Ardını oxu...
Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daxili qarşıdurma pik həddə çatıb. Buna səbəb Xidmət rəisinin müavini Elçin Yusubovun öz rəisi Mətin Eynullayevi devirmək cəhdidir. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Mətin Eynullayevin Elçin Yusubova yetərincə səlahiyyət tanımasına baxmayaraq, rəis müavini bununla kifayətlənmək niyyətində deyil. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxslər isə Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarov və Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovdur. Nə qədər inanılmaz görünsə də, Elçin Yusubov nisbətən “aşağı eşalon”dan olan bir çox şəxsi də öz tərəfinə çəkməyi, onların Mətin Eynullayevə qarşı səflərdə yer almasını vacib bilib.
Rəis müavini öz məqsədinə çatmaq üçün Mətin Eynullayevin “kabinet məmuru” obrazını yaratmağa da xüsusi səy göstərir. Prezident İlham Əliyevin məmurları aktiv olmağa, xalqla bilavasitə təmas qurmağa, xalqın “ayağına getməyə” səsləməsi fonunda Mətin Eynullayevin klassik məmur obrazının yaradılması Xidmət rəisini ali siyasi hakimiyyət qarşısıdna gözdən salmağa hesablanıb. Xidmət rəisinin müavini Elçin Mustafa oğlu Yusubovun ətrafında formalaşdırdığı komandanın əməlləri dəhşət yaradır. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq: Taleh Bəşirova avtomobili niyə, şöbə müdirinin hansı xidmətlərinə görə bağışlayıb? Bu “ürəyiaçıqlığın” Taleh Bəşirovun onun adına keçirdiyi torpaq sahələri ilə nə kimi əlaqəsi var?
Maraqlıdır ki, Mətin Eynullayev Elçin Yusubovun “qiyam hazırlığından” xəbərdar olsa da, müavininə qarşı sərt addımlar atmaqdan çəkinir. Bunun isə əsas səbəblərindən biri Elçin Yusubovun hazırda hakimiyyətin yuxarı eşalonunda təmsil oluna bir çox şəxslərlə yaxın dostluq münasibətinə malik olmasıdır. Lakin bununla yanaşı, Mətin Eynullayev də Elçin Yusubov və onun komandasına qarşı bəzi “profilaktik” tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri Elçin Yusubova xüsusi yaxınlığı ilə seçilən Eldəniz Qafarov və Taleh Bəşirovun şöbə müdiri vəzifəsində birdəfəlik təsdiq edilməməsidir. Hər iki məmur şöbə müdiri vəzifəsini xeyli müddətdir ki, müvəqqəti icra edir ki, bu da Xidmət rəisinin onlara etimad göstərməməsinə dəlalət edir. Bir sözlə, yaxında Əmlak Məsələləri Dövlət Xidmətində daxili mübarizənin daha da şiddətlənəcəyi ehtimalı böyükdür. Bu mübarizədə qalib gələn hər kəs şəriksiz olaraq “hər şeyə” sahib olacağı kimi, məğlub olan tərəf bugünə qədər sahib olduğu hər şeylə vidalaşmalı olacaq.
Mənbə: cumhuriyyet.az

 
Ardını oxu...
Beyləqanda sahibkara məxsus obyekti sökən əmlak xidmətinin əməkdaşı hündürlükdən yıxılaraq ayağını sındırıb...

Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin əməkdaşları sahibkara məxsus obyektin tikintisini sökərkən hündürlükdən yıxılaraq xəsarət alıb. Hadisə şahidlərinin sözləri onun ayağının sındığı bildirilir.
Qeyd edək ki, Dövlət Əmək Xidməti (DƏX) hər hansı bir qanunsuz aparılan tikinti işlərinin dayandırılmasını tələb edə, zərurət yarandıqda sökülməsi və sair qanuna yuğun hərəkətlərin aparılması istiqamətində səlahiyyətli qurumlara rəsmi müraciət edə bilər.
Qanunsuz inşa olunan obyektlərin sökülməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir. Xidmətin əməkdaşlarının özləri məhkəmə qərarı olmadan söküntü işlərini apara bilməz. Aparılması qadağan edilir. Bunun üçün aidiyyəti səlahiyyətli qurumlar var.
Sahibkar iddia edir ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin bəzi əməkdaşları vəzifələrindən sui-istifadə etməklə, səlahiyyətlərinə aidiyyəti olmayan söküntü işlərinə də burunlarını soxurlar. Məhz onlar bir neçə gün öncə sahibkarın tikintisini özləri inşa olunan hörgünün üzərinə çıxaraq əlləri ilə sökməyə başlayıb. Bu zaman əməkdaşlardan biri hündürlükdən yıxılaraq qılçası sınıb.
Onu da qeyd edim ki, obyekti uçurulan sahibkar Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Beyləqan rayon prokurorluğuna ərizə ilə müraciət edib
Realmedia.az
 

     
Ardını oxu...
Xəbər verdiyimiz kimi, "Pilot Residence" MTK-ya məxsus Səbail rayonu, Rostoropoviç küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində pilləkən bağlanaraq, yerində obyekt tikilib. Burada yaşayan sakinlərin yeganə ümid yeri lifdir. Lift işləməsə, mənzillərə qalxmaq-düşmək mümkün olmayacaq. Bu barədə ATV kanalı sujet hazırlayıb.

Bu problemlə bağlı ötən ilin avqust ayında "Xəzər Xəbər"də sujet yayımlamışdı.

Qaynarinfo-nun məlumatına görə, ötən il sözügedən binada yaşayan sakinlərin həm lift, həm də pilləkən vasitəsi ilə evlərinə giriş-çıxış məhdudlaşdırılmışdı. Sakinlərin haqlı narazılığından sonra sözügedən məsələnin birtərəfli həll edildiyi məlum olub. Həmin binada sakinlər ötən il qonşu binanın blokundan keçməklə mənzillərinə daxil ola bilirmiş.

Sujetdə qeyd edilir ki, yaşayış binasının blokunun qarşında obyekt tikilib. Lift və pilləkənlər həmin obyektin içərisində qalıb. Bloka giriş hörülərək bağlanıb, sakinlərin liftdən istifadəsi məhdudlaşdırılıb.

Sakinlər bildiriblər ki, binanın 4-cü blokundan istifadə etməklə və 5-ci blokun ikinci mərtəbəsinə keçməklə, öz evlərinə qalxa biliblər. Bəzi sakinlər həmin obyektin tikintisi səbəbindən "Pilot Residence" MTK-ya pul ödəyib, aldıqları qarajlardan da istifadə edə bilmirlər. Qarajlar supermarketə anbar kimi icarəyə verilib.

Həmin sujetdə şirkətin nümayəndəsi bildirir ki, obyektin tikilməsi üçün müvafiq qurumlardan icazə alınıb. Bir-iki qurumun da razılığı alınandan sonra binanın həyəti sözügedən obyektlə əhatə olunub, tikiləcək və onun üzəri sakinlərə həyət kimi istifadəyə veriləcək.

Ötən ilki sujetdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Amma dünən ATV telekanalının hazırladığı sujetdə məlum olur ki, məsələ nə araşdırılıb, nədəki sakinlərə kömək edilib. Əksinə, binanın blokunun pilləkəni tam sökülüb, yerində obyekt tikilib.

Ötən ilki sujetdə olduğu kimi, dünənki sujetdə də "Pilot Residence" MTK-nın eyni nümayəndəsi sakinlərin haqlı narazılığını əsassız sayıb. Deyib ki, əvvəldən müvafiq qurumlar tərəfindən sakinlərə verilən sənəddə binanın girişi nəzərdə tutulmayıb. Ötənilki sujetdən fərqli olaraq, hazırda binanın həyətində obyekt tikintisi başa çatdırılıb.

Maraqlıdır ki, problem 1 ildən artıqdır ki, ictimailəşdirilib, amma hələ də həll olunmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi bu müddət ərzində nəyi və necə araşdırıblar? Bu "araşdırma" hansı formada davam edib ki, nəticəsində binanın layihəsində köklü dəyişiklik edilib, tikinti aparılıb və şəhərin mərkəzində belə bir acınacaqlı vəziyyət yaranıb?

Görünən odur ki, "Pilot Residence" MTK-nın qanunsuz tikililərinə ya müvafiq qurumlar göz yumur, ya da ki, problemi həll etmək iqtidarında deyillər.
 
Ardını oxu...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov tərəfindən 2023-cü ilin noyabr ayında Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin edilən Güllü İbadovanın işə çıxmadığı deyilir.

"Qlobal.az”ın əldə etdiyi məlumata görə, Güllü İbadovanın işə çıxmamasının səbəbi açıqlanmır.

Güllü İbadova 2017-2020-ci illər ərzində Laçın Rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsində çalışarkən ştat cədvəllərində saxtakarlıqlar edərək israf etmə yolu ilə 17.575,92 manat məbləğində dövlət vəsatini mənimsəməkdə ittiham edilirdi.

Buna görə sabiq baş direktora Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayyət işi açılıb və iş məhkəməyə göndərilmişdi.

Güllü İbadova Səhiyyə Nazirliyinə 17.575,92 manat məbləğində dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat məbləği ödədikdən sonra onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilmiş, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdu.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun ötən ilin noyabr ayında Güllü İbadovanı Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmamış, korrupsiyada adı çəkilən şəxsin yüksək vəzifəyə təyin edilməsi qınanılmışdı.

"Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in İdarə Heyətinin sədrinin qərarı ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin əsasında yaradılıb.

Ardını oxu...
Mərkəzə Bakı şəhərində yerləşən ambulator və stasionar xidmət göstərən 105 tibb müəssisəsi daxildir.

Bunlara 33 şəhər poliklinikası, 20 uşaq poliklinikası, 12 birləşmiş şəhər xəstəxanası, 5 tələbə poliklinikası, 6 qadın məsləhətxanası, 4 uşaq stomatoloji poliklinikası, 3 ədəd sağlamlıq mərkəzi, 2 ədəd müalicə-diaqnostika mərkəzi və digər tibb müəssisələri aiddir.
 

Ardını oxu...
     

Salyan rayon sakini Nuriyev Qabil Dünyamalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Salyan pambıq zavodunda traktorçu işlədiyini bildirən şikayətçi deyir ki, onu haqsız yerə işdən çıxarıblar:

“Mən, Nuriyev Qabil Dünyamalı oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, məni saxta işlərlə günahlandıraraq, işdən cıxarıblar.

Zavodun müdidir Bahəddin Leysanovdur. Şirkətin Bakı şəhərində də filialı var.

B.Leysanov məni öz şəxsi torpağında işlədib. Onun üçün qeyri-qanuni olaraq 1000 hektar yer şumalmışam. Sonradan onun torpağını şumlamadığıma görə, texnikanı əlimdən aldı, məni işdən çıxardı.

Heç bir günahım olmadan işdən çıxarılmışam.

Xahiş edirəm ki, məni şirkətin Bakı filialına işə götürsünlər. Evdə xəstəm var, sinir xəstəsidir, iynə dərmanlarını ala bilmirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...

Cəlilabad «komxoz»unda fəhlə işləyən Həmzə Sadıqov adlı şəxs, bu günlərdə özünün Facebook səhifəsində  hansısa səbəblərə görə müdiri tərəfindən təhqir olunması ilə bağlı paylaşım yayımlamışdı. Amma, bu şəxs həmin paylaşımında nəyə görə çalışdığı müəssisənin rəhbəri tərəfindən təhqir olunması, yaxud da danlanması və s. kimi məsələlərə heç bir izah verməmişdi. Bir sözlə, Həmzə Sadıqov səsləndirdiyi ittihamları birtərəfli qaydada paylaşdığından, bəlkə də tam əksəriyyətin düşüncəsində Cəlilabad «komxoz»unun müdirinə qarşı hansısa formada qınaq və qərəz hissi də formalaşmışdı. Bütün bunlara baxmayaraq, çox keçmədi ki, səsləndirdiyi ittihamlara Həmzə Sadıqov öz dilindən münasibət bildirdi və açıq-aşkar şəkildə günah sahibi olduğunu da dilə gətirdi. Belə bir məsəl var: “səhvi etiraf etmək də böyüklükdür, gözəl əməllərdəndir” deyiblər. Bir sözlə, bu şəxs sonrakı açıqlaması ilə Facebook səhifəsində dilə gətirdiyi ittihamları özü öz dili ilə təkzib etsə də, məsələnin maraqlı tərəfi odur ki, özlərini bloger adlandıran bəzi şəxslər, məhz Həmzə Sadıqovun ilk paylaşımdan sui-istifadə etməyə qərar verirlər. Yəni, həmin şəxslər Cəlilabad «komxoz»unda fəhlə işləyən Həmzə Sadıqovun guya ki, onlara müraciət etdiyini paylaşırılar. Hətta, bir qədər də irəli gedərək «komxoz»un müdirinə qarşı qərəzli yazılar da yayımlayırlar. Əslində bu cür addımlar ucuz çılğınlıqdır, dar düşüncədir, bir qədər yumşaq desək, əsası olmayan şoodur. Şəxsin özünü bloger elan etməsi o demək deyil ki, hansısa şəxsin dediklərini əldə bayraq tutmalısan və vəzifə sahibi olan hansısa şəxsə qarşı “qara piar” da təşkil etməlisən. Əslində “biz həqiqətin carçılarıyıq” deyib, özlərini bloger adlandıranlar Həmzə Sadıqovun ikinci paylaşımına da diqqət yetirməli olduqları halda, onlar həmin video paylaşıma əhəmiyyət belə verməmişlər. Bu da onu söyləməyə əsas verir ki, rayon ərazisində həyata keçirilən yenidənqurma işlərini görmək istəməyən, atılan hər bir uğurlu addıma “qara rəng” geydirməyə çalışan, bir sözlə qərəzçilik hissini özləri üçün həyat amalı seçənlər, bu gün də bölgələrdə narazılıqlar yaratmaqla məşğul olurlar. O halda ortaya belə bir sual çıxır ki, bu cür əməl sahibi olan blogerlər, “yaradıcı jurnalistlər” adı altında adlarını dillər əzbəri etdirənlər, görəsən özlərinə bu yöndə hansısa sualı verib cavab tapırlarmı?

   Faktdır ki, bu cür fəaliyyət göstərməyi Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin qadağan etməsinə baxmayaraq, hələ də bəzi bloğerlər ucuz şoouları ilə ölkə gündəmində qalmaq istəyirlər. Təbii ki, bütün bunlar heç cür yolverilməzdir. Qeyd edək ki, Həmzə Sadıqov sonrakı video-paylaşımında bir növ tələskənliyə yol verdiyini dilə gətirir və bəzi şəxslərin onun yayımladığı ilk paylaşımdan sui-istifadə etdiklərini, hansısa çirkin niyyətlərini həyata keçirməyə çalışdıqlarını gördüyü üçün, o, onları açıq-aşkar şəkildə qınayır. Bütün bunlar, sözün həqiqi mənasında istər bloğer adını daşıyan şəxslər üçün, istərsə də media sahəsində çalışanlar üçün utanc hissi gətirən hallardır. Çünki, özünün bloger olduğunu elan edənlər, yaxşı olar ki, atdıqları hər addıma diqqət yetirsinlər və ucuz şoularla deyil, az-çox həqiqətin görünən tərəfi ilə ölkə gündəmində qalsınlar.

