzdi. Bəs görəsən o zaman hansı məqsəd cənab Sübhan Məmmədlini bu il Azərbaycana qaytarmağa sövq edib. İndi də göründüyü kimi cənab Prezident İlham Əliyevin şəxsən qatıldığı Xankəndi stadionunda şəhid övladları, qazilər və qəhrəman müharibə iştirakçıları ilə bərabər futbol matçını izləyir.
Ardını oxu...
Görəsən cənab prezidentə bu qədər məsafədə yaxınlaşmaqda məqsəd nədir? Bu sualın cavabını tapmaq üçün cənab Saleh Məmmədovun 65 yaşının bitməsinə bir az diqqət yetirmək lazımdır. Adının da son illər dövrü mətbuatda fasiləsiz olaraq neqativ işlərə görə hallanması oğul Sübhanın gələcək karyerasının atasının davamçısı olaraq Azərbaycanda davam etdirməsi göründüyü kimi qərar alınmışdır. Doğrudur, hələlik Saleh müəllim rəhbəri olduğu strukturda şahmatda olduğu kimi, qambit və qalaqurma gedişlərindən istifadə edərək kadr islahatları keçirsə də sonda bütün əqrəblər onun üstünə istiqamətlənmişdir. Ona görə də sonuncu variant olaraq “Atadan oğula” gedişi seçilmişdir. Yəni, qısası, cənab Sübhan Məmmədli atası Saleh müəllimin vəzifəsini davam etdirmək üçün hələlik ilk addım olaraq Xankəndi stadionunda prezidentin yaxınlığındakı kresloların birində əyləşərək futbolu seyr etməkdir. İkinci və üçüncü addımların hansı rəsmi mərasinmlərdə baş tutacağını dəqiq bilməsək də, güman edirik ki, bunu da müşahidə edəcəyik.
Bu arada müstəqil jurnalist Cavanşir Həsnlinin Sübhan Məmmədli barəsində özünün feysbuk səhifəsindəyazdığı faktlar üzrə araşdırmasın bir daha xatırlatmaq yerinə düşür:

“...Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına…

Gözəl, amma əslində təhsilmi alırlar? Azərbaycan məmurları ilə bağlı araşdırmalara dayanaraq bu fikri qəti söyləmək olar ki, onların övladlarının böyük əksəriyyəti Avropa ölkələrinə təhsil adı ilə taladıqları sərvətləri daşımaq məqsədilə üz tuturlar.

Necə ki, Dövlət Dəmir Yollarının rəsinin 2015-ci ildə Londona təhsil almağa yollanan oğlu 20 yaşında Vyanada, 21 yaşında Londonda “biznes qurur”.

Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir.

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir.
Ardını oxu...
Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır .

Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir. Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir.

Beləliklə, 25 yaşlı məmur oğlu Londonun ən iri fotoqrafiya şirkətinin sahiblərindən olur.
Ardını oxu...
Bu onun “uğur” hekayəsidir, nə yoğurdu, yə yapdı…

