Pul almaq üçün rekord sayda müraciət: -
"Sel və daşqınlara görə Aqrar Sığorta Fonduna 1000-dən artıq müraciət daxil olub".

TEREF.AZ bildirir ki, bu barədə Cebhe.info-ya Aqrar Sığorta Fondundan məlumat daxil olub.

Bildirilib ki, son günlər havaların kəskin dəyişməsi, gur yağışlar, dolu yağması və baş verən sel və daşqınlar nəticəsində fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri rekord həddə çatıb.

Fonddan verilən məlumata görə, ilin əvvəlindən indiyədək sel, daşqın və subasma halları ilə əlaqədar sığorta hadisələri üzrə quruma 1000-dən artıq müraciət daxil olub.

Fondun Çağrı Mərkəzindən bildirilib ki, müraciətlərin yarıdan çoxu son iki ayda, may-iyun aylarında qeydə alınıb. Sığorta hadisələri ilə bağlı müraciətlərin böyük hissəsi əkin sahələrinə dəyən zərərlər üzrədir.

Leysan yağışları, sel, daşqın və subasma ilə bağlı ən çox müraciət Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Qarabağ bölgələrindən daxil olub.

Aqrar Sığorta Fondundan bildirilib ki, bütün müraciətlər qeydə alınır, artıq onların araşdırılması üçün müstəqil aqrar sığorta ekspertləri ərazilərə ezam ediliblər.

Ekspertlər yerlərdə hadisələri qeydə alır, araşdırır, dəyən zərərin məbləğini ilkin olaraq müəyyən edirlər. Zərərin məbləği dəqiqləşdirildikdən sonra sığortalı təsərrüfatlara ödənişlər həyata keçirilir.

Qeyd edək ki, Aqrar Sığorta Fondu 2022-ci ildə sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2,4 milyon manat, bu ilin ilk 6 ayında isə təqribən 1,2 milyon manat sığorta ödənişi edib və bu məbləğ artmaqdadır.

Aqrar Sığorta Fondu bir daha fermerləri və iş adamlarını öz təsərrüfatlarını sığortalamağa, bununla da təbii fəlakət və digər risklərdən qorumağa çatırır.

Xatırladaq ki, aqrar sahəyə və fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 %-ni, yəni yarısını fermerlərin əvəzinə dövlət özü ödəyir.

Başqa sözlə, fermerlər cüzi məğləğ ödəməklə öz təsərrüfatlarını və gəlirlərini qoruya bilərlər.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti