Ardını oxu...
"Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür, odur ki, regionlarda kreditlər əlçatan deyil".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O qeyd edib ki, regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir:

"Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir".

Bildirək ki, son vaxtlar ölkədə istehlak kreditlərinin həcmi sürətlə artır. Əsasən gəlirlərin az olması ilə bağlı əhali kredit üçün banklara üz tutmalı olur ki, bölgələrdə bu o qədər də əlçatan deyil.

Belə ki, bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib.

Bölgələrdə əhalinin kredit əldə etməsinə maneə yaradan əsas səbəblər nədir?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, kommersiya bankları özəl qurumlardır və onların məqsədi gəlir götürməkdir:

“Onlar xeyriyyə fondu deyil, kommersiya bankları da əsasən əmanətçilərin, müştərilərin cəlb edilmiş pullarını verirlər. Maraqlıdırlar ki, kreditləri vaxtında qayıtsın, qazanc da əldə edə bilsinlər. Bu baxımdan kommersiya bankı başa düşür ki, regionlarda iki məsələyə görə, kredit vermək problemdir.

Birincisi, orada girov məsələsi çətindir. Regionlarda olan daşınmaz əmlakın daha çox hissəsinin çıxarışı yoxdur. Buna görə rayon əhalisi bu əmlakları girov qoya bilmir. Bunun da günahkarı ilk növbədə Milli Məclisdir. Parlamentdə qanun qəbul etsinlər ki, bölgələrdəki daşınmaz əmlaklar rəsmiləşsin. İkincisi, regionlarda əhalinin gəliri aşağıdır. Ona görə də kommersiya bankları çox kredit vermək istəmir. Bu da başadüşüləndir. Ona görə də regionların inkişafı vacibdir ki, oraya kommersiya bankları kredit verə bilsin.

Regionların inkişafı üçün də kredit lazımdır, amma bu kreditləri dövlət verməlidir. Dövlət də prinsipcə kredit verir. Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi regionlara güzəştli kreditlər verir. Ancaq bu kreditlərin verilməsi mexanizmi tamamilə qeyri-şəffafdır. Buna görə də şübhələr yaranır ki, nə dərəcədə ədalətlidir, korrupsiya varmı? Böyük ehtimalla korrupsiya yüksəkdir.

Buna görə də dəfələrlə təklif etmişəm ki, Milli Məslis qanun qəbul etsin ki, dövlət hesabına verilən güzəştli kreditlər şəffaf olmalıdır. Yəni, həmin dövlət qurumları öz saytlarında açıqlamalıdırlar kimə, niyə, hansı şərtlərlə güzəştli kreditlər veriblər? Təəssüf ki, deputatlarımız bu qanunu da qəbul etmirlər, ancaq sonra deyirlər ki, regionlara kredit əlçatmazdır. Siz lazımi qanunları qəbul edin ki, ondan sonra əlçatan olsun”.
 