Bu “uğurlar”ın altında Nobel çökür, Babək çökür, Bakı çökür…bütün ölkə çökür…

İfadetv.com-un araşdırma qrupu
 
Ardını oxu...
Türkiyədən Naxçıvana gələn 5 nəfər Babək rayon sakini Sədərək Keçid Məntəqəsində qanunsuzluğa məruz qaldıqlarını, təhqir və təhdid olunduqlarını bildirirlər. Onlar „Gündəlik Naxçıvan“a deyir ki, dekabrın 22-də gömrük qaydalarına uyğun olaraq şəxsi istifadə üçün gətirdikləri ərzaq məhsulları və geyim əşyaları əllərindən alınıb və anbara vurulub. Bu qanunsuzluğa etiraz etdikdə isə, həmin gün gömrükdə növbə riəisi olan Etibar adlı əməkdaş onları təhqir etməyə başlayıb.
Şikayətçilərdən Babək rayon Nehrəm qəsəbə sakini Müslüm İbrahimov deyir ki, gömrük işçilərini qanuna uyğun davranışa dəvət etdikdə isə, təhdidlə üzləşiblər:
“Gömrük qaydalarına uyğun olaraq ayda hər bir nəfərə bir dəfə Türkiyədən 30 kilo ərzaq məhsulu gətiməyə imkan verilir. Kasıb adamlarıq evə yağ, toyuq, kolbasa və sarə zəruri ərzaq məhsulları almışdıq. Əlimizdən alıb anbara vurdular. Qaydaları xatırladıb,etiraz etdik, mübahisə yarandı. Etibar adlı gömrük məmuru bizimlə kobud rəftar etdi. Ölkə prezdentinin məmurlara vətəndaşlarla normal davranmaq, onlara xidmət göstərmək xəbərdarlığını xatırlatdıq. O, isə bildirdi ki, prezdentin sözləri ona aid deyil. Dedi ki, “mən gömrükdə lotuyam”. Sonra bizi təhdid etməyə başladı”.
Müslüm İbrahimov bildirir ki, növbəti gün baş verən özbaşınalıqla bağlı Naxçıvan Dövlət Gömrük Xidmətinə şikayətə gediblər. Xidmətdən onları mallarını götürmək üçün Sədərək gömrüyünə göndəriblər. Lakin, gömrük əməkdaşları bu dəfə başqa problem yaradıblar:
“Beş nəfərə 100 manata taksi danışaraq 80 kilometr yol qət edib, təkrar gömrüyə getdik, lakin mallarımızı yenə geri ala bilmədik. Mallarımızın əksəriyyətinin tez xarab olan olduğunu gömrükçülərə dəfələrlə xatırlatsaq da, əhəmiyyəti olmadı. Dedilər ki, iki gün sonra, yəni növbəti həftənin birinci günü “Ford Transit” maşını gətirib malları yığarsınız ona, biz maşını möhürləyəcəyik, mallar Naxçıvan şəhərindəki gömrük xidmətinə gedib, orada sənədləşəcək, malların ümumi dəyəri hesblanacaq və 36% rüsum ödənəcək. Bundan başqa ailə-uşaq üçün aldığımız geyim mallarının müsadirə olunacağını da dedilər. Biz kasıb adamlarıq. Fəhləlik edib uşağımıza çörək aparırıq. Bunu da bizə çox görürlər”.
Şikayətçilər Dövlət Gömrük Komitəsindən problemə müdaxilə etməyi, qanunsuzluğun aradan qaldırılmasını tələb edirlər.
Teref. Xocanın Blogu
Səhifəmiz hamının üzünə açıqdır.
Ardını oxu...
"Əziz Əzizov ordadırsa, vay sizin halınıza"

Suraxanıda Qarabağ şəhidi Samir Əliyevin adına olan küçənin sakinləri problemlərdən şikayətlənirlər.

Bu barədə sakinlər sosial şəbəkədə yazıblar.


Onlar deyirlər ki, küçə tamamilə baxımsız və keçilməz haldadır.

Sakinlərdən Bəxtiyar İmanov deyir ki, dəfələrlə qurumlara müraciət edilsə də, heç bir nəticə olmayıb: "Suraxanıda şəhid Samir Əliyevin adına olan küçə tanınmaz haldadır.
Ardını oxu...
Sakinlər bir neçə dəfə etiraza da qalxıb. Yaxşı, Suraxanı rayonunun icra başçısı Əziz Əzizovun xalqa xidmət etməməsini anladıq, bəs ölkə başçısından niyə çəkinmir? Düşünmür ki, bir gün etiraza qalxan sakinlər işə gedən prezidentin qarşısına çıxacaq? Demək ki, prezident də bu adamın vecinə deyil, səbəb də aydındır".

Bəxtiyar İmanov deyir ki, rayonun deputatı da seçicilərə verdiyi vədi yerinə yetirməyib: "Deputat Afət Həsənovanın da seçki öncəsi sakinlərə verdiyi yalançı vədləri, mandata görə sakinləri aldatması unudulmayıb. Vəzifə düşkünləri olan bu adamlar heç vaxt xalqa xidmət edə bilməz. Bunlar ancaq özlərinə biznes, var-dövlət toplayanlardır. Bunlar xalqa yol deyil, xalqı "yola verən"lərdir".
Ardını oxu...
Deputat Afət Həsənova

Fərhad Səlimov adlı istifadəçi isə yazır ki, vətəndaşı adam yerinə qoyan yoxdur: "Bunlar üçün əsas məsələ yuxarıların haqqını çatdırmaqdır".

Cəlilabad sakini Anar Məlikov isə hadisəyə münasibətini belə şərh edib: "Əziz Əzizov ordadırsa, vay sizin halınıza. O işlədiyi müddətdə Suraxanı rayonu dağılacaq".

Sakinlərdən Seymur Əhmədov qeyd edir ki, şəhidin adına olan küçə bu halda olmamalıdır: "Şəhidə belə "hörmət" qoymağı ölkə başçısı tapşırıb bunlara? Əziz Əzizov icra başçısı, deputat Afət Həsənova mafiya yaradıblar yəqin. Mafiya ayıb-zad bilən, heç kimi vecinə alan deyil".
Ardını oxu...
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Əziz Əzizov 12 il (2006–2018-ci illər) Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Daha sonra Bakıya gətirilib və 2018–2019-cu illərdə Yasamal rayon icra hakimiyyətinin başçısı təyin olunub.

Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinin başçısı təyin edilib.

Hazırda da bu vəzifədə çalışır.
Ardını oxu...
AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
Cəlilabadda daha bir məmur özbaşənalığı ilə bağlı redaksiyamıza şikayət məktubu daxil oldu.
Belə ki, özünü “KAMXOZ” idarəsinin fəhləsi kimi təqdim edən Həmzə Sadıqov adlı şəxs müdir tərəfindən təhqir olunduğunu bildirir. Şikayətçinin iddialarına görə rayonda aidiyəti qurumlara şikayət etməsinə baxmayaraq heç bir tədbir görülmür.
Məsələ ilə bağlı KAMXOZ-un müdiri İslam İsgəndərovla əlaqə saxlamağa çalışdıq. Əfsüslər olsun ki, adı hallanan rəhbər şəxslə əlaqə qura bilmədik.
Cəlilabad rayon Xəlilli kənd sakini şikayətçi H. Sadıqov daha sonra əlavə edir ki, İslam müəllim fəhləni ən ağır formada təhqir edir. Maraqlı məqam ondan ibarətdir ki, müdir hansı haqla öz işçisini təhqir etməlidir?
Əgər əməkdaş işində ciddi nöqsanlara yol verirsə, qanun çərçivəsində ölşü götürülür, İslam müəllim kimi bir başa təhqirə yol vermir. Çox istərdik ki, dövlət müəssisələrində əməkdaşların hüquqları qorunsun və rəhbərlik tərəfindən şəxsiyyətləri alçaldılmasın. Təbii ki, baş verən özbaşınalıqlarla bağlı rəsmi müraciət olunacaq.
Qarşı tərəf kimi adı hallanan İslam İsgəndərovun da mövqeyini dərc etməyə hazırıq.
DOSYE.ORG
 
Ardını oxu...
Mingəçevir şəhər 20 nömrəli məktəbdə dərs deyən Günel Bəylərqızı adlı müəllim öz sosial şəbəkə hesabında dərs dediyi məktəbdən ürək dağlayan və bir o, qədər də Mingəçevir də təhsil sisetminin iç üzünü ictimaiətə çatdıracaq video paylaşıb.
Şikayətçi müəllim məktəbin şəaritsizliyindən və təhsil nazirliyində olan şəxslərin biganəliyindən paylaşım edibdi. 24xeber.az olaraq video paylaşımı sizlərin diqqətinə çatdırırıq..

 
Ardını oxu...
“Hansısa ölkəyə at ixrac etmək üçün Atçılıq Federasiyasından icazə almaq lazımdır. Hər bir ölkədən at gətirmək üçün üçün gedib Federasiyaya pul ödəməlisən. Niyə? Normalda xaricdən at almaq istəyirsinizsə, baytarlığa getməlisiz. Ancaq bizdə başqa sistemdir. Görürsən ki, qarşına hardansa gözəgörünməz bir qüvvə çıxır və problem yaradır”.

Bu fikirləri Bakupost.az -a videomüsahibəsində "Ağdam Atçılıq Zavodu-S" MMC-nın direktoru Yaşar Quluzadə deyib.

O bildirib ki, belə hallarda at almaq istəyən şəxs çıxılmaz vəziyyətdə qalır və adam axtarmağa başlayır:

"Azərbaycanda adam axtarmaq işini qurtarmaq lazımdır. Çox yerlərdə bu gün bunlar qurtarıb, bitib. Çünki günün, dünyanın tələbi budur. Amma atçılıqda bu, hələ də var. Ona görə də bu sahə inkişaf etməyəcək. Atçılığın inkişaf etməsi üçün bu sahə Kənd Təsərrüfatı Nazirliyindən ayrılmalıdır. Çünki Kənd Təsərrüfatı Nazirliyinində bir nəfər də olsun, mütəxəssis yoxdur. Yalandır, boşdur, heç nə yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin bir komissiyası çıxarıb göstərsin ki, mənin komissiyamda 6 nəfərdən ibarət mütəxəssis var. Bu mütəxəssilər hər il Qarabağ atlarını və ya Dilbozu baletirə edir. Yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsi var idi. 150 min avro məbləğində qrant da aldılar ki, biz Dilbozun genini tapıb onu bərpa edəcəyik. Ortada nə pul var, nə adam, nə də Dilboz? Bəs bu pul hara getdi. Bunu soruşmaq lazımdır".

Yaşar Quluzadə Azərbaycanda atçılığın inkişafı üçün ayrıca qurum yaradılmasına ehtiyac olduğunu bildirib:

"Agentlik və ya publik olar, adam da bilər ki, mənim venerenarımın sayı nə qədərdi, atlarıma hansı preparatları verməliyəm, boğaz atlar nələri yeməlidir, ayğır atlar necə qidalanmalıdır ki, bunların produktiv sperması olsun. Bunlar çox çətin məsələlərdir. Bunları biz Kənd Təsərrüfatı Nazirliyinə başa sala bilmirik. Ən azından nazir müavini səviyyəsində başa sala bilmirik. Bu problem var”.

Müsahibimiz qeyd edib ki, atçılıq sahəsi bu problemlər səbəbindən inkişaf edə bilmir:

"Yoxsa atçılığı inkişaf etdirməyə nə var ki...Baxın, biz bu gün gedib balaca köhnəlləri götürsək görəcəyik ki, onların çoxunun qulağında dəmirov var. Bunlara veterenar xidməti göstərilməlidir, amma göstərilmir. Yeni doğulan uşağa peyvənd olunmasa, lazımi qulluq edilməsə, ana südü və s. verilməsə, necə olar? At da canlı orqanizmdir. Doğulan kimi onu Lənbərana atmaq olmaz ki, özü-özünə əmələ gəlsin, olsun dünya şöhrətli Qarabağ atı. Düzdürmü? Demək qulluq etmək lazımdır. Qulluq nədir? Baxıb görmək lazımdır ki, dünya bu güm nə edir. Dünyada daha arpanı isladım, yoncanın tozunu çırpım sistemi yoxdur. Dünya başqa tərəfə gedib. Qaşovlaracan dəyişib. Kənd Təssərüfatı Nazirliyinin işi tək atçılıq deyil. Mən bunu başa düşürəm. Ona görə də bunu buraxmaq lazımdır. Bunu monopoliyadan çıxar,effektli bir iş görək. Daha neçə il oturub yalan danışmalı, deməliyik ki, Qarabağ atı bilirsiniz nədir, 1868-ci ildə Parisdə gümüş medalla təltif olunub. Qardaş 1868-ci il keçdi də. 2023-cü ildir, biz bu gün dünyaya nə göstəririk? Dünyanı qoyaq kənara, biz arxadan gələn uşaqlara nə göstərməliyik?!”.

Daha ətraflı videoda...

P.S.Geniş videomüsahibə ilə yaxın günlərdə tanış ola bilərsiniz.
 
Ardını oxu...
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsi yerləşən və “Pilot Residence” kooperativinin pilot layihəsi çərçivəsində inşa edilən binanın sakinləri adıçəkilən tikinti şirkətindən ciddi narazılıqlarını ifadə edirlər. Vətəndaşların sözlərinə görə, layihəyə uyğun olaraq “Pilot Residence” MTK yaşayış binasının tərkibində ümumi istirahət parkı və yeraltı qaraj mərtəbəsi inşa etməklə, mənzillərlə birgə 2020-ci ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürsə də, vəd yerinə yetirilməyib:

“5 ildir yaşadığımız binada bizə qarşı qanun pozuntuları törədilir. Yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış layihəyə uyğun şəkildə təmin olunmayıb. Müraciət etdiyimiz qurumlardan da bizə sadəcə səbirli olmağı məsləhət görürlər. Yaşayış binası, onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin istismarının təmin edilməsi və sakinlərin xüsusi mülkiyyətinə verilməsi istiqamətində bizimlə və “Pilot Residence” MTK arasında müvafiq alqı-satqı müqavilələri imzalanmışdı. Lakin 2019-cu ildən bu günədək yaşayış binasının, istirahət zonasının və qaraj mərtəbəsinin inşaatı və təmiri, mənzil və qaraj yerlərinin təhvili və sahiblərin istifadəsinə verilməsi gecikdirilir”.

