Ardını oxu...
Azərbaycanda kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından akseptsiz qaydada tutmanın 50 faiz həddində aparılması mümkündür.

“Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti əsasında bununla bağlı qərar qəbul edib.

Bildirilib ki, adıçəkilən bank Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının tətbiqi ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının bu il yanvarın 17-də qəbul etdiyi qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını istəyib.

Konstitusiya Məhkəməsinin Plenumu da şikayətdə qaldırılan məsələnin həlli məqsədilə Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının hüquqi mahiyyətinin və təyinatının açıqlanmasını zəruri hesab etdiyindən müvafiq normanın xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsi qənaətinə gəlib.
Qərarda deyilir ki, kassasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq qanunvericilik normalarının düzgün tətbiq edilməməsi halı müəyyən olunmadığından Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı və 418-ci maddələrinə uyğun hesab edilməlidir. Konstitusiyanın 12-ci, 16-cı və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əməkhaqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, külli miqdarda vergi borcu olan “UĞURLU İNŞAAT” MMC Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin “QAYĞI QƏSƏBƏSİNDƏ İŞIQLANDIRMA İŞLƏRİ”nin satın alınması ilə bağlı elan etdiyi tenderdə qalib seçilib.

32gun.az-a daxil olan məlumata görə, şirkətin borcu daha da artıb.

Belə ki, bir neçə gün öncə “UĞURLU İNŞAAT” MMC-nin vergi borcu 521 min 800 manat 41 qəpik təşkil edirdisə, hazırda şirkətin borcu 777 min 784 manat 4 qəpikdir.

Saytımıza məlum olub ki, “UĞURLU İNŞAAT” MMC bir nəçə gün öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin də “Sumqayıt şəhərində mikrorayon – məhəllədaxili yolların asfalt örtüyünün və şəhərin küçə, prospektlərində yarasız yağışqəbuledici və kanalizasiya quyularının əsaslı təmirinin satın alınması” ilə bağlı tenderində qalib seçilib.

Zakir Fərəcovun rəhbəri olduğu Sumqayıt şəhər İcra Hakimiyyəti ilə adıçəkilən şirkət arasında 613.132,13 AZN-lik müqavilə imzalanıb.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədullayev Mehti Məjnun oğludur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib. Söhbət habelə, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə də dəyişikliklərdən gedir.

Qərarla xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilib. Həmin xəstəliklərin sırasında ürək, ağciyər xəstəlikləri öz əksini tapıb.

Son illər əlliliyin təyin edilməsi ilə bağlı ölkədə çoxsaylı şikayətlər eşidilir. Bu şikayətlərdə əlillik statusu almağın bir xeyli çətinləşdirildiyi bildirilir.
“Qızımızın anadangəlmə xəstəliyi var,..."
Ucar rayonun sakini 16 yaşlı S.İ.-nin valideynləri də qızlarına əlilliyin təmin edilməsi ilə bağlı şikayətlərini dilə gətiriblər. Adlarının çəkilməsini istəməyən valideynlərin sözlərinə görə, qızlarının ağır psixoloji xəstəliyi və buna dair bütün sənədlər olsa da, ona əlillik təyin edilmir: “Qızımızın anadangəlmə xəstəliyi var, danışa, özü yeyə bilmir. Diaqnoz da qoyulub. Qızımız pensiya alırdı, sonra kəsdilər, deyirlər təkrar müalicə edin. Pensiya yoxdur deyə, ona dərman da ala bilmirik”.

Valideynlər qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bir neçə gün əvvəl zəng vurub məsələ ilə maraqlanıb sənədləri qəbul etsələr də, hələlik ondan bir xəbər yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən həmin şikayətin taleyinə aydınlıq gətirmək mümkün olmayıb. Amma Nazirlikdən "Turan"a bildirilib ki, meyarlara yeni xəstəliklər əlavə edilib, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri artırılıb, bəziləri üzrə orqanizmin funksiyalarının pozulması müddəti “müddətsiz” müəyyən edilib:
“Bütün bunlarda məqsəd..."
“Bütün bunlarda məqsəd bu sahədə vətəndaş məmnunluğunun daha da artırılması, əlilliyin qiymətləndirilməsi sistemində növbəti təkmilləşdirmə və sadələşdirmənin təmin edilməsidir”.

