“Laser Beauty Klinikası“ müğənni Xatunu şikəst etdi: “Ölə bilərdim“
Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar gündəmdən düşmür. Demək olar ki, hər gün qeyri-peşəkar müdaxilələrin qurbanı olan qadınlar barədə xəbərlər yayılır. Prosedurların düzgün aparılmaması, uyğun preparatlardan istifadə edilməməsi, habelə kosmetoloq və cərrahların səriştəsizliyi nəticəsində bədəndə çürümə, irinləmə halları yaranır və bu, insan faciələri ilə nəticələnir.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-05_1746206776_2.jpg
Estetik sahədə adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri də "Laser Beauty Klinikası"dır. Bu klinikada çalışan Natavan Əmirova və Rəna Soltanovanın fəaliyyəti barədə daha öncə də dəfələrlə araşdırma materialları dərc olunub. Bu dəfə isə klinikanın "Neapol" filialının sabiq baş həkimi Natavan Əmirova ilə bağlı yeni faktlar ortaya çıxıb.

Məlumata görə, Natavan Əmirovanın qurbanlarından biri də məşhur müğənni Xatun Əliyeva olub. Bu klinikaya üz tutan sənətçi Natavan Əmirovanın vurduğu ziyanı aradan qaldırmaq üçün uzun müddət olduqca ağır əməliyyatlardan keçməli olub və səhhətini qaydasına salmaq üçün külli miqdarda pul xərcləyib.

Xatun Əliyeva Qaynarinfo-ya verdiyi açıqlamada baş verənləri təsdiqləyib və başına gələnlərlə bağlı bunları deyib:

"Laser Beauty Klinikası"nın Altes plaza filialında buxaq liposaksiyası etdirmişdim. Proseduru Natavan Əmirova həyata keçirdi. Kabinetdə, küçədən gəldiyim geyimdə bu proseduru etdilər. Sonra üstünü bağladılar, dedilər açmaq olmaz. Amma əslində açılmalı imiş. Buna görə də prosedurun edildiyi yerdə böyük bir yara əmələ gəldi, nekroz yarandı. Karantin dövrü idi, özüm də koronavirusa yoluxmuşdum. Heç bir kömək etmədilər. Sadəcə vəziyyəti deyirdim, dərmanlar yazırdı, vəssəlam. Onu da tanınmış şəxs olduğum üçün cavab verirdilər. Düşünürəm ki, tanınmış şəxs olmasaydım, bunu da etməzdilər. Yaranı çox çətinliklə sağaltdım. Sonra klinikaya getdim, buxaqda deformasiya yaranmışdı, uğurlu alınmamışdı. Yenidən məni klinikaya çağırıb, yaranı aparatlar vasitəsi ilə yandırdılar. Bundan sonra orda keloid əmələ gəldi, çox bərbad görünürdü. Buna görə mən uzun müddət boğazımı bağlayıb gəzdim, hər dəfə paltarlardan kəsib boğazım üçün nəsə düzəldirdilər.

Daha sonra yenidən müraciət etdim ki, bu niyə belə vəziyyətdədir, siz eləmisiz, indi də düzəldin. Məni başından eləmək üçün göndərdi Orxan Abbaslının yanına. Dedi dostumdur, həll edəcək. Getdim onun yanına, yenidən əməliyyata girdim, həmin stressi yaşadım. Kəsib çıxartdılar, amma yenə nəsə qaldı. Soruşuram bu nədir, deyir bir həftə də gözləyək. Mən hər həftə əməliyyata girməliyəm, hər həftə stress yaşamalıyam? Depressiyaya düşmüşdüm, canımla əlləşirdim. Bütün prosedurlar külli miqdarda pul aparırdı. Orxan Abbaslının əməliyyatından sonra bir dənə də keloid əmələ gəldi. Çünki yenə düzgün əməliyyat olunmadı. Buna görə yenə böyük məbləğdə pul xərcləyib, başqa həkimə kökündən əməliyyat etdirdim".

Müğənni bildirib ki, Natavan Əmirovanın səbəb olduğu fəsadları aradan qaldırmaq üçün ümumilikdə 30 min manatdan çox vəsait xərcləməli olub:

"Bu prosedurlar zamanı ölə bilərdim. Həyatım təhlükədə idi. Problemləri aradan qaldırmaq üçün bir neçə kosmetoloqa müraciət etdim. Təkcə problemi tam həll edən sonuncu həkimə 10 min manat ödədim".

Xatun Əliyeva Natavan Əmirova ilə televiziya verilişlərindən birində təsadüfən qarşılaşdığını da bildirib:

"Sponsor olduğu verilişlərdən birinə dəvət olunmuşdum. Onun sponsor olduğunu bilmirdim, yoxsa getməzdim. Orada "ya mən qalacam, ya sən" dedim. Qorxudan verilişi tərk etdi. Daha sonra məni yenidən verilişə dəvət etsələr də, dedilər başqa vaxta qalsın. Sonradan məlum oldu ki, Natavan Əmirova mənim verilişə gəlməməyimi istəyib."

Qeyd edək ki, Xatun Əliyevanın əməliyyat olunduğu klinikanın Altes plaza filialının bu cür əməliyyatlar aparmaq üçün müvafiq lisenziyası olmayıb. Bunu rəsmi qurumların verdiyi açıqlamalar da sübut edir.

2023-cü ildə yayılan başqa bir məlumata görə, Xalq artistlərindən birinin gəlini də klinikanda estetik əməliyyat olunduqdan sonra vəziyyəti pisləşib və koma vəziyyətinə düşüb. Pasiyent evə buraxıldıqdan bir neçə saat sonra səhhəti qəfil pisləşib və təcili Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Orada 10 gün komada qalıb.

Daha sonra məlum olub ki, həmin filialın estetik əməliyyatların aparılması üçün lisenziyası olmayıb. Bu məlumatı da Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi təsdiqləyib.

Qurbanlarının dediklərinə görə, Natavan Əmirova pasiyentlərin şikayətlərinə cavab verməyib, əksinə, məsuliyyətdən yayınmağa çalışıb. Onun sponsor olduğu verilişlər vasitəsilə ictimai imicini qorumağa çalışdığı, lakin bu cəhdlərin uğursuz olduğu bildirilir.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu
03 May 2025 Bakıda vəzifəli şəxsin nəvəsi ondan ayrılan qıza BIÇAQLA HÜCUM ETDİ - VİDEO
03 May 2025 Tapançalı direktorun məktəbində bıçaqlı manyak 249 nömrəli məktəbdə nə baş verir? AUDİO
03 May 2025 Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA
03 May 2025  Təhsli Nazirliyinin əsas büdcə "şəriki"- Bir ildə 6 milyonluq anlaşma
02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...

Dünyapress TV

Xəbər lenti