Ardını oxu...
Ölkədə bütün sahələrdə tüğyan edən bir ortabablıq mühiti var. Ortabablığın cəmiyyət həyatına huzur gətirdiyini, mütəşəkkilliyini qoruduğunu bir dəfə yazmışdım, bunun elmi izahını da ABŞ-da yaşayan, adının doğma vətəndə heç yerdə çəkilməsini istəməyən azərbaycanlı fizika professoru okeanın o tayından pay göndərmişdi.
İndi bu "huzurverici mütəşəkkil ortabablığın" təbiətdəki təzahürlərinə baxaq.
Amma əvvəlcə yada salaq ki, bütün dinlərin, ideologiyaların davası insanlığı huzura qovuşdurmaq üçün ortabablıq mühiti yaratmaq uğrundadır: Kommunizm sosial boyu uca olanlardan kəsib sosial boyu balaca olanlara yapışdırmaqla, faşizm irqi eyni olanların düzsəthli tarlalarını yaratmaqla, kapitalizm sosial boyu və irqi fərqli olanların hüquqi bərabərliyinə zəmanət verməklə özlərinin ortabablıq mühitinin huzuruna can atırlar.
Dinlər isə ilahi huzura qovumağın yolunu mənəvi ortabablıq mühiti yaratmaqda görürlər, mənəvi boyu uca olanları budayır, mənəvi boyu balaca olanların isə ayağının altına daş qoyurlar.
Tanrı dinin əlində həm də sulama və budama alətidir. Məsələn, Həllacın, Nəsiminin, Şirvanının mənəvi boyu islamın ortabablıq standratını keçdi deyə qıcıq və qısqanclıq yaratdı, kəsib atdılar. Çünki islam dünyasının mənəvi ortabablığının huzurunu pozurdular.
Bu pozuculuq baş verməsin deyə ortabablıq mühiti rəqabət hissini daim nəzarətdə saxlamalıdır. Sosial ortabablıq daha zəngini, mənəvi ortabablıq daha mənəviyyatlını düşmən kimi gördüyündən, sosial ortabablıq maddi, mənəvi ortabablıq mənəvi böyüklüyü daim gözdən salmalıdır ki, ortabablığın standart mütəşəkkilliyini qoruya bilsin.
Elm də cisimlərin molekulyar quruluşunda baş verən "sinfi mübarizə"yə əsaslanaraq sübut edir ki, ortabablıq zatı pislik etmək olan varlığın mövcudluq şərtidir. Mən fizikəm, sadə dillə izah etməyə çalışacağam (alim deyir). Cisimləri təşkil edən molekulların içindən enerjisi çox olan bir molekul ümumu səviyyədən həmişə yuxarı çıxır, enerjisi az olan, amma sayca çox olan digər molekullar o ümumi səviyyədən yuxarı çıxan "dahi molekulu” çəkib aşağı salır, onun enerjisini neytrallaşdırırlar. Dəmir ona görə bərkdir ki, onun molekulyar cəmiyyətində ortabablıq qanunu daha sərt qorunur, bu qanun qazların cəmiyyətində qorunmadığından qaz azadlığa çıxan kimi yox olur. Durğunluq mümkün olmadığından orta səviyyəli molekulların bir-biriylə toqquşmasından hər dəfə bir molekulun enerjisini artırıb ümumi səviyyənin üstünə çıxması qarşısıalınmaz prosesdir. O biri ortabab molekulların işi isə hər dəfə mövcudluğuna məsul olduqları varlığın yox olmaması üçün onu cəkib aşağı salmaqdır. Buna elmdə "Maksvell-Boltsman qanunu” deyirlər.
Yəni bir cismin və ya cəmiyyətin mövcudluğunun məsuliyyəti ortababların çiynindədir.
Dahi molekulların ümidinə qalsa cisim məhv, varlıq yox olar. O biri ortabab molekullar enerjisi artıq olan molekula ona görə "nifrət edirlər ki” birincisi, molekulyar səviyyədə pislik, yaxşılıq deyə mücərrəd ölçülər yoxdur, ikincisi, heç bir fiziki proses enerjisi artıq olanı davamlı yuxarıda saxlaya bilməz.
Ortabab molekullar (kütlənin və ya xalqın nümayəndələri) sistemin dağılmaması üçün məcburdurlar ki, o yuxarı çıxan dahi molekula "sən də bizim kimi ol” prinsipini təlim etsinlər. Cəmiyyətləri, xalqları idarə edən liderlər, peyğəmbərlər də həmişə ortabablığın maraqlarına xidmət edirlər. Bu maraqlara xidmət etməyən digər dahilər ortabablığa düşmən olduqları üçün həmişə ortabablıq mühitindən qaçırlar. Əgər onların ayağından tutub ümumi yorğanın altına dartmasalar sistem dağılar.
Ona görə də ortabablar ya onları biryolluq rədd etməlidirlər, ya da dartıb özlərinə oxşatmalıdırlar. Sistemin dayanıqlığı bir boyda olan ortababların ümumi müqavimət gücündən asılıdır. İstənilən sistemin ortabablarını məhv etsən, sistem öz-özünə dağılar, çünki bütün fiziki varlıqlar kimi xalqlar, cəmiyyətlər də molekulyar quruluşun təzahürləridir.
Gələk təbiətdəki ortabablığın mütəşəkkilliyinə.
Ağacların sürü halında yaşadığı meşələrin, suların sürü halında yaşadığı dənizlərin, zirvələrin sürü halında yaşadığı dağlarin, ortaq ümumi səthi səviyyələri var və bu səviyyəni aşmağı təbiət qadağan edir. Məsələn, heç bir zirvə qudurub 9 kilometrdən artıq yüksəkliyə ucala bilməz, yerin ağırlıq qüvvəsi təpəsini dağıdar.
Yəni təbiətdə də bizim kimi, canlı, cansız sürü halında yaşayan nə varsa, hamısı bu ortabablıq qanununa tabedir.
Çünki ortabablıq təbiətə də huzur verən sürü dəyəridir.
Və bu huzura giriş ən ucuz halda 5 manatdır!

Aqşin YENİSEY - DİA.AZ
Ardını oxu...
Bir sıra inkişaf etmiş ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi mümkündür. Bizim də təklifimiz ondan ibarətdir ki. Azərbaycanda pensiya kapitalı olan vətəndaşlarımıza belə imkan yaradılsın.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi, siyasət , sənaye və sahibkarlıq komitəsinin üzvü , millət vəkili Vüqar Bayramov deyib.

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilərmi ?

Millət vəkili deyib ki, bu pensiya kapitalının daha səmərəli istifadəsinə şərait yaradacaq.

Bu təklif vətəndaşın rəsmi məşğulluğa təşviq edilməsinə də gətirib çıxara bilər. Bu halda vətəndaşlar əmək müqaviləsi ilə çalışmaqda daha maraqlı olacaqlar",- deyə deputat əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Ardını oxu...
Bir qayda olaraq, belə bir fikir formalaşıb ki, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saat müəyyən edilib.

Lakin, Əmək Məcəlləsinin 91-93-cü maddələri, eyni zamanda Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli, 106 nömrəli qərarı ilə təsdiq edilmiş: "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin SİYAHISINA əsasən:
İşçilərin bu səbəblərlə əlaqədar 24, 33 və ən çoxu 36 saat qısaldılmış iş həftəsində işləmək hüququ da vardır.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - DİA.AZ
 
Ardını oxu...
DİA.AZ Cəlilabaddan növbəti vətəndaş şikayətini təqdim edir.

Qeyd edək ki, narazı vətəndaş buna qədər də gileyini ifadə etmişdi, amma görünəni odur ki, Cəlilabaddakı məmurlar üçün ən önəmli olanı rüşvətdir... Hər halda vətəndaşın dediklərindən belə anlaşılır.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Kəngərli rayon Qabıllı kənd sakini Şirvan Cabbarovun sol qolu işlək vəziyyətdə deyil. Buna səbəb, onun Naxçıvandakı Daxili Qoşunlarda keçdiyi xidmət zamanı aldığı fiziki travmadır. Bu travmadan sonra o, 2012-ci ildə hərbi xidmətə yararsız elan olunaraq, üçüncü qrup əlil kimi işdən çıxarılıb, təqaüdə göndərilib. 2021-ci ci ildə isə onun 10 ilə yaxın əlil kimi aldığı təqaüd kəsilib.
Şirvan Cabbarova bildirilib ki, sən artıq əlil deyilsən və xidmətinə davam edə bilərsən. Xidmətə qayıtmaq istədikdə isə, ona bildirlib ki, sən əlilsən və buna görə xidmətə yararsızsan. Çarəsiz qalan keçmiş hərbçi məsələnin həlli üçün prezident İlham Əliyevə müraciət edir. Şirvan Cabbarov hərbidəki xidəmətlərinə görə, üç dəfə yüksək mükafata layiq görüldüyünü bildirir.

 
 
 
Ardını oxu...
"Sel və daşqınlara görə Aqrar Sığorta Fonduna 1000-dən artıq müraciət daxil olub".

TEREF.AZ bildirir ki, bu barədə Cebhe.info-ya Aqrar Sığorta Fondundan məlumat daxil olub.

Bildirilib ki, son günlər havaların kəskin dəyişməsi, gur yağışlar, dolu yağması və baş verən sel və daşqınlar nəticəsində fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri rekord həddə çatıb.

Fonddan verilən məlumata görə, ilin əvvəlindən indiyədək sel, daşqın və subasma halları ilə əlaqədar sığorta hadisələri üzrə quruma 1000-dən artıq müraciət daxil olub.

Fondun Çağrı Mərkəzindən bildirilib ki, müraciətlərin yarıdan çoxu son iki ayda, may-iyun aylarında qeydə alınıb. Sığorta hadisələri ilə bağlı müraciətlərin böyük hissəsi əkin sahələrinə dəyən zərərlər üzrədir.

Leysan yağışları, sel, daşqın və subasma ilə bağlı ən çox müraciət Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Qarabağ bölgələrindən daxil olub.

Aqrar Sığorta Fondundan bildirilib ki, bütün müraciətlər qeydə alınır, artıq onların araşdırılması üçün müstəqil aqrar sığorta ekspertləri ərazilərə ezam ediliblər.

Ekspertlər yerlərdə hadisələri qeydə alır, araşdırır, dəyən zərərin məbləğini ilkin olaraq müəyyən edirlər. Zərərin məbləği dəqiqləşdirildikdən sonra sığortalı təsərrüfatlara ödənişlər həyata keçirilir.

Qeyd edək ki, Aqrar Sığorta Fondu 2022-ci ildə sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2,4 milyon manat, bu ilin ilk 6 ayında isə təqribən 1,2 milyon manat sığorta ödənişi edib və bu məbləğ artmaqdadır.

Aqrar Sığorta Fondu bir daha fermerləri və iş adamlarını öz təsərrüfatlarını sığortalamağa, bununla da təbii fəlakət və digər risklərdən qorumağa çatırır.

Xatırladaq ki, aqrar sahəyə və fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 %-ni, yəni yarısını fermerlərin əvəzinə dövlət özü ödəyir.

Başqa sözlə, fermerlər cüzi məğləğ ödəməklə öz təsərrüfatlarını və gəlirlərini qoruya bilərlər.
 
Ardını oxu...
Zaman — mövcud kainatın ən əsrarəngiz elementlərindən biridir. Bəşər tarixi boyunca bir çox filosof, elm adamı və mütəfəkkir zamanın nə olduğunu, necə işlədiyini və ondan ən səmərəli formada necə istifadə edə biləcəyimizi anlamağa çalışıb. Zamanın spesifik təbiətinə görə, biz onu tuta, görə və duya bilmərik; lakin onun təsirini hər gün hiss edirik. Vaxt daim hərəkətdə olan, dayanmadan axan çay kimidir və sanki bizlər də bu çayın içində mənalı və rahat bir həyat sürdürməyə çalışan kiçik qayıqlarəq. Zamanın effektiv idarə edilməsi isə bu çayın sürətinə və istiqamətinə qarşı öz marşrutumuzu müəyyən edə bilmək deməkdir. Zamanın axınına qapılmaq əvəzinə, hər saniyə, hər dəqiqə və hər saatdan məqsədlərimizə çatmaq yönündə istifadə edə bilərik ki, bu da, həyatımızı gözəl və məmnun bir şəkildə yaşaya bilməyimiz üçün gərəklidir.

Deyək ki, bir günümüz var və həmin 24 saatdan necə istifadə edəcəyimizə qərar veririk. İlk növbədə, vaxtımızın böyük bir hissəsini, orta hesabla 7-9 saatı yatmağa ayırmalıyıq. Bu, günümüzün üçdə bir hissəsini əhatə edir və həmin müddət ərzində biz bədənimizi və zehnimizi dincəldirik. Sonra isə əksəriyyətimiz üçün başqa böyük bir zaman dilimi, işdə keçirdiyimiz vaxtdır. Bu müddət ərzində, bəlkə də 8 saat və ya ondan daha çox dönəmdə həyatımızın böyük bir hissəsini şəkilləndirən vəzifələrimizi yerinə gətiririk. İşdə keçirdiyimiz bu saatlar, vaxtın idarə edilməsinin xüsusilə vacib olduğu bir hissəni təşkil edir: işdəki prioritetlərimizi müəyyən etmək, işlərimizi səmərəli bir şəkildə planlamaq və öhdəliklər arasında keçid etmək və s.

Biz, həmçinin, günümüzun əhəmiyyətli bir hissəsini özümüzə, yemək hazırlamağa və ya yeməyə, əzizlərimizlə vaxt keçirməyə, hobbilərimizə və digər şəxsi məşğuliyyətlərə ayırırıq. Bu, əslində heç də “boş vaxt” deyil, həmin dövrdə biz özümüzü bəsləyir, münasibətlərimizi inkişaf etdirir və özümüzün qeydinə qalırıq. Lakin bu müddətdən ən səmərəli şəkildə bəhrələnmək üçün də vaxtın effektiv idarə edilməsi tələb olunur.

Bəlkə də bir hobbimizə nə qədər zaman ayıracağımızı, bir kitab oxumağa və ya bir film izləməyə nə qədər vaxt sərf edəcəyimizi düşünməyimiz gərəkir. Bəlkə, sevdiyimiz insanlarla nə qədər vaxt keçirəcəyimizə, dostumuzla nə zaman görüşəcəyimizə də qərar verməliyik. Çünki bu qərarların, vaxtımızı səmərəli idarə etməyə, həyatımızın keyfiyyətli və mənalı olmasına bir başa təsiri vardır.

Bundan başqa, vaxtın idarə edilməsi bizə məqsədlərimizi müəyyən etməyə və onlara nail olmağa kömək edir. Bəlkə də siz kitab yazmağı, bir marafona qatılmağı, yeni dil öyrənməyi və ya hansısa bir işdə yüksəlməyi qarşınıza məqsəd qoymusunuz. Məhz buna görə də həmin məqsədlərə nail olmaq üçün vaxtımızı və gücümüzü şüurlu şəkildə dəyərləndirməmiz lazımdır.

Məsələn, əgər biz kitab yazmağı qarşımıza məqsəd qoysaq, hər gün ona nə qədər vaxt ayıracağımız, buna görə harada və nə qədər zaman keçirəcəyimiz, kitab yazmaq prosesini necə planlaşdıracağımız barədə düşünməliyik. Eyni şəkildə, əgər biz marafona qatılmağı hədəfləyiriksə, təlim proqramımızı necə təşkil edəcəyimizi, nə vaxt və harada məşq edəcəyimizi, istirahət və bərpa vaxtımızı necə idarə edəcəyimizi də planlaşdırmalıyıq.

Zamanın idarə edilməsi həmçinin vaxtımızı və enerjimizi necə sərf etməyimiz barədə ətraflı qərarlar qəbul etməyimizi təmin edir. Hər dəqiqənin və hər saatın dəyərini anladıqda, həmin vaxtı şüurlu şəkildə idarə edə və onu ən yaxşı nəticələrə nail olmaq üçün dəyərləndirə bilərik.

Qeyd etdiyim kimi, zamanın effektiv idarəsi, həyatımızı nəzarətdə saqxlamaq, hədəflərimizə çatmaq və həyat keyfiyyətimizi yüksəltmək üçün olduqca vacibdir. Unutmayaq ki, zaman, əlimizdəki ən qiymətli və ən az bərpa olunan resursdur və bu resursdan ən səmərəli şəkildə istifadə etmək həyatımızı ən gözəl şəkildə yaşamağa imkan verir.

Sərkərdə Sərxanoğlu - DİA.AZ
 
Ardını oxu...
Bərdə rayon Soğanverdilər kənd sakini Elvin Məmmədov bildirir ki, o, İkinci Qarabağ döyüşlərində iştirak edərkən yaralanıb və əməliyyat edilib. DİA.AZ bildirir ki, həkimlər ona heç bir xəstəliyinin olmadığını və sağlam olduğuna desələr də , vətəndaş işləmə qüvvəsinin olmadığını qeyd edir.

Şikayətçi bununla bağlı aidiyyəti qurumlara müraciət etsə də, müsbət nəticə əldə etmeyib.

DİA.AZ bildirir ki, şikayətçi kanal13 vasitəsilə ölkə başçısından və aidiyyatı qurumlardan ona köməklik göstərilməsini xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:

Dünyapress TV

Xəbər lenti