Ardını oxu...
Təxminən 125 zərərçəkmiş şəxsi aldadan dəstə üzvləri onların milyonlarla manat pul vəsaitini ələ keçirir, dövlət büdcəsini on milyonlarla manat vergi borcu ilə aldadır və s. Amma maraqlıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi həmin vaxt Şakir Hüseynovun və qardaşı Vidadi Hüseynovun bütün daşınar-daşınmaz əmlaklarına həbs qoysa da, sonradan məhkəmə guya «zərərin ödənilməsinə söz verilmişdir» bəhanəsi ilə onları ev dustaqlığına buraxır. Lakin Şakir Hüseynov bu dəfə məhkəmə hakimlərini də aldadır, vəd yerinə yetirilmir. Vətəndaşların Prezident Administrasiyasına kütləvi, eləcə qeyd olunan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayətlərindən sonra dəstə üzvlərinə ən ağır cəza təyin edilir, hamısı həbs olunur. Şakir Hüseynov bu dərdə dözmür və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişir…

Prezident Administrasiyasının «qara siyahı»sında adı keçən Şakir Hüseynov…

O vaxt bu şəxsin mənzil tikintisi fəaliyyətini qısa olaraq hamı «Şakir»in MTK-sı kimi tanıyırmış. Amma təəssüflər olsun, bu ad istintaq sənədlərində və məhkəmə qərarlarında, hökmlərdə yaxşı mənada səslənməyib. Məsələn, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 1 yanvar 2008-ci il tarixli sayında (səh. 4-5) çap olunmuş «Vətəndaşların müraciətləri xalqın öz Prezidentinə inamının və böyük quruculuq işlərinin əks-sədasıdır» məqaləsindəki «Kollektiv müraciətlər daha həssas yanaşma tələb edir» yarımbaşlığında yazılır: «…Azərbaycan Respublikası Prezidentinə və onun İcra Aparatına ünvanlanmış müraciətlərin bir qismi kollektiv müraciətlər olub, mövzu etibarilə ən müxtəlif məsələləri əhatə edir. Bu müraciətlər daha həssas yanaşma və qaldırılan problemlərin operativ həllini tələb edir… Kollektiv müraciətlər arasında şikayətlər də az deyildir… Ölkə Prezidenti Nazirlər Kabinetinin 2007-ci il oktyabrın 22-də keçirilən iclasında bu barədə çox kəskin danışaraq qeyd etmişdir: "Qanunsuz binalar tikilir. Necə ola bilər ki, qanunsuz bina tikilsin? Axı bu, mümkün deyil! Qanunsuz binanı tikən qanunu pozur. Qanunu pozursa, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Qanunsuz binaların tikintisinə göz yuman da cinayət məsuliyyətinə cəlb olunmalıdır, yəni bu sahəyə biz çox diqqət göstərməliyik. Özbaşınalığın hamısını aradan qaldırmalıyıq. Burada qayda-qanun yaratmalıyıq... Bütün evlər təhlükəsizlik normalarına uyğun olmalıdır. Onların gözəl memarlıq cəhətləri olmalıdır, binalar tikilən yerlərin əraziləri buna uyğun olmalıdır. Şəhərin baş planına uyğun aparılmalıdır və qanunsuz bir dənə köşk də tikilməməlidir"».

S.İsmayılov daha sonra «Qeyd etmək lazımdır ki, belə tikintilərlə əlaqədar kollektiv müraciətlərdə mənzil tikintisi ilə məşğul olan şirkətlərin böyük əksəriyyətinin adı çəkilir…» yazaraq qanunsuz tikintilərlə məşğul olan, vətəndaşları aldadan, kütləvi şikayətlərə məcbur edən MTK-ların adını çəkir. Bu sırada fiziki şəxs, o vaxt barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanmış, məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş Şakir Hüseyn oğlu Hüseynovun adı birincilərdən olur. Sitat: «…Bu şirkətlərin bir çoxu barəsində inzibati tədbirlər görülmüş, apardıqları tikinti işləri dayandırılmış və onlara ciddi xəbərdarlıq edilmişdir. Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyətinin bu müraciətlərlə əlaqədar gördüyü tədbirlər çox vaxt qaneedici olmur və nəticədə eyni məzmunlu təkrar kollektiv müraciətlər daxil olur. Bəzi hallarda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən belə tikintilərin dayandırıldığı barədə məlumat verilsə də, həmin tikintilərdə iş dayandırılmır və ayrı-ayrı tikinti şirkətləri özbaşınalıqlarını davam etdirirlər…».

***

«Təzadlar» qəzeti redaksiyasına müraciət edən şikayətçilərin təqdim etdikləri sənədlər emal edilərkən dəhşətli faktlarla rastlaşırıq. Ortaya çoxsaylı suallar çıxır: Tural Şakir oğlu Hüseynov 2016-ci ildə, yəni atası Şakir Hüseynov həbsxanada dünyasını dəyişəndən sonra «Şakir» adlı MTK yaradır… Olsun! Amma necə olur və hansı hüquqi əsaslarla o, 2005-ci ildən başlanmış, tikilmiş, eləcə də «Qarabağ» MTK-ya və digərlərinə mənsub olan əmlakları bu şirkətin adına çıxır, ələ keçirə bilir? Axı fiziki şəxs Ş.Hüseynovun vöeni qanunsuz fəaliyyətinə dair cinayət işi başlandıqdan və məhkəmə hökmü çıxarılandan sonra ləğv edilib, adına və himayəsinə alınmış bütün əmlaklarına məhkəmə hökmü ilə həbs qoyulub, zərərçəkmişlərə verilməsi qət edilib.

Biz hələ onu demirik ki və bu barədə sonra ətraflı bəhs ediləcək, zərərçəkmiş vətəndaşların istintaqa, sonralar məhkəməyə verdikləri ifadələrində bir daha bildirirlər ki, pullarımızı Tural Hüseynova verirdik… Amma ata həbs edilir, onun sağ əli, icraçı direktor kimi özünü təqdim edən Tural Hüseynov isə azadlıqda qalır???

-Başqa və daha düşündürücü sual: bəs «Qarabağ» MTK-nın rəhbəri Telman Hüseynov necə və nə üçün həbs etdirilib? Axı o həbsdən buraxılır və ziyanın ödənilməsinə təhkim edilir…

-Telman Hüseynov şərikləri tərəfindən necə aldadılıb? Sənədlər de-fakto indi nəyi deyir?

«Təzadlar»ın Araşdırma Qrupuna təqdim olunmuş sənədlər var ki, FHN təhvil verilmiş tikintilərlə bağlı sərəncamı «Qarabağ» MTK-ya təqdim edib… Bəs «Şakir» MTK hardan əmələ gəlib???

-Başqa, həm də eyni ciddiliyi ilə bir sual cavab istəyir: vaxtilə Şakir Hüseyn oğlu Hüseynovun vəkili olmuş Ağa Xanış oğlu Sailov hazırda həbsxanada yatır. Onu kim və nə üçün həbs etdirib? İstintaqa şikayət verən kimdir, onun ittihamları nə dərəcədə hüquqi əsaslı olub???

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlara dəstək məqsədilə bir çox fərman və sərəncamlar imzalayıb. Prezidentin 2018-ci il 14 dekabr tarixli fərmanı ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını, emalnı stimullaşdırmaq, satın alınmanı mərkəzləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bütün dövlət sifarişləri ilə bağlı alqı-satqı əməliyatları ATT-nin elektron portalında qeydiyyatdan keçməlidir. Bir müddət bu qaydalara əməl olunsa da, lakin bəzi qrumlar, dövlət orqanları və nazirlikləri portaldan kənar Prezidentin fərmanına zidd olaraq öz daxili sistemlərində tenderlər elan edir və istədikləri adamları qalib edirlər. Misal olaraq , Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender keçirib və “REM SERVİS” şirkətini tenderin qalibi elan edib. Tenderin şərtlərinə görə, həmin şirkət pilot layihə adı ilə bağçaları gündə 3 dəfə isti yeməklə təmin etməlidir.

Azinforum.az-ın araşdırmasına görə, hələlik Bakının 4 rayonu: Nəsimi, Nərimanov, Səbail və Nizami rayonundakı dövlət bağçalarını əhatə edən bu layihə yalnız kağız üzərində icra olur. Yenə adi, köhnə qaydada ərzaq daşınır və yeməklər köhnə qayda ilə bağçalarda hazırlanır. Məlum məsələdir ki, əvvəlki 1 uşaq normasına ayrılan dövlət vəsaiti ilə indiki arasında bir günə azı 2 manat çox pul xərclənir. Yəni, dövlətə dəyən ziyanın hesabına kimlərsə varlanır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2022-ci ilin dekabr ayından başlayaraq bağçalara isti yemək verilməsinin icrasına “başlayıb”. İsti yeməklərin çatdırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 oktyabr tarixli 393 nömrəli qərarı ilə “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması qaydalarına uyğun olaraq Xüsusi Katerinqlər tərəfindən icra edilməsi nəzərdə tutulurdu. Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxışında qeyd edib ki, ketrinq şirkəti qəbul edilən vahid standartlara uyğun, əvvəlcədən razılaşdırılmış menyu və qramajlarla yeməyi bişirir və bağçalara təqdim edir. Bağçalarda isə vəziyyət hec də belə deyil. Yenə köhnə qayda da təzə menyu əsasında yeməklər bağçanın mətbəx işçiləri tərəfindən bişirilib, hazırlanır.

Misal olaraq , Nizami rayonunda 23 bağça, Səbail rayonunda isə 15 bağça fəaliyyət göstərir. Onlardan ancaq 3-4 bağçaya (əsasən uşaq sayı az olan, 1 və 2 qruplu bağçalara və şəraiti olmayan bağçalara isti yemək göndərilir). E.Ömərov küçəsindəki 48 saylı uşaq bağçası, Günəş uşaq bağçası, 129 saylı uşaq bağçası, 91 saylı uşaq bağçası , 44 saylı uşaq bağçası , 130 saylı uşaq bağçası və s. Əgər “REM SERVİS” ketrinq xidməti göstərirsə , nəyə əsasən Nizami və Səbail rayonu bağçalarına pilot layihə əsasında isti yemək çatdırılmır? Nəyə görə digər bağçalara İcra hakimiyyətinin tabeliyində olduğu kimi ərzaq daşınır və yeməklər bağçalarda bişir? Əgər qidaların hazırlanması ketrinq şirkətinə verilirsə demək ki, bütün bağçalara yeməklər normalara uyğun olaraq, məhz bu şirkət tərəfindən bişirilməli və pilot layihənin adına uyğun olaraq “hazır yemək”lərin daşınması təmin edilməlidir. Ancaq yenə bağçalara köhnə qaydalar ilə yalnız ərzaqlar verilir, bağçalarda yeməklərin bişirilməsi davam edir.

Reydlər keçirilib araşdırılmalıdır ki, 2022-ci ilin dekabr ayından 4 rayonu isti yeməyə tam kecibmi? Hələ 4 rayonda cəmi 3-4 bağçaya isti yemək verildiyi halda ,2024-cü ilin yanvar ayından paytaxtın digər 4 rayonunu da bu pilot layihəyə daxil etmək istəyirlər. Bağçalara isti yemək verilimirsə, digər rayonlarında isti yemək adı altında pilot layihəyə kecirilməsində əsas məqsəd nədir? Prezidentin sahibkarlara dəstək və şəffaflığı qorumaq məqsədilə yaratdığı qrumundan (ATT) kənar fəaliyyətlərin aparılması, Prezitentin fərmanına məhəl qoyulmadığın səbəbi mütləq araşdırılmalı və daxili tenderlərlə dövlət vəsaitlərinin mənimsənilməsinin əsl səbəbləri aydınlaşmalıdır. İndi söz əlaqədar qurumlarındır.

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az
 

"Zəfər Qurbanov Aqrar Universitetə rektor təyinatından bu günə qədər nə kadr islahatını düzgün aparır, nə də əməkhaqqı artımı edib.

Zəfər Qurbanov kadr şöbəsinə müdir vəzifəsinə Şəmkir rayonu İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun kadrlar şöbəsinin müdiri işləmiş və adı bir çox qalmaqallarda hallanan Günay Rəfiyevanı gətirməsi çox böyük narazılığa səbəb olsa da, nəzərə alan olmadı.

Elə Zəfər Qurbanov hansı savadın idarəçiliyin sahib olduğu məlum olan, orta təhsilli Bağırov İbrahimi magistr şöbəsinə akademik məsləhətçisi vəzifəsinə götürməsi ilə də GÜL VURMUŞ OLDU...

Hələ 1 ay bundan əvvəl İctimai elmlər və multikulturalizm kafedrasının müdiri - fəlsəfə elmləri namizədi dosent Aqrar Universitetin üzrə Yeni Azərbaycan Partiyasının sədri Azad Bayramov kafedra müdiri vəzifəsində səsvermə ilə keçsə də, Zəfər Qurbanov Elgün Aslanovu kafedra müdiri təyin etdirdi. Nəyin müqabilində? Bunu özzləri daha yaxşı bilir..."

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Yardımlı rayonunun Dağüzü kəndinin meşələrində kütləvi soyqırım aparılıb.

Yardımlı sakinlərinin redaksiyamıza göndərdiyi məlumatda deyilir ki, yaşıl terrordan Regional Meşə İdarəsinin və Lənkəran Regional Ekologiya İdarəsinin xəbərdar olsa da, bu qanunsuzluğun qarşısını almırlar. Çünki həmin meşədən külli miqdarda gəlir əldə edirlər. Ona görə də həmin meşədə yoxlama aparılmasına imkan vermirlər. Həmin meşədə əgər ərazi tam olaraq və doğru-düzgün yoxlama aparılarsa, minlərlə qanunsuz kəsilmiş ağaclar aşkar olunacaq”.

Ekofəal Məhəmməd Adiyevin d ə AzToday.az-a təqdim etdiyi video Yardımlı meşələrinin merkantil maraqlara görə məhv edildiyini göstərir. Ekofəal bildirir ki, Yardımlı meşələrində edilən qanunsuz qırıntıların əksəriyyəti Biləsuvardakı çiyələk sahələrinə görə edilib. “Çiyələk pazı” adlandırılan ağac məmulatının 1 ədədi minimum 50 qəpiyə fermerlərə satılır.

2 ay əvvəl qanunsuz olaraq meşə gözətçisi işindən çıxarıldığını deyən Masallı sakini Röyal Bəşirov AzToday.az-a açıqlamasında rayon meşələrinin məhv edildiyini bildirib. Onun sözlərinə görə, ekologiyanı qorumalı olan dövlət qurumlarının rəhbərləri meşələrin qırılmasında birbaşa maraqlıdırlar.

Röyal Bəşirovun Masallı meşələrində çəkdiyi qırıntı faktlarını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
 
Ardını oxu...
Azərbaycanda yüksək vəzifə tutan məmurların bir çoxunun övladları ilə bağlı mediada zaman-zaman yayımlanan materialların əksəriyyətinin tənqidi xarakterli olması artıq heç kimi təəccübləndirmir. Əksinə, nəzərdə tutulan məmur övladları barəsində ictimiləşən bu və başqa bir məlumatda cəmiyyəti qıcıqlandıracaq elementlərin olmaması möcüzə kimi qarşılanır.
Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov da öz fəaliyyətindən daha çox övladları – Seymur və Vüsal Qaraşovların sayəsində mənfi planda diqqət mərkəzinə düşən yüksək məmurlar sırasında yer tutur. Görünən budur ki, Prezident İlham Əliyevin məmurlar və onların övladlarının xalqı hiddətləndirən, ciddi narazılıq doğuran yolverilməz davranışlara son qoymalarına dair tələbi Qaraşovlar üçün hələ də aktuallaşmayıb.
Belə olmasaydı, Lənkəran rayon icra başçısının övladlarının adı hələ də medianın tənqidi materiallarının “əsas qəhrəmanları” qismində hallanmaz, onların, xüsusilə də Seymur Qaraşovun vəzifə səlahiyyətlərindən, o cümlədən, atasının yüksək məqam sahibi olmasından sui-istifadə etdiyinə dair iddialar ayaq açıb yeriməzdi. Ümumiyyətlə, başa çatmaqda olan 2023-cü ilin Seymur Qaraşov üçün vəzifə dəyişiklikləri ilə “əlamətdar” olduğu da özəlliklə qeyd edilməlidir.
Çünki Fövqəladə Hallar Nazirliyində (FHN) mühüm karyera irəliləyişinə nail olan – burada kənar amillərin təsirinə toxunmağa ehtiyac görmürük – Seymur Qaraşov son aylarda bir neçə vəzifədə sınanıb. Öncə FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini postuna gətirilən Qaraşov daha sonra nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinı irəli çəkilib. Ancaq bu qurumun da ikiyə bölünməsindən sonra sadəcə, FHN Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində qala bilib.
Maraqlıdır ki, qeyd olunan vəzifələrdə çalışdığı müddətdə Seymur Qaraşovun kiçik gəmilərə malik olan fiziki şəxslərin fəaliyyətinə süni əngəllər törətməsi onun haqqında yayılan ən yayğın iddialar siyahısındadır. Gəmilərin texniki baxışdan keçirilməsi, onlara texniki pasportların və idarəetmə vəsiqələrinin verilməsini birbaşa nəzarətə götürən Qaraşovun bu məsələlərin həllini özünün şəxsi maraqları prizmasından “həll etdiyi” iddia olunur. Eyni zamanda, Seymur Qaraşovla əlaqədar iddiaların başqa ciddi “halqa”sı isə onun nazirlikdə elan olunan müxtəlif tenderləri yaxın çevrəsinə daxil olan insanların udmalarını təmin etməsidir.
Eyni zamanda, Taleh Qaraşovun FHN sistemində çalışan digər oğlu, bu ilin aprelinə qədər sözügedən nazirliyin Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışan Samir Qaraşovun da fəaliyyətdə olduğu dövrdə vəzifə səlahiyyətlərini aşmasına dair çoxsaylı iddialar irəli sürülür. Onun haqqında ictimailəşən iddiaların əsas hissəsi Samir Qaraşovun vəzifədə olarkən istifadəyə verilən müxtəlif təyinatlı obyektlərin istismara qəbulu üçün müvafiq aktların verilməsində “mühüm rol oynaması” ilə bağlıdır. Yeri gəlmişkən, onun hazırda Qaraşovlar ailəsinə məxsus inşaat biznesinin idarəetməsi ilə məşğul olduğu deyilir.
Hər halda, özünü “seçilmişlər” sırasında gördüyün təsəvvürü yaranan Qaraşovların bu əməllərinin daha nə qədər davam edəcəyi hələ ki ,qeyri-müəyyəndir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
www.yenicag.az
 
 
 
Ardını oxu...
"Tərəqqi" medallı Anar Rzayevin rəhbərlik etdiyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyət barəsindəki narazılıqlar günü-gündən "inkişaf edir" - artır. Eynilə Anar Rzayev və onun müavini Rəhman Hümmətovun şəxsi biznesləri kimi.

"DogruXeber.az" bildirir ki, hər gün sosial şəbəkələrdə vətəndaşlar dayanacaqlarda saatlarla marşrut avtobusu gözlədiklərindən gileylənirlər, avtobus gələn kimi də soyuqda gözləməkdən səbr kasaları dolan, işə gecikən vətəndaşların bəzən fiziki, bəzən söz hücumuna məruz qalan sürücülər də "daha bu çörək qazanmaq deyil" deyib, avtobusu yolda saxlayıb, çıxıb gedirlər. Bəli, bu kimi hadisələr də son günlər tez-tez yaşanır. Əslində isə təyin edilən intervala görə, sürücü məsuliyyət daşımır. Bunu təyin edən əgər nəqliyyat şirkətləri özləridirsə, o zaman buna nəzarət etməli olan məsul qurum AYNA-nin başı hansı vacib işlərə qarışıb.

Yeri gəlmişkən, yuxarıda "özəl nəqliyyat şirkətləri" ifadəsini işlətdik, amma bu özəllərin də sahiblərinin sıradan sahibkar olmadığı gerçəyi də heç kimə sirr deyil.
Bu barədə növbəti yazılarımızda...

Onu da qeyd edək ki, şikayətçi vətəndaşların sözlərinə görə bu kimi hallar gediş haqqının artırılmasından sonra yaranıb və hər gün də eyni qaydada davam edir. Hətta, onların sözlərinə görə Nəqliyyat Agentliyinin qaynar xətt xidmətinə də bu barədə dəfələrlə müraciətləri olub, amma...

"Amma"dan sonrası Anar Rzayevin rəhbərliyi altında fəaliyyət göstərən qurumun (AYNA) üzərinə düşür. Lakin, görünür Qubada daş karxanası, müxtəlif yerlərdə iaşə obyektləri, Bakıda 60 menzili, Novxanıda malikanəsi, Sədərək Ticarət Mərkəzində biznes əlaqələri və sair ilə yerli saytlarda özünəməxsus yer Anar Rzayev bu qədər problemləri görməzdən gəlir.

Yeri gəlmişkən, biznes siyahısı bunlarla bitməyən Anar Rzayevin öz müavini Rəhman Hümmətovla əlbir olaraq, yaratdığı ciddi narazılıqlar xatırlayırsınızsa bir müddət əvvəl "TİR" sürücülərinin etirazlarına və bir gecəlik Heydər Əliyev prospektini bağlamalarına səbəb olmuşdu. Doğrudur, o zamanlar cəzalandırılan da elə haqsızlığa etiraz edən sürücülər olsa da, "cümhuriyyət.az"ın araşdırmasına görə, rəhbər-müavin cütlüyünün bəzi şirkətlərinin tələm-tələsik ləğv edilməsinə də səbəb olub.

İxtisaslı kadrları işdən çıxarıb, onların yerini qohum-əqrəbadakı keçmiş əmək və nəğmə müəllimləri əvəzlədiyi deyilən Anar Rzayev görünür hələ təltif olunduğu "Tərəqqi" medalından sonra, öz üzərində daha da məsuliyyətlə çalışaraq, şəxsi bizneslərini və qohumlarının yaşayış təminatını inkişaf etdirməyə başlayıb.
Hər halda barəsində yerli mətbuatda dərc edilən geniş, araşdırma məlumatlar belə deməyə əsas verir.

Amma, barəsində yayımlanan bu qədər tənqidi materiallar hörmətli sədrin "yoqa diqqətini" dağıtmağa belə təsir etməyib.

Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənov kimi, Anar müəllim də bu qədər narazılıqların ona aidiyyatı yoxmuş kimi öz sərbəst fəaliyyətini davam etdirir.

Onsuzda mane olan yoxdur...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Ucar rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyevin yarıtmaz fəaliyyətinə görə Ucar rayonunda bir çox məktəblərdə özbaşınalıq baş-alıb gedir ki, buna görə şagirdlər və valideyinlər çox əziyət çəkirlər.
Ucar şəhər 1 nömrəli Texniki-Humanitar fənlər təmayüllü Məktəb-liseyində qızdırıcı sistemi düzgün işlədilmədiyi üçün sinif otaqlarında şagirdlər soyuqdan donurlar. İstifadə edilən kombi qıcdırıcıları sinifləri isitmədiyi üçün şagirdlər otaqda palton- papaqla əyləşirlər. Oxşar acınacaqlı vəziyyət Ucar şəhər 4 №-li, 5 №-li, 6 №-li və digər tam orta məktəblərdə mövcuddur.Həttda siniflərin soyuq olmasından fənn müəllimləridə çox əziyyət çəkirlər dərslərini keçə bilmirlər.
Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyev problemin həlli üçün heç bir tədbir görmək istəmir.Baxmayaraq ki, valideyinlər bu acınacaqlı vəziyyətdən hər gün şikayətlər edirlər.
Qeyd edək ki, həmin məktəblərdə müasir tipli kombi qızdırıcı sistemi var. Həmin istilik sisteminin qazla işlədilməsi nəzərdə tutulsada Rahib Burcalıyevin göstərişi ilə dizel yanacağı ilə işə salındığı üçün sistem pozulub istilik vermir.Bunu isə ona görə etdirir ki, sayğac yazdığı üçün işlədilən qaza kələk gələ bilmirlər, ancaq işlədilən dizel yanacağını şişirdərək ayrılan pulu talan edə bilirlər.Rahib Burcəliyevin talançılığına görə məktəblərdə şagirdlər soyuqdan xəstəliyə yoluxurlar.
Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Ucar məktəblərində antisanitariya baş alıb gedir.Siniflər soyuq olduğu üçün şagirdlərin çoxu dərslərə gəlmirlər, qızılca xəstəliyi məktəblərdə tügyan edir.Buna baxmayaarq Rahib Burcaliyevin başı korrupsiya əməllərinə qarşıdığı üçün problemlərin həll üçün heç bir addım atmaq istəmir.Ən dəhşətlisi isə odur ki, Rahib Burcəliyev Ucar rayonu üzrə Təhsil Sektoruna müdir vəzifəsinə təyin ediləndən sonra Ucarda taksi fəaliyyəti ilə məşğul olan Etibar adlı şəxsi özünə köməkçi təyin etmişdir.Elementar savadı olmayan Etibar adlı keçmiş taksi sürücüsü Rahib Burcalıyevə talançılığı həyata keçirməkdə yaxından köməklik göstərir.Bu səbəbdəndir ki, məktəb direktorlarından aylğı Etibar adlı keçmiş taxsi sürücüsü yığır.
Biz valideyinlər mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.
Cənab Prezident Sizdən çox-çox xahiş edirik Ucarda təhsili iflic etmiş Rahib Burcaliyevin barəsində ciddi tədbirlər görülməsinə və yaranmış problemin tez bir zamanda aradan qaldılmasına tapşırıq verəsiniz.Xalq Sizə inanır, Sizə güvənir və Sizi dəstəkləyir.

İmza; Ağayev Mahir Məhəmməd oğlu
Dadaşov Müşfiq Şakir oğlu
Səfərov Zahid Mikayıl oğlu
Kərimova Mətanət Rasim qızı
Rəhimova Bənövşə Qasım qızı
Nəsirova Nəzrin Vahid qızı və digərləri
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
 
 
 

Ardını oxu...
     

Azərbaycan iqtisadiyyatının çoxsaylı zəif həlqələrindən biri də dövlət tenderləridir, bu tenderlərin bir çoxunda korrupsiya o qədər yüksəkdir ki, artıq bu hal bir çox millət vəkillləri və dövlət məmurları  tərəfindən açıq şəkildə etiraf edilir. 
Dövlət tenderlərində ən çox qalib olan şirkətlər var ki, onların sahibi, özləri haqqında ciddi məlumatlara rəst gəlmək olmur. Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən il ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri "tender kralı" kimi tanınan iş adamı hacı Ramazan Mirzəyevdir. 
İş adamı hacı Ramzan Mirzəyevin "tender kralı" kimi tanınmasının səbəbi isə, ona bağlı şirkətlərin daim tender satınalmalarında qalib olmasıdır. İllərdi dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış apardığımız zaman hansısa ciddi bir məlumata rast gəlməyəcəyik. Bu şirkətlərin nə rəsmi adresləri, ofisləri, nədə sosial şəbəkələrdə hesabları belə mövcud deyil. 
Dövlətdən on milyonlarla vəsait alan belə şirkətlərin  şəffaflıqdan və hesabatlıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının isə bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur. 
Xalqxeber.az bildirir ki, 2013-ci ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır. 
Bu şirkətlərin həyata keçirdiyi tenderlərdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi isə hər kəsə məlumdur.
Məlumata görə Ramazan Mirzəyev son illər daha çox nəzərə çarpmamaq üçün tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir. 
İş adamına "tender kral"ı titulunu qazandıran əsas şirkətləri isə “VEST-LTD” QSC ilə "İnpeks.N." MMC şirkətləridir. 
Ramazan Mirzəyevin şirkətləri ilə bağlı apardığımız kiçik araşdırmada ortaya çıxan mənzərədə məlum olur ki, "tender kralı" Bakı şəhər İcra Hakimiyyətinin, digər rayon icra hakimiyyətlərinin, həmçinin Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş Mədəniyyət Nazirliyininin, Elm və Təhsil nazirliyinin və sair qurumların  satınalmalarında ƏBƏDİ “qalib” olur. 
İş adamı böyük tenderləri VEST-LTD” QSC ilə "İnpeks.N." MMC şirkətləri ilə udsada, digər kiçik satınalmalar və katirovka sorğularında isə əsasən 10 manatlıq mmc-lərini işə qoşur. 
Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə 
sahib olması ilə bağlıdır. 
Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2019-2020 - ci illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.(Xalqxeber.az)

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bildirilir ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.

AzToday.az-a daxil olan məlumata görə, Auditorlar Palatasının üç sabiq əməkdaşının həbs olunmasında kifayət qədər ziddiyyətli məqamlar var. Məlumatda bildirilir ki, Vəli Rəhimov palatada baş verən korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra həbs olunub. Belə ki, Auditorlar Palatasının sədri Vahid Novruzov Vəli Rəhimovun verdiyi korrupsiya hesabatından xəbər tutan kimi onu həbs etdirib. Vahid Novruzov onunla bərabər qohumları Gövhər Əhmədova və Fəridə Novruzovanı da cinayət məsuliyyətinə cəlb edib. İlkin ehtimallara görə, Vahid Novruzov bu addımı Vəli Rəhimovun zərərsizləşdirilməsi üçün həyata keçirib.

Məlumatda bildirilir ki, Vəli Rəhimov palatada dürüst işləyən şəxslərdən biri olub. Hətta oğlunun son 44 günlük Vətən Müharibəsində şəhid olduğu deyilir.

Auditorlar Palatasında baş verən korrusiya faktları ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Ardını oxu...
Qazaxın icra başçısı Rəcəb Babaşov 7 ildir ki, rayonu bərbad günə salıb. Tribunainfo.az yazır ki, onun vəzifəsindən azad edilməsinə hazırlıq gedir. Çünki Qazaxda idarəetmə ölkə rəhbərliyini qane etmir. Rəcəb Babaşovun yerinə kimin təyin olunacağı barədə seçim edilir, yalnız o dəqiqdir ki, hazırkı başçı postunda çox işləməyəcək. Babaşov isə ciddi şəkildə narahatdır. Məlumatlar var ki, birinci müavini Məmməd Aliyevlə arasında qarşıdurma yaranıb. Belə ki, müavinin gah oğluna 120 min dollarlıq “Land Cruiser” alması, gah bələdiyyə sədri olan bacısı oğluna Rayon Mərkəzi Xəstəxanasında ikinci vəzifə verdirməsi başçısını hövsələdən çıxarıb. Bu da tərəflər arasında gərginliyə səbəb olub. Əslində isə Babaşov vəzifəsini itirəcəyi təşvişinə görə hirsini Alıyevi danlamaqla çıxıb. Onun oğlu Elşən Babaşov müharibədən əvvəl şəhərdə 10-LL-077 dövlət nömrəsi ilə fırlanırdı. Müharibədən sonra isə bu yaxınlarda özünə yeni “zerkalnı” və qiyməti 100-200 min manat olan 77-LL-077 nömrəsi alıb. 10-LL-077 nömrəsini bəyənmədi, çünki “zerkalnı” sayılmır, ona görə 77-LL-077 aldı ki, hamı baxıb “paxıllıq” etsin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Yeni məlumatlar araşdırıb təqdim edəcəyik.
 

Dünyapress TV

Xəbər lenti