Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
Bakıda qadın etdiyi estetik prosedurdan sonra üzünün pis vəziyyətə düşdüyünü deyib.
TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Çimnaz Nəhmədova açıqlamasında bildirib ki, prosedur üçün “SG Estetik Mərkəzi”nin kosmetoloqu Əmrah Mehdiyevə “MayoMed” klinikasında müraciət edib.

Qadının sözlərinə görə, adıçəkilən həkimin yanlış müalicəsi və uğursuz proseduru səhhətinə ziyan vurub:

“Əslində, o həkimi 3 ildir, izləyirdim. Əl işlərini bəyənirdim, öz instaqram hesabında tək diqqətimi çəkən şərh bölməsini bağlı saxlaması olub. Ancaq aprelin 30-u dərialtı çapıqların təmizlənməsi prosedurunu etdirmək üçün yanına getdim. Ona ağrıya qarşı çox həssas olduğumu dedim. Ancaq həkim heç bir ağrının olmayacağını bildirərək prosesə başladı. Lakin mənim həmin anda vəziyyətim pisləşdi, prosedur yarımçıq qaldı. Bu prosesi etdikdən sonra tanışlarım dedi ki, o həkim yox, bərbərdir”.

Şikayətçi, həmçinin qeyd edib ki, bu proses üçün həkimə ümumilikdə 1045 manat ödəniş edib:

“Mənə əvvəl məbləği aşağı demişdi. Sonra dəyişdi, nəticədə 1045 manat ödəniş elədim. Hətta ödənişin kartına göndərilməsini istəyərək terminalın işləmədiyini bildirdi. Ödənişə dair qəbzlər məndə mövcuddur. Hazırda üzüm iltihablı və şişkindir, yaşayacağım belə bəlli deyil. Mən üzümü əvvəlki vəziyyətinə qaytarmaq üçün ödənişi geri tələb edirəm. Başqa insanlar da görməlidir ki, onların başına da bu hal gəlməsin”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1746253330_2.jpg
Fotoda: Əmrah Mehdiyev

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmrah Mehdiyevlə əlaqə saxlanılıb. Kosmetoloq açıqlamasında iddiaları təkzib edib. O bildirib ki, məsələni hüquqi müstəvidə həll edəcək.

"Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür. Otaqda kamera var. Onun dediklərini sübut kimi təqdim edə bilərik. Prosedura başlamazdan əvvəl ağrıya həssas olduğu üçün bütün tibbi hazırlığı gördük. Bərbər işləmək məsələsinə gəldikdə isə həmin peşə sahiblərinə hörmət edirəm. Ancaq mənim öz sənətim var, bu iddialarda heç bir əsas yoxdur" deyə, o, əlavə edib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanlanıb. Qurumdan müraciətə cavab olaraq bildirilib ki, istənilən həkimdən şikayət edilməsi mexanizmi üçün şikayətçinin rəsmi müraciəti daxil olmalıdır:

“Şikayətçi həmin klinika (həkimlə) ilə münasibətləri təsdiqedici sənədlərlə birgə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edərək göndərməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və ehtiyac yarandıqda plandankənar yoxlama açılır”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu
03 May 2025 Bakıda vəzifəli şəxsin nəvəsi ondan ayrılan qıza BIÇAQLA HÜCUM ETDİ - VİDEO
03 May 2025 “Laser Beauty Klinikası“ müğənni Xatunu şikəst etdi: “Ölə bilərdim“
03 May 2025 Tapançalı direktorun məktəbində bıçaqlı manyak 249 nömrəli məktəbdə nə baş verir? AUDİO
03 May 2025 Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA
03 May 2025  Təhsli Nazirliyinin əsas büdcə "şəriki"- Bir ildə 6 milyonluq anlaşma
02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...

Dünyapress TV

Xəbər lenti