Ardını oxu...
Metodun üstünlüyü "vəzifə alveri"ni sübut etməyin çətinliyidir

Azərbaycan vətəndaşları hazırda dövlətdən aldığı tibbi yardımdan məmnun deyil. Doğum yapana iki mamaça baxanda uşaq tərs gəldiyi kimi, ölkə səhiyyəsinə iki dövlət qurumunun - TƏBİB və Səhiyyə Nazirliyinin baxması, "ya ondadır, ya bunda, halvası var dükanda" deyiminin məntiqinə bənzəyir.

Cənab Prezidentin siyasi iradəsinə uyğun olaraq ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirlərinin getdikcə sərtləşməsi rüşvət və korrupsiya ilə məşğul olan üzdəniraq məmurlar rüşvət və korrupsiya metodunu ölkədə yeni yaranan stuasiyaya uyğunlaşdırmağa cəhd edirlər.

Hazırda bəzi dövlət qurumlarının fəndgir rəhbərləri vəzifə alverini əllə rüşvət vermək formasından imtina ediblər. Məsələn, yuxarı vəzifə sahibləri tabeliyində çalışan aşağı vəzifə sahiblərinə dövlətin onlara tapşırığı işi həvalə edirlər və onlar bu işi yerinə yetirdikdən sonra aşağı vəzifəli şəxslərə vəd verdikləri daha qazanclı kürsüdə əyləşdirilir. Əslində, dövlət layihəsi üçün ayrılan pul yuxarı orqan rəhbəri tərəfindən mənimsənilir, işlər tez-tələsik keyfiyyətsiz görülür.

Saytlar üzərindən apardığımız təhlil və ayrı-ayrı mənbədən daxil olan məlumatlara əsasən, bu üsuldan ən çox istifadə edən dövlət qurumlarından birinin Vüqar Qurbanovun icraçı direktor olduğu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) olduğu müəyyən edilib.

Qaldırılan məsələnin aktuallığını nəzərə alaraq, oxucuya aydın olsun deyə, ötən ilin oktaybr ayının 1-də qaçqınlar üçün istifadəyə verilmiş Hadrut Ailə Sağlamlıq Mərkəzinin (ASM) açılmasında baş tutmuş sövdələşmə üzərində dayanmaq vacib olduğu fikrinə gəlmişik. Artıq Hadrut ASM-in ərsəyə gəlməsindən bir ildən çox keçməsinə baxmayaraq, bu barədə xalq arasında xoşagəlməz hekayə hələ də danışılır.

İşin içində olan mənbənin dediyinə görə, Hadrut ASM TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə yaradılıb, 6 otaqdan ibarət binada yerləşir, 12 nəfər həkim, orta və kiçik tibb işçisinin 6 min nəfər vətəndaşa xidmət etməsi nəzərdə tutulub. Yaradılan mərkəz bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə, reonomobil ambulansla təmin edilib. ASM Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlara, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərə və onların ailələrinə səhiyyə xidməti göstərir.

Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ikinci səhiyyə xidməti müəssisəsidir. Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Hadrut Ailə Sağlamlıq Mərkəzinin (ASM) tikintisi ilə bağlı bütün xərcləri Beyləqan Rayon Mərkəzi xəstəxanasının direktoru işləmiş Nurəngiz Bəşirovaya ödətdirib.

TƏBİB sədri Hadrit Ailə Sağlamlıq Mərkəzini Beyləqan MX-nin direktoru Nurəngiz Bəşirovaya tikdirdiyi barədə məlumatı rəhbərlikdən gizlədib, bu barədə yuxarı orqanlara düzgün məlumat verməyib və Hadrut ASM-in təşkil edilməsi xərclərinin Beyləqan MX-in direktoru Nurəngiz Bəşirovanın vəsaiti hesabına ödənməsi barədə əsl həqiqət dövlət başçısından gizlədilib.

O da bildirilir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Beyləqan Rayon Xəstəxanasının direktoru ilə əvvəlcədən razılaşıb ki, o, Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) öz pul vəsaiti hesabına tikdirib təhvil verəndən sonra, o, daha yaxşı gəlirli tibb müəssisəsinə direktor təyin ediləcək...

Beləliklə, rüşvətxorluqla məşğul olduğu barədə xəbərlər ölkə gündəmini zəbt edən TƏBİB-in icraçı direktor Vüqar Qurbanovun Hadrut Ailə Sağlamlıq Mərkəzi üzərində vəzifə alveri etməsi onun bu vəzifəyə layiq kadr olmadığını təsdiqləyir. Əslində, icraçı direktor çox hörmətli Vüqar bəyin dövlət vəzifəsi tutan şəxsə ütanc gətirən işi bununla bitmir.

TƏBİB sədrinin bu il yayda, yaxın ətrafının verdiyi xəbərə görə, icraçı direktor qızına möhtəşəm və bahalı keçirdiyi toy məclisinin xərcinin bir hissəsini də Beyləqan MX-nın direktor Nurəngiz Bəşirovaya ödətdirib! Bu fakt da TƏBİB sədrinin qulluq mövqeyindən sui-istifadə etdiyini təsdiq edir və eyni zamanda, bu sistemə nəzarət edən dövlət orqanı rəhbərliyini xəbərdar edir...

Qızının toyundan sonra qısa müddətdə Vüqar Qurbanov Beyləqan MX-in direktor Nurəngiz Bəşirovanın çəkdiyi "ağır zəhməti" yüksək qiymətləndirir və Bakı şəhər 3 saylı klinik xəstəxananın direktorunu əsassız olaraq vəzifədən çıxarır və onun yerinə Nurəngiz Bəşirovanı direktor təyin edir...

Hazırda Vüqar Qurbanov tərəfindən cəmi 6 aydır Bakı şəhər 3 saylı klinik xəstəxanasına direktor vəzifəsinə təyin etdiyi Nurəngiz Bəşirova köhnə rüşvətxorluq əməlinə sadiq qalaraq, Xocavənd və Beyləqan rayon Mərkəzi Xəstəxanasında təşkil etdiyi rüşvət şəbəkəsini (N. Bəşirova hər iki xəstəxanadan rüşvətxorluğa görə qovulub) Bakı şəhər 3 saylı Sabunçu klinik xəstəxanasında təşkil edib...

Əhali APA-ya "Məni 3 saylı klinikaya TƏBİB yox, Mehriban Əliyeva direktor təyin edib" sərlövhəli müsahibə verən Nurəngiz Bəşirova rüşvətxorluq əməlinə haqq qazandırmaq üçün Birinci vitse-prezidentin adını çəkməsini yalan, böhtandan ibarət olan çox uğursuz cəhddən başqa bir şey hesab etmir!..

Əksinə, Nurəngiz Bəşirovanın ardıcıl olaraq Xocavənd, Beyləqan xəstəxanalarının baş həkimi, direktoru vəzifəsindən əmək kollektivi tərəfindən rüşvətxor kimi qovulub ifşa olması direktorun arxasında durub, onu xəstəxanalar üzrə baş həkim, direktor təyin etdirən şəxs, şahidlərin dediyinə görə, qohumluq əlaqəsinə görə, FHN rəhbəri K. Heydərovun adı çəkilir...
paralel.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 
 

Ardını oxu...
“Həkim tamahkarlıqdan, artıq pul qazanmaq üçün məni doqquz saat narkoz altında, qanaxmada saxlayıb. Xəstəxanadan evə buraxılandan sonra mərkəzi sinir sistemim pozulub, böyrəyimdə kiçilmə, ürəyimdə aritmiya yaranıb. Şəkər xəstəliyinə tutulmuşam”.

Bunu Meydan TV-yə Lalə Abbasəli qızı Ayvazlı deyir.

O bildirir ki, 2022-ci ildə “Kəpəz” Hospitalda plastik, rekonstruktiv ve estetik cərrahı Səkinə Xudiyevanın keçirdiyi bir neçə əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb.

“2011-ci ildə mastopatiya düyünündən əməliyyat olunmuşdum. Əməliyyat zamanı döş giləsi yaxşı oturmadığı üçün həmin hissədə ağarma baş vermişdi. Həkim müayinəsi zamanı dedilər ki, həmin hissə qanı yaxşı götürmür, çürümə verə bilər. Üstəlik, sidik qaçırma problemim (inkontinensiya-red) problemim vardı. Bu iki problemlə əlaqədar həkimə getmişdim”, – şikayətçi bildirir.