Sakinlər iddia edirlər ki, yaşayış kompleksində inşaat-təmir işləri MTK tərəfindən dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib: “Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, “Pilot Residence” MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Onlar iddia edirlər ki, onlar üçün nəzərdə tutulmuş bu binanın blokundan keçərək mənzillərinə gedə bilmirlər. Buradan mənzil alan vətəndaşların sözlərinə görə, onlara təqdim olunan layihədə yeni tikilən obyektdən bəhs edilməyib. Yəni bu hissə layihədən çıxarılaraq böyük mağazalardan birinə satılıb.

Bəziləri pulunu ödədikləri qarajlardan da məhrum olduqlarını deyirlər. Vətəndaşlar hesab edirlər ki, onların qarajları anbar yeri üçün adıçəkilən mağazaya satılıb.

Sakinlər adıçəkilən binada pilləkənlərin yox, yalnız liftlərin olduğu vəziyyətlə qarşılaşdıqlarını təəccüblə bildirir: “Sizinlə misli görünməmiş faktları bölüşmək istəyirik. Siz və ya biriniz bloklardan birində yeni tikilmiş 12 mərtəbəli binada pilləkənlərin yox, yalnız liftlərin olduğu vəziyyətlə qarşılaşmısınız? İndi dünyada seysmik vəziyyət dəyişib, o cümlədən bu yaxınlarda zəlzələ baş verdi. Hər kəs bilir ki, cüzi seysmik təhlükə zamanı liftdən istifadə etmək qəti qadağandır. Nə etməliyik, mənzillərdən tullanmaq, yoxsa orada qorxmuş uşaqlar və qocalarla ölmək lazımdır? Şikayətlərimiz çoxdur – həyətdə qanunsuz inşa olunmuş ticarət obyekti, 3-cü blokun hörülməsi və restoran obyektinə satılması, kütləvi “kvadratura oğurluğu” – müqavilə ilə çıxarış arasında 10-25 m2 fərq və sair. Düşünürük ki, dünyanın heç bir şəhərində belə sensasiyalı bina yoxdur. “Pilot Residence” rəhbərliyi yalan danışmaqla fəaliyyət göstərir və ölkə qanunvericiliyinə riayət etmirlər. İnanırıq ki, problem həll olunacaq, MTK rəhbərliyi layiqli cəzasını alacaq. Amma heç xoş deyil ki, belələrinin “fəaliyyəti” əhalidə ədalətə inamsızlıq, dövlət xidmətlərinin işindən narazılıq yaradır, qanunsuz əməlləri ilə uğurlarımızı puça çıxarır”.

“Pilot Residence” mənzil-tikinti kooperativindən bildirilib ki, layihədə təkcə orada deyil, həm də binanın həyətində 3300 kv.m sahədə obyekt nəzərdə tutulub. Maraqlıdır ki, müvafiq strukturlar onun tikintisinə tam icazə verməyib. “Qaraja gəlincə, sakinlərə onun əvəzinə başqa torpaq sahəsi təklif olunur. Lakin problem hələ də həllini tapmayıb. Çünki vətəndaşlar məhz müvafiq sənədlərdə göstərilən yerlərlə təmin olunmaq istəyirlər”, – deyə tikinti şirkətindən bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə “Pilot Residence” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib. Şirkəti məhkəməyə verən şəxslər isə Qurbanov Samir Natiq oğlu və Yəhyəzadə Elşən Rufət oğludur. Onlar məhkəmədə şirkət rəhbərliyi barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələr” iddia qaldırıblar.

