Sakinləri “Pilot Residence” MTK-nı məhkəməyə verib
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsi yerləşən və “Pilot Residence” kooperativinin pilot layihəsi çərçivəsində inşa edilən binanın sakinləri adıçəkilən tikinti şirkətindən ciddi narazılıqlarını ifadə edirlər. Vətəndaşların sözlərinə görə, layihəyə uyğun olaraq “Pilot Residence” MTK yaşayış binasının tərkibində ümumi istirahət parkı və yeraltı qaraj mərtəbəsi inşa etməklə, mənzillərlə birgə 2020-ci ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürsə də, vəd yerinə yetirilməyib:

“5 ildir yaşadığımız binada bizə qarşı qanun pozuntuları törədilir. Yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış layihəyə uyğun şəkildə təmin olunmayıb. Müraciət etdiyimiz qurumlardan da bizə sadəcə səbirli olmağı məsləhət görürlər. Yaşayış binası, onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin istismarının təmin edilməsi və sakinlərin xüsusi mülkiyyətinə verilməsi istiqamətində bizimlə və “Pilot Residence” MTK arasında müvafiq alqı-satqı müqavilələri imzalanmışdı. Lakin 2019-cu ildən bu günədək yaşayış binasının, istirahət zonasının və qaraj mərtəbəsinin inşaatı və təmiri, mənzil və qaraj yerlərinin təhvili və sahiblərin istifadəsinə verilməsi gecikdirilir”.

Sakinlər iddia edirlər ki, yaşayış kompleksində inşaat-təmir işləri MTK tərəfindən dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib: “Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, “Pilot Residence” MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Onlar iddia edirlər ki, onlar üçün nəzərdə tutulmuş bu binanın blokundan keçərək mənzillərinə gedə bilmirlər. Buradan mənzil alan vətəndaşların sözlərinə görə, onlara təqdim olunan layihədə yeni tikilən obyektdən bəhs edilməyib. Yəni bu hissə layihədən çıxarılaraq böyük mağazalardan birinə satılıb.

Bəziləri pulunu ödədikləri qarajlardan da məhrum olduqlarını deyirlər. Vətəndaşlar hesab edirlər ki, onların qarajları anbar yeri üçün adıçəkilən mağazaya satılıb.

Sakinlər adıçəkilən binada pilləkənlərin yox, yalnız liftlərin olduğu vəziyyətlə qarşılaşdıqlarını təəccüblə bildirir: “Sizinlə misli görünməmiş faktları bölüşmək istəyirik. Siz və ya biriniz bloklardan birində yeni tikilmiş 12 mərtəbəli binada pilləkənlərin yox, yalnız liftlərin olduğu vəziyyətlə qarşılaşmısınız? İndi dünyada seysmik vəziyyət dəyişib, o cümlədən bu yaxınlarda zəlzələ baş verdi. Hər kəs bilir ki, cüzi seysmik təhlükə zamanı liftdən istifadə etmək qəti qadağandır. Nə etməliyik, mənzillərdən tullanmaq, yoxsa orada qorxmuş uşaqlar və qocalarla ölmək lazımdır? Şikayətlərimiz çoxdur – həyətdə qanunsuz inşa olunmuş ticarət obyekti, 3-cü blokun hörülməsi və restoran obyektinə satılması, kütləvi “kvadratura oğurluğu” – müqavilə ilə çıxarış arasında 10-25 m2 fərq və sair. Düşünürük ki, dünyanın heç bir şəhərində belə sensasiyalı bina yoxdur. “Pilot Residence” rəhbərliyi yalan danışmaqla fəaliyyət göstərir və ölkə qanunvericiliyinə riayət etmirlər. İnanırıq ki, problem həll olunacaq, MTK rəhbərliyi layiqli cəzasını alacaq. Amma heç xoş deyil ki, belələrinin “fəaliyyəti” əhalidə ədalətə inamsızlıq, dövlət xidmətlərinin işindən narazılıq yaradır, qanunsuz əməlləri ilə uğurlarımızı puça çıxarır”.

“Pilot Residence” mənzil-tikinti kooperativindən bildirilib ki, layihədə təkcə orada deyil, həm də binanın həyətində 3300 kv.m sahədə obyekt nəzərdə tutulub. Maraqlıdır ki, müvafiq strukturlar onun tikintisinə tam icazə verməyib. “Qaraja gəlincə, sakinlərə onun əvəzinə başqa torpaq sahəsi təklif olunur. Lakin problem hələ də həllini tapmayıb. Çünki vətəndaşlar məhz müvafiq sənədlərdə göstərilən yerlərlə təmin olunmaq istəyirlər”, – deyə tikinti şirkətindən bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə “Pilot Residence” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib. Şirkəti məhkəməyə verən şəxslər isə Qurbanov Samir Natiq oğlu və Yəhyəzadə Elşən Rufət oğludur. Onlar məhkəmədə şirkət rəhbərliyi barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələr” iddia qaldırıblar.

Bununla belə, Yəhyəzadə Elşən Rufət oğlu və Baqiyeva Aliyə Nəriman qızı da məhkəmədə şirkət rəhbərliyi barəsində “Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr – Sair işlər” iddia qaldırıblar. Hər iki işə ayrı-ayrılıqda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.
aztoday.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703262151_1.jpg
 

Bölmənin digər xəbərləri

22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı

Dünyapress TV

Xəbər lenti