Ardını oxu...
2004-cü ildən Azərbaycan Respublikasının ərazisində tikinti və memarlıq işləri ilə məşğul olan “ODEİON” şirkətinin sahibi, hansı ki, qardaş Türkiyə dövlətinin vətəndaşı olan Tolqa Atıcı Axmed oğlunun üzüzə qaldığı problemin varlığı, bəlkə də bu gün müəyyən çevrələrdə daha çox müzakirə olunan məsələlərdən biridir desək, heç də yanılmarıq.

Unutmaq olmaz ki, ölkəmizin həssas vaxtlarında hər zaman bizi müdafiə edən, mənəvi və siyasi dəstəyini əsirgəməyən, bir sözlə bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Respublikasının vətəndaşına qarşı olmazın fırıldaq əməllərin atılması nə hüquqa, nə də ki, mənəviyyata sığan məsələ deyil. Fakt odur ki, qeyd olunan məsələ olduqca həssas və diqqəti cəlbedən məsələlərdəndir. Buna görə də, qardaş ölkənin vətəndaşı olan Tolqa Atıcı, hələ də ölkəmizin dövlət qurumlarına olan inamını itirməyib. Bugünlərdə gundemxeber.az xəbər portalının redaksiyasına adı çəkilən bu şəxs tərəfindən müraciət, eyni zamanda lazımi məlumatlar da daxil olub. Məsələn, “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı ünvanladığı müraciətində qeyd edir ki, “ODEİON” şirkəti 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir və bu şirkət əsas etibarilə tikinti və memarlıq işləri ilə məşğul olur. Qeyd edim ki, rəhbərlik etdiyim bu şirkət ilə “AS İNŞAAT-N” şirkəti arasında 2005-ci ildən işbirliyi olub və 2010-cu ilə kimi biz bir sıra dövlət əhəmiyyətli layihələrdə iştirak etmişik.
Ardını oxu...
Hətta, 2019-cü ilin iyul ayından 2023-cü ilin iyul ayına kimi də, bir sıra layihələrdə iştirak edib lazımi işlər görmüşük. Sifarişçilər tərəfindən görülən işlərə görə pullar tam ödənilsə də, Nişirəvan Cəlilov həmin pulları mənimsədi və “ODEİON” şirkətinə, eyni zamanda podratçı şirkətlərə olan borclarını ödəməkdən imtina etdi. Belə bir səbəbdəndir ki, aramızda borc məsələləri ilə bağlı bu gün də ciddi problemlər yaşanmaqdadır.
Ardını oxu...
Əvvəllər “ASOROUP” adı altında fəaliyyət göstərən bu şirkətə Nişirəvan Cəlilov rəhbərlik edib. 2019-cu ildən 2023-cü ilə kimi isə, bu şirkətin adı “AS İNŞAAT-N” şirkəti olub. 2023-cü ilin yayında Nişirəvan Cəlilov şirkətin direktoru vəzifəsindən uzaqlaşdı və onun daşıdığı vəzifəni əslən İran İslam Respublikasının (İİR) vətəndaşı olan Babək Nuşirəvani daşımağa başladı. Belə bir halın varlığı, yəni İİR-sı vətəndaşının şirkət rəhbərliyinə gətirilməsi, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Sual oluna bilər ki, AS İNŞAAT-N” şirkətini İran vətəndaşı ilə hansı tellər bağlayır? Onu da bildirim ki, 17 may 2021-ci il tarixdə “ODEİON” şirkəti ilə “AS İNŞAAT-N” şirkəti arasında 01921 saylı müqavilə sənədi bağladıq və müqavilə sənədini qarşı tərəfdən Nişirəvan Cəlilov imzaladı. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim şirkət bir çox tikinti işlərini həyata keçirdi və bunun qarşılığında “AS İNŞAAT-N”-ın bizə, yəni “ODEİON” şirkətinə 171000 manat məbləğində borcu yarandı.
Ardını oxu...
Bundan əlavə, 29 noyabr 2021-ci il tarixdə “AS İNŞAAT-N” şirkəti ilə 03221 saylı növbəti müqavilə sənədi bağladıq. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim “ODEİON” şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda elektrik işlərinin çəkilişini həyata keçirdi və görülən işlərin qarşılığında “AS İNŞAAT-N”-ın “ODEİON” şirkətinə 212447 manat məbləğində borcu əmələ gəldi. Qeyd edim ki, bütün bunlar elektron qaimələrlə vurulub və qarşı tərəf də qaimələri təsdiq edib. Buna baxmayaraq, “AS İNŞAAT-N”-ın rəhbərliyi bu gün də bizə olan borclarını ödəmir və belə bir səbəbdən də, podratçı şirkətlərlə aramızda olan münasibətlər pozulmağa başlayıb.
Ardını oxu...
Artıq podratçı şirkətlər rəhbərlik etdiyim “ODEİON” şirkəti ilə bağlı Kommersiya Məhkəməsinə müraciət ediblər. Ötən altı ay ərzində “AS İNŞAAT-N”-ın rəhbər şəxsləri keçirdikləri iclaslarda bizə və podratçı şirkətlərə olan borc məsələlərini müzakirə etsələr də, son anda onlar ödəməli olduqları borcu ödəməkdən imtina edirlər, hətta forma-2 də təsdiq etmirlər. Belə bir səbəblər üzündəndir ki, bu gün “ODEİON” şirkəti ilə vergi orqanları arasında hədsiz narazılıqlar da əmələ gəlib. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi odur ki, bu gün “AS İNŞAAT-N” şirkətində direktor vəzifəsini daşıyan Babək Nuşirəvani qeyd olunan borcu ödəməkdən imtina edir. Bu şəxs bəhanə olaraq onu qeyd edir ki, “Müqavilə sənədi şirkətin əvvəlki rəhbəri Nişirəvan Cəlilovla bağlanıb. Ona görə də 383447 manat borcu Nişirəvan Cəlilovdan almalısınız” deyib, bu yolla ortaya minbir bəhanələr gətirir.
Ardını oxu...
Amma, bu şəxs onu qeyd etmir ki, bunun nə fərqi var? Axı, rəhbərlik dəyişsə də, şirkət öz yerindərir və hal-hazırda da fəaliyyətini davam etdirir. Onu da qeyd edim ki, ana vətənim Türkiyə Cumuriyyətidir, amma Azərbaycan Respublikası da mənim üçün olduqca əzizdir, qardaş dövlətdir. Mən Azərbaycanda yaşadığım ötən illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Umumiyyətlə, Allah-Təalanın nəsib etdiyi ömür payını bundan sonra da bu ölkədə yaşamaq niyyətindəyəm”.
Ardını oxu...
P. S. Bütün bunları qeyd etməklə belə qənaətə gəlmək olar ki, bir millət iki dövlət olaraq Azərbaycanı da öz doğma vətəni hesab edən “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı Axmed oğlunun üz-üzə qaldığı belə bir problemin varlığı heç cür yolverilməzdir. Çünki, Azərbaycan Respublikasının ümumilli maraqlarının təmin olunması yöndə hər zaman ölkəmizin mövqeyini müdafiə edən, bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Cumhuriyyətinin vətəndaşına qarşı belə bir addımların atılması həm hüquqi, həm də mənəvi baxımdan heç bir çərçivəyə sığmır.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


GundemXeber.Az
 
Ardını oxu...
Səlahiyyətinə aid olmayan işləri görən bələdiyyə sədri Malik Həsənov arxasında kim dayanıb?

Azərbaycanda aidiyyatı dövlət qurumlarının uzun illərdir qanunsuz qum-çınqıl çıxarılmasına qarşı mübarizə aparmalarına baxmayaraq, hələ də bu problem qalmaqada davam edir.

AzFakt.com-un əldə etdiyi məlumata görə hazırda rayonun Göbəktala bələdiyyəsinin ərazisində yerləşən Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılması işi sürətlə davam etdirilir.

Məlumatda bildirilir ki, qanunsuz qum-çınqıl çıxarılmasına Göbəktala bələdiyyəsinin sədri Malik Əzimov rəhbərlik edir.

Qeyd edək ki, Şahverdilər kəndində Araz çayına yaxın ərazilərdə çoxlu sayda qum-çınqıl yataqları mövcuddur. Bələdiyyə sədri Malik Əzimov himayədarlarına arxalanaraq bu ərazilərdəki qum-çınqıl matreallarını kütləvi şəkildə satdırmaqla məşğuldur.

Məlumatda o da vurğulanır ki, ərazidə işləyən traktorlar qum-çınqıl matreallarını çıxartmaq üçün qırmızı kitaba düşən çoxsaylı yulğun ağaclarını məhv edirlər.

Maraqlıdır ki, ötən ilin fevral ayında Şahverdili kəndində əhali ilə səyyar görüş keçirən Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev nədənsə ərazidə baş verən ekoloji talanı görməyib.

Mövzunu davam etdirəcəyik.
 
Ardını oxu...
"Deməli, tələbə dekabr ayında qızılcaya yoluxub deyə onu Sumqayıt Dövlət Universitetinə haqlı olaraq buraxmayıblar. Tələbə evə gəlib, poliklinikanı məlumatlandırıb, cüzi tibbi yardımla müalicə alıb. Virusdan qurtulandan sonra isə universitet bunu imtahana buraxmayıb ki, "qaib"in var..." Bunu öz etirazında tanınmış jurnalist Fazil Əhməd ifadə edib.
Narazı jurnalist daha sonra bildirib: "Tibbi arayışa gəldikdə isə, tələbəyə deyilib ki, ETN rəhbəri Emin Əmrullayevin təlimatında belə arayışlar "it yerinə qoyulmur". Hə, təptəzə rektor nazirin "kruqu"ndandı. Gəncdir... Yoxsa, dövlətin verdiyi arayışı necə adamın təpəsinə çırpa bilər ki?!
Nə isə.
Bu ölkədə hər yeni təyin olunan balaca məmur özünə yeni dünya yaradır.
Buradan nazir Emin bəyə və TƏBİB-in Doğum evlərinə direktor və ya baş həkim təyinatı üçün pullu adam axtaran rəhbərinə səslənirəm: bu,
hoqqaya nə deyirsiniz? Nolar ki, bir dəfə də kasıbın, yaxud qanunun yanında olanda?!
Balalarınızın başına bu oyunu açsalar, necə davranardınız?"

dia-az.info
 
Ardını oxu...
Deputat Ağalar Vəliyevə məxsus olan “Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda “Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur.

Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb.

Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

“Azərbaycan Reallığı”
 
Ardını oxu...
Xatılayırsınızsa, bir neçə gün əvvəl Naxçıvan MR Təhsil Nazirliyi müəllim uniformasına keçidlə bağlı təlimat vermiş, müəllimlərin ciddi etirazını görüb geri addım atmışdılar. Biz təbii ki, nazirliyin öz səhvindən geri çəkilməsini müsbət qarşılayır və bunu alqışlayırıq. Amma öz səhvindən geri çəkilərkən də gərək günahı başqasının boynuna atmayasan. Əks halda üzrün qəbahətindən böyük olar.

Təəssüf ki, Naxçıvan MR Təhsil Nazirliyinin bu səhvdən geri dönüşü də qaş düzəldərkən göz çıxarmağa bənzədi. Nazirlik məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada “xan” həzrətlərindən qalma uniformaya keçidlə bağlı heç bir təlimatlarının olmadığını, bunu media orqanlarının uydurduğunu və dezinformasiya kimi yayaraq müəllimlər arasında qəsdən ajiotaj yaratdıqlarını bildirdi. Dolayısıyla bizim bostanımıza da daş atdı. Bəs, əsl həqiqətdə belə bir göstəriş olmuşdumu?

Naxçıvan müəllimlərindən biri Ovqat.com-a ünvanladığı qısa məktubunda bu iddialara cavab verərək yazır:
Ardını oxu...
"Bizim məktəbin direktoru da səhər 5 dəqiqəliyində forma haqda verilmiş qərardan danışdı və biz formada işə gəldik. Bunu inkar etməkmi olar?".

“Canişin” rejiminin də “xan” rejiminin bir başqa tərzdə davamı olduğunu düşündüyümüzdən, təhslükəsizliyini nəzərə alıb adını açıqlamaq istəmədiyimiz bir başqa müəllim Naxçıvan Təhsil Nazirliyinin məktəbliləri pul qarşılığında sınaq imtahanlarına zorla cəlb etdiyindən şikayətlənir. Maraqlıdır ki, Nazirlikdə bu sahəyə baxan adam vaxtilə "Hədəf" kurslarının rəhbəri vəzifəsini icra edib. Məsələyə bu aspektdən yanaşanda nazirlyin məktəblərdə repetitorluğu qadağan etməsinin bir başqa səbəbi ortaya çıxır. Görünən budur; məktəblərdə repetitorluğa ona görə icazə verilmir ki, şagirdlər daha baha qiymətə müxtəlif hazırlıq kurslarına getsinlər.

Redaksiyamıza ünvanlanan şikayət məktubu
Ardını oxu...
"Naxçıvan MR Təhsil nazirliyinin orta məktəblərdə sınaq imtahanı monopoliyası

Bildiyiniz kimi, Naxçıvanda baş verən islahatlardan sonra Naxçıvan MR Təhsil Nazirliyində kadr dəyişiklikləri olub. Bunlardan ən əsası Elxan Nəcəfovdur. Təyinatından əvvəl Elxan Nəcəfov uzun müddət hədəf kurslarında fəaliyyət göstərmişdir. Bununla əlaqədar olaraq, ilk təyinatından sonra Hədəf Kurslarının sınaq imtahanlarını zorla direktorlara tapşıraraq 12 azn-dən sınağa cəlb etməsini tapşırmışdır. Bir çox valideynlərin narazılıqlarına baxmayaraq , yenidən sınaqlara uşaqları cəlb edilmişdir. Özəl kursların sınaq imtahanlarını dövlət məktəblərdə zorla təşkil etmək həqiqətən absurddur. Nazirlik olaraq monitoriq imtahanları təşkil olunmalıdır ki, bu onların bilavəsitə vəzifələridir. Hər özəl kurs sınağını öz kurs binasında keçirməli, hər bir könüllü şagird orada iştirak etməlidir. Bundan əlavə olaraq, Şərur rayon Fizika Riyaziyyat Təmayüllü liseyi , Güvən nəşriyyatın sınağını təşkil edərək, 18 azn dən uşaqları məcbur edib, pulu verməyən şagirdləri dərsdən qovaraq gedib pulu gətirməklərini tələb etmişlər. Sınağın adını isə, həm şagirdlərə həm də valideynlərə zəng edərək “məcburdur” deyərək uşaqları sınağa məcbur cəlb etmişlər. Bununla bağlı bir çox valideynlərin Nazirliyə şikayəti daxil olsa da, buna məhəl qoyulmamışdır. Bu məmurlar kütləvi pul qazanacaq deyə hansısa valdeyin boğazından kəsib bunların cibini doldurmamalıdır. Dövlətə , millətə xidmət etməkdənsə ancaq ciblərini düşünürlər. Belə əməllərin hamısı cənab Prezidentin apardığı siyasətə xələl gətiriləcək əməllərdir. Xahiş edirik bu məsələri ışıqlandlrın ki, belə acgöz məmurlara heç olmasa bir dərs olsun!"
ovqat.com
 
Ardını oxu...
Bakı şəhər, Əmircan qəsəbə sakini Esmira Kərimova Ə. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasından şikayətçidir.
Meydan TV xəbər verir ki, onun sözlərinə görə, yanvarın 8-dən etibarən 4 uşağından 3-ü sarılıq diaqnozu ilə həmin xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
Valideyn xəstəxanada xəstələrin analiz nümunə yoxlanışının gecikdirilməsindən, otaqlar və ayaqyolunda natəmiz şəraitdən, normal qidalanma və içməli su yoxluğundan şikayətçidir.
Deyir ki, Suraxanı rayonunda yerləşən 154 və 87 nömrəli tam orta məktəbin bir çox şagirdi eyni diaqnozla adıçəkilən xəstəxanaya yerləşdirilib.
Onun da övladları 154 nömrəli tam orta məktəbin şagirdləridir.
Xəstəxanadan çəkilən şəkildən də görünür ki, bir çarpayıda iki xəstə uşağa sistem köçürülür, birgə saxlanılır.

“Bura ayın 8-də 6-cı sinifdə oxuyan kiçik oğlum Maliklə gəldim. Heç digər uşaqlarımı yoxlamadılar. Özümüz uşaqları yoxladan kimi 11-ci sinifdə oxuyan qızım Fatimə və 9-cu sinifdə oxuyan Əlidə də sarılıq aşkarlandı. Ora gedəndən sonra Əlinin və onların təhsil aldığı məktəb yoldaşlarını gördük, sanki bütün Suraxanı burdadır”, – deyə valideyn qeyd edib.

“Təmizlik yox, qayğı yox, məsuliyyətsizlik hökm sürür”
Onun sözlərinə görə, xəstəxanada vəziyyət acınacaqlıdır:
“Xəstəxana sarılıq, qızılca infeksiyasına yoluxan uşaqlarla doludur. Bu xəstəlik hələ bir rayonda belə artıb. Niyə bunun qarşısı alınmır? Dünən xəstəxanadan çıxdım, çünki evdə 5 yaşlı körpəm qızdırma içindədir. Analizini vermişik, bilmirik onda da sarılıqdır, yoxsa qızılcadır. İnfeksiyanı xəstəxanadan evə mən gətirmişəm, çox güman. Orada uşaqlara özüm baxmışam. Uşaqlar qızdırma içində, halsız vəziyyətdədirlər, baxan yoxdur. Bütün otaqlarda vəziyyət eynidir, şəraitsizlik, uşaqlara baxım yox, təmizlik yox, qayğı yox, məsuliyyətsizlik hökm sürür”.
“3-4 mərtəbəli xəstəxananın ayaqyolusu bərbad vəziyyətdədir. Sabun yoxdur, bir tək spirt var, o da yaramır. O gün bir valideyn səriştəsizliyə görə uşağını buradan məcburi çıxardı. Uşaqlardan qan analizi götürürlər, laboratoriyaya gec çatdırırlar deyə qan laxtalanır. Analizin cavabları gecikir, üstəlik, hər valideyndən də beş manat taksi pulu alırlar ki, qanı analizə göndəririk. Taksi də olsun lap 10 manat. Hara, Gəncəyə yola salırlar? Xəstəxananın özündə və ətrafdakı iri xəstəxanalarda niyə laboratoriya yoxdur? Qızımın əlinin üstünü deşik-deşik edib qan götürüblər, səhərisi deyirlər ki, o qan yararsızdır. Gör, qanı nə qədər saxlayırlar ki, laboratoriyaya çatanda laxtalanır”, – şikayətçi belə deyir.

Şikayətçi xəstəxanda üzləşdiyi vəziyyətdən sarsıntı keçirdiyini deyir:
“Pensilin qabında 14 yaşlı oğlumdan analiz götürüblər. Saat birin yarısı gəlmişəm, hələ analiz stolun üstündədir. Şokdayam. Tibb bacısını çağırıram ki, analiz stolun üstündə nə gəzir, niyə gecikib? Tezdən alınan bu analizi günorta hara göndərəcəksiniz, effekti nə olacaq? Mən bunların yoxlanış və analizinə də inanmıram. Uşağımdan başqa şöbədə qan götürüblər. Deyirəm ki, bunu təkrar niyə etmisiniz? Deyirlər ki, bilmirik. Kim bilsin bəs? Bu qədər özbaşnalıq olar?”.

“Elə bir qabda yemək qoyublar ki, itimin qabı ondan təmizdir”
Esmira Kərimova onu da əlavə edir ki, xüsusi pəhriz şəraitində saxlanılan uşaqlara natəmiz qablarda xəstəxana yeməyi verilir.
O həmçinin deyir ki, nəzarət və xidmət bərbaddır, amma hər kəsdən rüşvət istənilir.
“Dünən bir fakta çox pis olmuşam. Uşaqlar sarılıq xəstəliyindən əziyyət çəkir, yatırlar. Onlar pəhriz xəstələridir. Həkimlər, tibb bacıları yaxşı masa qurub yeyib-içirlər. Tort, yemək-içmək qalığı da masada qalıb. Mənim uşaqlarım yenə böyükdür, deyirəm yatın, baxmayın. Bəs orada körpələr var axı. Onlar görür, nəfsi keçir, istəyir. Boşqablar elə ortalıqda qalıb. Bu gün yenə xəstəxanaya getdim. Uşaqlara guya qarabaşaq veriblər. Elə bir qabda yemək qoyublar ki, itimin qabı ondan təmizdir. Özüm orada olmalıyam ki, nəzarət edim. Deyirəm baxmırsınız, qoyun körpə övladımı da bura gətirim, özüm baxım uşaqlara. Deyirlər, sizə burda qalmaq olmaz, çünki 3 yaşdan sonra uşaqlar tək qalmalıdır. Kimə güvənib körpə uşağımı qoyum orada? Uşaqlardan soruşuram ki, mən gedəndən sonra yoxlanış, baxış oldu sizə? Deyirlər ki, yox”.

“Qoşulan sistemə nəzarət yox idi deyə özüm söndürdüm”
Vətəndaş deyir ki, 2010-cu ildə əsaslı təmir olunan, müasir avadanlıqlarla təchiz olunan və prezidentin də baş çəkdiyi bu xəstəxanada 200 çarpayılıq yataq olsa da, iki uşaq eyni yataqda yatır. Üstəlik, içməli su olmadığından xəstə yaxınları suyu özləri almaq məcburiyyətindədir.
Bir aparatda müxtəlif xəstəliyi olan uşaqlar yoxlanılır, adlarına isə bülleten açılmır.

Edilən çoxsaylı şikayətlərə isə şöbə müdiri vəzifədə olan əri ilə hədə-qorxu gəlir:
“Uşaq gözünün ağına, bəbəyinə kimi sarıdır. Həkim deyir ki, görmürəm. Bu boyda xəstəxanada bir UZİ aparatı var. Hamını ora salırlar. Bu, xəstəlik artımı deməkdir. Təcili tibbi yardım baxan kimi dedi ki, sarılıqdır. Bunlar deyir ki, hələ bilmirik, görmürük . Dava etdiyim, şikayətçi olduğum əsas şöbə müdiridir. Əri ilə hədələyir bizi. Deyir ki, bilirsiniz mənim ərim harda çalışır, Prezident Adminstrasiyasında. Deyirəm ki, uşaqlar sapsarı kimi saralmalıdır ki, inanasınız? Dörd uşaq anasıyam, işləyirəm, uşaqlarım xəstədir, istəyirəm ki, bülleten açdırıb burda qalım, uşaqlarıma özüm baxım. Deyir ki, mümkün deyil, üç yaşa qədər uşaqların anasına bülleten düşür. Mən dörd uşağı bunlara necə etibar edim? Bir gün çıxmışam oradan, dəli olmuşam. Mən necə rahat çıxım işə? Xəstəxanada normal yemək yox, su yox. İçməli su ciddi problemdir. 10 litr suyu atam alıb gətirib. Həyat yoldaşım su, meyvə, yemək alıb aparıb. Elə yemək verirlər, adam heç üzünə baxmaq istəmir. Eyni qabda müxtəlif uşaqlara yemək verilir. Ayaqyollarında infeksiya, antisanitariya hökm sürür”.
“Xəstəxanada ştativ yoxdur, təhlükəsizliyi yoxdur. Uşaqlara tibb bacısı baxmalı olduğu halda, özüm yedizdirdim, su verdim, hətta qoşulan sistemə nəzarət yox idi deyə özüm söndürdüm. Gördüm ki, bitir, hava gedir uşağın bədəninə tez söndürdüm. Axşam baxmayıb səhəri gəlib ki, uşağına baxmışam 5 manat ver. Deyirəm ki, hansı uşağa baxmısan? Mən tibb bacısı görmədim axı. Anası baxıb onlara. Çox haqsızlıq var. Belə bərbad xəstəxana görməmişdim”, – o qeyd edib
Səhiyyə Nazirliyi adıçəkilən xəstəxanın TƏBİB-in tabeliyində olduğunu deyir.
TƏBİB-dən isə bildirilib ki, sorğu araşdırılandan sonra cavab veriləcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Son 4 ildə, yəni 2020-ci ilin əvvəlindən 2023-cü ilin sonunadək Füzuli rayonunda müxtəlif dövlət qurumları tərəfindən ümumi həcmi 5 407 606 manat olan tenderlər keçirilib.

Keçirilən tenderləri sayca ən çox udan şirkət "Art-Proje" MMC şirkətidir. Sözügedən şirkət Füzuli rayonunun 4 dövlət qurumunun keçirdiyi tenderin qalibi seçilib. Qalib olduğu tenderlərin ümumi həcmi isə 465 232 manat təşkil edir.

Qeyd edək ki, "Art-Proje" MMC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 370 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əkram Əliyev Musa oğludur. Hüquqi ünvanı AZ5000, Sumqayıt Şəhəri, Novxanı Bağ Massivi, Ev 4829A ünvanında yerləşir.

Füzulidə məbləğ baxımından ən byöük sifarişləri isə Sözügedən şirkətlərdən "Uğurlu İnşaat" MMC alıb - 734 904 manat.

"Uğurlu İnşaat" MMC , "Sqs Group" MMC , Ağdam Melioservis İdarəsi və "Tiim" MMC şirkətləri isə Füzulidə keçirilən tenderlərdən hər biri ayrı ayrılıqda 3 tenderin qalibi olub.

Sözügedən şirkətlərdən "Uğurlu İnşaat" MMC 734 904 manat, "Sqs Group" MMC 528 382 manat, Ağdam Melioservis İdarəsi 525 281 manat və "Tiim" MMC 207 538 manat həcmində olan tenderləri udublar.

Başqa şirkətlər isə rayonda dövlət qurumları tərəfindən keçirilmiş 2 və daha az tenderi uda biliblər.

Daha detallı satın alan təşkilatlar, tarixlər, məbləğləi, qalib olan şirkətlər və ən əsası satın alma predmeti cədvəldə öz əksini tapmışdır:

dia-az.info
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və quruluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin hər sahəsində hüquq və onun aliliyini uca tutulur, yoxsa tapdaqlar altına atılır?. Belə bir məsələlərlə bağlı az-çox məlumat əldə etmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayan Paşayev Koroğlu Abdulla oğlunun və bu şəxsin ailə üzvlərinin 2017-ci ildən üzüzə qaldıqları məşəqqətlər haqda məlumatları əldə etmək, məhz hər kəsin ümumi durum haqqında lazımi məlumatları əldə etməsinə imkan verəcək. Məsələn, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Koroğlu Paşayev tərəfindən müraciət daxil olub. Bu şəxs müraciətində qeyd edir ki, “Biz 2011-ci ildən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayırıq. Buna baxmayaraq, 2017-ci ildə Hacı Ramazan adlı şəxsin rəhbərlik etdiyi “Məmmədoğulları” MMC-nin əməkdaşları 35 000 klv -luq elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırdılar. Onlar atdıqları belə bir addımları ilə, birbaşa bizim ailəni olmazın dərdə saldılar. Çünki, həmin trosfarmatorun ətrafa buraxdığı elektrik şüalarının təsirindən, ailə üzvlərimizin hər birinin səhhətində ciddi problemlər əmələ gəlməyə başladı. Bununla bağlı aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər etsək də, bir kimsə bizim müraciətimizə əhəmiyyət vermədi. Bu gün bizim aidiyyəti dövlət qurumlarından xahişimiz və əsas tələbimiz ondan ibarətdir ki, trosfarmatorun yerini 50 m aralı məsafəyə dəyişdirsinlər. Faktdır ki, elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, ailə üzvlərimizin hər birində, ələlxüsus həyat yoldaşımda ürək xəstəlikləri yaradıb. Belə bir səbəbdən də, xeyli vaxtdır ki, yaşadığımız mənzili satıb köçmək istəyirik. Evimizi almaq istəyən şəxslər isə, yaşadığımız mənzilin pəncərəsindən iki mert aralı məsafədə yerləşən elektrik trosfarmatorunu görən kimi, məhz onlar bu yöndə fikirlərindən “vaz keçirlər”.

Qeyd edim ki, yaşadığımız evi 2011-ci ildə Hacı Ramazanın qardaşı Hacı İbrahimdən almışıq. “Məmmədoğulları” MMC-nin quraşdırdığı 35 min klv-luq elektrik trosfarmatorunda ötən illər ərzində bir neçə dəfə şiddətli partlayışlar baş verib. Partlayışlar daha çox yağmurlu günlərdə baş verir ki, bu da olduqca qorxulu anların yaşanmasına səbəb olur. Faktdır ki, Hacı Ramazanın bacısı qızıgil bizimlə qonşu idilər və onlar baş verən partlayışlardan ehtiyat edərək yaşadıqları evi satıb bu ünvandan köçdülər. Onu da bildirim ki, “Məmmədoğulları” MMC əməkdaşları elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırarkən, biz onların belə bir hərəkətinə qəti etirazımızı bildirdik. Həmin vaxtlarda MMC-nin əməkdaşları bizə “Hacı Ramazan tapşırıq verib, trosfarmatoru 20 gündən sonra o tərəfdə quraşdıracağıq” deyə vəd verdilər. Təəssüflər olsun ki, onlar belə bir fırıldaq əməlləri ilə bizi aldatmağı bacardılar. Belə bir problemlə bağlı “Azərişıq” ASC-nə müraciət etsəm də, bu yöndə də etdiyim müraciətin heç bir nəticəsi olmadı. Yəni, “Azərişıq” ASC-nin rəsmi şəxsləri mənə MMC-nin rəhbəri Hacı Ramazanla danışıb-barışmağı, bir sözlə problemin aradan qaldırılması üçün yalnız bu şəxslə danışıqlar aparmağı məsləhət gördülər. Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, bu gün ölkə rəhbəri İlham Əliyev cənablarına müraciət etmək məcburiyyətində qalmışam. Çünki, himayəmdə dörd azyaşlı övladım var və pəncərəmizdən iki metr aralı məsafədə quraşdırılmış 35 min klv-luq elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, bu gün övladlarımın da səhhətinə ciddi təsir edir. Faktdır ki, onlar böyüdükcə olmazın problemlərlə üzüzə qalacaqlar”.

Bəli, gundemxeber.az xəbər portalı olaraq redaksiyamıza daxil olan belə bir müraciət əsasında qeyd olunan ərazidə olduq və müraciət müəllifi Koroğlu Paşayevin qeyd etdiyi faktın doğruluğunu gözlərimizlə gördük. Ümidvarıq ki, müraciət müəllifinin İlham Əliyev cənablarına ünvanladığı müraciəti, ölkə rəhbərinə etdiyi xahiş “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədov və “Məmmədoğulları” MMC-nin rəhbəri Hacı Ramazan tərəfindən diqqətdə saxlanacaq və altı nəfərdən ibarət bir ailənin üzüzə qaldığı problem qısa zaman kəsiyində aradan qaldırılacaq. Əgər problemin aradan qaldırılmasına cavabdehlik daşıyanlar bundan sonra da sayğısızlıq göstərməkdə davam edərlərsə, o halda bunu təkcə Koroğlu Paşayevin özünə və ailə üzvlərinə qarşı sayğısızlıq kimi deyil, eyni zamanda vətəndaşın ölkə rəhbərinə ünvanladığı müraciətə də sayğısızlıq kimi dəyərləndirilməlidir. Qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

gundemxeber.az
 
Ardını oxu...
DogruXeber.az: - Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Bu ərəfələr olduqca həssas bir dönəmdir. Məmurlarda vətəndaşlarla münasibət sistemini elə qurmalıdırlar ki, narazılıqlar yaranmamalıdır. Vətəndaşlarla münasibətdə həssaslıq göstərməli, onlarla davranışda kobudluğa, eqaisliyə, təkəbbürlülyə yol verməməlidirlər.

Xatırladım ki, Prezident İlham Əliyev məmurlarla keçirdiyi müşavirələr zamanı hər dəfə vətəndaşları incitməməyi, özbaşınalıq etməməyi, özlərinin və ailə üzvlərinin hərəkətlərinə diqqət yetirməyi, qanunları icra etməyi tapşırır. Amma təəssüf ki, bəzi məmurlar bundan nəticə çıxartmır, yenə öz bildiklərini edir, dövləti və vətəndaşları talamaqla özlərinə var-dövlət yığırlar. Prezidentin çıxışlarından nəticə çıxartmayan, özünə var-dövlət toplayaraq harınlığın ən pik zirvəsinə çatan məmurlardan biri də Dövlət “Qaçqınkom”un Beyləqan rayon üzrə nümayəndəsi Allahverdi Əzizovdur.

Əvvəlcə onu qeyd edim ki, internet media resurslarında “Qaçqınkom” sədrinin Beyləqan rayon üzrə nümayəndəsi Allahverdi Əzizov dövlətin məcburi köçkünlərə göndərdiyi “qaçqının payı” hesabına v(y)a(r)lanması, özünə var-dövlət toplayaraq Bakıda və rayonda mülklərə, bahalı avtomobillərə sahib olması və beləliklə də yoxsulluğun daşını atması ilə bağlı çeşidli məlumatlar var. Buna görə də hələ ki, bu xüsusda mövzuya toxanmırıq. Toxanacağımız məsələ “qaçqın payı” hesabına oliqarx məmura çevrilən Allahverdi Əzizovun iş otağını əxlaqsız yuvasına çevirməsi xəbəri ilə bağlıdır.

Bildirilir ki, “Qaçqınkom” nümayəndəsi Beyləqanda həm də məişət pozğunu, eyiş-işrət adamı kimi ad çıxardıb. Əslində o, bu adı öz əməlinə görə qazanıb. Heç kimə durduğu yerdə “əxlaqsız” və ya “məişət pozğunu” demirlər. Əlbəttə ki, cəmiyyətdə və işlədiyin kollektiv arasında insana davranışlarına – etik və ya qeyri-etik hərəkətlərinə görə qiymət verilir. Niyə cəmiyyətdə yüngülməcaz qadınlara əxlaqsız və ya fahişə deyirlər?

Bunu ona görə deyirlər ki, onların cəmiyyətdə seçdiyi və tutduğu yol yüngül həyat tərzi olduğundan bu adı onlar qazanmış olurlar. Heç kim anadan fahişə doğulmur. Yəni insanı tutduğu yol, peşə davranışları fərqləndirir. Məhz bu davranışların fonunda da cəmiyyət sənə öz “layiqli” adını vermiş olur. Necə ki, barəsində söz açdığım Allahverdi Əzizov da cəmiyyətdə, onu tanıyanların əhatəsində əxlaqı davranışları ilə məişət pozğunu adını qazanıb. Bəs yaxşı, bu adı ona hansı hərəkətləri qazandırıb?

Bildirilir ki, bir müddət əvvəl Allahverdi Əzizov iş otağında (Beyləqan rayon icra hakimiyyətinin inzibati binasında) bir qadınla eşq yaşayarkən işin ən pik məqamında yaxalanıb. Belə ki, gündüz saatlarında həmin qadınla vədələşən Allahverdi Əzizov istirahət etmək üçün ən “münasib” və “təhlükəsiz yer” olaraq elə iş masasını seçib. İşin ən qaynar (həzz) nöqtəsində birdən qapı döyülür bir neçə polis otağa daxil olur. Polislərimizin operativliyi sayəsində Allahverdi Əzizov elə masa-üstü də yaxalanır. Həzzi dada bilməyən və artıq işin əngəl olduğunu görən “Qaçqınkom” nümayəndəsinin bütün hissləri ölür və sönür. Və işi ört-basdır etmək üçün hər şeyə hazır olduğunu bildirir. Onun yalvarışlarına baxmayana asayış keçikçiləri A. Əzizovu aparırlar polis şöbəsinə. Lakin bir neçə saatdan sonra Allahverdi Əzizov sərbəst buraxılır.

Hadisənin ardınca məsələ mətbuata sızır. Allahverdi Əzizovun eşq macərası mətbuatda dərc edildikdən dərhal sonra, o “Qaçqınkom”a çağırılır. Bununda ardınca yazılar saytlardan yığışdırılılır. Artıq göründüyü kimi, baş vermiş “Allahverdinin eşq macərasi”ndan Komitə sədri Rövşən Rzayev xəbərdar olur. Amma və lakin hələ də Allahverdi Əzizov kabinet şəraitində yenə də öz işləri ilə məşğul olmaqdadır. Görünür ki, Rövşən Rzayev də hadisənin ört-basdır edilməsində maraqlı olub ki, “eşq qəhrəmanı”nı cəzalandırmayıb.

Əslində isə həmin vaxt hadisədən xəbərdar olan hər kəs gözləyirdi ki, “Qaçqınkom” sədri məmura yaraşmayan bu əxlaqsız hərəkətlərə yol verdiyinə görə Allahverdi Əzizovu işdən atacaq. Ancaq gözləntilər özünü doğrultmadı. Yəni Rövşən Rzayevin reaksiyası o qədər də sərt olmadı.

Zamanında baş vermiş hadisə münasibət “Qaçqınkom” sədrinin öz vicdanına buraxılsa da, amma və lakin nəticə göz qabağındadır. Görünür, komitə sədri Allahverdi Əzizov kimi əxlaqı və vicdanı kirli adamları vəzifədə saxlamaqla işina yarıyır.

Əgər bir məmur oturduğu dövlət qoltuğunu əxlaqsız hərəkətləri ilə kirləndirəcəksə, bu o deməkdir ki, o, dövlətin bütün qanunlarını kirləndirmiş olacaq. Hadi söz sizdədir, cənab Sədr! // RealMedia.az
Ardını oxu...
Azərbaycan iqtisadiyyatının çoxsaylı zəif həlqələrindən biri də dövlət tenderləridir, bu tenderlərin bir çoxunda korrupsiya o qədər yüksəkdir ki, artıq bu hal bir çox millət vəkillləri və dövlət məmurları tərəfindən açıq şəkildə etiraf edilir.

Dövlət tenderlərində ən çox qalib olan şirkətlər var ki, onların sahibi, özləri haqqında ciddi məlumatlara rəst gəlmək olmur. Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən il ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri "tender kralı" kimi tanınan iş adamı hacı Ramazan Mirzəyevdir.

İş adamı hacı Ramzan Mirzəyevin "tender kralı" kimi tanınmasının səbəbi isə, ona bağlı şirkətlərin daim tender satınalmalarında qalib olmasıdır. İllərdi dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış apardığımız zaman hansısa ciddi bir məlumata rast gəlməyəcəyik. Bu şirkətlərin nə rəsmi adresləri, ofisləri, nədə sosial şəbəkələrdə hesabları belə mövcud deyil.

Dövlətdən on milyonlarla vəsait alan belə şirkətlərin şəffaflıqdan və hesabatlıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının isə bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur.

Xalqxeber.az bildirir ki, 2013-ci ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır.

Bu şirkətlərin həyata keçirdiyi tenderlərdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi isə hər kəsə məlumdur.
Məlumata görə Ramazan Mirzəyev son illər daha çox nəzərə çarpmamaq üçün tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir.
İş adamına "tender kral"ı titulunu qazandıran əsas şirkətləri isə “VEST-LTD” QSC ilə "İnpeks.N." MMC şirkətləridir.
Ramazan Mirzəyevin şirkətləri ilə bağlı apardığımız kiçik araşdırmada ortaya çıxan mənzərədə məlum olur ki, "tender kralı" Bakı şəhər İcra Hakimiyyətinin, digər rayon icra hakimiyyətlərinin, həmçinin Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş Mədəniyyət Nazirliyininin, Elm və Təhsil nazirliyinin və sair qurumların satınalmalarında ƏBƏDİ “qalib” olur.

İş adamı böyük tenderləri VEST-LTD” QSC ilə "İnpeks.N." MMC şirkətləri ilə udsada, digər kiçik satınalmalar və katirovka sorğularında isə əsasən 10 manatlıq mmc-lərini işə qoşur. Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır.

Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2019-2020 - ci illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.
 

Dünyapress TV

Xəbər lenti