İddia edir ki, həkim eyni vaxtda başqa bir pasiyentin də əməliyyatını edib:

“Məni əməliyyata götürəndə həkimin köməkçisi arxamızca dedi ki, əməliyyat üçün bir xəstəmiz də var. Həkim, onu da həll edərsiniz. Mən düzü, nə deyildiyini anlamadım. Əməliyyata alınandan sonra məni doqquz saat narkozda qanaxma ilə saxlayıblar. Səbəb isə tamahkarlıqdır”.

“Mənim əməliyyatımı dayandırıb, sonra həmin xəstəni əməliyyat edib, təkrar bir də mənim əməliyyatımı davam ediblər. Nəticədə beş faiz qanla mən ölümcül bir vəziyyətdə əməliyyatdan çıxdım. Dörd gün qızdırmalı yatdım. Həmin vəziyyətdə də məni evə göndərdilər. Bu hadisədən sonra demək olar ki, iki ay apteklər mənim evimə daşındı. Doqquz saatlıq əməliyyatdan sonra orqanizmimdə ağır fəsadlar yarandı”, – deyə o qeyd edib.

Vətəndaş məsələ ilə əlaqədar öncə Nəsimi Rayon Prokurorluğuna müraciət edib.

Dediyinə görə, gedişatdan narazı olduğuna görə iş alınaraq, Yasamal Rayon Prokurorluğuna verilib:

“Sonra da sənədlərim Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yollanıldı. Bir ildir mən təkrar-təkrar ekspertizadan keçirəm. Ədalət Həsənov (birliyin sədri-red) gördüklərini rəydə yazıb, vermir. Azərbaycanda prokurorluq klinikaları araşdırmağa maraqlı deyil. Hamısı əlbirdir. Səhiyyə Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdim. Prezidentə, Birinci Vitse-prezidentə yazdım. Baş prokuror Kamran Əliyevə yazdım, nəticəsi olmadı. Şikayətimə düzgün rəy vermirlər, işimi uzadırlar”.

Çarəsiz qalan vətəndaş hara üz tutacağını, dərdini kimə deyəcəyini bilmir:

“Biz Azərbaycan xalqı bunların əlindən yorulduq. Biz qanun deyirik, qanunun qırağında oturanlar da buna gülürlər. Prezidentə, Vitse-prezidentə yazılanlara etina etmirlər. Bəs kimə müraciət edək? Qoy cənab Prezident bizə desin”.

Həkim Səkinə Xudiyevanın köməkçisi Tamara Səlimova Meydan TV-yə bildirib ki, şikayətçinin iddiaları əsassızdır:

“Lalə xanım daha öncə Türkiyədə əməliyyat olunmuşdu. Bir neçə dəfə Səkinə doktora müraciət etmişdi. Həkim onu geri qaytarmışdı, əməliyyata götürmürdü. Üç-dörd dəfə gələndən sonra həkim əməliyyata razılıq verdi. Həkim ona görə razı olmurdu ki, Lalə xanımın sinəsini daha öncəki həkim çox pis günə salmışdı”.

“Lalə xanımın əməliyyatında mən də olmuşam. O, mamoplastika, abdominoplastika, liposaksiya və vaginaplastika əməliyyatları keçirmişdi. Onun davası doqquz saat əməliyyatda olmaqla əlaqədar idi. Əməliyyat vaxtının uzandığı vaxtlar olur. Bu, normal haldır. Bu haqda öncədən özünü də məlumatlandırmışdıq. Üstəlik, ikinci əməliyyat da çox çətin bir əməliyyat olur”, – deyə həkim köməkçisi qeyd edib.

Onun sözlərinə görə, əməliyyatın çəkilişi var və şikayətçi istəsə, baxa bilər:

“Hansısa pasiyenti niyə narazı salaq? Niyə üzərində pis işləyək? Bu həm də bizim özümüzə xələl gətirər. Eyni vaxta əməliyyat mümkün deyil axı. Kameralarımız var, gəlib, baxsın. Prokurorluğa, Tibbi Ekspertizaya şikayət edib. Araşdırma aparılıb və məlum olub ki, hər şey qaydasındadır”.

Baş Prokurorluğun mətbuat xidməti məsələ ilə əlaqədar Meydan TV-nin sorğusunu cavablandırmayıb.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.


Mənbə: Meydan TV
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan tibb müəssisələrində çalışan həkim və tibb bacılarından pul yığılması ilə bağlı məlumat yayılıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatda deyilir ki, həkimlər, tibb bacıları və sanitarkalardan maaşlarının yarısı qismində pul yığılır.

Səbəb kimi göstərilib ki, bir müddət öncə Hesablama Palatası apardığı yoxlama zamanı bəzi qanunsuz faktlar aşkarlanıb. İndi hazırda çatışmayan məbləğin yerinə qoyulması üçün pul yığılır.

Məlumat üçün bildirək ki, Gəncə şəhərində həkimlər min və ya min yüz, tibb bacıları 400 manatdan artıq əməkhaqqı alır.


Qeyd edək ki, az əvvəl anoloji məlumatı bloqumuz paaylaşıb...
Ardını oxu...
Bərdə rayon sakini Elbrus Rüstəmov və bir qrup Kənd sakinləri etiraz edib .

Onların etirazına səbəb isə Su artezian quyularının fəaliyyət göstərməməsidir. Sakinlərin sözlərinə görə, Atamoğlan adlı idarə müdiri onlara borcları olduğunu deyib. İddia edir ki, müdirə ödənişin çekini göstərdikdə isə onlara hədə qorxular gələrək, ordan qovublar.

Şikayətçilər kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edərək bu işə baxılmasını və köməklik göstərilməsini xahiş edir...

Daha ətraflı aşağıdakı videoda:



Mənbə: Kanal 13
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Azərbaycanda saxta diplomlu vəzifəli şəxslərin mövcudluğu hətta rəsmi qurumlar tərəfindən belə etiraf olunan faktdır. Problem təhsil müəssisələrində daha aktual olsa da, həmin müəllimləri hələ də təhsil sistemindən tam uzaqlaşdırmaq mümkün olmayıb.

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ən çox saxta diplom Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilib. Onun sözləriə görə, bu ali təhsil müəssisəsindən verildiyi güman edilən saxta diplomların sayı 600-dən çoxdur:

"Ədalət naminə demək lazımdır ki, saxta diplomların aşkarlanması, bu kimi halların qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər var. 5-10 il öncəki durumla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) sədri Məleykə Abbaszadə məsələ ilə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın (DİM) "qara baza"sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi".

Ekspertin sözlərinə görə, saxta diplomların artması əsasən köçürmələr hesabına olur. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa köçürülürlər:

"Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır. Universitetin lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə, onun verdiyi diplom saxta hesab olunur. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təsdiqi ilə də saxta diplomlara rast gəlinir".

Ekspert bu problemin həllində elektron bazanın əhəmiyyətini vurğulayıb. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmin portala daxil olub verilmiş diplomun həqiqi, yoxsa saxta olduğunu yoxlamalıdır.
 
Ardını oxu...
Özəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub.

Sosial şəbəkələrdə paylaşılan görüntülərin metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında, Kazım Kazımzadə, 99 ünvanında yerləşən “Uni” klinikasında həkim Elmir Qəhrəmanovun icra etdiyi əməliyyat zamanı lentə alındığı iddia edilir.

Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım “TikTok” platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma “Komutan”, XTQ, “Hidayət” kimi sözləri əlinə yazmasını istəyirlər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazır.

Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Sözügedən klinikanın direktoru Elmir Daşdəmirov Oxu.az-a açıqlamasında sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib: “Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır”.

 
 
 

Ardını oxu...



Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbin müəllimi, Sabirabad Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elman Bünyadov redaksiyamıza məlumat verərək, işlədiyi məktəbdə rəvac verilən qanunsuzluqlara qarşı haqlı etirazına görə təzyiqlərə məruz qaldığını bildirmişdir.
Elman müəllimin sözlərinə görə, məktəbdə xüsusilə də 8-ci və daha yuxarı siniflərdə dərsə davamiyyətin və ümumiyyətlə dərslərin keyfiyyətinin aşağı olduğunu, dərslərdən çox çal-çağır tədbirlərinə üstünlük verildiyini dediyinə görə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Nigar Cahangirova onun barəsində Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazova şikayət etmişdir. E.Bünyadov həmçinin qeyd edib ki, məktəbin direktoru Fatimə Quliyeva formal olaraq təhsil müəssisəsinə rəhbərlik etsə də, de-fakto idarəetmə işini Nigar Canahgirova həyata keçirir. Onun isə arxasında himayədarları Rabil Şahbazov və Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov dururlar: “Bu iki nəfər iki gündən bir 4 nömrəli məktəbə təşrif buyururlar, başqa 250 məktəbdən fərqli olaraq. Mən – neçə illərin təcrübəli müəllimi ola-ola reügional idarənin yuxarı vəzifəli şəxslərinin qəbuluna düşə bilmirəm, amma qadın müəllimləri dərhal qəbul edirlər. Onların xanım müəllimlərə bunca həssas münasibəti artıq kənardan müşahidə edilməkdədir və rayon sakinləri arasında söz-söhbətlərə yol açıb”.
E.Bünyadov həmçinin bildirmişdir ki, 4 nömrəli məktəbin ştat cədvəlində kompyuter laborantının adı getsə də, onu indiyədək “gördüm” deyən olmayıb.
Xatırladaq ki, Zahidov Mahir Savadxan oğlu hazırki vəzifəsinə təyin olunana qədər Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində, Şahbazov Rabil Ələsgər oğlu isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
İbrahim Hümbətov
 
Ardını oxu...

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir.

İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.

Deryaz.az xəbər verir ki, dekabrın 7-də keçirilən prosesdə Elnur Məmmədov iştirak etməyib. Onun vəkili Cavidan Osmanlı bildirib ki, Elnur Məmmədov səhhətində yaranmış problemlərlə əlaqədar prosesə qatıla bilməyib.

Əvvəlki proseslərdə digər təqsirləndirilən şəxslərin sərbəst ifadə verdiklərini elan edən hakim yeniyetmə Murad Əhmədlini kürsüyə dəvət etdi. Dedi ki, qanuna görə yetkinlik yaşına çatmayanlar valideynlərindən birinin iştirakı ilə sərbəst ifadə verə, dindirilə bilərlər. Murad Əhmədli atasının iştirakı ilə sərbəst ifadə verdi. Onun sözlərinə görə 2023-cü il iyunun 11-də qohumu Mikayılla bərabər Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Elgün İsmayılovla bərabər Mərdəkan qəsəbəsində çayxanada olublar. Həmin vaxt Elgün İsmayılova qardaşı Elmir İsmayılov zəng edib. Elmir İsmayılov telefonda qardaşından xahiş edib ki, “Sea Breeze”yə gəlsin, onu xəstəxanaya aparsın. O da çayxanada olan digəriləri ilə birgə “Sea Breeze”yə gəliblər. Orada dayanacaqda Peyman, Elgün, Məhəmməd maşından düşərək gediblər. O da maşını daha rahat yerdə saxlayıb və az müddətdən sonra restoran tərəfə gedib. Orada Peyman Vəlizadənin başından qan axdığını görüb. Peymanın başını su ilə yuyub. Sonra da Məhəmməd Həsənzadə gəlib. O da gələndən sonra “Sea Breeze”dən çıxıb gediblər.

Murad Əhmədli sərbəst ifadəsini bitirəndən sonra prokuror Amin Şəkərəliyevin suallarını cavablandırdı. Dedi ki, o, “Sea Breeze”də Elmir İsmayılovu, Peyman Vəlizadəni, Məhəmməd Həsənzadəni, Elgün İsmayılovu kimlərin döydüyünü görməyib. Bundan başqa Elnur Məmmədovu, onun dostu Cavad Muradovu da orada görməyib.

Sərbəst ifadəsindən sonra prokuror Amin Şəkərəliyev ona bir neçə sual verdi. Murad Əhmədli prokurorun suallarını cavablandırarkən dedi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləmir. O, valideyninin iştirakı olmadan, ona təzyiq göstərməklə, üstünə qışqırmaqla ifadə alındığını dedi. Onun sözlərinə görə iki gecə, üç gün istintaqda saxlanılıb, müstəntiq ona evə gedəcəyini deməklə aldadaraq ifadəyə qol çəkdirib. Bundan sonra isə onu “İVS”ə (müvəqqəti saxlama təcridxanasına-E.M) aparıblar.

Murad Əhmədli Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucovun da suallarını cavablandırdı. Dedi ki, onlar Mərdəkan qəsəbəsindən “Sea Breeze”yə dava deyil, Elmir İsmayılovu oradan götürərək xəstəxanaya aparmaq niyyəti ilə gəliblər. O, orada Məhəmməd Həsənzadənin kiminləsə dava etdiyini görməyib.

Digər vəkilin sualını cavablandıran Murad Əhmədli bildirib ki, atasının iştirakı olmadan onu dindiriblər, həmin vaxt müstəntiq onun üstünə qışqırıb deyə psixoloji durumu çox pis olub.

Hakim bildirib ki, Murad Əhmədli ibtidai istintaqa verdiyi ifadəsini birmənalı şəkildə təkzib etdiyindən onu ibtidai istintaqa verdiyi ifadəni elan etmək zərurəti yaranıb. Buna görə də ifadəni elan etdi. Həmin ifadə məhkəmə istintaqında verilən ifadə ilə diametral ziddiyyət təşkil edir.

İfadə elan olunandan sonra prokuror Murad Əhmədliyə bir neçə sual verdi. O, dindirmə zamanı tək olduğunu, müstəntiqin üstünə qışqırdığını, bu zaman qorxub səhv ifadə verdiyini söylədi. Murad Əhmədli Elnur Məmmədovu görmədiyini, onun qolundan yumruqla vurmadığını, Cavadın Peymanı vurmasını görmədiyini, Məhəmmədi kimin vurduğunu da görmədiyini deməklə ibtidai istintaqa verdiyi ifadəsini tamamilə təkzib etdi. Prokuror Murad Əhmədliyə xatırlatdı ki, ifadənin altına öz xətti ilə imza atıb. Müstəntiq “bura qol çək, evə gedirsən” demişdi deyə ifadəyə qol çəkdiyini söylədi. Lakin evə buraxılmadığını, “İVS”-ə aparıldığını prokurora dedi.

Vəkillərin də suallarını cavablandıran Murad Əhmədli ibtidai istintaqa verdiyi ifadəni təkzib etdi, belə ifadə vermədiyini dedi.

Murad Əhmədli Cavad Muradovun sualına cavab olaraq onu “Sea Breeze”də görmədiyini dedi.

Bundan sonra hakim iş materiallarına əlavə edilmiş sənədləri elan elədi. Prokuror isə Baş Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyevin və Ceyhun müəllimin məhkəməyə çağırılaraq dindirilməsinə dair vəsatətlə çıxış etdi.

Vəsatət müzakirə olunarkən prokuror Amin Şəkərəliyev müstəntiqin məhkəməyə çağırılaraq dindirilməsinin qəti əleyhinə olduğunu bildirdi.

Prokurorun vəsatətinin prosessual qanunvericiliyin tələbinə uyğun olmadığını bildirməklə müstəntiq məhkəmədə dindirilməsinin əsassız və qanunsuz olduğunu söylədi, vəsatətin təmin edilməməsini xahiş etdi.

Vəkillər hakimin diqqətinə çatdırdılar ki, Murad Əhmədlini müstəntiq Əlibala Hacıyev deyil, Ceyhun adlı müstəntq dindirib.

Bundan sonra hakim Məhəmməd Həsənzadənin telefon-anten məlumatları ilə bağlı araşdırmanın başlandığını elan etdi. Prokuror Amin Şəkərəliyev araşdırma sənədlərində yer alan telefon nömrəsinin Məhəmməd Həsənzadənin olmasına şübhə etdiyini dedi. Vəkil Vüsal Orucov prokurorun diqqətinə çatıdırdı ki, şübhə varsa, şübhənin aradan qaldırılması ittiham tərəfinin üzərinə düşür. Telefon-anten məlumatlarından açıq-aşkar görünür ki, Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda “Sea Breeze”də deyil, Mərdəkanda qəsəbəsində olub.

Vəkil Abbas Kərimbəyli prokurorun şübhələrinə reaksiya verərkən dedi ki, “Sea Breeze”də hadisə baş verərkən Məhəmməd Həsənzadənin telefonu anten məlumatlarına əsasən Mərdəkan qəsəbəsində olub. Bu isə özlüyündə ittihamın təkzib edilməsidir və təqsirləndirilən şəxslərə bəraət hökmü çıxarılması üçün əsasdır. Digər vəkillər də telefon-anten məlumatlarının mötəbərliyinə şübhələrin olmadığını bildirdilər.

Məhəmməd Həsənzadənin atası da bildirdi ki, prokurorun şübhəsi varsa, Məhəmmədlə onun və ailə üzvlərinin sms yazışmalarını, müxtəlif vaxtlarda danışıqlarını araşdıra bilər.

Hakim prokurora telefon-anten məlumatları ilə bağlı vəsatət verməyə şərait yaratdı. Amin Şəkərəliyev telefon nömrəsi ilə bağlı vəsatətinin olmadığını, araşdırma aparılmasını istədi.

Vəkillər isə bildirdilər ki, telefon nömrəsinin Məhəmməd Həsənzadənin istifadəsində olmasına dair hər hansı bir qeyri-müəyyənlik yoxdur deyə belə bir araşdırmaya da ehtiyac yoxdur.

Hakim “Sea Breeze”dəki müşahidə kameralarından götürülmüş videogörüntülərin də araşdırılacağını elan etdi. Sosial şəbəklərdə, cinayət işinin materiallarında şəxslərin qırmızı dairəyə alınmış videosunun olduğunu diqqətə çatdırdı. Proses dekabrın 13-də davam etdiriləcək.

Deryaz.az

 
 

Ardını oxu...

“Azərsu” ASC-də yenilənmə qohumbazlıq prinsipi ilə gerçəkləşir…

 

Prezident İlham Əliyevin 17 noyabr 2023-cü il tarixdə imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana əsasən, qurum haqqında Əsasnamə, eləcə də Agentliyin strukturu təsdiq edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yarandıqdan sonra sədr Zaur Mikayılovun əmri ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin idarəçiliyi bu qurumun rəhbəri vəzifəsini icra edən sədr müavini Köçərli Həsənova etibar edildi. Köçərli Həsənovun 2 illlik fəaliyyəti isə qeyri-qənaətbəxş kimi qiymətləndirilə bilər. Bu günlərdə Yenixeber.org-a məlumat verən etibarlı mənbə bildirir ki, ASC-nin sabiq prezidenti Qorxmaz Hüseynovun gedişindən sonra kadrlar əsas etibarı ilə Köçərli Həsənovun qohumları hesabına yenilənsə də, müsbət istiqamətdə keyfiyyət dəyişikliyi müşahidə olunmayıb, hər şey bir əldə cəmlənib:

“Məsələn, paytaxtda və əksəriyyəti bölgələrdə olmaqla, qanunsuz tikilmiş fərdi ev və obyektlərə texniki şərtlərin verilməsinə nəzarəti Köçərli Həsənov öz qardaşı oğlu Orxana verdi. ASC-nin yerlərdə apardığı tikinti işlərini isə Köçərli Həsənov qudası Misirə etibar etdi. Həsənovun digər qohumu Samir Qənili isə İT texnologiyaları üzrə departamentə rəis təyin olundu. Qəribədir ki, Samir Qənili birbaşa vəzifəsi olmayan işlərdə - satınalmalarda, hüquq mübahisələrində, kadrlara dərəcələrin verilməsində, başı çıxmadığı mexanika və energetika məsələlərində də söz sahibinə çevrilib. Samirin belə “əziz-xələfliyi” səbəbindəndir ki, təsdiq olunmuş xərclər smetasının 80 %-nin onun departamentinə ötürülməsinə, İT avadanlıqlarının alınmasına qərar verilib.

Köçərli Həsənovun vəzifələrə təyin etdiyi digər kadrların da peşəkarlıqları və reputasiyaları şübhə doğurur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyindən qalmaqalla, biabırcasına qovulan Zemfira adlı qadının da işə qəbulu birmənalı qarşılanmadı. Cəmiyyətdə kinayə ilə danışılır ki, Qorxmaz Hüseynovun hakimiyyəti dövründə “hər günə bir Cəbrayıllı” şüarı dəbdə idisə, Köçərli Həsənovun zamanında “hər saatda bir Saatlılı” devizi moddadır. Sanki idarə onlara atalarından miras qalıbmış kimi Samir Qənili deyirdi ki, “mənim də, Köcərli müəllimin də ermənistanlı və naxçıvanlılardan zəhləmiz gedir, bircə onları təmizləsəydik...!”

Mənbənin bildirdiyinə görə, Köçərli Həsənovun yarıtmaz idarəçiliyi həm də səmərəsiz xərclərlə və ASC-nin tərəfdaşlarına hörmətsiz münasibətlə müşayiət olunub. Səmərəsiz xərclər dedikdə heç də qeyri-peşəkar kadrlara ödənilən haram məvaciblər nəzərdə tutulmur. Lüzumsuz, rəqəmləri şişirdilmiş İT layihələrinə, tikinti-təmir işlərinə investisiyalar qoyulmuş, qabaqcadan sövdələşmələrə əsasən 30 və daha yuxarı faizlə podratçılardan “otkat” alınmışdır. Qeyd olunur ki, daxili vəsaitə görə 10%, büdcə vəsaitinin yönləndirilməsinə görə isə 30 % “otkat” tələb olunur. Ən böyuk layihələrdən olan Ceyranbatan Su Anbarının SKADA xərclərinə üç - beş dəfə artıq pullar xərclənib. K. Həsənov Yeni Kür serverinin qurulmasına isə 4-5  mln. manat vəsait ayırtdırıb ki, bu da Ceyranbatan sutəmizləyici qurğularının serverinə xərclənəndən 8-10 dəfə çoxdur”.

Məlumatda qeyd olunan maraqlı nüanslardan biri də ondan ibarətdir ki, son iki ildə yığımda 192 mln. manat artım olmasına və 2020-ci ildə ASC-nin vergi borcunun sıfırlanmasına baxmayaraq, Köçərli Həsənov özünün işlədiyi dövrdən əvvəl yaranmış borcları mal göndərən və iş-xidmət yerinə yetirən şirkətlərə ödəməkdən imtina edir: “Borclar isə 5 mln. manatdan hazırki 35 mln. manata qalxıb. Misal üçün, "izol beton" , "T.P injenerinq", "Kaskad hidro" və digər kreditorlarla mübahisələr “dalana dirənib”. Yəqin, K.Həsənov “öz könlündəkini anlayır”, belə fikirləşir ki, “köhnə işlərə görə “otkatı” başqası alıb, borcu mən niyə ödəməliyəm?” Hələ tariflərin dəyişmədiyi 2019-2020-ci illərdə aylıq yıgım 20 mln. manat təşkil edirdi, tarif dəyişikliyindən sonra isə təkcə əhali qrupundan yığılan pullar aylıq 8-10 mln. manat artdı. Bu isə illik  96-120 mln. manat əlavə gəlir deməkdir. Xərclənməsində isə nəzarət, şəffaflıq təmin olunmur.

                

Etibar Məmmədovun “ağsaqqallığ”ı 

 

Köçərli Həsənovun ən yaxın korrupsiya ortağı olan “Azərsu “ Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov dövlət investisiyalarının “yerbəyer” olunmasına, icrasına “ağsaqqallıq” edir. Etibar Məmmədovun yeznəsi – Yasamal rayon Su-Kanal İdarəsinin rəisi Ramin bəy xüsusi imtiyaza malik olduğundan, hər cür özbaşınalıqlara gedir, texniki şərti özü satır, xətlərin köçürülməsi, qoşulma, kod açma, sayğac qoyma və s. bütün işlərə görə “ödənişi” istehlakçıdan heç kimə ETİBAR etmədən özü alır.

Ardını oxu...           
Etibar Məmmədov

 

Təmənna qarşılığında göz yumulan, səhlənkarlıq ucbatından nəzarətdən yayınmış su itkilərini süni şəkildə azaltmaq üçün yerlərdə əhali qrupundan olan istehlakçılara su verilişi fasilələrlə dayandırılır və bununla da Dövlət Su Ehtiyatları Agentliyi aldadılır.

                              ***

Biz bu yazıda yer alan və yer almayan faktlarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Hətta rəsmi məktubumuz da hələ ki, cavabsız qalıb(?)/yenixeber.org/

 

 
 
 
 
 

Dünyapress TV

Xəbər lenti