![]() |
![]() ![]() ![]() |
|
"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə deyil, qəlbimdəkini bilirəm. Dostlarıma deyirəm ki, hamını bağışlayın".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova deyib. Sənətçi ona türkiyəli müğənni Ebru Gündeşlə bağlı ən çox ünvanlanan suala cavab verib:
"Mənə həmişə sual verirsiniz: Ebru Gündeşi bağışladın? Bəli, ürəyimdə hər zaman bağışladım. Zikr edib, bir ad deyirdim. Onu da bitirdim. Özümə qadağa qoydum".
Qeyd edək ki, Ebru Gündeş Günelin keçmiş nişanlısı, iş adamı Reza Zərrabla ailə qurub. Bir müddət əvvəl isə Şəmkirə toya gələn Ebru Günellə eyni səhnəyə çıxmaq istəməyib.