Ardını oxu...
Ölkənin ucqar dağlıq rayonu olan Lerikdən şikayətlər səngimir.

Sakinlər deyiblər ki, icra başçısı rayonu tamamilə maliyyə idarəsinin müdiri Hafiz İmanovun nəzarətinə verib.

Rayonu faktiki idarəedən klan İmanovlardır. Hətta vəziyyət o həddə çatıb ki, dövlətin və özəl sektorun gördüyü bütün işlərə İmanovlar əl qoyur.

Bu yaxınlarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB İnkişaf Mərkəzinin (KOBİM) Lerikdə açılan filialına da İmanovların adamı əl qoyub.

Sakinlərin dediyinə görə, KOB-un rəhbərliyinə Hafizin İmanovun qardaşının kürəkəni Rahil Nəsibəli oğlu Məmmədov gətirilib.

Leiklilər bunu icra başçısı Əkbər Abbasovun İmanovlara “Yeni il hədiyyəsi” kimi xarakterizə ediblər.

“Görəsən, rayonda nüfuzsuz İmanovlar bu təcrübəsiz və bacarıqsız icra başçısını bu gedişlə hara aparırlar? Bəs Lerikin bütün idarəetmə və nəzarətini İmanovlara etibar edən icra başçısı öz vəzifəsinin məsuliyyətini anlayırmı?”, – deyə sakinlər sual edirlər.

Lerikdən gələn digər bir xəbər isə Milli Məclisin deputatı İqbal Məmmədovla bağlıdır.

Sakinlər deyirlər ki, uzun müddətdən sonra, nəhayət, deputatın ayağı Lerik rayonuna dəyib. Bildirilir ki, icra başçısı Əkbər Abbasov rayon ictimaiyyəti ilə görüşünə İqbal Məmmədov da qatılıb. Amma bu görüş İqbal Məmmədov üçün heç də ürəkaçan olmayıb. Çünki onun fəaliyyəti əhalinin etirazı ilə qarşılanıb.

Rayon sakini Əlfiağa adlı şəxs iclasda deputatı açıq tənqid edib.

O, İqbal Məmmədovu tərəfkeşlik və ayrı-seçkilikdə günahlandırıb. Sakin deyib ki, deputat rayonu da zonalara bölüb və öz zonasına daha çox diqqət ayırır.

“Rayonu zonalara bölüb şovinistlik edən qərəzli adamsan. İndiyə kimi ancaq öz kəndin, öz zonan və qohumların üçün işləyən bir şovinistsən. Biz səni bir deputat kimi tanımırıq”, – deyə sakin deputatı sərt tənqid edib.

Lerik sakinləri deyirlər ki, onlar faktiki köməksiz qalıblar, nə icra başçısı işinin öhdəsindən gələ bilir, nə də deputat onların səsini eşidir. Bir sözlə, Lerik Allahın və İmanovların ümidinə buraxılan bir rayona çevrilib.

Mənbə: editor.az
Teref: Xocanın Blogu
 
Ardını oxu...
AzToday.az saytının baş redaktoru Elmidar Əliyev Prezident İlham Əliyevə müraciət edib.

Jurnalist dövlət başçısına müraciətində təbiətimizə qənim kəsilən meşə mafiyasının qanunsuz əməllərini ifşa etdiyinə görə məhkəməyə verildiyini bildirir.

Müraciəti olduğu kimi təqdim edirik:

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Hörmətli Cənab Prezident!

AzToday.az saytında Azərbaycanın florasının məhv edilməsi, o cümlədən ölkənin cənubundakı meşələrdə ağacların kütləvi şəkildə qanunsuz olaraq kəsilməsi barədə faktların yayımlanması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi çox hiddətləndirib. Belə ki, nazirin tapşırığı ilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov bu dəfə məni xüsusi ittiham qaydasında məhkəməyə verib.

Xatırladım ki, 2023-cü ilin noyabrın 27-də Lerik Rayon Məhkəməsinin qərarı ilə ekologiyaya vurulan ziyanla əlaqədar rəhbərlik etdiyim saytda yazılan məqalələri təkzib etməklə yanaşı, şəxsən 1500 manat cərimələnmişəm. Halbuki yayımlanan məqalələrin hər birində foto və video faktlar öz əksini tapmaqla bərabər şahid ifadələri də yer alıb. Buna baxmyaraq, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov şəxsi maraqlarına görə ədalətli yanaşmamış, şahidlərin məhkəməyə gəlib ifadə verməsinə imkan tanımamışdır.

Məhkəmənin belə bir qərar qəbul etməsi hakim Atabəy Kiçibəyovun mənə qarşı qərəzli olmasından qaynaqlanır. Çünki Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun korrupsiya əməlləri ilə bağlı əsaslı şübhələrimi dəfələrlə mediada işıqlandırmışam və bununla bağlı Məhkəmə-Hüquq Şurasına da müraciətlər göndərmişəm. Təkcə bir faktı qeyd edim ki, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 4 nəfərin yaşının artırılması barədə çıxardığı qərarların Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunması barədə xəbər ilk dəfə AzToday.az saytında yayımlanmışdır. Bununla yanaşı, Atabəy Kiçibəyovun çıxardığı əsassız qərarlarla bağlı şikayət verib, növbəti məhkəmə instansiyalarında onların ləğvinə nail olmuşam.

Lerik Rayon Məhkəməsinin 2023-cü ilin noyabrın 27-də çıxardığı qərardan da 2024-cü ilin ilk iş günlərində apellyasiya şikayəti verəcəyəm. Apellyasiya Məhkəməsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin şahid kimi dindirilməsi ilə yanaşı, direktorun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsini də tələb edəcəyəm. İnanıram ki, Apellyasiya Məhkəməsi hakim Atabəy Kiçibəyovdan fərqli olaraq prosesə obyektiv qiymət verəcək.

Onu da vurğulamaq istəyirəm ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi şəkildə ağacların kəsilməsi ilə yanaşı, meşə ərazisinin ayrı-ayrı iş adamlarına və fərdi şəxslərə satılması faktları da mövcuddur. Bu ilin avqust ayında hüquq-mühafizə orqanları 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində əməliyyat keçirmişdir. Bütün bu məqamlar ilk dəfə Aztoday.az saytında yayımlanmışdır. Buna görə də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və onun müavini Vüqar Kərimov meşələrdə baş verən ekoloji cinayətləri ictimailəşdirən saytı cəzalandırmaq və baş redaktoru həbs etdirmək istəyir.

Möhtərəm Prezident!

Sizin apardığınız xarici və daxili siyasət həmişə rəhbəri olduğum AzToday.az saytında təqdir olunub. Sizə qarşı olan məmurlar vəzifədə işləyən zamanlar belə saytda ifşa olunub. İndiyə kimi mənə qarşı edilən qanunsuz əməllərin hamısı Sizə etdiyim müraciətlərdən sonra dayandırılıb. Təkcə onu deməyi lazım bilirəm ki, Prezident Administrasiyasının vaxtilə mövcud olmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun məni həbs elətdirmək niyyəti Sizə etdiyim müraciətdən sonra baş tutmadı.

Xahiş edirəm, bu dəfə də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin qanunsuz niyyətinin reallaşmasına imkan verməyəsiniz. Ən mühüm təvəqqem də odur ki, cənub meşələrində baş verən ekoloji cinayətlərin araşdırılması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz!
Ardını oxu...
Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi 2023-cü ilin avqust ayının 21-də "Regional zonalarda suvarılan torpaqlarda qazılmış rejm müşahidə quyularının cari təmiri və meliorasiya xidmətləri (torpaq nümunələrinin qablaşdırılması) üçün mal-materiallar”ın açıq tender metodu ilə satın alınması lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 213.780 manat, qalibi isə "Archimed" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1305000041) olub.

Ardını oxu...
"Archimed" MMC 2017-ci ildə təsis edilib. Şirkətin hüquqi ünvanı Xətai rayonu, General Səmədbəy Mehmandarov ev ev 106, mənzil 1 ünvanı, qanuni təmsilçisi isə Mirzəyev Tacir Seyidağa oöludur.

"Archimed" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları və digər parametrləri barərə açıq internet resurslarında məlumat yoxdur.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.

Ardını oxu...
Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin 213 min manatlıq tenderdə qalib elan etdiyi "Archimed" MMC-nin adı bir sıra qanun pozuntularında hallanır.

2022-ci ilin dekabr ayının 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Dövlət Xidmətinin Baş Prokurorluğa etdiyi müraciətdə bir neçə təşkilatın tenderlərdə iştirak etmək üçün dövlət sənədlərini saxtalaşdırdığı vurğulanır. Bu siyahıda "Archimed" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı keçir.

Qeyd edək ki, Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir.

İdarənin rəisi Mahir Qasımovdur.
Ardını oxu...
Qlobal.az
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
 
Ardını oxu...
İki gün sonra 2023-cü il başa çatır.
Yox, təzə, yaxud köhnə il barəsində təəssüratlarımızı bölüşmürük, Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənovun fəaliyyəti barəsindəki təəssüflərimizdən danışacağıq.

Xatırlayırsınızsa, "DogruXeber.az" informasiya portalında aylar öncə əslən Cəbrayıl rayonundan olan şəhid Kərimov Elçin Ataş oğlunun 31 ildir köhnə yataqxananın bircə otağında sığınan 7 nəfərlik üzvdən ibarət ailəsindən bəhs etmişdik. Hansı ki, o, ailə 31 ildir müvəqqəti yaşamaq üçün bir mənzillə təmin olunması üçün 31 ildir aidiyyatı üzrə müraciət edir və yenə oturub gözləyir...

