Bölgələrdə əhali niyə kredit ala bilmir? - Ekspert danışır
"Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür, odur ki, regionlarda kreditlər əlçatan deyil".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O qeyd edib ki, regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir:

"Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir".

Bildirək ki, son vaxtlar ölkədə istehlak kreditlərinin həcmi sürətlə artır. Əsasən gəlirlərin az olması ilə bağlı əhali kredit üçün banklara üz tutmalı olur ki, bölgələrdə bu o qədər də əlçatan deyil.

Belə ki, bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib.

Bölgələrdə əhalinin kredit əldə etməsinə maneə yaradan əsas səbəblər nədir?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, kommersiya bankları özəl qurumlardır və onların məqsədi gəlir götürməkdir:

“Onlar xeyriyyə fondu deyil, kommersiya bankları da əsasən əmanətçilərin, müştərilərin cəlb edilmiş pullarını verirlər. Maraqlıdırlar ki, kreditləri vaxtında qayıtsın, qazanc da əldə edə bilsinlər. Bu baxımdan kommersiya bankı başa düşür ki, regionlarda iki məsələyə görə, kredit vermək problemdir.

Birincisi, orada girov məsələsi çətindir. Regionlarda olan daşınmaz əmlakın daha çox hissəsinin çıxarışı yoxdur. Buna görə rayon əhalisi bu əmlakları girov qoya bilmir. Bunun da günahkarı ilk növbədə Milli Məclisdir. Parlamentdə qanun qəbul etsinlər ki, bölgələrdəki daşınmaz əmlaklar rəsmiləşsin. İkincisi, regionlarda əhalinin gəliri aşağıdır. Ona görə də kommersiya bankları çox kredit vermək istəmir. Bu da başadüşüləndir. Ona görə də regionların inkişafı vacibdir ki, oraya kommersiya bankları kredit verə bilsin.

Regionların inkişafı üçün də kredit lazımdır, amma bu kreditləri dövlət verməlidir. Dövlət də prinsipcə kredit verir. Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi regionlara güzəştli kreditlər verir. Ancaq bu kreditlərin verilməsi mexanizmi tamamilə qeyri-şəffafdır. Buna görə də şübhələr yaranır ki, nə dərəcədə ədalətlidir, korrupsiya varmı? Böyük ehtimalla korrupsiya yüksəkdir.

Buna görə də dəfələrlə təklif etmişəm ki, Milli Məslis qanun qəbul etsin ki, dövlət hesabına verilən güzəştli kreditlər şəffaf olmalıdır. Yəni, həmin dövlət qurumları öz saytlarında açıqlamalıdırlar kimə, niyə, hansı şərtlərlə güzəştli kreditlər veriblər? Təəssüf ki, deputatlarımız bu qanunu da qəbul etmirlər, ancaq sonra deyirlər ki, regionlara kredit əlçatmazdır. Siz lazımi qanunları qəbul edin ki, ondan sonra əlçatan olsun”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti