Ardını oxu...
Lənkəran şəhərində ciddi kanalizasiya problemi mövcuddur. Rütubətin iqlim normasından artıq olduğu şəhərə yağıntı düşən kimi sakinlər çətinliklərlə üzləşirlər.

Report-un cənub bürosu xəbər verir ki, sözügedən vəziyyət müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.

Şəhərin kanalizasiya sistemi ötən əsrin 70-ci illərində 20 min nəfər əhali üçün nəzərdə tutulub. Şəhər ərazisində açıq və qapalı kanalizasiya şəbəkəsi mövcud olub. İctimai binalar və emal-sənaye müəssisələri qapalı sistemə qoşulub. Ötən müddət ərzində yüksəktəzyiqli aparıcı xətlərin 90 faizi tutularaq sıradan çıxdığından bütün çirkab sular təmizlənmədən dənizə axıdılırdı. Həmin boru xətlərindən bu gün də çirkab sular dənizə axıdılmaqdadır. Açıq xəndəkləri isə ən yaxşı halda Lənkəranın üzqarası hesab etmək olar.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Lənkəran şəhərində su-kanalizasiya sisteminin yenidən qurulmasına başlanılanması sakinlərin sevincinə səbəb oldu. Belə ki, 210 milyon manat həcmində qiymətləndirilən yeni layihədə 2035-ci ilədək əhali sayının 75 min nəfərə qədər artımı nəzərdə alınmaqla içməli su və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması nəzərdə tutulmuşdu. Yeni çəkiləcək su-kanalizasiya xəttinin ümumi uzunluğu 500 kilometr olmalı idi ki, bunun 250 kilometri içməli suyun, yerdə qalan hissəsi isə çirkab suların axıdılması üçün nəzərdə tutulmuşdu. Çirkab suların axıdılması üçün şəhər ərazisində 9 stansiya tikilməli idi. Çirkab sular müəyyən mərhələdən keçdikdən sonra suvarma sistemində istifadə edilməli, əgər suvarmada istifadəsi mümkünsüz olmazdısa, təmiz halda dənizə axıdılacaqdı. Layihə çərçivəsində 2013-cü ilin yayında Lənkəran şəhərinə içməli su xəttinin çəkilməsi həyata keçirildi. Bu gün də ətraf kənd və qəsəbələrdə su xətlərinin çəkilişi prosesi davam etdirilir. Lakin layihədə nəzərdə tutulan, məhsuldarlığı sutkalıq 30 min kubmetr olacaq ultrasüzgəcli qurğunun əsas hissəsi başa çatdırılmadan işlər yarımçıq dayandırıldı. Külli miqdarda dövlət vəsaiti sərf olunmaqla görülən tikinti-quraşdırma işlərinin hansı səbəblə yarımçıq saxlanılması isə hələ də müəmma olaraq qalmaqdadır. İşlərin yarımçıq qalması azmış kimi, yeraltı qazmalar nəticəsində bir neçə ərazidə çökmələr baş verib, sakinlərin fərdi təsərrüfat və yaşayış evlərində qəza vəziyyəti yaranıb.

Lənkəranın kanalizasiya problemi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Möhübbət Babayevlə danışdıq. Onun sözlərinə görə, mövcud problemlə bağlı Nazirlər Kabinetinə, aidiyyəti qurumlara müraciətlər olunub.

M.Babayev qeyd edib ki, növbəti investisiya proqramlarında bu məsələ nəzərə alınacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Oqtay Məmmədov çilingərdir. O, Sumqayıtda yaşayır.
56 yaşı olan Oqtay Məmmədov işsizlikdən əziyyət çəkir.
Sumqayıt üzrə Dövlət Məşğulluq Agentliyində bir il yarımdır qeydiyyatdan keçib.
Hələ də növbədə gözləyir. O, işlə təmin olunacağına artıq ümid etmir.

Toplum TV
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Respublika Seysmoloji xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Avropada olan biznesi barədə ötən həftə yerli mediada məlumat yayılmışdı.

Həmin məlumatda Q. Yetirmişlinin xanımının və övladlarının adına təsis edilən çoxsaylı şirkətlərdən bəhs edilirdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Respublika Seysmoloji xidmət Mərkəzinin baş direktorunun Bakıda da xeyli sayda biznes obyekti var.

Bu obyektlərdən biri Xətai rayonu, Nəcəfqulu Rəfiyev 25A binasında, İcra hakimiyyətinin binasınin 100 metrliyində «Meridian» MTK-nin tikdiyi binada yerləşən «Şah» restoranıdır.

Məlumata görə «Geo Catering» MMC-yə məxsus olan "Şah" restoranı bina yolunu və zirzəmisini «Meridian» MTK-nin varisi «Meridian-M» MMC-nin rəhbərliyi ilə əlaqəyəyə girib saxta sənədlərlə özəlləşdirib.

"Qurban Yetirmişlinin adamları sakinlər üçün, eni 4 m olan, avtomobil yolunda bir çığır qoyublar. Pilləkənləri dağıdaraq mətbəxlərin tütkeşini yuxarı qaldırıblar. Səsdən və qoxudan yaşamaq mümkün deyil. Restoranın küçəyə baxan hissəsini də zəbt ediblər. Sakinləri bunlar heç veclərinə də almırlar. Sakinlər müraciət etmədikləri qurum qalmayıb. Bütün qurumlar bizə göndərdiyi məktublarda təsdiqləyirlər ki, bu hərəkətlər qanunsuzdur, cifayda, sonda heç kim tədbir görmür".-deyə, məlumatda qeyd edilir.

Məsələ ilə bağlı Respublika Seysmoloji xidmət Mərkəzindən mövqe öyrənə bilmədik.

Qarşı tərəf mövqe bildirə bilər.

Mənbə: Qlobal.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
GundemXeber.Az xəbər portalının əməkdaşı media üzərindən apardığı araşdırmalar zamanı Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalovun öz sosial şəbəkə hesabında paylaşdığı yazıya rast gəlir və bu şəxsin paylaşımını bir daha hər kəsin diqqətinə çatdırmağı özü üçün borc bilir. Belə ki, Narkoekspert Emil Maqalov paylaşımında qeyd edir ki, “Bir neçə ay ərzində topladığım informasiyalar əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindəki korrupsiyanın kökünü tapmağa nail oldum. Çoxu mənə deyirdi ki, Agentlik təkcə 2022-ci ildə tədbirlərdən 369 500 manat məbləğind pul mənimsəyib, heç cür inanmırdım. Tanışlarımın əlaqələrindən istifadə edib bəzi əlaqələr qurdum, kim nədən, niyə QHT Agentliyinə pul geri qaytarma edibsə, öyrəndim.

Təkcə 2022-ci ildə Agentliyin bəzi tenderlərdən qazandığı pulları diqqətinizə təqdim edirəm:

1. “SİNERGİ PARTNERŞİP” MMC – İşğaldan azad edilmiş rayonlara, vətən müharibəsi zamanı ermənistanın terror törətdiyi regionlara və həmçinin Agentliyin cari ilin sonuna kimi həyata keçirəcəyi müxtəlif tədbirlərin təşkil olunmasının satınalınması - 263 710 AZN (geri qaytarılan məbləğ – 120 000 AZN),

2. “TODAY” MMC – İctimai şuralara təlimlər və Birinci mübadilə və təlim proqramının satınalınması - 246 578 AZN (geri qaytarılan məbləğ – 75 000 AZN),

3. “İDEAL DİZAYN OFFİCE” MMC – mebel inventarlarının satınalınması - 35 200 AZN (geri qaytarılan məbləğ – 5000 AZN),

4. “AZALİ GROUP” MMC – Türkiyə QHT-ləri və beyin mərkəzlərinin Azərbaycana səfərinin təşkilinin satınalınması – 86 190 AZN (geri qaytarılan məbləğ – 16 000 AZN),

5. “SAFAROFF CA” MMC – Elektron proqramların funksiyanallığının artırılması, dizaynın yenilənməsi və texniki dəstəyin göstərilməsi xidmətinin satınalınması 90 860 AZN (geri qaytarılan məbləğ – 15 000 AZN),

6. “AE UNION” MMC – Avadanlıqların və müvafiq aksesuarların satınalınması – 90 824 AZN (geri qaytarılan məbləğ – 33 000 AZN),

7. “VEGA TRAVEL MANAGEMENT” MMC – “Xarici və yerli QHT-lər arasında beynəlxalq əməkdaşlıq məsələləri”nin satınalınması – 178 890 AZN (geri qaytarılan məbləğ – 74 000 AZN).

Bir tender isə tamamilə icra edilməmiş, şirkətin faizləri çıxmaq şərtilə qalan vəsait mənimsənilmişdir. Onu da diqqətinizə təqdim edirəm:
1. “TURALUX” MMC – “Ulu öndər Heydər Əliyevin Şuşa sevgisi” tədbirin satınalınması – 35 230 AZN (geri qaytarılan məbləğ – 31 500 AZN).

Beləliklə, hər kəs 1 ildə 369 500 manatın mənimsənildiyini hesablaya bilər. Kiçik bir dövlət qurumu təkcə tenderlərdən bu qədər vəsait qazanırsa, deməli vəziyyət olduqca acınacaqlıdır. Hələ bunların ölü QHT-lərə yazdırdıqları vəsaitləri demirəm.
Yazımda şübhəsi olanlar, araşdıra bilərlər.

…Amma mən QHT agentliyindən AntiNarkotik təlimlərim üçün sadəcə 10 min pul istədim, mənə ümumiyyətlə YOX dediniz”.
Bütün bunlar onu söyləməyə əsas verir ki, hal-hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyi ən çox korrupsiya məngənəsində boğulan qeyri-hökumət təşkilatıdır. Faktdır ki, adı çəkilən bu qurumda baş verənlərə dövlət nəzarətinin gücləndirilməsi yöndə əməli addımlar atılmalıdır. Əgər zamanında lazımi tədbirlər görülməzsə, yəqin ki, o halda QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənlərin əmələ gətirdiyi fəsadlar daha iyrənc forma alacaq.
Mövzuya qayıdacağıq.
GundemXeber.Az
 
 
 
Ardını oxu...
2018-ci il iyulun 3-də Mingəçevirdəki Elektrik Stansiyasında baş vermiş qəza ölkəni əməlli-başlı silkələmişdi. Qəza nəticəsində Bakı və Gəncə də daxil olmaqla 39 şəhər və rayonunun elektrik enerjisi kəsilmiş, dövlətə və əhaliyə böyük ziyan dəymişdi. Bununla bağlı keçirilən müşavirədə İlham Əliyev "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevi danlamışdı.

Poliqon xəbər verir ki, bu barədə “Alfa xəbər” Youtebe kanalının məlumatında bildirilir.

Kanal qeyd edir ki, hadisə ilə bağlı açılan cinayət işi üzrə əsas cavabdeh kimi Etibar Pirverdiyev məsuliyyətə cəlb olunacağı gözlənilirdi. Amma bu, baş vermədi...

Bir müddət sonra o, vəzifəsini itirsə də, Pirverdiyev bu gün də öz biznes imperatorluğunun başındadır. Onun biznesinin müxtəlif sahələri üzrə fəaliyyəti həm Azərbaycanda, həm də xaricdə həyata keçirir. Onun elektrik avadanlıqlarının satışı ilə məşğul olan ticarət obyektlərini, tikinti sektorundakı bəzi şirkətlərdə payının, bir sıra iri heyvandarlıq təsərrüfatlarınun olduğu qeyd edilir. Vəzifədən azad edildikdən sonra 19 iyun 2021-ci il tarixdə Azərenerji ASC-nin keçmiş sədri Etibar Pirverdiyev Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən 400 hektar torpaq sahəsini satıb və bu satışdan Etibar Pirverdiyev 1 milyon 600 min manat qazanıb. Bəs görəsən həmin torpaq sahəsini Pirverdiyev necə əldə etmişdi. Hər halda ərazi ona atasından miras qalmayıb.

Bundan başqa Etibar Pirverdiyev Qusarda dəyəri milyonlar olan torpaq sahələri və fındıq bağları alıb. 300 hektardan artıq sahə kənd sakinlərinə məxsus olub. Həmçinin Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları da var.

Pirverdiyevin ailə üzvləri də bu biznes imperatorluğunda yer alıb. Keçmiş Rabitə naziri Əli Abbasovun oğlu Eldar Abbasovla ailə quran Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva Londonda şirkət açıb. Hər iki məmurun övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğuldurlar. Onların Londonda dəyəri milyonlarla funt sterliqlə ölçülən mülkləri də var. Qeyd edək ki, Eldar Abbasovla Dünya Pirverdiyevanın Londondakı mülkləri ilə bağlı növbəti araşırmamaızda ətraflı məlumat verəcəyik. Hələlik isə qeyd edək ki, Etibar Pirverdiyevin və Ili Abbasovun xaricə çıxardığı bütün pullar bu cütlüyün adınadır.

Etibar Pirverdiyevin həyat yoldaşı, Pərvanə Pirverdi Həcəmməd qızı Gürcüstanda fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir. Şirkət hissələrinin 34 faizi Pərvanə Pirverdinin, 33 faizi Zöhrə Sultanova adlı digər Azərbaycan vətəndaşının, qalan 33 faizi isə Sulxan Papaşvili adlı Gürcüstan vətəndaşının adına rəsmiləşdirilib. “Expressbank”ASC-nin səhmlərinin 98,5 faizinin sahibi Pirverdiyevin qaynı Hikmət Hacəmməd oğlu Xammədovdur. Lakin bu görüntüdə belədir. Həmin aktivlərin əsl sahibi Etibar Pirverdiyevdir. Çünki “Expressbank”a qoyulan pullar ona məxsusdur.

Qeyd edək ki, Etibar Pirverdiyevlə bağlı növbəti videomuzda məlumat verəcəyik...
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2023-cü ildə Bakının dörd rayonunda, Bərdə rayonunda, Gəncə və Mingəçevir şəhərlərində məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatına 31 milyon manatdan çox vəsait ayırıb. Bu məlumatı sözügedən qurum tərəfindən dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı əldə etmişik. Respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatına ayrılan vəsaitlər barədə heç bir məlumat yoxdu. Maraqlıdır respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatı üzrə tenderlər keçirilmir, yoxsa müqavilələr birbaşa, ictimaiyyətə açıqlanmadan bağlanır? Bunlara növbəti yazıların birində qayıdacağıq. Keçək əsas məsələyə.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 20.02.2023-cü il tarixdə yerləşdirilmiş məlumatda 2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə “TAİS İKF” MMC ilə 12.704.453,95 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

Qeyd edək ki, Gəncə şəhərində 42, Bakı şəhəri Nizami rayonunda 24, Səbail rayonunda isə 21 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyinin Təchizat İdarəsi bu məktəbəqədər təhsil müəssisələrinin birinin yeməklə təchizatına orta hesabla 146 028 manat vəsait ayırıb.

Dövlət Vergi Xidmətinin məlumatlarına görə «TAİS İKF» MMC şirkəti 1994-cü ildə yaradılıb. Şirkətin hüquqi ünvanı Baki şəhəri Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Rəfail Məmməd oğlu Şirinovdur. Elektron mediada A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olması barədə məlumatlar yer alıb. Qeyd olunur ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC olub.

Bundan başqa Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi dövlət satınalmalarının vahid internet portalına iki şübhə doğuran məlumat da yerləşdirib. İdarənin 20.02.2023-cü ildə yerləşdirdiyi bildirişə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən, Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2023-cü il ərzində yeməklə təchizatının satın alınması məqsədilə 06.01.2023-cü il tarixində keçirilmiş təkliflər sorğusu prosedurunun nəticəsinə əsasən “Tais İKF” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Respublikada yüzlərlə təhsil müəssisələrində minlərlə dövlət təminatında olan təhsilalan var. Burada müəssisələrin adı nə üçün konkret göstərilməyib və satınalma müqaviləsinin qiyməti nə üçün açıqlanmayıb? Digər şübhəli tenderə nəzər salaq.

Təhsil nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsində dövlət təminatında olan təhsilalanların 2022-ci ilin sentyabr-dekabr ayları ərzində yeməklə təchizatı üzrə 17.08.2022-ci il tarixdə başladığı açıq tenderdə zərflərin açılış tarixi və vaxtı 26.08.2022-ci il tarixə müəyyən edilib. Dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tenderin 10 gün ərzində yekunlaşdırılması hansı qanunda göstərilib? Daha təəccüblisi isə zərflər paketi 26.08.2022-ci il tarixdə açılmış açıq tenderin nəticələrinin 16.05.2023-cü il tarixdə dərc edilməsidir. Bu tenderdə Təchizat İdarəsi “Tais İKF” MMC ilə 6.616.245,34 manat məbləğində satınalma müqaviləsi bağladığını göstərib. Amma bu vəsaitin hansı dövlət müəssisəsinə, hansı təhsilalanlara ayrıldığı barədə açıqlama yoxdu.

Təchizat İdarəsi tərəfindən “EL-OBA” QSC ilə 2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 11.109.016,17 manat dəyərində satınalma müqaviləsinin bağlanılması barədə məlumat da 20.02.2023-cü il tarixdə açıqlanıb.

Qeyd edək ki, Bakı şəhəri Nizami rayonunda 34, Nərimanov rayonunda isə 30 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyinin Təchizat İdarəsi bu məktəbəqədər təhsil müəssisələrinin birinin yeməklə təchizatına orta hesabla 173 578 manat vəsait ayırıb.

“EL-OBA” QSC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat, hüquqi ünvanı Bakı, Binəqədi rayonu, Biləcəri, Yeni Yaşayış sahəsi ev 6-dır. Şirkətin qanuni təmsilçisi Vüsal Maşalla oğlu Niftiyevdir. Elektron mediada QSC nin illik maliyyə hesabatları yayılıb. Göstərilir ki, “El-Oba” QSC 2022-ci ili 446 min manat xalis mənfəət ilə yekunlaşdırıb. 2021-ci ildə şirkətin xalis zərəri 339 min manat təşkil etmişdir. Şirkətin bina, qurğu və avadanlıqların amortizasiyası üzrə gəlir və xərcləri 8 561 manat olub. Əvvəlki il bu göstərici 9 137 manat təşkil edib. “El-Oba” QSC 2021-ci il 339 min manat xalis zərər ilə yekunlaşdırıb. 2020-ci ildə şirkətin xalis zərəri 400 min manat təşkil etmişdi. 2020-ci illə müqayisədə 2021-ci ildə “El-Oba” QSC-nin satışdan gəlirləri 7 dəfədən çox artaraq 6 milyon 744 min manat təşkil edib. Şirkət 2020-ci ildə 925 min manat gəlir əldə etmişdi.

Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi qeydiyyatına alınma və qeydiyyatdan imtina halları ilə bağlı 2022-ci ilin dekabr ayına olan məlumatda qida təhlükəsizliyi qeydiyyatından imtina edilən sahibkarlıq subyektləri haqqında məlumatda “El-Oba” QSC-nin də adı keçir. Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmadığına görə “El-Oba” QSC-nin ictimai iaşə xidməti göstərməsinə icazə verilməyib. Cəmi bir ay sonra QSC iaşə xidmətinin göstərilməsi ilə bağlı 11 milyon manat dəyəri olan tender udub.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 3.150.430,84 manat dəyərində müqavilə “MƏİŞƏT İST” MMC ilə bağlanılıb. Qeyd edək ki, “Məişət İST” MMC 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 6 manatdır və qanuni təmsilçisi Nicat Cəfərovdur. MMC 3 milyon manatla Bərdə rayonunda fəaliyyət göstərən 33 məktəbəqədər təhsil müəssisəsini yeməklə təchiz etməlidir. Bu isə il ərzində hər bir uşaq bağçasına orta hesabla 95 467 manat xərc çəkilməsi deməkdir. Açıq mənbələrdə MMC-nin barəsində heç bir məlumat yoxdu.

Təchizat İdarəsi tərəfindən 2023-cü il ərzində Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 4.702.748,12 milyon manat dəyərində müqavilə isə “SABKO” MMC ilə bağlanılıb. Qeyd edək ki, “SABKO” MMC 01.09.2014-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Safıqov Amil Telman oğludur. MMC 5 milyon manat civarında dövlət vəsaiti hesabına Mingəçevir şəhərində fəaliyyət göstərən 21 məktəbəqədər təhsil müəssisəsini yeməklə təchiz etməlidir. Bu isə il ərzində Mingəçevir şəhərində hər bir uşaq bağçasına il ərzində orta hesabla 223 940 manat xərc çəkilməsi deməkdir.

Elektron mediada MMC-nin 2021-ci ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçı hüquqlarının qorunması və həmçinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yoxlanıldığı bildirilir və göstərilir ki, yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub. Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsullarının eyni sahədə yanaşı saxlanıldığı və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda, içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatına cəlb etdiyi MMC-lər, müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmadığına görə ictimai iaşə xidməti göstərməsinə icazə verilməyən, istifadə müddəti bitmiş, mənşəyi məlum olmayan məhsullarin satışının qadağan edilməsi barədə rəsmi dövlət qurumunun qərar qəbul ediyi MMC-lərdir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz bu məlumatlar bir daha onu göstərir ki, dövlət körpə vətəndaşlarına sahib çıxır, onların sağlam gələcəyini təmin etmək məqsədi ilə milyonlarla vəsait xərcləyir. Lakin məktəbəqədər təhsil müəssisələrində nəzərdə tutulan qidaların tam olaraq uşaqlara çatdırılıb, çatdırılmaması sual altındadır. Çünki bu vəsaitlərin böyük faizi unvanına çatana qədər bir sıra səlahiyyətli şəxslər tərəfindən oğurlanır. Yəni kağız üzərində göstərilənlər başqa, reallıqlar isə tamam başqadı.

Mənbə: Aktualinfo.org
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
"Nəzərinizə çatdırım ki, 2010-cu ildə Məhəmməd Hadi 58 ünvanında SƏFALI MTK tərəfindən inşa edilən çoxmərtəbəli binadan mənzil almışam. Layihədə binanın qarşısındakı boş sahədə park salınacağı göstərilmişdi. Lakin, sonralar həmin boş sahədə 11 mərtəbənin qarşısını kəsən qeyri-yaşayış sahəsi tikildi. Həmin binanın yaşayış binası ilə ara məsafəsi 10 metrdən də azdır". Bunu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova müraciətində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında yaşayan Soltanova R.M. bildirir.
Narazı vətəndaş daha sonra yazır: "Mənzilin qarşısında tikdiyi qeyri-qanuni qeyri-yaşayış binası ilə kəsdiyi azmış kimi, binanın damının arxa hissəsində uzunluğu 60 metr, hündürlüyü 5 metrdən çox olan hasar da inşa edib. Həmin hasar yaşayış binasının qarşısını tam kəsib, mənzilə hava və gün işığının düşməsinin qarşısını alıb, şəhərə görüntüsünü tam bağlayıb.
Mənim şikayətlərim əsasında aidiyyəti qurumlar tərəfindən binada baxış keçirilib:
1) Hələ 08 fevral 2023-cü il tarixdə (10 ay bundan qabaq) FHN Tikintiyə Nəzarət Dövlət Agentliyi tərəfindən qərar qəbul olundu. Qərarda deyilir ki, “Obyektin dam hissəsində tikinti layihəsində öz əksini tapmayan ekran tipli hasar inşa edilmişdir. Layihədən kənar aparılmış tikinti, hətta, obyektin özünün təhlükəsizliyinə təhlükə yaratdığı üçün 30 gün müddətində sökülməlidir”.
2) Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən 10 may 2023-cü il tarixdə (8 ay bundan qabaq) çıxarılmış qərarda göstərilir ki, 13 mərtəbəli yaşayış binasından 10-15 metr məsafədə tikilmiş qeyri-yaşayış obyektinin arxa fasadının dam hissəsində layihədə öz əksini tapmayan hasar inşa edilib. Müvafiq tədbir görülməsi üçün qərar FHN-nin Tikintiyə Nəzarət Agentliyinə göndərilib.
3) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən keçirilən baxış nəticəsində 27.02.2023-cü il tarixdə (10 ay bundan qabaq) qəbul edilən qərarda qeyd edilib ki, Obyektin dam hissəsində təyinatı məlum olmayan və layihədə öz əksini tapmayan hasar inşa edilib.
4) Nəhayət, 10 oktyabr 2023-cü il tarixdə (2 ay bundan qabaq) FHN Tikintiyə Nəzarət Agentliyi tərəfindən təkrarən qərar qəbul edildi. Xətai rayonu, M.Hadi küçəsi 58 ünvanda yerləşən Səfalı MTK tərəfindən tikintiyə icazə sənədi olmadan inşa edilmiş ekran tipli divarın sökülməsi barədə Agentlik tərəfindən qərar qəbul edilmişdir.
Maraqlıdır ! FHN Tikintiyə Nəzarət Agentliyi özü iki (2) dəfə təyinatı məlum olmayan və layihədə öz əksini tapmayan hasarın söküntüsü barədə qərar çıxarsa da, çıxardığı qərara əməl etmir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin çıxardığı və icrası üçün onlara göndərdiyi qərara da əməl etmir.
FHN Tikintiyə Nəzarət Agentliyində saysız-hesabsız qəbullarda olmuşam. Özlərinin çıxardığı söküntü qərarını nə səbəbə görəsə bir ildir ki, müxtəlif bəhanələrlə ləngidirlər.
Xahiş edirəm, FHN Tikintiyə Nəzarət Agentliyi tərəfindən çıxarılan qərarın icrasının həyata keçirilməsinə göstəriş verin".

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Ali təhsilli, ikinci qrup əlil, çoxsaylı medallarla təltif olunmuş Vətən müharibəsinin iştirakçısı orta məktəbdə xadimə "vəzifə"sinə təyin olunub.

Bu haqda millət vəkili Fəzail Ağamalıya seçiciləri ilə görüşü zamanı məlumat verilib.

Bunu millət vəkili Fəzail Ağamalı seçiciləri ilə görüşü zamanı Vətən müharibəsinin iştirakçısının orta məktəbdə xadimə "vəzifə"sinə təyin olunmasına mövqeyini bildirərkən deyib:

"Dekabrın 9-da Salyan rayonunun Yenikənd inzibati ərazisində seçicilərimlə görüş keçirərkən qeyri - adi məlumatla rastlaşdım.

Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kərimbəyli kənd sakini, ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə "vəzifə"sinə təyin olunub. Mənimlə söhbətində dəyərli qazimiz ona utanc verən və bəzi yuxarı sinif şagirdləri tərəfindən gülünc hədəfinə çevrilən, onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də o, müxtəlif bəhanələrlə bundan imtina edib.
Ardını oxu...
Mənim müracətimə də "başqa işim yoxdu" deyə vəzifəsinin mütləq sahibi kimi cavab verdi. İxtisasca iqtisadçı olan təhsildən elementar təsəvvürü olmayandan qazimizə bu cür təhqiramiz münasibət həm də qüsurlu və qəbul edilməz vətandaş mövqeyidir!".

 
 
 
Ardını oxu...
MilliTV nin əldə etdiyi məlumata əsasən Baki şəhəri Suraxanı rayonunda yerləşən özəl bağçalardan biri kimi fəaliyyət göstərən, adı kimi bəyaz, təmiz olmayan “Pambıq” uşaq bağçasında hərcməclik və özbaşınalıq, o cümlədən antisanitariya hallarının baş verməsi faktları aşkarlanıb.

Adını qeyd etdiyimiz bağçanın müdrəsi Jasmin xanım və onun rəhbərlik etdiyi bağçada fəaliyyət göstərən digər işçilər qanun prinsiplərinə əməl etmirlər.

“Pambıq” uşaq bağçasında nəinki qanun çərçivəsindən kənar hərəkətlərə yol verilir, hətta uşaqlara tətbiq ediləsi təlim–tərbiyə və onun timsalında inkişaf prosesindən heç söz açıla bilməz.

Bağçanın müdrəsi Jasmin xanımın, xanımlığa layiq olmayan hərəkətlətləri ilə körpələrin yanında tərbiyəçilər və digər işci personalları ilə qışqır-bağırla danışması, etik qaydalardan kənar hərəkətləri bağçadakı uaşaqların həm psixoloji travma almasına, həm də davranış qaydalarının pozulmasına gətirib çıxarır. Hələ bu harasıdır?

Bağça müdrəsinin bağçada siqaret çəkərək körpələrin nəfəs aldıqları havanı zəhərləməsi, onun tutduğu məsuliyyətli bu peşəyə layiq olmadığından xəbər verir.

Görəsən“Pambiq” uşaq bağçada tərbiyəçilər evlərinə yeməyi niyə bağçada hazırlayırlar? Bəs həmin vaxt körpələrə kim nəzarət edir? Elə bu səbəbdən də bağçada körpələr nəzarətsiz qaldıqları üçün bir –birilərinə xəsarətlər də yetirirlər. Bu kimi hallar onların güvənli, etibarlı əllərdə olmamasından bəhs edir.

Siz video görüntülərdə, bağçanın mətbəxində eşələnən pişikləri görsəz, həmin anda gözünüzün önünə küçədəki zibil qutularında eşələnən pişiklər gələr.Axı tibbi nəzarətə alınmayan pişiklər bağçada körpələri müxtəlif yoluxucu xəstəliklərə yoluxdura bilər?!
 
Ardını oxu...
Bu dəfə "Azərbaycan Reallığı"na göndərilən video görüntü sözün əsil mənasında biyabırçlıq yox rəzilikdir.

Sözü gedən marketdən naturalni sok alan müştəri soku açdıqdan sonra qəribə hadisə ilə üzləşib. Hələ üstəlik həmin soku 2 uşaq içib sabah mənim uşaqlarıma nəysə olarsa kim cavab verəcək?

Müştərinin bu sualına marketdən heç bir şəxs cavab verə bilməyib. Market sözçüsü xahiş edirəm məni çəkməyin deməklə işini bitmiş hesab edib.

Qeyd edək ki, "Veysəloğlu" şirkətinin nəzdində bir neçə böyük həcmli marketlər var, onlardan biridə Araz Supermarketlər şəbəkəsidir.

Sözü gedən şirkət Aydın Talıbova məxsusdur. Onun barəsində kütləvi informasıya vasitələrində və sosial şəbəkələrdə kifayət qədər tənqidə rast gəlmək olar.

Hətta Naxçıvan keçmiş "Xanı" Vasif Talıbovunda yaxın adamlarından biri olduğu deyilir.

"Azərbaycan Reallığı" sözü gedən video şikayəti təqdim edir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

 
 
 

Dünyapress TV

Xəbər lenti