Vurğulanıb ki, 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib, onlardan 12,2 mininə ilkin, 13,3 mininə təkrar əlillik statusu verilib: “Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, problem Azərbaycanın başqa standartlara keçidlə bağlı qərar qəbul etməsindən başlayıb: “İnsanların xəstəlikləri və əlillik dərəcələri faizlə ölçülməyə başladı. Əvvəl əlilliyi qruplarla təsnifatlaşdırırdılar, indi isə əlillik əmək qabiliyyətinin neçə faiz itirdiyi ilə müəyyənləşdirilir”.
"Bizdə isə bu yenə də insan faktoruna bağlı oldu"
Hərçənd o, xatırladıb ki, bəzi ölkələrdə belə praktika var: "Amma orada avtomatlaşdırılmış bir sistem var və insan faktoru demək olar ki, sıfır dərəcəsindədir. Bizdə isə bu yenə də insan faktoruna bağlı oldu. Əvvəllər əlillik qrupları həkimlər təyin edirdi, indi isə eyni qaydada komissiya faizləri təyin etməyə başlayıb”.

O, qeyd edib ki, şikayətlər çox idi deyə indi Nazirlər Kabineti bəzi məsələlərə aydınlıq gətirməyə çalışır: “Əgər bu dəyişikliklər normal şəkildə tətbiq olunsa, son 2-3 ildə yaranmış narazlıqların bir çoxu aradan qalxa bilər. Amma yenə də bu insan faktoruna bağlı olacaqsa, hansısa korrupsiya halları, yaxud da rüşvət müqabilində xəstəliklərin qeyd olunması və ya əksinə səhvlərə görə qeyd olunmaması davam edəcəksə ciddi dəyişikliklərin olacağına inanmıram”.

Xatırlatma
2022-ci ilin iyunun 1-dən“Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minib.

Bu meyarlara əsasən orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60, 61-80 və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir. Qiymətləndirmə 5 faiz aralığı ilə aparılır.

Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur. Əgər faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10, fərqli olduqda ən yüksək olan
 
Ardını oxu...
Yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

Nazirlər Kabinetinə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Sərəncam 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Ardını oxu...
Sərhədlərin bağlı olması yayda dincəlmək istəyənləri çarəsiz vəziyyətdə qoyub. Təyyarə biletləri olduqca bahadır, yaxın düşmək olmur. Çarəzilikdən yerli istirahət zonalarına üz tutmaq lazım gəlir. Burada isə qiymətlər əksəriyyətin cibinə uyğun deyil.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, indi Maldiv adalarında dincəlmək Nabranda istirahətdən daha ucuz başa gəlir. Səyahət qruplarından birində beləcə də yazılmışdı. Həqiqətən də, sentyabrda Maldiv səfəri təşkil etməklə Nabrandan daha ucuz dincəlmək olar. Yəni ifadə boşuna yazılmayıb.

“Wizzair”in Bakıdan Əbu-Dabiyə reyslər təşkil etməsi yaxşı imkanlar yaradır. İndi Maldiv adalarının paytaxtı Maleyə xeyli ucuz getmək mümkündür. Məsələn, sentyabrın 7-si yola düşərək bir həftə sonra geri qayıtmaq 295 avroya başa gəlir. Maldiv adalarında beşulduzlu oteldə bir həftə qalmağın dəyəri 200 avroya çatmır. Əlbəttə, bahalı otellər var. Amma yetərincə uyğun yerdə günü 30 avrodan ucuz qalmaq olar.

Təxminən 900 manata dünyanın ən yaxşı kurort bölgələrindən birində dincəlməkdən söhbət gedir. Gəlin görək Azərbaycanda bu qiymətə keyfiyyətli istirahət əldə etmək mümkündürmü? Dəniz kənarında 900 manata bir həftə dincələ biləcəyiniz beşulduzlu otel otağı tapa bilməzsiniz. Qalan məsələləri heç müzakirə etməyək. Hər halda yol xərci, yemək qayğıları da var. Azərbaycanda istənilən istiqaməti müqayisə edə bilərik. Hətta sentyabrın əvvəllərində də bizim ölkədə 900 manata bir həftə keyfiyyətli istirahət mümkünsüz görünür.

Xüsusilə sosial mediada yanlış fikir var ki, insanların maddi durumu pis deyil, bölgələrdə bahalı otellərdə dincələ bilirlər. Təkcə əməkhaqqıları ilə bağlı statistikaya göz atmaq kifayətdir. Böyük əksəriyyətin bu ölkədə dincəlməyə imkanı çatmır.

Qiymətlər çox bahadır. Hələ ondan danışmırıq ki, xidmət səviyyəsi qiymət müqabilində çox aşağıdır. Dincəlməyə birtəhər imkan tapanlar isə xaricə üstünlük verir. Çünki daha yaxşı şərtlərlə başqa ölkədə istirahət imkanı varsa, konkret soyğunçuluqla məşğul olan yerli turizmi seçməyə dəyməz.
Ardını oxu...
DİA.AZ: - "Şikayətim "OBA", "AL" marketlər şəbəkələrindəndir. Bu şəbəkələr işçiləri QUL kimi istismar edirlər". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Daha sonra isə narazı vətəndaş yazır: "Hörmətli OBA HR İdarə heyəti, bir öz gülməşəkər uşaqlarınıza baxın, bir də marketdə işləyən, yük daşmaqdan ayaqları əyilmiş, beli bükülmüş qızlara, oğlanlara baxın. Allahdan qorxun...

OBA-nın işçiləri həm KASSİR, həm SATICI, həm FƏHLƏ, həm MÜHAFİZƏ. həm MAL QƏBULU, həm XADİMƏ kimi işləyirlər.

Bəs onlar insan deyillər? Aldıqları da 400-500 manat... axı nəyə yetir indiki inflyasiya vaxtı?"

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
3 gündən sonra, 28 iyulda MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyasını dayandıracaq.
Yəni, sınaq versiya ilə mənzil seçimini test edənlərin cəmi üç gün vaxtı qalıb.
Xatırlayıram ki, cari ayın əvvəli, MİDA DEMO versiyanı işə salanda aşağıdakı kimi balaca bir açıqlama vermişdi :
“Güzəştli mənzil” sistemində 29 iyul – 11 avqust 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilmişdir"
Anlaşıqlı dildə desək , bu o deməkdir ki, 29 iyulda baş tutacaq onlayn satışda güman ki, MİDA yenidən sürprizlər edəcək
Yəni, MİDA təhlükəsizlik məqsədilə DEMO-dan fərqli olaraq real satış modulunun interfeysini dəyişə bilər, ikiqat CAPTCHA fərqli ola bilər, menyular dəyişilə bilər və s.
Botlar və robotların qarşısını almaq üçün gözləmək olar ki, real satış modulu DEMO-dan kəskin fərqli olacaq.
Beləliklə də , düşünmək olar ki, daha hazırlıqlıların, daha çox test edənlərin, İT bacarıqları yüksək olanların şansı daha yüksək olacaq.
Tövsiyə edərdim ki , DEMO ilə mənzil seçimini test edənlər bu məqamları da nəzərə alsınlar.
Uğur qazanmaq üçün bir müddət öncə paylaşdığım statusu yenidən aşağıda paylaşıram.
Uğurlar !
P.S. Xatırladıram ki, sonuncu onlayn satışda ilk mənzil seçimi 31-ci saniyədə baş tutmuşdu.
Osman Gunduz
Terefd.az
Ardını oxu...
"Bu, biznesin işinə birbaşa müdaxilədir və qanuni əsası yoxdur"

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri - "Bolt”, "Uber” və "Yango”da gediş haqqı artırılıb. Məlumata görə, bu gündən etibarən sözügedən taksi şirkətlərində minimal qiymət 2 manat 50 qəpik təşkil edəcək.

İstənilən qiymət artımının ölkə əhalisi tərəfindən haqlı narazılıqla qarşılandığını nəzərə alsaq, özəl biznesə aid olan taksi xidmətinin bahalaşmasının kimə lazım olduğu, nəyə xidmət etdiyi və nə dərəcədə qanuni olduğu barədə suallar yaranır.

İqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı öz sosial şəbəkə səhifəsində maraqlı paylaşım edib: "Keçən ay rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bəyan etdi ki, taksi xidmətində qiymətlər birmənalı olaraq qalxacaq və bəyan etdi ki, məqsədləri taksi gedişlərinin sayını azaltmaqdır.

Bu gün "Uber”, "Bolt” və "Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub, əvvəllər bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi.

Qanunlara görə hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz. Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Əgər eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiymət təyin edirsə, deməli bunu hökumət istəyib – yaxşı, nə əsasla hökumət bu addımı atıb?! Əslində bu biznesin işinə birbaşa müdaxilədir, qanuni əsası da yoxdur. Yəni, nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir, hətta bazara yeni daxil olmuş "Uklon” taksi şirkətinə lobbiçilik edir, çünki bu gün qiyməti artıran şirkətlər sırasında "Uklon” yoxdur. Bundan başqa "Uklon” şirkəti klassik "dumping”-lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxartsın, məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar, onlar isə gedib məhəllə dükanlarında mağaza sahibləri yiyəsiz Tükəzban xalaya, Mamed dayıya cərimə yazmaqla məşğuldurlar.

Bu suallara, yaranmış vəziyyətə hökumət izah gətirəcəkmi?! Təbii yox, niyə bizə hesabat-açıqlama verməlidirlər ki?! Hesabatlı hökumətin formalaşması üçün biz nə etmişik ki, açıqlama da versinlər?!
 
Ardını oxu...
Çimərlik mövsümünün olması dənizkənarı obyektlərdə göstərilən xidmətlərin qiymətini aktuallaşdırıb.

Çəkiliş aparılan obyektlərin adminstratorları bildirdilər ki, restoranların dənizə çıxışı olduğu üçün insanlardan girişə görə pul alınmır. Üstəlik onların özləri ilə yemək-içmək gətirməsinə də məhdudiyyət yoxdur.

“Özləri ilə yemək gətirməyənlər oradan sifariş edə bilərlər. Yeməklərin qiymətləri isə müxtəlifdir.”

O da bildirildi ki, xüsusilə hava isti olduğundan təhlükəsizlik tədbirləri də artırılıb, aidiyyəti qurumlar dənizdə xoşagəlməz halların yaşanmaması üçün gücləndirilmiş iş rejmində çalışır.

Teref.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Ardını oxu...
Yuxu rejiminin mədəni şəraitdən və yaşayış coğrafiyasından asılı olduğunu göstərən araşdırma aparılıb.

Cebhe.info xəbər verir ki, araşdırmanı Cənubi Koreyanın Kanqvon Milli Universitetinin tədqiqatçıları bir neçə ölkədən olan həmkarları ilə birlikdə aparıblar.

“Scientific Reports” jurnalının məlumatına görə, beynəlxalq alimlər qrupu yuxunun keyfiyyətini yeni üsulla araşdırmaq qərarına gəlib. İlkin tədqiqatlar laboratoriyada aparılıb və ya iştirakçıların şəxsi subyektiv hissləri əsasında nəticələr çıxarılıb. Yeni təcrübə dörd il davam edib. Bura 11 ştatdan 30 mindən çox insan cəlb olunub. Onlar daim subyektlərin yuxu və digər həyat amillərinin obyektiv göstəricilərini qeyd edən smart saatlar taxıblar.

Yeni müşahidələrdən əsas nəticə bu olub ki, yuxunun müddəti yaşayış ölkəsindən asılıdır. Məlum olub ki, adambaşına düşən ÜDM-in yüksək olduğu inkişaf etmiş ölkələrdə insanlar kasıb ölkələrlə müqayisədə daha uzun, daha ağır yuxuya gediblər.

Başqa bir maraqlı müşahidə də ortaya çıxıb. Kollektivcilik mədəniyyətə malik ölkələrdə əhali də daha həyəcanlı olur, yuxuya getmək daha uzun çəkir və yuxu ümumiyyətlə, daha səthi olur. Bu iki kateqoriyada yuxu müddəti fərdilik fəlsəfəsinin hökm sürdüyü ölkələrlə müqayisədə az olub. Sonuncular daha tez yuxuya gedir və daha uzun yatır.

Yaponlar ən qısa yuxuya sahibdirlər, bu. orta hesabla yeddi saatdan azdır. Finlandiyada təxminən səkkiz saat yatırlar, onlar yuxu müddəti üçün rekordçulardır.
 

Dünyapress TV

Xəbər lenti