Bununla belə, Yəhyəzadə Elşən Rufət oğlu və Baqiyeva Aliyə Nəriman qızı da məhkəmədə şirkət rəhbərliyi barəsində “Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – Sair işlər” iddia qaldırıblar. Hər iki işə ayrı-ayrılıqda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.
aztoday.az
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda hazırda 62385 onkoloji xəstə qeydiyyatdadır. Bu, Dövlət Statistika Komitəsinin (DSK) yaydığı son, yəni 2022-ci ilə aid olan göstəricidir. Həmin il ilk dəfə diaqnoz qoyulanların sayı isə 13924-dür. Ümumdünya Səhiyyə Təşkilatı isə 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır. Elə ölkəmizdə də xərçənglə bağlı əvvəlki illərin statistikasına baxdıqda xəstələrin sayının hər il artdığını görmək mümkündür.

Bəs artan xəstəliklə necə mübarizə aparılır? Bu xəstələrə hansı güzəştlər var?

Ölkədə bu xəstəliklə mübarizə bir neçə qanunda öz əksini tapıb. 2006-2010-cu illər üçün “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. Proqram təsdiqləndikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə dərman preparatlarının siyahısına 229 dərman və dərman preparatı daxildir.

Həmçinin, 2006-cı ildə qəbul edilən "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Elə həmin qanunun 12-ci maddəsinin 12.1 bəndində onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi üzrə tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi yazılıb. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən vəsait ayrılır.

Ötən il Azərbaycanda onkoloji xəstəliklər üzrə tədbirlərin maliyyə təminatı çərçivəsində 48,3 milyon manat vəsait xərclənib.

Bundan əlavə 2022-ci ildə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloi xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45 faizə qaldırılmasını təmin etməlidir.

Xəstələr harada pulsuz müalicə ala bilərlər?

Azərbaycanda onkoloji xəstələrin müayinə və müalicəsi, əsasən, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında aparılır. 2022-ci ildə Milli Onkologiya Mərkəzinə büdcədən 47 milyon manat vəsait ayrılıb.

Xəstəliyin davamlı müalicə tələb etdiyi hamıya məlumdur. Xərçənglə mübarizə aparanlar müayinə və müalicələrə, qan analizlərinə, əməliyyatlara, kimya terapiyalara xeyli pul xərclədiklərini bildirirlər. Sosial şəbəkələrdə tez-tez bununla bağlı şikayətlərə və yardım kampaniyalarına rast gəlirik. Xəstələr və xəstə yaxınları müalicə üçün xeyli məbləğdə pullarının çıxdığını bildirirlər. Etiraz edən xəstələr “dövlət büdcəsi hesabına" olmalı müalicəyə niyə pul ödədiklərindən narazılıqlarını bildirirlər. Dediklərinə görə ötən il əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödənilirdisə, bu il bu qiymət 450 manata yüksəlib. Bir ayda iki və ya üç kimyaterapiya, daha sonra MRT və analiz xərclərini hesablayanda bir aya 1500 manatdan çox pul edir.

İnsanlar təkcə xəstəliyin yaratdığı ağrılarla yox, həm də xəstəxanalarda qanunda qeyd edilənlərə məhəl qoymayanlarla mübarizə aparırlar.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə onkoloji xəstələrə konkret hansı xidmətlərin pulsuz olduğuna yenidən aydınlıq gətirmək istədik. Qurum rəsmisi Bizim.Media-ya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib.

Amma xəstəliyin müalicəsində geniş yayılan kimyaterapiyanın da bura daxil olub-olmadığı sualına cavab verməkdən imtina edib.

İstənilən halda qanun onkoloji xəstələ olunan bütün müayinə və müalicələrin pulsuz oduğunu diktə edir.

Məlumat üçün bildirək ki, bir neçə ildir xərçəng xəstəliyinin də icbari tibbi sığorta zərfinə salınması müzakirə olunur. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci ildə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib. Lakin o, onkoloi xəstəliklərin icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon vəsaitin lazm olduğunu qeyd edib.

Ötən gün isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev növbəti ilin əvvəllərində onkoloji xəstələrin icbari tibbi sığorta çərçivəsində xidmətlərlə qarşılanması ilə bağlı yeniliklərin olacağını deyib. Bu xəstəliyin xidmətlər zərfinə salınması xəstəlikdən əziyyət çəkənlərin dərdinə məlhəm olacaq.
 

Dünyapress TV

Xəbər lenti