Ardını oxu...
Əvvəl deyirdilər pis xəbər tez yayılır. İndi zəmanə elə gətiribdir ki, yaxşı xəbər də pis xəbər də tez yayılır. Sizə kimdən danışım? Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasımov adına uşaq incəsənət məkətbinin tədris hissə müdiri (zavuçu) Vüqar Musayevdən. Mənə verilən məlumata görə V. Musayev məktəbdə çalışan müəllimləri otağına dəvət edərək onlara “tapşırıq” verirmiş ki, mənim Mingəçevir şəhərin də fəaliyyət göstərən aktiv sosial şəbəkə istifadəçisi, 24xeber.az-ın rəhbəri Murad Rza Oğlunun idarəçisi olduğu Mingəçevir İctimai Nəzarət Qrupuna qoşularaq paylaşılan postların şərh bölməsində Murad Rza Oğlu haqqına təhqirəramiz ifadələr işlədin. Mənim haqqımda yazılan haqlı yazıların şərh bölməsin də məni müdafiə edin. Buradan Azərbaycan Respubilkasının Mədəniyyət Naziri Cənab Adil Kərimliyə səslənirəm. Cənab Nazir sizin Nazirliyin tabeliyində olan Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasımov adına uşaq incəsənət məkətbinin tədris hissə müdiri (zavuçu) Vüqar Musayev məktəbdə nə işlə məşğuldu? Təhsiı verməklə yoxsa öz “çirkli əməllərini” ört-basdır etmək üçün sosial şəbəklərədə onun haqqın da yazılan tənqidi yazıların şərh yerində yazı müəllifini təhqir etdirmək üçün “troll” dəstəsi yaratmaqla? Cənab Nazir sizdən artıq dərəcədə xahiş edirəm ki, MƏRKƏZİ ARAN REGİONAL İDARƏSİNİN rəhbərliyindən Vüqar Musayev haqqında maraqlanıb hansı əməlləri törətdiyindən məlumat alıb onun haqqında tədbir görəsiniz..
 
Ardını oxu...
Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun 11 iyul 2020-ci ildə rayon ərazisində qanunsuz və özbaşına tikinti aparması səbəbindən vəzifədən azad olunduğu çoxlarına sirr deyil. Hurriyyet.az-ın araşdırması onu deməyə əsas verir ki, hazırkı icra başçısı Coşqun Cəbrayılov da sələfinin yolu ilə sürətlə addımlamaqdadır.

Görünən odur ki, C.Cəbrayılov xüsusilə də 2024-cü ildə daha böyük sərmayə toplamaq niyyətindədir. Axı, heç də boşuna deyilməyib ki, “ili necə başlayarsan, sonadək elə də davam edər”. Çox güman ki, Nizaminin icra başçısı da Yeni il gecəsi, yəni dünya 2024-cü ilə qədəm qoyduğu bir ərəfədə rayon ərazisində yeni qurulan obyektin xeyir-duasını verməklə, ilin sonunadək “qaz vurub, qazan doldurmaq” niyyətində olub...

Mövzunu çox da uzatmadan dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, 2013-cü ilin 31 dekabrından 2024-cü ilin 1 yanvar tarixinə keçən gecə Nizami Rayon İcra Hakimiyyəti binasının düz “qulağının dibində” - “Neftçilər” metrostansiyasının çıxışında, yəni əhalinin ən sıx hərəkətdə olduğu yerdə ticarət köşkü qoyublar. Bu köşkün sahibinin kim olduğu haqda dəqiq bir söz deyə bilmərik. Lakin həmin köşkün sözügedən ərazidə qoyulması üçün rayon rəhbərliyinə ən azı 50-70 min manat ödənildiyi haqda iddialar var. Üstəlik, ərazidə olan ticarətçilərin dediyinə görə, yeni köşkün aylıq icarə haqqı ən azı 3-4 min manat olacaq.

Bütün bunlara əsasən deyə bilərik ki, Coşqun Cəbrayılov 2024-cü ilə heç də pis başlamayıb. Belə ki, o, nəinki Yeni il süfrəsinin xərcini çıxarıb, üstəlik “yastıq altına qoymağa” xeyli miqdarda vəsait də əldə edib. Əlbəttə, biz bu köşkün gəlirinin tam olaraq icra başçısına çatdığını iddia etmək fikrindən uzağıq. Ola bilər ki, tapşırıq “yuxarı”dan gəlib və C.Cəbrayılov heç qara qəpik də əldə etməyib. Yaxud, o da mümkündür ki, bu məsələdə icra başçısının müavinlərinin əli var, Cəbrayılova ətraflı məlumat verilməyib. Amma bu köşkün hamı evində bayramı qeyd etdiyi, əksər məmurların isə 2024-cü ili xaricdə qarşılamağa hazırlaşdığı bir vaxtda, üstəlik də qalmaqallı, yəni göz önündə olan bir ərazidə quraşdırılması təsadüf ola bilməz. Yəqin ki, məhz qarşıdakı 7 günlük bayram tətili ərzində qanunsuzluğu ört-basdıq etmək üçün bu tarix seçilib. Üstəlik, bu riskin alınmasının köşk sahibinə heç də az vəsaitə başa gəlmədiyi də bəllidir və bu haqda artıq yazımızın əvvəlində məlumat vermişik.

Sonda onu da qeyd edək ki, ümumiyyətlə, axır vaxtlat “Neftçilər”, “Qara Qarayev”, “Xalqlar Dostluğu” metrostansiyalarının ətrafında tikilən və yaxud da quraşdırılan obyektlərin, köşklərin bir çoxu qanunsuzdur. Ən azı ona görə ki, vətəndaşların gediş-gəlişinə mane olurlar. Şübhəsiz, bu qanunsuzluqlara da göz yumulması yalnız və yalnız külli miqdarda vəsait hesabına ola bilər.

Hurriyyet.az

P.S. Növbəti günlərdə Nizami rayonu ərazisində tikilən qanunsuz obyektlərin hər birinin video-görüntülərini oxucularımıza təqdim edəcəyik. Bu zaman görəcəksiniz ki, bu qanunsuzluqlara göz yuman məmurlar qısa müddətdə necə “qaz vurub, qazan doldururlar”. Bizi izləyin.

 
         
Ardını oxu...
Bakıda azyaşlı binanın II mərtəbəsindən yıxılıb.

Qonşular dərhal Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına zəng etsələr də, gələn olmayıb.

Bu barədə yazar Nərmin Hüseynzadə məlumat yayıb.

O, hadisənin şahidi olduğunu qeyd edib: "Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq iki büklüm qalıb yerdə, ana şokda özünü çırpır. İlk iş Təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi! Düz 1.5 saat uşaq qaldı betonun üstündə, qanının içində. 7 dəfə zəng etdim, dedi gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qolun, qıçın bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək".

Yazar Təcili tibbi yardımın məsuliyyətsizliyindən Səhiyyə Nazirliyi və TƏBİB-ə də şikayət edib: "Hadisənin şoku bir yana, Təcili yardımın gəlməməsinin, o an hiss etdiyim əlacsızlığın şokundan çıxa bilmirəm. Düz bir sutkadır başım ağrıyır. Necə yəni, gəlmədi? Dedim axı, uşaq 2 ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Necə gəlməyə bilər? Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər? Necə? Niyə? TƏBİB, o uşaq, o qədər sümük sınığı ilə, bir saat yarım sizi gözlədi. Alaq həyətimizə hərəyə bir dənə təcili yardım maşını qoyaq? Nə edək biz? Necə yaşayaq sizinlə eyni ölkədə? Yaşaya bilmirik axı".
Ardını oxu...
Nərmin Hüseynzadə qeyd edib ki, azyaşlı hazırda 1 saylı şəhər Xəstəxanasının ("Semaşko") reanimasiya şöbəsində yatır: "Reanimasiyadadır. Hemoglabini çox aşağıdır, əməliyyata ala bilmirlər hələ. Bu arada "Semaşko”da müalicə alır, 1+ qana ehtiyac var".

Yazarın sosial şəbəkədə yazdığı qeydə aidiyyəti qurumların heç biri reaksiya verməyib.

dia-az.info
 

Dünyapress TV

Xəbər lenti