Şəhid ailəsi, üstəlik məcburi köçkün...

Amma, şəhidin əmanətlərinin mövcud durumu Cəbrayıl rayonunun İcra Hakimiyyətinin nə əvvəlki, nə indiki icra başçısını, nə də millət vəkiliini zərrə qədər narahat etmir.

Ailənin sözlərinə görə, bugünə qədər yuxarıda qeyd etdiyimiz məmurlardan heç biri bu ailənin problemi ilə maraqlanmayıb.

Şəhidin qardaşı "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramı ilə telefon əlaqəsi saxlayıb, 31 ildir yaşadıqları çətinliklərı də səsləndirdi, həmçinin bu barədə "DogruXeber.az" informasiya portalında da yazılı məlumatlar dərc olundu...

Şəhid ailəsini 30 ildir eşidən yoxdur... - "Başçını tanımıram, amma deputatı televizorda görmüşəm"

Çi fayda...

Nə icra başçısı Kamal Həsənovun, nə də millət vəkili Ceyhun Məmmədovun yenə də "tükü tərpənmədi".

Bundan əlavə biz şəhid Elçin Kərimovun Sabunçu rayon Bakıxanov qəsəbəsində yerləşən şəhidlər xiyabanındakı məzarının da dağılmaq üzrə olduğundan, məzar daşının bir neçə yerindən dərin çatlar verdiyindən də bəhs edərək, məzarın fotosunu da təqdim etmişdik. Nə yazıq ki, məzar daşı belə təmir olunmadı.

Beləliklə də şəhidin yadigarı olan ailəsi daha bir bir problem dolu ili yola salaraq, həllinə ümid verənin belə olmadığı eyni problemlərlə 32-ci ilə qədəm qoyur.

Bu ilk növbədə rayon rəhbərliyi, ikinci növbədə ölkə adına utancvericidir. Sessizliyi ilə sanki, "fəaliyyətini dondurmuş" təsiri bağışlayan Cəbrayıl rayon rəhbərliyi nəinki şəhid ailələrinə və qazilərə, veteranlara - ümumiyyətlə rayonun sakinlərinin böyük əksəriyyətinə (özünün xüsusi dəyər verdiyi tərəfdarlarından başqa) bu laqeydliyi, biganəliyi ilə insanları təkcə rayon rəhbərliyinə qarşı deyil, birbaşa dövlətçiliyə qarşı qaldırır.

Ümumiyyətlə Kamal Həsənovun timsalında bir çox rayon və digər dövlət məmurları öz laqeydlikləri ilə, şəxsi mənafeləri uğruna insanlara zərər verərək, həmçinin korrupsioner əməlləri ilə vətəndaşlarda vətənə nifrət hissi yaratmağa çalışırlar.

Məhz dövlət məmurlarının sözün əsl mənasında məsuliyyətsizliyidir ki, Elçin Kərimovun uğrunda canını verdiyi vətəndə, 10 milyonluq ölkədə 7 nəfərlik ailəni heç olmasa müvəqqəti yaşaması üçün 31 ildə bir mənzillə təmin olunmayıb. Eləcə də 27 ildir mənzil növbəsi gözləyən Beyləqan rayon Aşağı Çəmənli kənd sakini, 72 yaşlı şəhid anası Kətan Həsənova və digər şəhid ailələri, qazilər, müharibə əlilləri...

Vətəni qoruyan vətənpərvər igidləri bu xalq özü yetişdirir, odur ki, yeni ildən etibarən bu xalq daha məmur maraqlarının qurbanı deyil, məmurlar öz məsuliyyətsizliklərinin qurbanı olacaq və yeni struktur xalqla birlikdə çalışacaq.

Hələlik isə bu sadəcə yeni ildən istəyimizdir...
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
 
Ardını oxu...
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev xidmətdəki mövqeyindən, nüfuz və səlahiyyətindən istifadə edərək çalışdığı qurumu sözün həqiqi mənasında bazara çevirib.
Strateji planlaşdırma şöbəsinin rəisi olan İlqar Həbiyev bütün strateji planlaşdırmaları yalnız öz şəxsi maraqları və ailə büdcəsi baxımından həyata keçirir. Belə ki, tutduğu vəzifədən istifadə edərək milyonlarla manatlıq nəhəng sərvətə yiyələnən İlqar Həbiyev, bu gün də vətəndaşların haqlarını tapdalamaqda, onun maddi marağını təmin etməyən şəxslər üçün süni problemlər yaratmaqdadır.
Məlumat üçün qeyd edək ki, sabiq Komitə sədri Kərəm Həsənovun əsas kadrlarından biri olan ilqar Həbiyevin qanunsuz əməlləri ilə bağlı ölkə mətbuatında bugünə kimi bir sıra məlumatlar yer alıb. Həmin məqalələrin birində İlqar Həbiyevlə yanaşı onun qardaşı Adil Həbiyevin törətdiyi qanunsuzluqlardan ətraflı bəhs edilib. Məqalədə haqlı olaraq qeyd edilib ki, İlqar Həbiyev çalışdığı dövlət qurumunu ailə təsərrüfatı kimi idarə edir və bundan fantastik məbləğdə pullar əldə edir.
Maraqlıdır ki, Kərəm Həsənov dönəmi başa çatsa da, İlqar Həbiyev hələ də köhnə əməllərindən əl çəkmiş deyil. Əksinə, bu qurumda çoxdan çalışması səbəbi ilə özünü Əmlak Məsələləri Dövlət Xidmətinin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir.
Bu səbəbdən də Kərəm Həsənov dönəmində olduğu kimi bu gün də dövlət maraqları üçün deyil, yalnız və yalnız ailə büdcəsi üçün tər dökən İlqar Həbiyev vəətndaş pullarını eyni iştahla həzm etməkdədir.

DAVAMI VAR...

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Cari ilin aprelin 24-də Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən “Sumqayıt Tibb Mərkəzi”ndə baş verən qanunsuzluqlarla bağlı cinayət işinin başlanılması barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Sumqayıtda fəaliyyətdə olan daha bir korrupsiya yuvasından da biz bəhs etmək istərdik.

Aktualinfo.org hələ iki-üç il bundan əvvəl Səhiyyə Nazirliyinə tabeli başqa bir qurumda, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində baş verən bir sıra qanunsuzluqlar barədə geniş, silsilə məlumatlar yaymış, burada tədris ocağında dövlət satınalmalarında yol verilən saxtakarlıqları geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Qeyd edək ki, hələ 2019-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən əsaslı təmir işləri, cari təmir işləri, abadlaşdırma, dəftərxana və təsərrüfat xərcləri, masın və avadanlıqlar, digər malların alınması, kommunikasiya islərinin satınalması üzrə onlarla kotirovka sorğusu proseduru keçirilmişdir. Bütün bunlar isə bir-iki ünvanda ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmış, amma bir nəfər tərəfindən idarə olunan ayrı-ayrı MMC-lərlə bağlanmış müqavilələrlə həyata keçirilib. Hansı ki, dəfələrlə yazmağımıza baxmayaraq təkzib olunmayıb. Həmin qanunsuzluqlar sözügedən qurumda bu gün də davam etməkdədir.

Belə ki, Sumqayıt Tibb Kolleci tərəfindən tikli və avadanlıqların cari təmiri (büdcə) üzrə 17.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 21.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.997,5 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 27.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətləri (büdcə) üzrə 04.12.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 20.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.981,64 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 27.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən tikili və avadanlıqların cari təmir işləri (budcədənkənar vəsaitlər) üzrə 20.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 08.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8.003,39 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 25.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən dəftərxana və təsərrüfat malları (büdcə) üzrə 16.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 08.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.510 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 25.12.2023-cü il tarixdə açıqlanmışdır.

Bunları niyə ən xırda detalları ilə diqqətinizə çatdırırıq? Çünki Sumqayıt Tibb Kollecinin satınalma müqaviləsi bağladığı MMC də elə noyabr ayında dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVRAN AS” (VÖEN 1605321401) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 06.11.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, E.İSAKZADƏ, ev 63, m. 97, qanuni təmsilçisinin isə Fətaliyev Ağalar Nahid oğlu olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi MMC Sumqayıt Tibb Kollecinin dəftərxana və təsərrüfat malları (büdcə) üzrə 16.11.2023-cü il tarixdə başladığı kotirovka sorğusundan cəmi 10 gün əvvəl dövlət qeydiyyatına alınıb. Belə olan təqdirdə bir ayın içində yeni yaradılmış bir MMC ilə ayrı-ayrı lotlar üzrə ümumi olaraq 59 491 manat məbləğində 4 satınalma müqaviləsinin bağlanılması nə dərəcədə qanunauyğundur?

Buna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə don geyindirəcək?

Göründüyü kimi Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri kobud şəkildə pozulduğu açıq-aydın hiss olunur. Kollecin Tender Komissiyasının ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, olmalıdır. Lakin kotirovka sorğusu keçirilməzdən 10 gün əvvəl yaradılmış 10 manat nizamnamə kapitalı olan bu MMC -nin nə kimi maddi texniki bazası, kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər? Hələ bunlar azmış kimi, Sumqayıt Tibb Kollecinin Tender Komissiyası kotirovkaları bir mənbədən satınalma metodu ilə keçirib ki, qanun 10 gün əvvəl yaradılmış bir MMC-nin belə prosedurlarda iştirakına qəti yol vermir.

Qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə uzun müddətdir Rəfayıl Eyvazov rəhbərlik edir. Məlumatlara görə o, bir tədris ocağının, bir dövlət müəssisəısinin rəhbəri olmaqla yanaşı həm də biznes fəaliyyəti ilə məşğuldur. Bakıda geniş restoranlar şəbəkəsinə sahibdir. Məlumatlara görə Rəfayıl Eyvazova bu işlərdə Azərbaycan Həmkarlar Konfederasıyasının sədri, millət vəkili Səttar Mehbalıyev ilə qohumluq telləri çox kömək edir. Elektron mediada yayılmış bəzi məlumatlarda Rəfayıl Eyvazova vaxtılə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənov da himayədarlıq edib.

Sumqayıt Tibb Kollecində tədrisin keyfiyyətinə gəlincə. Burada yüksək bilikli tibbi təhsil almaq üçün heç bir şərait nə tədrisin keyfiyyəti, nə də tələbələrin dərsə davamiyyəti yoxdu. Amma bol-bol rüşvət mexanizmi var. Üstəlik dövlət vəsaitlərinin talan edilməsi halları da var. Gördüyünüz kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Sumqayıt Tibb Mərkəzi”ndə olduğu kimi, Sumqayıt Tibb Kollecində də araşdırmağa aparmağa, cinayət işi başlamağa ciddi əsaslar da çoxdu.

Mənbə: Aktualinfo.org
 
Ardını oxu...
Cəlilabad meşəbəyliyinin 9 sayli dolayında kütləvi qırıntı faktları aşkarlanıb.

Ekofəal Məhəmməd Adiyevin Aztoday.az-a təqdim etdiyi görüntülərdən məlum olur ki, dolayda “Qırmızı kitab”a düşmüş, Azərbaycan təbiətinin ən nadir bitkisi olan dəmirağacı ağacları belə kütləvi şəkildə qırılıb.

Həmin görüntüləri təqdim edirik:

Ümid edirik ki, heç olmasa, bu dəfə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev yüzlərlə dəmirağacının kəsilməsi ilə bağlı adekvat tədbir görəcək. Çünki 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində minlərlə qırıntı faktına demək olar nazirlik səssiz qalıb və bəzi hallarda göndərilən yoxlamalar meşə mafiyasının qanunsuz əməllərini ört-basdır edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də münasibətini öyrənməyə cəhd edəcəyik.
 

     
Ardını oxu...
Redaksiyamıza Hüquq müdafiəçisi Azad İbrahimlinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub. Müraciətdə Masallı rayonundan olan tanınmış iş adamı Hacı Mazanın (Ramazan Zeynalov) havadarlarına arxalanaraq ekoloji fəlakət doğuran qanunazidd fəliyyətindən bəhs olunur.
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:
Mənim üçün çox maraqlıdır: Görəsən səlahiyyətli şəxslər cənub bölgəsində yaranmış təhlükəli vəziyyət barədə Prezident İlham Əliyevə məlumat veribmi? Əlbətdə ki, yox, verməzlər. Bilirsiz niyə? Çünki onlar üçün maraqlı olan öz gəlirləridir. Həmin səlahiyyətli şəxslər üçün vətən, dövlət və milləti önəmli deyil. Mən bunu açıq şəkildə deməkdən çəkinmirəm.
Regionlarda baş verənlər barədə yazmaq istəyirəm. Bəzi vəzifəli şəxslər Masallı rayonunda iş adamları ilə əlbir olub bütövlükdə dövlət üçün təhlükə mənbəyinə çevriliblər. Necə? İndi onu izah etməyə çalışacam.
Mən müstəqil hüquq müdafiəçisisiyəm. Ara-sıra rayonlara səfər edirəm. Bu dəfəki səfərim ölkənin cənub bölgəsinə, konkret olaraq Masallı rayonuna oldu. Burada gördüklərim məni sözün həqiqi mənasında dəhşətə gətirdi. Və özümə borc bilirəm ki, gördüklərimi Sizin də diqqətinizə çatdırım.
Rayonun mərkəzindən "İsti su istirahət mərkəzi" istiqamətində hərəkətdəydim ki, qarşıdan bir neçə yük maşını yüklü vəziyyətdə mənimlə üzbəüz gəldi. Bu mənim diqqətimi çəkdiyindən maşını yolun kənarına çəkib saxladım. Dayandığım yerdə bir saatdan çox müşahidə apardım. Bu bir saat ərzində təxminən 30 yük maşını dolu vəziyyətdə rayonun mərkəzinə tərəf gedirdi. Elə oldu ki, yaxınlıqdan keçən bir sakinlə söhbətləşdik. Ona "bu yük maşınları kimindir və nə işlə məşğul olurlar" sualını vermişdim ki, adam ürəyini boşaltdı.
Həmin şəxsin sözlərindən məlum oldu ki, yük maşınları Masallı rayonundan olan tanınmış iş adamı Hacı Mazana (Ramazan Zeynalova) məxsusdur. O, Viləş Çayının ətrafında qazıntı işləri aparır. Hər gün həmin çaydan ən azı 100 maşın iri daş çıxararaq, özünə məxsus zavoda aparır. Mənimlə danışan şəxs deyir ki, bu barədə dəfələrlə aidiyyəti dövlət orqanlarına məlumat verilib. Gəl ki, heç kim bu işin qarşısını ala bilməyib.
Mənim həmsöhbət olduğum şəxs deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə qohumluq əlaqələrini Hacı Mazanı toxunulmaz edib. Hacı Mazan insanlara açıq şəkildə deyir ki, oğlum Bayram Zeynalov polis polkovniki, Ağsuda mero rəisidir. Buna görə heç kim mənə söz deyə bilməz. Təsəvvür edirsiz? Belə baxanda düz də deyir. Heç kim ona "gözün üstə qaşın var" deyə bilmir. Adam oğlunun vəzifəsi ilə insanları hədələyir. Hacı Mazan bir yük maşını ilə qumu 200 manata satır. O, əldə etdiyi gəliri təkbaşına yemir. Qazancın müəyyən qədərini Masallı rayonunun səlahiyyətli şəxslərinə verir. Xüsusilə bildirim ki, Hacı Mazan qazıntı işləri ilə bağlı Viləş Çay Su Anbarı İstismar İdarəsinin rəhbəri Rusif Kərimovun da payını çatdırır.
Ardını oxu...
Bu arada onu da qeyd edim ki, Hacı Mazanın arxasında dayananlardan biri də deputat Məşhur Məmmədovdur. Millət vəkili də iş adamının qanunsuz işləri barədə şikayətlərin qarşısını alır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da belə hallara qarşı çıxa bilmir. Deyilənlərə görə Hacı Mazan onları da oğlu Bayram Zeynalovun Muxtar Babayevlə ailəvi dost olması ilə hədələyir. Deyim ki, nazir Muxtar Babayevlə mero rəisi Bayram Zeynalovun dost olması barədə mətbuatda da məlumat verilib.
Hacı Mazanın Viləş Çayının ətrafında apardığı qazıntı işlərinin təhlükəli tərəfləri barədə qısaca yazım. Həmin çay təxminən 46.000 kubmetr su tutumuna malikdir. Hazırda orada 32.000 kubmetrdən biraz çox su olar. Bunun da səbəbi çayın vaxtı-vaxtında təmizlənməməsidir. Halbuki mütəxəssislər deyir ki, suvarma mövsümü başa çatandan sonra, yəni bu aylarda çayın qapıları açılmalı, su tamamilə buraxılmalıdır. Ancaq illərdir bu işlər görülmür. Çünki idarə müdiri Rusif Kərimov həmin çayda balıq saxlayır. Mənimlə söhbətləşən və müəyyən səbəblərdən adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə Rusif Kərimov rayon ictimaiyyəti arasında belə bir söz deyib ki, güya çaydakı balıqlar Su Ehtiyyatları Agentliyinin sədri Zaur Mikayılovundur.
Balıqdan daha təhlükəli olan əsas məsələ barədə də də bir neçə kəlmə yazım. Hacı Mazan tərəfindən aparılan qazıntı işləri zamanı çayın mühafizə zolağı zədələnib. Əgər su sızması olarsa insanların həyatını xilas etmək olacaqmı? Mən hələlik mövzunu burdaca yekunlaşdırıram. İnanıram ki, vəziyyətin ciddiliyi aidiyyəti dövlət orqanlarını da narahat edəcək. Böyük bir rayonun sakinləri üçün mümkün təhlükə aradan qaldırılacaq və təbiətə ziyan vuranlar barəsində ciddi tədbirlər görüləcək.
Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
Yenixeber.org
 
Ardını oxu...
Naxçıvan Dövlət Filarmoniyasında müxtəlif konsert proqramları ilə çıxış edən musiqiçi və rəqqasların qonorarları mənimsənilir. Bu haqda “Gündəlik Naxçıvan”a filarmoniyanın bir qrup işçisi məlumat verib. Onlar deyir ki, bu problem Ülvi Əhmədov filarmoniyaya müdir təyin olunandan sonra başlayıb.
Filarmoniya işçilərindən B.M. deyir ki, onlar vaxtaşırı Türkiyəyə, Bakıya və muxtar respublikanın rayonlarına qastrola göndərilirlər. Lakin, bu qastrollarda ayrılan yüksək qonorarlardan onlara pul çatmır:
„Yeni müdir gələnə qədər az-çox qonrar ala bilirdik. Bir ilə yaxındır Ülvi Əhmədov direktor təyin olunub. O gələndən konsert proqramlarının sayı da çoxalıb. Naxçıvanın bütün gözəl guşələrinə, kəndlərinə göndərir. Bütün bayram tədbirlərində konsert proqramı ilə çıxış edirik. Bu il polis günündə möhtəşəm konsert verdik. Yaxşı da qonrar köçürülmüşdü. Lakin, nə musiqiçilərə, nə də rəqqasələrə heç bir qonrar ödənilmir, hamısı mənimsənilir“.
Şikayətçilər deyir ki, hər dəfə konsert proqramından əvvəl onlara qonorar vəd olunur. Lakin, proqramdan sonra mühasib direktorun, direktor da mühasibin üzərinə atır və bu yolla qonorarlar mənimsənilir:
“Uzun illər burada can qoyan insanlar var. Bizim də övladlarımız, ailəmiz var. Qonrar istəyəndə yüz bəhanə gətirirlər. Bir az da səs-küy salanda direktor deyir ki, buradan maaş alırsınız, kim istəmirsə, işdən çıxsın. Biz əziyyət çəkirik, bəhrəsini isə direktor və ətrafındakı yaxın bir neçə adam görür. Uzun illərdir burada işləyən, ailəsinə çörək aparan adamlar var. Bu cür davam edərsə onların çoxu işdən çıxmağı düşünürlər. Yaxşı olar ki, aidiyyatı qurumlar arşdırıb, problemi yoluna qoysunlar ”.
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
 
 


 
Ardını oxu...

Son vaxtlar Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəli adlara malik şirkətlər barədə çox yazılıb. Belə şirkətlərin böyük əksəriyyətinin arxasında gözügörünməz qüvvələrin olduğu bu gün heç kimə sirr deyil. Adlarından başqa demək olar, heç nəyi olmayan belə MMC-lər hər bir və ya ber neçə satınalmaların qalibi olurlar. Bu Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdiyi satınalmalarda daha çox özünü biruzə verir. Elə götürək sözügedən Departamentin son bir neçə gündə başa vurduğu satınalma prosedurlarını.

Dövlət satınalmalarının vahid internet portalını son 10 gündə zəbt etmiş belə şirkətlərin biri də “BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyətidir. Bu şirkət 14-27 dekabr tarixlərində Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdiyi 10 açıq tenderin qalibi olub. Amma axtarışlarımıza baxmayaraq QSC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə ümumiyyətlə məlumat yoxdu.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 01.10.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2000.00 manat olan QSC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, YENİ YASAMAL 2, ev 6, m. 190, qanuni təmsilçisinin isə İsmayılov Elvin Sahib oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 05-25-2021-ci il tarixədək QSC-nin qanuni təmsilçisi Nigar Şahhüseynbəyova Faiq qızı olub.

“BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyəti barədə rəsmi məlumatlar bu qədərdi. Bir də dövlət satınalmalarının vahid internet portalında QSC-nin qalibi olduğu tenderlər barədə məlumatlar var. QSN-nin son 13 gün ərzində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrindən udduğu tenderlərə və onların məbləğlərinə diqqət yetirək.

Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsərrüfat işlərində çalışan heyət üçün istifadəsi nəzərdə tutulan malların satın alınması üzrə 169.341,8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 27.12.2023-cü il tarixdə açıqlanıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif təyinatlı işlər üçün malların satın alınması üzrə 477.776,1 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 27.12.2023-cü il tarixdə açıqlanıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən oyun və İdman qurğularının satın alınması üzrə 128.938,6 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 27.12.2023-cü il tarixdə açıqlanıb.

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidməti istifadə üçün nəzərdə tutulan müxtəlif təyinatlı malların satın alınması üzrə 210.959,81 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən idman və uşaq əyləncəsi üçün bir sıra malların satın alınması üzrə 99.379,6 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nəqliyyat vasitələrinə məxsus bir sıra hissələrin satın alınması üzrə 49.229,6 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən söhbətgah, oturacaq və dekorativ ağacların satın alınması üzrə 99.592 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidməti istifadə üçün üçün nəzərdə tutulan təsərrüfat təyinatlı malların satın alınması üzrə 197.591 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanıb.

Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən parklarda istifadə olunacaq oyun qurğularının satın alınması üzrə 248.567 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.12.2023-cü il tarixdə açıqlanıb.

Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müəssisənin balansında olan əsas vəsaitlərə texniki qulluq məqsədli bir sıra malların satın alınması üzrə 251.609,04 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.12.2023-cü il tarixdə açıqlanıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi “BİLGƏ QRUP” QSC son 13 gün ərzində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdiyi satınalmalardan ümumi olaraq 1 933 051 manat məbləğində dövlət sifarişi alıb. Oktyabr ayında Milli Arxiv İdarəsinən 513.245,04 manat, sentyabr ayında isə Milli Kitabxanadan 736.704,21 manat məbləğində udduğu tenderləri də üstünə gəlsək bu son 3 ay ərzində 3 183 000 manat məbləğində dövlət sifarişi alması deməkdir.

Maraqlıdır, QSC bu dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı? QSC-nin “Facebook”sosial şəbəkəsindəki bəzi məlumatları diqqətinizə çatdırırıq. Sosial şəbəkəyə 30 oktyabrda qoyulmuş məlumata görə Azərbaycan Respublikası Gömrük Komitəsinin sifarişi ilə modul tipli Astara gömrük keçid məntəqəsinin layihələndirməsi və inşası “Bilgə Qrup” QSC tərəfindən həyata keçirilir. 9 oktyabrda yaılmış məlumatda Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, “Bilgə Qrup” QSC-nin direktoru Elvin İsmayılovla birlikdə Birinci Şıxlı kəndində qəhrəman şəhidimizin ata ocağında olub, əziz xatirəsini dərin ehtiramla yad edib. Şəhidimizin ruhuna dua oxunub, xatirəsi böyük ehtiramla anılıb.

3 oktyabrda “Bilgə Property”nin tərəfdaşlığı ilə “Legend” bilyard klubu istifadəyə verildiyi açıqlanıb.

8 avqustda Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə “Rotante” restoranının açılışı baş tutduğu açıqlanıb.

17 iyulda Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə Memorial hospitalının Nərimanov filialının açılışı baş tutması açıqlanıb.

20 mayda Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə “Tabakevi” mağazasının açılışı olduğu açıqlanıb.

“BİLGƏ QRUP” QSC layihələrinin biri də 19 apreldə baş tutub. Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə T-Döner kafesi açılmışdır.

13 apreldə “Bilgə Property”nin tərəfdaşlığı ilə Bakıda NPT Panel, PKS Doors, FrioPlus mağazaları açılmışdır.

10 mart 2023 il tarixində Bakıda “Bilgə Property”nin tərəfdaşlığı ilə GreenBox kafesi açılmışdır. Açılışda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak etmişdir.

Bütün bu məlumatlar “Facebook”sosial şəbəkəsində “BİLGƏ QRUP” səhifəsinə yerləşdirilib. Göründüyü kimi şirkət Bakıda restoran, kafe, mağazalar şəbəkəsinə malikdir. Tikinti işlərinin də həyata keçirdiyi barədə məlumatlar var. Bütün bunlar şirkətin yüksək çinli bir məmur tərəfindən idarə olunduğunun da göstəricisidir. Şirkətin qanuni təmsilçisi kimi göstərilən İsmayılov Elvin Sahib oğluna gəlincə. Onun adına 10.05.2023-cü ildə “BİLGƏ MÜLK” Mənzil-Tikinti Kooperativi, 16..05.2023-cü ildə isə “BİLGƏ TTT” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Yuxarıda qeyd etdiyimiz kimi “BİLGƏ QRUP” Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınanda ilk qanuni təmsilçisi Şahhüseynbəyova Nigar Faiq qızı olub. Bəs dövlət qeydiyyatından 5 il əvvəl keçmiş, restoran, kafe, mağazalar şəbəkəsinə malik olan və son 13 gün ərzində milyonlarla dəyəri olan 10 tenderin qalibi olmuş QSC-ni təsis etmiş Nigar Şahhüseynbəyova kimdir? İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma göstərir ki, Şahhüseynbəyova Nigar Faiq qızı Azərbaycan Universitetinin müəllimi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantıdır. Hazırda MMC-nin qanuni təmsilçisi kimi İsmayılov Elvin Sahib oğlu göstərilsə də Nigar Şahhüseynbəyova çox güman ki, təsisçilik hüququnu özündə saxlayır.

Respublikamızda müəllimlərin aylıq əmək haqqı bu gün hər kəsə məlumdur. Azərbaycan reallığında bir qadın müəllimin bu qədər geniş imkanlara sahib olması heç inandırıcı görsənmir. Bir xanım müəllimin təsisçisi olduğu sıradan bir şirkətin 13 gün ərzində 3 milyon manatdan çox dövlət sifarışi alması nə dərəcədə realdır? Sözsüz ki, QSC bu dövlət sifarişlərini yüksək çinli məmurların tapşırığı ilə əldə edib. Təbii ki, onların kimliyini biz bilə bilmərik. Onu İqtisadiyyat naziri Mikayıl Cabbarovdan soruşmaq lazımdı.

Mənbə: Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti