Dünən, 12:45           
Ardını oxu...
Heç yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə bilməlidirlər. Bu, dekabrda "Tibbi sığorta haqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.

Əvvəlki qaydalara əsasən, işləməyən şəxslərin icbari tibbi sığortadan ödənişsiz istifadəsi bu il yanvarın 1-dən dayandırılmalı idi.

Qısa bilgi
Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 25 il əvvəl qəbul edilib. Ancaq yalnız 2021-ci ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb.

İşəgötürən işçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən isə 0.5 faiz sığorta haqqı ödəyir. Eyni qaydada da işçi ödəniş edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 14.8 faiz artaraq 842 milyon manat təşkil edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, ötən il 2022-ci illə müqayisədə xidmət sayında 30 faiz artım olub: "Keçən ilin yanvar-oktyabr aylarında 4.5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Yəni, ölkə əhalisinin 47 faizi icbari tibbi sığortadan yararlanıb".

"Növbəyə baxdım, nəfəsim daraldı"
Bakıda yaşayan Sənubər Heydərova "Turan"a deyib ki, uzun müddətdir ayağında yaranmış problemdən əziyyət çəkir, bu səbəbdən də müayinədən keçmək istəyib: "MRT (Maqnit Rezonans Tomoqrafiya) üçün göndəriş alacaqdım. Getdim Məlikov adına 6 saylı Şəhər Xəstəxanasına, icbari sığortanın qarşısında müsibət bir qarmaqarışıqlıq vardı. Buna "növbə" belə demək mümkün deyil".

S.Heydərovanın sözlərinə görə, həkim ona deyib ki, rentgendən keçməsə, MRT-ə göndəriş yaza bilməyəcək, icbari sığortanın tələbi belədir: "Dedim, axı menisk yırtığını rentgenə niyə salırıq, hansı məntiqlə? Dedi, mümkün deyil. Çıxdım, rentgenin qarşısındakı növbəyə baxdım, yenidən dəhlizə baxdım, icbari şöbənin qarşısına baxdım, nəfəsim daraldı. Gördüm halım pisləşir, xəstə ayağımı dartıb özümü necə çölə atdım, bir mən bilirəm".

Bu şikayətə xəstəxanadan münasibət almaq mümkün olmayıb. Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) növbələri müraciətlərin çoxluğu ilə izah edirlər. Problemin yaxın zamanlarda tətbiq ediləcək onlayn növbə proqramı vasitəsilə həll olunacağı bildirilir.

"Daimi olmalıdır, çünki…"
"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev AzadlıqRadiosuna bildirib ki, işsizlərin icbari tibbi sığortadan istifadəsi imkanı müddətsiz edilməlidir: "Adımızı "sosialyönümlü dövlət" qoymuşuqsa, bu, təbii ki, hamıya şamil edilməlidir. İşləyən vətəndaşlar onsuz da ödənişlər edir, işləməyənlərin də tibbi xidmətlərini dövlət qarşılamalıdır. Bu, daimi olmalıdır, çünki hər zaman işsizlər olacaq. Həmin işsiz vətəndaşların pulu yoxdur və dövlət onların tibbi sığortasını qarşılamasa, onlar dünyasını dəyişə bilər".

Ekspertin fikrincə, növbə məsələsini yalnız bir yolla həll etmək olar: "Bütün göndərişlər ləğv olunmalıdır. İstənilən pasient şəxsiyyət vəsiqəsini götürüb istədiyi bir tibb müəssisəsinə, istədiyi həkimə müraciət edə bilməlidir. Bəzən tibb müəssisələrində sistem donur və insanlar saatlarla gözləyir. Belə olan halda, sistemsiz qəbul etmək lazımdır".

A.Əliyev qeyd edib ki, bu il icbari tibbi sığorta üçün ötən ilə nisbətdə vəsait daha çox ayrılsa da, inflyasiyaya görə bu artım hiss olunmayacaq: "Məbləğ artırılmalıdır. Məsələn, orqan və sümük iliyinin köçürülməsi sayına limit qoyulub. Amma bu köçürmələrə təcili ehtiyacı yarananlar limitdən daha çox ola bilər. Ayrılan vəsaitin də səmərəli xərclənməsinə ciddi nəzarət olmalıdır".

Mənbə:
AzadlıqRadiosu ©
 
Ardını oxu...
Bir müddət əvvəl istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücülər narazıdırlar. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Sürücülər bildiriblər ki, getdikləri yolun məsafəsindən asılı olmayaraq, onlardan artıq ödəniş tələb edilir:
“Əslində giriş zamanı avtomobilin nömrəsi qeyd edilməli, çıxışda yazılan məbləği ödəməliyik. Yeni yolda isə bu nəzərə alınmayıb, standart məbləğ əvvəldən alınır. Əgər fikrinizi dəyişib, gedəcəyiniz yolu bitirsəniz, qalıq pulu verən olmayacaq”.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlanılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hələlik ödəniş bu qaydadadır:
“Yol istifadəyə verilən zaman müvəqqəti olaraq ödənişin bu qaydada olacağı barədə məlumat verilib. Yaxın müddət ərzində artıq xüsusi çipli kartlar dövriyyəyə buraxılacaq və mobil tətbiq yaradılacaq. Xüsusi çipli kartlar vasitəsilə artıq məntəqələrdə dayanmağa ehtiyac olmayacaq. Nəticədə sistem həmin avtomobili tanıyacaq və çıxışda qət etdiyi məsafəyə uyğun olaraq balansdan məbləğ çıxılacaq. Yəni hər şey avtomatik rejimdə olacaq. Dayanmağa, ödəniş etməyə ehtiyac yaranmayacaq”.

   

Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, “TAİS-İKF” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 14 milyon 311 min 289 manat 65 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC - 30.06.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir-sıra qalmaqallarda hallanıb.
Ötən ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.
“TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliten” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.

 
Ardını oxu...
Təqdim edilən şəkildə gördüyünüz bina Xətai rayonunda, Bakının ən tıxaclı ərazisi olan Afiyəddin Cəlilov küçəsində, "Qənimətlər parkı" ilə üzbəüzdə- 8 noyabr Prospektinin tinində tikilir... Ərazidə yaşayan sakinlər bir neçə dəfədir "Təzadlar"a müraciət edərək şikayətlənirlər ki, artıq 20- ci mərtəbəni adlayan, daha doğrusu, paytaxtın vaxtilə neftlə çirklənmiş ərazisində, neft gölməçələri olmuş, dənizin təxminən 200-300 metrliyində tikilən bu bina digər binalarda yaşayanların dənizə açılan panoramasını da məhv edib. "Məsələ ondadır ki, iki tıxaclı - işlək küçə və prospektin düz arasında tikilən bu bina həm də "Günəş petrol"un başı üzərində ucaldılmaqdadır. Bəs partlayış və yanğın təhlükəli bir obyektin düz yanında belə bir yaşayış binasının inşaasına Fövqəladə Hallar Nazirliyi necə razılıq verib?", -deyə sakinlər yazırlar.

Əməkdaşımız bu gün həmin ərazidə müşahidə aparıb, fakt təsdiqini tapıb. Bu binanın tikintisindən narazılıq edən şikayətçi Famil Rzayev deyir: "Bu ərazidə "Qənimətlər" parkı yerləşir. Dənizlə təmas ərazidə belə bir hündürmərtəbəli binanın tikintisi seysmoloji baxımdan narahatlıq yaradır və hazırda 20-ci mərtəbə tikilib, yeni mərtəbənin tikintisi isə davam edir. Deməli, hələ 3-5 mərtəbə də tikmək istəyirlər. Binanın konstruksiyasına baxanda indidən görünür ki, yüksək keyfiyyətdən və 8-9 ballıq zəlzələyə davamlılığından danışmaq yersizdir... Aidiyyəti qurumlar niyə susurlar? Binanın indiki görünüş və quruluşu nəsə demirmi???".
Məsələyə aydınlıq gətirmək və bəzi suallara cavab tapmaq üçün ərazidə kimsəni tapa bilmədik. Ətrafdakı avtodok əməkdaşlarından biri isə dedi ki, bu binanın tikintisi onların da fəaliyyətinə ciddi təhlükə yaratmaqdadır: "Küləkli havalarda qorxuruq ki, bu saat kran başımıza uçacaq... Dəfələrlə olub ku, göydən kərpic, taxta ərazimizə düşüb, bəxtimiz gətirib... Hələ də tikirlər. Amma eşitdiyimizə görə, problemi olduğundan tikintisi dayandırılıb, çünki çoxdandır işləmirlər...".
Bizcə, əlavə şərhə ehtiyac yoxdur.
"Təzadlar"ın Araşdırma Qrupu
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 49 min 493 manat 18 qəpik olan tender müsabiqəsinin qalibi “Sayllon az” MMC (VÖEN - 1203458101) olub.
“Sayllon az” MMC Əkinçilik Elmi-Tədqiqat İnstitutunun sifarişilə bu quruma kimyəvi maddələr, reaktivlər və markerlər satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Sayllon az” MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Əkbər oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Sayllon az” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 2023-cü ilin 4 dekabr tarixində başlayıb, tenderin qalibi olan “Sayllon az” MMC isə 2023-cü ilin 2 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (kimyəvi maddələr, reaktivlər və markerlər) qalib olması başa düşülən deyil.
“Sayllon az” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 50 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.
Onu da bildirək ki, cəmi 2 ay əvvəl təsis olunan “Sayllon az” MMC artıq 3 tender müsabiqəsində qalib olmağı bacarıb. MMC qeydiyyatdan keçdikdən təxminən ay yarım sonra Audiovizual Şuranın keçirdiyi 14,8 min manatlıq, Mərkəzi Seçki Komissiyasının isə 24 min manatlıq (60 ədəd müdür kreslosu) tender müsabiqəsində qalib olub.
“Sayllon az” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, şirkətin qanuni təmsilçisi Həsənov Murad Əkbər eyni tarixlərdə fərqli ünvanlarda qeydə alınan daha 2 MMC-yə rəhbər təyin olunub.
Bunlardan biri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov ev 3-də qeydiyyata alınan “Kaskad-Den Group” MMC (VÖEN – 1806467141), digəri isə Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC (VÖEN – 1506535021) olub.
Murad Həsənovun rəhbərlik etdiyi “Kaskad-Den Group” MMC-də 2 ay əvvəl qeydiyyata alınmasına baxmayaraq 3 tenderdə qalib olub. Bu MMC Kənd Təsərrüfatı Nazirliyinə 22 min 760 manatlıq bioloji aktivlər, Mərkəzi Seçki Komissiyasının 3 min 280 manatlıq gübrə, Gənclər və İdman Nazirliyinə isə 19 min 270 manatlıq müxtəlif mallar satacaq.
Murad Həsənovun rəhbərlik etdiyi 3-cü şirkət - “Akasiya RR Corp” MMC isə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi 43 min 60 manatlıq tenderində də qalib olub.
Onu da bildirək ki, 2 ay ərzində 3 tenderin qalibi olan “Sayllon az” MMC-nin qeydiyyatda olduğu ünvanda qısa müddətdə çoxlu sayda şirkətlər qeydə alınıb. Şirkət adlarındakı oxşarlıq da onlar arasında bağlılıq olduğunu göstərir. Məsələn, Murad Həsənovun qanuni təmsilçi olduğu Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC ilə Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də qeydiyyatda olan "Şəfəq RR Company” MMC (VÖEN – 1203483581) şirkətlərinin hər ikisinin adında “RR” var.
Bu şirkətlərin rəhbərləri də eyni zamanda başqa ünvanlarda qeydiyyata alınan bir-neçə şirkətə rəhbərlik edirlər və yeni yaranmalarına baxmayaraq çoxsaylı tenderlərdə qalib olublar.
 
Ardını oxu...
“Arkoz”a qarşı sərt ittiham: “Fəhlə Emin Naxçıvanı talaya-talaya çevrilib oldu Bəy Emin”

Naxçıvanda “Arkoz” tikinti şirkətinin fəaliyyətini araşdıran “Tikilməkdə olan layihələrin İdarəolunması” MMC-nin sədri İsmayıl Əhmədov redaksiyamıza məktub göndərib.

Ovqat.com-un məlumatına görə, müxtəlif media qurumlarında şirkətləri barədə irəli sürülən iddialara cavab xarakteri daşıyan məktubda bir sıra ciddi ittihamlara yer verilib.

Mətbuat qanunvericiliyinin tərəfsizlik prinsiplərinə sadiq qalaraq, məktubu olduğu kimi dərc edirik.
Heydər müəllim, bu “Arkoz” şirkəti niyə hər şeyi mətbuatla həll etməyə çalışır, anlamıram. Axı mətbuat qərarverici orqan deyil, Azərbaycan Respublikasının məhkəmə, prokurorluq orqanları var, niyə gedib bizi məhkəməyə vermirlər, ancaq mətubatla qarayaxma kampaniyası aparır, köhnə hakimiyyətin qalıqlarından dəstək almağa çalışırlar. Vaxtında onları çox yedizdiriblər deyə, yəqin düşünürlər ki, yenə elə olacaq. Bu yolla təzə hakimiyyəti gözdən salmağa çalışanlar başa düşsünlər ki, bu, heç vaxt baş verməyəcək, istədiklərinə nail ola bilməyəcəklər. Kimin kim olduğu tək bizə yox, bütün Naxçıvan əhlinə məlumdur.

Hər kəs bilir ki, “Arkoz” camaatı qul kimi işlədib pularını verməyib. 3-5 özünə oxşar adamı toplayıb başına, guya nəyəsə nail olmaq istəyir, onların da Naxçıvana nə qədər zərər verdiyi də hər kəsə məlumdur. Biri özünəməxsus məişət həyatı və korrupsiyası ilə məşhurdur, digəri isə həm yaltaqdır, həm də həmkarı kimi korrupsiyaya bulaşıb. Bununlarmı təzə hakimiyyəti gözdən salacaqlar? Əksinə, onlar kimi pislər olmalıdır ki, yaxşıların qədri bilinsin. Naxçıvan camaatı çox ağıllı və savadlıdır, kimin kim olduğunu yaxşı bilir.

Bu gün bizim şirkət barədə iftiralar, yalanlar yayan həmin zümrə Naxçıvanda yığdığı puları başqa ölkəyə daşımaqla məşğul olub. Naxçıvanı məhz onlar talan ediblər, hətta oğulları barlarda, hamamlarda necə kef çəkib Naxçıvanın pulununu göyə sovurublar, bu barədə təkzibolunmaz sübutlarım var və hamısını ictimailəşdirəcəyəm.

Özlərinə yaxın media qurumlarında bir yazı dərc etdiriblər ki, guya Emin Uçar Naxçıvana investisiya qoyub. Halbuki, 2000-ci ildə Naxçıvanda fəhləliklə işə başlayan Emin Uçar Naxçıvana necə investisiya qoya bilərdi? Asəf, Məhərrəm, Elçin kimi adamlarla Naxçıvanın büdcəsini talan ediblər, adını da investisiya qoyurlar.

Halbuki, tam tərsinə, yenə deyirəm, Naxçıvandan taladıqları pulları başqa ölkələrə yatırıblar. Sənədləşdirmələrdə ağıllarına gələn qiyməti yazıb biri yüz göstəriblər. Beləcə, sizin guya müdafiə etdiyiniz Naxçıvanı talayanlardan biri - fəhlə Emin çevrilib olub Emin bəy.

Əslində isə pul-para insanı sadəcə zənginləşdirə bilər, onun əsl simasını gizlədə bilməz. Hami bilir ki, Emin elə həmin fəhlə Emindir. Asəf Məmmədov da həmçinin. İstəyirsiniz, gəlin Naxçıvanda yaşayan 400000 adam arasında sorgu keçirin. Onlardan 5%-i Eminə və ya Asəfə yaxşı desə, mən sözlərimi geri götürəcəyəm. Deyəcəyəm ki, həqiqətən də onlar yaxşı adamdırlar. Əminəm ki, ədalətlə araşdırsanız, görərsiniz ki, sizin jurnalist həmkarlarınızın bəh-bəhlə müdafiə etdiyi həmin şəxslər Naxçıvanda hər gün min qarğışla yad edilən, söyülən insanlardır.

Novxanıda bağları, obyektləri, “3 karona”nın altında böyük marketi, həmin binada 5 evi, Həsənoglu 9 ünvanında 2 evi, Türkiyədə oteli, vilaları... Bütün bunları hardan qazanıb? Necə deyərlər, “kəklik başını soxar qara...” Gerisini demirəm, bu məsəli hamı bilir. 2008-2009-cu illərdə haralara yardım etdiyi də bəllidir. Kimlərsə düzlükdən danışanda gərək keçmişlərini yaddan çıxarmayalar.

Bu gunlərdə istədiyini ala bilməyən Emin Uçar ajiotaj yaradır ki, mən şirkət sahibiyəm, dövlət deyiləm. Həmin adamların mənə qarşı yeganə ittihamları budur. Öz qüsurlarını düzəltməkdənsə, məni ittiham etməsinlər. Kimin mənlə bağlı şikayəti varsa məhkəməyə müraciət edə bilər, TNS-ə yox.

Böyük hörmətlə, İsmayıl Əhmədov”
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 49 min 493 manat 18 qəpik olan tender müsabiqəsinin qalibi “Sayllon az” MMC (VÖEN - 1203458101) olub.
“Sayllon az” MMC Əkinçilik Elmi-Tədqiqat İnstitutunun sifarişilə bu quruma kimyəvi maddələr, reaktivlər və markerlər satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Sayllon az” MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Əkbər oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Sayllon az” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 2023-cü ilin 4 dekabr tarixində başlayıb, tenderin qalibi olan “Sayllon az” MMC isə 2023-cü ilin 2 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (kimyəvi maddələr, reaktivlər və markerlər) qalib olması başa düşülən deyil.
“Sayllon az” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 50 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.
Onu da bildirək ki, cəmi 2 ay əvvəl təsis olunan “Sayllon az” MMC artıq 3 tender müsabiqəsində qalib olmağı bacarıb. MMC qeydiyyatdan keçdikdən təxminən ay yarım sonra Audiovizual Şuranın keçirdiyi 14,8 min manatlıq, Mərkəzi Seçki Komissiyasının isə 24 min manatlıq (60 ədəd müdür kreslosu) tender müsabiqəsində qalib olub.
“Sayllon az” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, şirkətin qanuni təmsilçisi Həsənov Murad Əkbər eyni tarixlərdə fərqli ünvanlarda qeydə alınan daha 2 MMC-yə rəhbər təyin olunub.
Bunlardan biri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov ev 3-də qeydiyyata alınan “Kaskad-Den Group” MMC (VÖEN – 1806467141), digəri isə Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC (VÖEN – 1506535021) olub.
Murad Həsənovun rəhbərlik etdiyi “Kaskad-Den Group” MMC-də 2 ay əvvəl qeydiyyata alınmasına baxmayaraq 3 tenderdə qalib olub. Bu MMC Kənd Təsərrüfatı Nazirliyinə 22 min 760 manatlıq bioloji aktivlər, Mərkəzi Seçki Komissiyasının 3 min 280 manatlıq gübrə, Gənclər və İdman Nazirliyinə isə 19 min 270 manatlıq müxtəlif mallar satacaq.
Murad Həsənovun rəhbərlik etdiyi 3-cü şirkət - “Akasiya RR Corp” MMC isə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi 43 min 60 manatlıq tenderində də qalib olub.
Onu da bildirək ki, 2 ay ərzində 3 tenderin qalibi olan “Sayllon az” MMC-nin qeydiyyatda olduğu ünvanda qısa müddətdə çoxlu sayda şirkətlər qeydə alınıb. Şirkət adlarındakı oxşarlıq da onlar arasında bağlılıq olduğunu göstərir. Məsələn, Murad Həsənovun qanuni təmsilçi olduğu Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC ilə Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də qeydiyyatda olan "Şəfəq RR Company” MMC (VÖEN – 1203483581) şirkətlərinin hər ikisinin adında “RR” var.
Bu şirkətlərin rəhbərləri də eyni zamanda başqa ünvanlarda qeydiyyata alınan bir-neçə şirkətə rəhbərlik edirlər və yeni yaranmalarına baxmayaraq çoxsaylı tenderlərdə qalib olublar.

Elnur Əli
 
Ardını oxu...
Azərbaycan iqtisadiyyatının çoxsaylı zəif həlqələrindən biri də dövlət tenderləridir, bu tenderlərin bir çoxunda korrupsiya o qədər yüksəkdir ki, artıq bu hal bir çox millət vəkillləri və dövlət məmurları tərəfindən açıq şəkildə etiraf edilir.

Dövlət tenderlərində ən çox qalib olan şirkətlər var ki, onların sahibi, özləri haqqında ciddi məlumatlara rəst gəlmək olmur. Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən il ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri “tender kralı” kimi tanınan iş adamı hacı Ramazan Mirzəyevdir.

İş adamı hacı Ramzan Mirzəyevin “tender kralı” kimi tanınmasının səbəbi isə, ona bağlı şirkətlərin daim tender satınalmalarında qalib olmasıdır. İllərdi dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur.

İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış apardığımız zaman hansısa ciddi bir məlumata rast gəlməyəcəyik. Bu şirkətlərin nə rəsmi adresləri, ofisləri, nədə sosial şəbəkələrdə hesabları belə mövcud deyil.

Dövlətdən on milyonlarla vəsait alan belə şirkətlərin şəffaflıqdan və hesabatlıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının isə bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur.

2013-ci ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır.

Bu şirkətlərin həyata keçirdiyi tenderlərdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi isə hər kəsə məlumdur.

Məlumata görə Ramazan Mirzəyev son illər daha çox nəzərə çarpmamaq üçün tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir.

İş adamına “tender kral”ı titulunu qazandıran əsas şirkətləri isə “VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləridir.

Ramazan Mirzəyevin şirkətləri ilə bağlı apardığımız kiçik araşdırmada ortaya çıxan mənzərədə məlum olur ki, “tender kralı” Bakı şəhər İcra Hakimiyyətinin, digər rayon icra hakimiyyətlərinin, həmçinin Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş Mədəniyyət Nazirliyininin, Elm və Təhsil nazirliyinin və sair qurumların satınalmalarında ƏBƏDİ “qalib” olur.

İş adamı böyük tenderləri VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləri ilə udsada, digər kiçik satınalmalar və katirovka sorğularında isə əsasən 10 manatlıq mmc-lərini işə qoşur.

Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır.

Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2019-2020 – ci illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.

Onu da əlavə edək ki, “tender kralı” haqqında bir vaxtlar müğənni Şəbnəm Tovuzlu ilə yaxın münasibəti olması barədə yerli media resuslarında kifəyət qədər informasıyalara rast gəlmək olar hətta hacının mügənniyə bir vaxtlar ticarət mərkəzi tikdirməsi ilə bağlı xəbərlərdə mediada kifayət qədər yayılmışdı

Mənbə: "Azərbaycan Reallığı"
 
Ardını oxu...
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozu cari ilin oktyabr ayının 6-da "İstixana kompleksinin” tikilməsi işləri" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 989.713 manat, qalibi isə "ATLAS TİKİNTİ QURAŞDIRMA" (VÖEN: 1203296001) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Satınalma müqaviləsinin şərtlərinə görə podratçı təşkilat - "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri sovxozuna dörd ədəd istixana kompleksi inşa edəcək. Həmçinin "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC bu istixana komplekslərini satınalma müqaviləsinə görə istilik və havalandırma sistemləri ilə də təmin edəcək.

Lakin satınalma müqaviləsində inşa ediləcək istixana kompleksinin ölçüləri, sahəsi, hansı materiallardan inşa ediləcəyi barədə məlumat verilmir.

Ardını oxu...
Qeyd edək ki, Ağac bəzək bitkiləri sovxozunun bu tenderdə qalib elan etdiyi "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC 2023-cü ilin yanvar ayının 24-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Xəzər rayonu Buzovna qəsəbəsi Natəvan küçəsi ev 21 ünvanı, qanuni təmsilçisi isə İbrahimov Sahib Abdulla oğludur.

Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri sovxozuna 4 ədəd istilik kompleksi inşa edəcək "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC-nin maddi-texniki bazası, müvafiq lisenziyaları, mühəndis heyəti, əmək müqaviləsi ilə çalışan işçiləri, faktiki ünvanı və əlaqə telefonu barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "ATLAS TİKİNTİ QURAŞDIRMA" MMC-nin qanuni təmsilçisi İbrahimov Sahib Abdulla oğlu "proxy" şəxsdir. Bu təşkilatın Bakı şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu tenderlərdə uzun illərdir çoxsaylı MMC-ləri qalib edən və bu yolla da külli miqdarda dövlət vəsaitini mənimsəyən qrupa aid olduğu bildirilir.

Qlobal.az məsələ ilə bağlı Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozundan mövqe öyrənə bilməyib.

Sovxozun keçirdiyi satınalmadakı şübhəli məqamlara Bakı Şəhər İcra Hakimiyyəti də mövqe bildirmək istəmədi.

Qlobal.az Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozunun sirafişçi olduğu sözügedən tenderlə bağlı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrənib.

Dövlət Xidmətinin açıqlamasında deyilir:

"Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozu tərəfindən "İstixana kompleksinin tikilməsi işləri"nin satın alınması məqsədilə keçirilmiş müsabiqə "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv edilməsi barədə Dövlət Xidməti tərəfindən satınalınan təşkilata 12.09.2023-cü il tarixli 3-21-1/2-18397/2023 nömrəli məktub göndərilmişdir".

Qeyd edək ki, Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac bəzək bitkiləri Sovxozunun rəisi Rəşad Cavadovdur.

Mənbə: Qlobal.az
 
Ardını oxu...
"Milla" süd zavodunun istehsal etdiyi südün tərkibinə təhlükəli maddələrin qatdığı bildirilir.

Bu barədə "Arqument.az"a şirkətdə çalışanlar məlumat veriblər.

Bildirilir ki, "Milla" şirkəti südtoplama məntəqələrində əsasən əhalidən yağsız və üzsüz südün toplanmasına üstünlük verir.

Şikayətçilərin dediyinə görə, "Milla" şirkəti bu əməli daha çox Lənkəran rayonunda fəaliyyət göstərən südtoplama məntəqəsində həyata keçirir.

Şirkət əhalidən 30 qəpiyə topladığı üzsüz südün tərkibinə təhlükəli maddələr qataraq südün yağlılığını 2.5 faizə çatdırır.

Məntəqə müdiri Mais Talışxanovun bu əməllərinin isə şirkət rəhbərliyi tərəfindən "ört-basdır" edildiyi bildirilir.

""Milla" şirkətində əhalidən toplanmış üzsüz südə "Sun 17" yağı əlavə edərək südün yağlılığını "Qamogen" deyilən aparatla 2.5 faizə qaldırır", - şikayətçi deyir.

O bildirib ki, dünya stantdarlarına görə, süd qəbulu zamanı "Rozalin"dən istifadə olunmalıdır: "Bu da ona görə edilir ki, südün tərkibində kimyəvi maddələr var, yoxsa yox. Və spirtlə yoxlanılır ki, südün xarab olub-olmadığı aydın olsun. Amma burada südün PH dərəcəsinə baxırlar. Aşağı olanda ona soda və pates kimi kimyəvi maddələr qatırlar ki, PH qaldırılsın. Xahiş edirik ki, komissiya təşkil olunub zavodu yoxlasınlar. Əgər yoxlasalar, dediklərimizə şahid olacaqlar", - şikayətçi vurğulayıb.

Şikayətçilərin sözlərinə görə, hazırda sözügedən südtoplama məntəqəsində süd antisanitar vəziyyətdə toplanılır, məntəqədə südün tərkibi yoxlanılmır: "Çünki heç bir lobaratoriya və antibiotik yoxlayan aparat yoxdur. Südün tərkibi yoxlanılmadan bərbad vəziyyətdə Bakıya göndərilir".

"Milla" şirkətindən məsələyə münasibət öyrənmək mümkan olmayıb.

"Milla" süd zavodu "AZ FP CO” LTD MMC olaraq 2011-ci ildə fəaliyyətə başlayıb.

Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmək gücünə malikdir.

Şirkətin qeyri-rəsmi fövqəlada hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.
Mənbə: "Arqument.az"
Teref: Xocanın Blogu
Səhifəmiz hamı üçün açıqdır...
 
 
 

Dünyapress TV

Xəbər lenti