![]() |
![]() ![]() ![]() |
|
Real Madrid klubunda çıxış edən türkiyəli futbolçu Arda Güler, İstanbulun Beykoz səmtindən 3 milyon dollar (təxminən 116 milyon 579 min TL) dəyərində lüks villa satın alıb. Məlumata görə, villanın ümumi sahəsi 1000 kvadratmetr təşkil edir və 5 mərtəbədən ibarətdir.
Musavat.com xəbər verir ki, gənc ulduz yeni evini şəxsi istəklərinə uyğunlaşdırmaq üçün 2 milyon dollarlıq (77 milyon 720 min TL) təmir işləri də planlaşdırır. Bu təmirin evin daxili dizaynı, texnoloji avadanlıqlarla təchizatı və ailəsinin rahatlığı üçün əlavə imkanları əhatə edəcəyi bildirilir.
Arda Gülerin ailəsi də yeni villada onunla birgə yaşayacaq. Real Madrid-in gənc yetirməsi kimi tanınan və Avropada ən çox izlənilən futbolçulardan biri olan Arda, həm də ailəsinə olan bağlılığı ilə tanınır. Bu yeni əmlak da onun həm idman karyerasında, həm də şəxsi həyatında yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Musavat.com