Ardını oxu...
“Azərbaycanda bağça sayı artırılmayana qədər qəbul prosesində çox ciddi problemlər yaşanacaq”.

Bunu Qaynarinfo.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bağçalara qəbul prosesindən danışarkən deyil. O bildirib ki, bu gün ölkə üzrə cəmi 1825 bağça var, onun 1692-si dövlət, 133-ü özəldir:

“Bağçalara qəbul prosesində özəllər iştirak etmir. 1692 bağçada 450 min uşaq var. Lakin onların cəmi 126 mininə bu şərait yaradılır. Bağçaların sayı artırılmalıdır”.

Elmin Nuri avqustun 1-dən bütün bağçalara qəbulla bağlı növbə prosesinə start verildiyini vurğulayıb:

“Proses nazirliyin bununla bağlı açdığı www.bq.edu.az portalı üzərindən həyata keçiriləcək. Şəffaflıq, obyektivlik, insan resursunun iştirak etməməsi, ədalət prinsipinin gözlənilməsi baxımından yaxşı addım hesab olunur. Bu proses üçüncü ildir ki, həyata keçirilir. İlk ildə texniki baxımdan çox qüsurla yadda qalıb, amma sonrakı bir ildə bu proses tənzimləndi. Yəni bağçalar yerli icra hakimiyyətlərindən alınaraq Elm və Təhsil Nazirliyinə veriləndən sonra nazirlik bu istiqamətdə çoxlu iş gördü. Söhbət yalnız texniki istiqamətdən gedir. Amma yenə də müəyyən bir problemlər yaşanmış oldu”.

Ekspert hesab edir ki, istər bağçalara qəbul, istərsə də 1-ci sinfə, ümumiyyətlə, şagird qəbulunda elektron detallar çox qəlizdir:

“Sıradan bir valideyn, orta statistik bir azərbaycanlı üçün o qədər də asan texniki mexanizmlər deyillər. Bağça isə, ümumiyyətlə, çətindir. Nəyə görə? Çünki burada birbaşa valideynlər iştirak edir və 3 mərhələdən ibarətdir.

1. Növbəyaratma prosesinə qədər olan mərhələ
2. Növbəyaratma prosesi

3. Seçilmiş boş yerlərin sorğuya çevrilməsi.

Birinci mərhələ asandır, yalnız qeydiyyat mərhələsidir. İstənilən bir valideyn növbəyaratma prosesinə qədər sistemə daxil olub qeydiyyatdan keçə bilər. Bunun üçün heç bir növbə tələb olunmur. Amma növbəyaratma prosesində artıq kim “tez tərpəndi prosesi” önəmli rol oynayır. Bir valideyn bir uşaq üçün maksimim 3 bağça seçə bilər. Kimin internet bacarıqları yaxşıdırsa, növbəyaratma prosesindən yararlanır. Bunun önəmi nədir? Növbəyaratma prosesindən daha tez müraciət edən valideynin müraciəti ilkin sıralarda olur. Bu da uşağın həmin bağçaya düşmək şansını artırır. Bu universitet deyil ki, onun taleyini bal həll eləsin, ixtisas seçimindəki yer rol oynasın və s. Bu bağçadır və bal sistemi yoxdur. Uşağın bağçaya düşmək mexanizmini yalnız sürət həll edir”.

Ekspert bununla razı olmadığını önə çəkib:

“Bunun əyaləti, kəndi, rayonu, dağlı bir ərazisi var. Elə yer var ki, orada internet problemi var. Bakının özündə belə saatlarla internet problemi yaranır. O ki qala hanısa rayon, yaxud kənd olsun. Buna görə xeyli azyaşlı uşaq bağçalardan kənar qalır. Amma bu da hələ sonuncu mərhələ deyil. Növbəti üçüncü mərhələyə keçid alırıq. Növbəyazılma prosesindən maksimum 5 gün sonra mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi başlayır. Bu da ən tez 5 günə həyata keçirilir. Növbə yeri sorğuya çevrildikdə bu artıq uşağın bağçada qeydiyyata alınması demək olur. Bundan sonra valideyn 15 gün ərzində müvafiq sənədləri bağçaya təqdim edir və beləliklə, uşağın həmin bağçada təhsil almasını təsdiqləmiş olur. Bu meyarlardır”.

Elmin Nuri bildirib ki, bu prosesdə elektron sistem əsas rol oynayır:

“Lakin elektron sistemdə prinsiplərin qəlizliyi, bilik və bacarıq tələb etməsi bir çox valideynin işini çətinə salır. Mənim özümə bir neçə valideyn müraciət edib və onlara kömək etmişəm. Və hiss edirəm ki, bizə müraciət edən valideynlər savadlıdırlar, onların kompüter bilikləri az deyil, lakin yenə də nədəsə çıxılmaz vəziyyətə düşürlər”.
 
Ardını oxu...

Bahar ƏŞ, məsul şəxsləri və Con Harkinsin diqqətinə!

AR Konstitusiyası Məhkəməsinin bu Qərarı işçilərin əmək hüquqlarının qorunması sahəsində müsbət qərardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin11 Aprel 2023-cü il tarixli Qərarı:
Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası Fərdi ƏMƏK mübahisəsinin yarandığı hala da şamil edilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində bu qayda da nəzərdə tutulur:
Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - DİA.AZ

Ardını oxu...
DİA.AZ: - “Tarixən lotereyalar həmişə olub, hətta Sovet dövründə də onlar buraxılırdı. Təbii ki, bu cür oyunlar insanların maddi durumuna pis təsir edir. Çünki bəzi işbazlar insanları müəyyən yollarla şirnikləşdirərək bu küçə oyunlarına cəlb edirlər. Son illər ölkəmizdə “Azərlotereya” kimi oyunlar birmənalı şəkildə vətəndaşlarımızı mərc oyunlarına təşviq edir”. DİA.AZ xatırladır ki, bunu bir müddət əvvəl açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Qeyd edək ki, deputat bu cür oyunların dərindən araşdırılmasına ehtiyac olduğunu da vurğulamışdı:

“Əslində, bunu bir məşğuliyyət kimi xaraterizə edirlər. Ancaq bunlar dərindən araşdırılmalıdır. Yəni, bunlar rəsmi dövlət qurumlarının nəzarəti altında keçirilirmi? Bunlar nə dərəcədə də zərərlidir, xeyirlidir? Bunun dövlətə xeyiri varmı, yoxdurmu? Əgər fürsətcil iş adamları, şirkət rəhbərləri bundan özləri üçün mənfəət götürürsə və bəlaya salırlarsa bunlar araşdırılmalı və mütləq cəzası müəyyənləşdirilməlidir. Tək “Azərlotereya” oyunları deyil, ümumən götürəndə pulla oynanılan nə oyunlar varsa, bunların hamısı zərərli vərdişlər hesab olunmalıdır. Bunun qarşısı daha məqəsəduyğun şəkildə alınmalıdır”.

Deyəsən, neçə müddətdir çalınan bu həyəcan təbilləri nəhayətdə gərəkən qurumların da diqqətini çəkib. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən verilən informasiyadan anlaşılır.

DİA.AZ-a danışan mənbə iddia edir ki, yaxın günlərdə “Azərlotereya”nın fəaliyyətinə hüquqi qiymət veriləcəyi gözlənilir: "Əslində Azərbaycanda bu kimi qumar oyunlarına qarşı bir qanuni qadğa var. Amma “Azərlotereya” bu vaxta qədər qanunların yanından keçə bilib. Hətta telekanallarda da bu gün “Azərlotereya”nın qumarı təşviq olunur ki, bu da yolverilməzdir.

Məhz bu kimi faktorlar nəhayətdə gərəkən addımların atılmasını vacib edib. Yaxın günlərdə məsələ daha da konkretləşəcək..."

Mənbə onu da əlavə edib ki, əslində, bu gün" Demirören" qrupunun Azərbaycandakı fəaliyyəti bir qrup məmurun himayəsi altındadır: "Buna görə də, "Azərlotoreya"nın müflis etdiyi binəva kasıbın səsi hələ "yuxarılar"ın qulağına tam çatmır..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun nəzarətindəki müəssisə 10 manatlıq şirkətə 212 min AZN köçürüb.

Bu barədə məlumat Sahib Sultanov adlı şəxsin Musavat.com-un poçtuna göndərdiyi məktubda öz əksini tapıb.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Xüsusi geyim formasının satınalınması ilə bağlı elan etdiyi tenderdə qalib məlum olub.

"Əldə etdiyimiz məlumata görə, tenderdə qalib olan müəssisə "GLOBAL OILFIELD SOLUTIONS" MMC-dir. Beləliklə, hər iki tərəf arasında 212.588,8 AZN-lik müqaviləyə imza atılıb. İşin qəribə tərəfi isə odur ki, 21.11.2019 tarixində dövlət qeydiyyatına alınan "GLOBAL OILFIELD SOLUTIONS" MMC-nin nizamanmə kaptalı cəmi 10 AZN-dir. Qanuni təmsilçisi isə Kərimova Günel Novruz qızıdır" - S.Sultanov qeyd edib.

Qeyd edək ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xüsusi nəzarətindədir. Birliyə təyinat işləri məhz onun sərəncamı ilə həyata keçirilir.

Musavat.com olaraq məsələ ilə əlaqədar rəsmi qurumları tədbir görməyə çağırırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən ümumilikdə 1189 güzəştli mənzilin satışı həyata keçirilib.

Ötən seçimlərdə olduğu kimi, bu dəfə də seçimə qatılanların əksəri narazı qalıblar və bildiriblər ki, sistemdə problemlər yaranıb, ən vacib - mənzil seçimi mərhələsində şəbəkə donub...

Həmçinin saniyələr ərzində Hövsan, Yasamal və Gəncə layihələrində satışların bitməsi çoxlarında şübhə yaradıb.

Ekspertlər deyir ki, onlayn qaydada və sanki İT biliklərinin yoxlanışı görüntüsü yaradan bu satış mexanizmindən imtina edilməlidir. Bu sosial layihədirsə, müraciətlər fərdi olaraq yığılmalı, yoxlanılmalı və həqiqətən mənzilə daha çox ehtiyacı olanlar qabağa salınmaqla növbə yaradılmalıdır.

DİA.AZ-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, mənzil seçimində İT biliyi olan şəxslərin qalib olma şansının yüksək olması ədalətlilik baxımından düzgün deyil. O, hesab edir ki, hər kəs üçün əlçatan olan prosedur müəyyən etmək lazımdır: “Lotereya, püşkatma və s. kimi üsulları sınamaq olar. İmtiyazlı kateqoriyaları qruplaşdırıb, hər qrup üçün limit müəyyən etmək olar. Narazılıq çoxdursa, metodun dəyişdirilməsi məqsədəuyğundur. Sistem çökürsə, yüklənmə çox olursa, seçim üçün xüsusi bilik tələb olunursa, bu ədalətliliyi təmin etmir. Nəzərə almaq lazımdır ki, evlərin sayı ilə müraciətlər arasında kəskin fərq var. Ona görə də elə bir üsul tapmaq lazımdır ki, hər kəs üçün bərabər şərait olsun. Maraqlı tərəflərin iştirakını da təmin etmək lazımdır. Bəlkə də MİDA-nı qınamaq düzgün deyil. Ola bilər ki, proses şəffafdır, lakin sistemdə qüsurlar var. İstənilən halda narazılıq varsa, aradan qaldırılması üçün tədbirlər görülməlidir”.

O ki qaldı satış zamanı yaranan texniki nasazlıqlara, İT mütəxəssis Fərid Pərdəşünas prosesin niyə alınmaması haqqında paylaşım edərək detallı məlumat verib:

“MİDA seçimin ədalətli keçməsi üçün hər şeyi etməyə çalışdı, amma bir şeyi nəzərdən qaçırdı. Seçim edən istifadəçilər evlərin siyahısına çatanda klik etdikləri evlər dondu qaldı. Burada əslində klik edən anda sorğunun emal prosesi ”backend"də başlamış oldu. Sadəcə “frontend”də bunu istifadəçiyə göstərə bilmədilər. Buna görə də istifadəçi dəfələrlə başqa evlərə klik etdi və ya səhifəni yeniləndi.

Bu donma qazanan istifadəçilərdə də yaşandı. Amma məsələ odur ki, istənilən halda əgər seçim uğursuzdursa, bunu dərhal ekranda istifadəçiyə göstərmək lazımdır. Əks halda seçimi şəffaf olaraq qələmə verə bilmərsən. Faktiki olaraq MİDA artıq neçənci dəfədir ki, bu işin texniki tərəfini qaldıra bilmir. Burada maksiumum 20000 istifadəçidən söhbət gedir. Rəqəm elə də böyük deyil, amma hələ də donma, tutulma, sırf texniki məsələyə görə narazılıq yaranırsa, MİDA, ümumiyyətlə, bu işin daşını atmalıdır. Artıq bu seçimlərə heç kimin nə güvəni, nə də inamı qalmayıb. Bu proses, ümumiyyətlə, ləğv edilməli, lotereya üsuluna keçid edilməlidir. Baxmayaraq ki, mən ötən il çətinliklə də olsa qalib olmuşam, amma ədalət naminə demək lazımdır ki, IT bacarıqları ən yüksək olan adamlar belə aciz qalırsa, güzəşt kateqoriyasında olan insanlar, ümumiyyətlə, nəyəsə ümid etməsinlər".

O, hesab edir ki, məsələni qəlizləşdirən hal odur ki, bu donan sistemlə kifayət qədər qalib var: “Qaliblər heç bir müdaxilə etmədən eyni tutulma problemini yaşayaraq qalib olublar. Amma digər tərəfdən də sistemin son mərhələdə donması iştirakçının geriyə qayıdıb seçim etmə şansını əlindən alıb. Yəni sistem açılır, evlər var, basırsan seçilmir, qəfil bildiriş gəlir ki, siz seçən ev tutulub. Burada isə artıq geriyə dönüş mümkün deyil. MİDA-dan özümə ev udan biri kimi deyim ki, həmin an olan sevincin sonradan ləğv olunması çox pis bir şeydir. İndi isə bir neçə dövlət qurumuna birlikdə şikayət göndərən və əllərində faktlar olan böyük narazı kütlə var. Bu adamlara da haqsızsan demək olmur, çünki son anda sistem donub və şəffaflıq təmin olunmayıb. Amma qaliblər də susub. Videolar paylaşmaq lazımdır. Mən ötən il qalib olan kimi ictimai rəy olsun deyə paylaşdım. Düzdür, udduğuma görə qan-qarğış yiyəsi oldum, amma şəffaflıq baxımından paylaşmaq lazımdır. Ümumiyyətlə, Yasamal üçün son satışların olması buraya böyük yüklənmə və təlabat yaradıb. Gəncə və Hövsanda problem yaşanmayıb. MİDA rəsmiləri isə məni müşahidəçi kimi izləməyə dəvət etmirlər. Və müşahidəçilərə izlətdikləri sadəcə evlərin tutulma sayı, neçə saniyəyə tutulmasıdır. Bu, doğru deyil. Müşahidəçilərə proses göstərilməlidir. Evlərin qurtarmasını izləmək üçün nə müşahidəçi lazımdır? On minlərlə əziyyət çəkən istifadəçi olub, amma müşahidəçilərə göstərilən evlərin bitmə prosesi olub. Sual olunur: Müşahidəçi orada nəyə baxır? Loq fayllar hanı? Sistem niyə dondu? Dövlət serverləri niyə 20000 nəfəri qarşılaya bilmədi? Bəlkə həmin anda DDOS hücum olub? Suallar çoxdur. Böyük ehtimalla DTX məsələni araşdıracaq. Çünki ciddi arqumentli şikayətlər var. MİDA gözəl layihədir. Bu evlər haqqında kim nə deyirsə, bilin boş şeydir. Bütün tikinti standartlarına əməl olunmuş, ipoteka ilə ən ədalətli qiymətə ala biləcəyiniz evlərdir. Düşünürəm ki, dövlət bu layihəni genişləndirməli, mərkəzə yaxın kompleksləri artırıb, gənclərə ümid olmalıdır. Mən şəxsən bu layihənin olmasını alqışlayıram amma ədalətli seçim sistemi də artıq formalaşmalıdır. Hər il eyni problem bu layihəyə olan inamı itirib. Hücumlar, rüşvət iddiaları isə quruma ciddi zərbə vurub”.

Qeyd edək ki, MİDA seçimdən sonra iradları nəzərə alaraq, belə bir açıqlama yayıb: “29 iyul 2023-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin seçimində iştirak edən vətəndaşlardan mənzil seçimi ilə bağlı müraciətlərini office@mida.gov.az ailto:office@mida.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Hər bir müraciət fərdi qaydada araşdırılıb cavablandırılacaqdır”.
 
Ardını oxu...
İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar hansı qaydada verilməlidir?
1. Əmək Məcəlləsinə əsasən: işçilərə pulsuz müalicə - profilaktik yeməklər, süd və ya ona bərabər tutulan məhsulların verilməsi, İşəgötürənin əsas vəzifələrindən biridir.
2.İşçilərə pulsuz müalicəprofilaktik yeməklər, süd və ya ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə görə həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə verilir.
3.Əmək şəraiti zərərli, ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilməlidir.
4.Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompens-nın ödənilməsi qadağandır.
5. Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir.
6.Pulsuz m/profilaktik yeməklər:iş vaxtı və ya növbə ərzində, iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir.
7.Süd və ona bərabər tutulan digır məhsullar iş vaxtı və ya növbəsi ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və yeyilməlidir.
8.Kollektiv müqavilədə, əmək müqaviləsində işçilərə pulsuz m/profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsullardan daha artıq normada verilməsi nəzərdə tutula bilər.
Azər Quliyev.
Teref.az
Ardını oxu...
Mingəçevirdə son bir neçə aydır psixiatrik xəstələr üçün vacib dərmanlar qəhətə çıxıb. Xəstələr hətta ixtisaslı apteklərdən də nevroloji, psixiatrik dərmanları tapa bilmir.
Bu isə ağır psixoz, şizofreniya, ruhi xəstələrin müalicəsinin yarımçıq qalmasına səbəb olur.
Bu haqda Dünyanınsəsi.Az saytına Mingəçevir şəhər sakini Qazi Anar Mehdiyev tərəfindən şikayət daxil olub.
Şikayətçi qeyd edir ki, Mingəçevir şəhəri Ruhi Əsəb Dispanser Xəstəxanası 2 aydan artıqdı ki psixatrop dərmanlarla təmin etmir.Səbəbsiz olaraq həkimləri bizlərlə üz üzə qoyurlar.
Daha sonra Qazimiz şikayətində Səhiyyə Nazirliyini eləcə də digər məsul dövlət qurumlarını belə giley edir:
“Sizin Vətən müharibəsi istirakçısına qoyduqunuz qiymət budurmu.Yoxsa qəsdən edirsiniz.Sizin bu əməlləriniz kimi əməllər bizləri intihara məcbur edir.Nəqədər spirtli içki qəbul eləməliyik?
Cənab Prezident xaiş edirəm bu insanların LAİQLİ cəzalarını verin.
Bu barədə səhiyyə nazirliyinin qaynar xəttinə müraciət etsəm də tədbir görən yoxdu.Təbibin qaynar xətdi ilə əlaqə saxlamaq olmur.Qəsdnən özdəri xətdi baqlayırlar ki qulaqları dinc olsun”.
Redaksiya olaraq inanırıq ki, Səhiyyə Nazirliyi Mingəçevir şəhər Ruhi Əsəb Disponserində xəstələrin dərmanlarını verilməməsində müqəssir olan şəxs və şəxsləri cəzalandıracaqdır.
Səsləndirilən ittihamla bağlı maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.
Dünyanınsəsi.Az
 
Ardını oxu...
Mütəxəsislər hesab edir ki, təkvalideynli ailələr dövlət qayğısı və imtiyazlardan kənardadır

“Elə bil şəxsi ciblərindən verirlər, illərdir get-gəldəyəm. Kasıb, şəraitsiz evdə üç azyaşlı övladımla yaşayıram. Onların bütün məsuliyyəti, dolanışığı mənim öhdəliyimdədir. Artıq tükənirəm, övladlarımın halal haqqı olan ünvanlı sosial yardımı ala bilmirəm. Qızım Fatimənin 8 yaşı, Məhəmmədin 6, Hüseynin isə iki yaşı var. Tənha atayam, dövlətin dəstəyi, diqqəti yoxdur”.

“Ödənişi verməmək üçün heç vaxt sahib olmadığım iki maşını adıma çıxırlar”

51 yaşlı Sahib İsmayıl oğlu Məmmədov üç azyaşlı övladı ilə tənha yaşayan atadır. 2021-ci ilin oktyabrın 6-da həyat yoldaşı Vüsalə Alim qızı Məmmədova düz bağırsağın bədxassəli törəməsindən vəfat edib. Onun ölümündən sonra üç övladın bütün məsuliyyəti atanın öhdəliyindədir. Gününü onlara həsr etdiyindən və uşaqlara baxacaq bir kimsəsinin olmaması səbəbindən nə çalışa, nə də qazanc gətirə bilir. Həyat yoldaşının ölümündən altı ay sonra uşaqlar üçün təyin olunan valideyni itirməyə görə müavinət ailənin tək dolanışıq vəsaitidir. Tənha ata deyir ki, həmin minimum məbləğdə hesablanan vəsait övladlarının aylıq xərcinin bir hissəsi deyil.

Ardını oxu...
Üç ildir ki, Dövlət Sosial Müdafiə Fonduna ailə vəziyyəti ilə əlaqədar ünvanlı sosial yardım üçün davamlı müraciət etsə də, tənha ataya imtina cavabı gəlir. Səbəb kimi isə şəxsinə aid olmayan iki nəqliyyat vasitəsinin adında olmasını göstərirlər:

“Dövlət Sosial Müdafiə Fondu üç ildir övladlarımın haqqını oğurlayır, onlara düşən ünvanlı sosial yardımı mənimsəyir. Deyirlər ki, seriya nömrəsi Tovuzdan olan iki nəqliyyat vasitəsi adınadır. Hətta hesablandı, üç ildə aya 800 manata yaxın pul edir ki, bu da iri məbləğdə ödənişdir. Ödənişi verməmək üçün heç vaxt sahib olmadığım iki maşını adıma çıxırlar. Mən kasıb, gəliri olmayan, evi bərbad adamam. Belə ağ yalan danışmaq, bəhanə ilə sosial yardımı təyin etməmək vicdansızlıqdır axı. Tənha atayam deyə nə rayonda, nə təsərrüfatda çalışa, pul qazana bilirəm, üç uşağın gündəlik baxımı, məktəbi, həkimi, qayğısı mənim boynumdadır. Savadsız, özünə çalışan kadrları otuzdururlar orada, onlar da məzlumun başına oyun açır”.

“Uşaqlarım xəstədir, ciddi müalicəyə ehtiyacı var”

Tənha ata deyir ki, DSMF -nın dəfələrlə təkrarlanan “3.7.4 ailənin istifadəsində və mülkiyyətində nəqliyyat vasitəsi olanda” cavabına sübut üçün Baş Dövlət Yol Polisinə müraciət edib. Tam bir həftə araşdırıldıqdan sonra idarənin Mərkəzi Məlumat Sistemi tənha atanın haqlı olduğuna dair DSMF-ya təqdim edilməsi üçün arayış verib. Ancaq Dövlət Sosial Müdafiə Fondunun işçiləri yenidən imtina cavabı göndəriblər. Bu dəfə isə vətəndaşın adına nəqliyyat vasitələrinin olması ilə yanaşı arayışın saxta olmasını da səbəb göstəriblər.

Ardını oxu...
“DYP ciddi yoxlayıb. Yevlaxda da oldum, orada da yoxladılar, hətta Tibbi Ekspertizadan da keçirmişəm, sənədi prokurorluqdadır. Hər bir qurum təsdiq edir ki, adıma nə nəqliyyat vasitəsi var, nə də etibarnamə. Ancaq DSMF deyir ki, var, üstəlik sənədi göstərirəm, onlara verirəm. Deyir ki, arayış saxtadır. Bu qədər ağ yalan, saxtakarlıq olar? DYP deyir adına nəqliyyat yoxdur, DSMF deyir var. Hətta adıma 55 sot pay torpağım, himayəmdə üç azyaşlı övladım var. Süründürürlər. 4 aylıq körpəni inək südü ilə böyütdüm. Uşaqlarım xəstədir, ciddi müalicəyə ehtiyacı var, Göyçay Rayon İcra Hakimiyyətində, Mərkəzi Xəstəxanada oldum, qızımın gözünün müalicəsi ilə bağlı kömək etmədilər. “Bakıya get” deyirlər, göndəriş yoxdur. Böyük oğlum əməliyyat oldu, 500 manat istədilər. Dərs ili başlayacaq, iki böyük övladım məktəbə gedir. Çox çətinliklərim var. Dövlət dəstəyini təkvalideynli ailə olaraq hiss etmirəm, əlacsızam. Tək istəyim ünvanlı sosial yardımı almaqdır, ona da qaniçən məmurlar imkan versə…”.

“Yardımla bağlı müraciəti araşdırılaraq yekun qərar veriləcək”

Dövlət Sosial Müdafiə Fondu Meydan TV-yə vətəndaş Sahib Məmmədovun əvvəlki müraciətlərinə adına nəqliyyat vasitəsi olması səbəbindən imtina cavabı verildiyini təsdiqlədi. Ancaq son müraciətə vətəndaşın adına fərdi yaşayış evinin qeyd olunmamasını əsas gətirərək yenidən imtina cavabı verildiyi də bildirildi.

“Əvvəlki müraciətlərində imtina səbəbi sistem üzərində adına maşın görünməsi olmuşdur. Sözügedən şəxs mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olmadığını təsdiqləyən arayışı rayon üzrə DSMF-yə təqdim etdikdən sonra sistemdə məlumatlar yenilənərək vətəndaşa yardımla bağlı yenidən müraciət etməsi tövsiyə edilib. Bundan sonra ailənin yardımla bağlı son müraciəti 25 iyul 2023-cü il tarixində qeydə alınıb. Həmin müraciətə sistem tərəfindən ailə üzvü Məmmədova Əntiqə Məhəmməd qızı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması və adına olan fərdi yaşayış evinin qeyd edilməməsi səbəbindən imtina verilib. Ailə qeyd edilən məlumatlarda düzəliş edərək elektron qaydada yenidən qeydiyyatdan keçərsə, yardımla bağlı müraciəti araşdırılaraq yekun qərar veriləcək”, – deyə fondun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili deyib.

“Digər müavinətlər nəzərdə tutulmayıb”

Rəşad Mehdili təkvalideynli ailələlərə Dövlət Sosial Müdafiə Fondu çərçivəsində tanınan imtiyazların ailə başçısını itirməyə görə və pensiya təminatı hüquqi ilə bağlı müavinətlərin olduğunu deyir:

Ardını oxu...
Foto: arxiv
“ Əgər təkvalideynli ailənin pensiya hüquqi yoxdursa, o ailə ancaq ailə başçısını itirməsinə görə müavinət alır. Digər müavinətlər nəzərdə tutulmayıb. Ünvanlı Dövlət Sosial Yardımı ümumiyyətlə ailəyə verilir. Ailədən adambaşına düşən ehtiyac meyarı var ki, bu da 246 manatdır. Əgər ailənin gəliri o meyardan azdırsa və digər qanunvericilik tələblərinə uyğundursa, ünvanlı sosial yardım həmin təkvalideynli ailəyə düşə bilər”.

“Təkvalideynli ailələr üçün gün təyin olunsun, status təsdiqlənsin”

Ailə başçısını itirən, himayəsində azyaşlı övladları qalan, ailədə özündən başqa gəlir mənbəyi olmayan təkvalideynli ailələri araşdıran “Sənsiz” Cəmiyyətinin rəhbəri Zemfira Rəhimova illərdir bu ailələrə dəstək üçün təkliflər hazırladığını, ancaq qurumlar tərəfindən qulaqardına verildiyini deyir. Həmin təkliflərə təkvalideynli ailələr üçün əlamətdar gün, status təyinatı, həmin ailələrə məxsus, həmçinin onların uşaqlarının hüquqlarının qorunmasına dair yardım mərkəzlərinin açılması, qanunvericilikdə müvafiq qanunların qəbul edilməsi, yerli hakimiyyət və hökumət nümayəndələrinin təkvalideynli ailələrinin problemlərinə yardımçı olması daxildir.

Cəmiyyət rəhbəri deyir ki, 2000-ci ildə apardığı statistikaya görə, ölkədə 100 min təkvalideynli ailə var idi ki, hazırda bu rəqəm 140 mini ötüb. Bu illər ərzində avtoqəzalar, xəstəliklər, boşanma və nikahdankənar doğumlar çoxaldığından tənha analar daha çox üstünlük təşkil edir. Tənha ataların payı isə 10%-dir. Hər 100 təkvalideynli ailənin 2-3%-i tənha atalardır. Cəmiyyət rəhbəri ölkədə yenidən ciddi statistika aparılması, təkvalideynli ailələrə dövlət tərəfindən ciddi imtiyazların ayrılması üçün haray çəkdiyini deyir:

“Ailə başçısını itirməyə görə dövlətdən uşaqsayına 120 manat civarında müavinət ayrılır. İllər öncə təklif etdim ki, təkvalideynli ailələr üçün gün təyin olunsun, status təsdiqlənsin. Tənha ana, tənha ata özünü tək hiss etməsin. Qəbul edilmədi, ancaq yenidən BMT-yə yazacam. Heydər Əliyevin dövründə Milli Məclisə həmin ailələrə xüsusi imtiyazların şamil edilməsi üçün təkliflər verdim. Reaksiya verildi və qərar qəbul edildi. Ancaq Uşaq Hüquqları Konvensiyası yenidən işlənəndə komissiya sədri, millət vəkili Hadi Rəcəbli imtiyazları dəyişdirib valideynlərdən hər ikisi ölmüş, yaxud 1-ci, 2-ci qrup əlili dərəcəsinə sahib olan təkvalideynli ailələrə şamil etdi. Bu ailələr üçün imtiyazlar çoxdur. Təhsildə geyim, yolpulu, kirayəhaqqı verilir. Ancaq cəmiyyətin cəmi 5-8 faizini təşkil edir. Beləcə təkvalideynli ailələrin aqibəti diqqətdən kənarda qaldı”.

” Təkliflər ciddi nəzərə alınmalı və təkvalideynli ailələrə həssas yanaşılmalıdır”

Zemfira Rəhimova təkvalideynli ailələrin işsizlik probleminin, həmin ailələlərə məxsus uşaqların təhsil qayğılarının çox, güzəştlərin isə olmadığını qeyd edir:

“Hətta, çalışdım ki, həmin ailələrin uşaqlarına təhsildə ödənişə 50% güzəşt edilsin, edilmədi. Ayrı-ayrı ali təhsil ocaqlarına müraciət etməli olurdum. Həllini tapan da olurdu, tapmayan da. Müdafiə Nazirliyinə müraciət etdim ki, təkvalideynli ailələrin övladlarını tez-tez görüşə buraxsın və ailəsinə aylıq maddi, ərzaq yardımı göstərilsin. İsraildə var bu qayda. Həmçinin həmin ailələr üçün iş yerlərində xüsusi kvota ayrılsın. Çünki valideyn təkdir, uşaqlar qayğı və nəzarətdən kənardadır. Narkomaniya və digər zərərli vərdişlərə aludə olan uşaqların çoxu təkvalideynli ailələrə məxsusdur. Təkliflər ciddi nəzərə alınmalı və təkvalideynli ailələrə həssas yanaşılmalıdır. Tənha analar daha çox yüklənir, çünki tənha ataların çoxu yenidən ailə qurur. Tənha anaların isə çox faizi qura bilmir. Ancaq tənha ata üçün ailənin digər üzvlərindən kömək yoxdursa, ailə qurmursa, tək övladlara baxmaq çox çətindir. Ata, ana çalışmayanda və imtiyazlar olmayanda, bu tip ailələrə görə kənd inzibati ərazi nümayəndəliyindən tutmuş icra hakimiyyətlərinin və Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin üzərinə məsuliyyət düşür”.

“1000-1200 manat civarında müavinət ayrılmalıdır”

Hüquqşünas Namizəd Səfərov da təkvalideynli ailələrin dövlətin diqqət və qayğısından kənarda qaldığını, Milli Məclisin isə bununla bağlı mürtəce qanunlar qəbul etdiyini deyir. Hüquqşünas sosial müavinət və xidmətlərə ehtiyacı olan bu tip ailələrə dövlət qayğısının qanunvericilikdə də bərbad durumda olduğunu əlavə edir:
Ardını oxu...
Namizəd Səfərov. Mənbə: “Amerikaninsesi”
“Dünyanın çox ölkəsində bu tip ailələrə dövlət tərəfindən müavinətlər ayrılır, hətta güzəştlər edilir, ev belə verilir. Təbii ki, himayəsində övlad(ları) olan valideynlər işləmək imkanından məhrumdur, xüsusilə Azərbaycan kimi işsizliyin yüksək səviyyədə olduğu ölkədə. Məsələn, qayğı və xidmətdən məhrum tənha atanın yüksək əməkhaqqılı işi olsa, bir dayə tutub ödəniş müqabilində uşaqlara baxdıra bilər. İşdən sonra yenə özü qulluq edər. Tənha üç uşaq atası, anası yüksək əməkhaqqılı və normal iş şəraitindən məhrumdur. Rayonlarda da mövcud iş imkanları həddən zəif və minumum əməkhaqqı civarındadır ki, nəinki dayə tutmaq, ailə saxlamaq absurddur. Odur ki, belə durumda dövlət hərəkətə keçməli, uşağın sayını və tək valideyni nəzər alaraq, 1000-1200 manat civarında müavinət ayırmalıdır”.

“9 milyard pulun 90 faizi mənimsənildi”

Hüquqşünas təkvalideynli ailələrə ünvanlı sosial yardımın verilməsini, say statistikasının, aylıq gəlirlərin və uşaq sayının dəqiq müəyyənləşdirilməsini, eləcə də aidiyyəti qurumların problemlərin həllinə çalışmasını vacib hesab edir.

“Çünki sayları yüzminləri ötüb keçir. Əksinə dövlət bütün vasitələrdən istifadə edir ki, ailələr müavinət və ünvanlı sosial yardım xidmətlərindən məhrum qalsın. Pandemiya dövründə ölkə və Dünya Bankı tərəfindən işsiz, təminatsız, özəl müəssisə işçilərinə, bu tip ailələr üçün ayrılan 9 milyard pulun 90 faizi mənimsənildi. Azərbaycan qanunvericiliyinin pensiya və müavinətlər haqqında bəndində çox az miqdarda deklarativ şəkildə həmin ailələrə dövlət tərəfindən birdəfəlik, ya aylıq müavinət verilməlidir. Ancaq bu illərdir sənəd üzərində qalır. İllərdir təkvalideynli ailələr işsizlik, evsizlik, övladlara nəzarətsizlik və zəif sosial iqtisadi durum sıxıntısı ilə boğulur”.

Bir sıra kiçik və əlçatmaz imtiyazlar…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Meydan TV-nin sorğusuna cavab olaraq bildirir ki, təkvalideynli ailələrin dəqiq statistikasına dair informasiya onlarda yoxdur, ancaq ailə başçısı itirməyə görə müavinət və pensiya alanların sayı min ailə üzrə 33 ailə, min nəfərə isə 56 nəfər düşür. Təkvalideynli ailələrə tanınan imtiyazlara gəldikdə isə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələrində güzəştlər nəzərdə tutulub. Bu da rəsmi qaydada çalışan təkvalideynlərə, xüsusilə tənha analara şamil edilir.

“Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilər sırasında uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) göstərilir. 78-ci maddənin 2-ci hissəsində işçilərin ixtisarı zamanı öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara üstünlük verilir. Məcəllənin 79-cu maddəsində isə hamilə, üç yaşınadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 91-ci maddədə isə 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmayan iş saatı nəzərdə tutulur. 117-ci maddədə 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 130-cu maddənin c bəndində 16 yaşınadək uşağı olan qadınlara, yaxud təkvalideynlərə, qəyyumlara, himayədarlara 14 təqvim gününədək ödənişsiz məzuniyyət hüququ verilir. 133-cü maddəyə əsasən əmək məzuniyyətlərinin verilməsi növbəsində təkvalideynli ailələrə əlverişli seçim vaxtı hüququ da tanınır. Əmək Məcəlləsinin 37-ci fəslində isə azyaşlı uşaqları olan qadınlar üçün tanınan imtiyazlar ana ölərkən, azadlıqdan və sağlamlığından məhrum olarkən tənha atalara və himayədarlara şamil edilir”.

Komitə əlavə edir ki, ailə başçısını itirməyə görə sosial müavinətdən başqa “Məşğulluq Haqqında” qanunun 1.122-ci bəndində sosial müdafiəyə ehtiyacı olan və işədüzəlməkdə çəkilən şəxslər içərisində yetkinlik yaşına çatmayan uşaqları olan tək və çoxuşaqlı valideynlər də nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinə ilk növbədə qəbul edilənlər arasında qanunla tək işləyən valideynlərin və çoxuşaqlı ailələrin uşaqları nəzərə alınmalıdır. Tənha atalar üçün nəzərdə tutulan əmək pensiyası ilə bağlı güzəştlərə gəldikdə isə əlçatmazdır desək, yanılmarıq.
Ardını oxu...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
““Əmək Pensiyaları Haqqında” Qanunun 8.3-cü bəndində ana vəfat etdiyində və ya ailə ilə nikaha xitam verildiyində, yaxud ana valideynlik hüququndan məhrum edildikdə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, qəyyum kişilərə bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ verilir. Bir digər güzəşt isə “Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında” Qanunun 19.1.4-cü bəndində göstərilir ki, himayəsində 8 yaşınadək 3 və daha çox uşağı olan tənha ana və ya tənha ata ailə vəziyyətinə görə möhlət verilməli şəxslər sırasındadır”.

Həmçinin komitədən bildirildi ki, təkvalideynli ailələrdən daha çox övladlarının təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlər daxil olur ki, bunun həlli üçün qanunvericilikdə ciddi dəyişiliklər edilməsinə ehtiyac var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tənha ata Sahib Məmmədovun müraciətini icrata götürdüyünü də qeyd edib.

Sahib Məmmədov Meydan TV-yə ərizəsinin qeydə alındığını təsdiqləyib, problemlərinin həlli üçün kömək gözlədiyini deyib.
 
Ardını oxu...
“Artıq 1 aya yaxındır ki, “Yuxu kimi” serialının çəkilişlərini bitirmişik. Avqustun sonu, sentyabrın əvvəli çəkilişlər yenidən başlayacaq. Hal-hazırda istirahət edirəm. Ailəmlə, balalarımla bir arada olmaq mənim üçün əsl istirahətdir. Yarım aya yaxın Bakıda kiçik qızımın yanında qaldım. Çünki Gəncədə çəkilişlər çox idi, onu demək olar ki, görmürdüm. Daşkəsəndə, Xoşbulaqda dağ evimiz var, sonra gəldik orada istirahət etdik. Bu gün Gəncəyə düşmüşük, ora da çox soyuqdur. Balalarımla vaxt keçirə bilirəmsə o mənim üçün istirahətdir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Gəncə Dövlət Dram teatrının aktrisası, xalq artisti Pərvanə Qurbanova deyib. O daha sonra Həmkarlar İttifaqının fəaliyyətindən gileylənib.

“Mən artıq 40 ildir ki, bu sənətdəyəm. İl boyu biz necə əzab-əziyyətlə işləyiriksə onu bir Allah bilir. Gəncə Mədəniyyət Həmkarları təşkilatından nə vaxt xahiş etmişik bizə bir “putyovka” verin gedib dincələk, əllərinə dəsmal götürüb ağlayıblar. Bəlkə də başqa yerdə belə deyil, amma bizdə belədir. Elə ağlayırlar, az qalırıq deyək ki, yaxşı kimi göndərmək istəyirsizsə pulunu verək, alın verin gedək. Həmişə də qurumun Bakıda fəaliyyət göstərən nümayəndəliyini günahlandırırlar ki, onlar bizə vermir. Niyə vermirlər?! Mən 40 ildir ki, hər ay Həmkarlar İttifaqına pul ödəyirəm. Niyə ödəyirəm o zaman pulu?! Bizim xalq artistimiz var idi, Vaqif Şərifov. Xəstə idi. Gəncə Mədəniyyəti Həmkarları İttifaqına dəfələrlə müraciət olunsa da nəticəsi olmamışdı. İclasda ayağa qalxıb dedim ki, bu adam 60 ildir Həmkarlar İttifaqına niyə pul ödəyir?! Əlbəttə ki, onların xətti ilə istirahətə mən də yollanmaq istərdim. Bilirsiniz ki, bu dəqiqə qiymətlər bahadır. Sanatoriyalar var ki, orada həm müalicə ala bilərsən, həm də istirahət edə bilərsən. Mümkün deyil ki, oralara gedək” deyə aktrisa bildirib.

Xalq artisti tamaşaçıların ona olan sevgisindən də danışıb.

“Çox şükürlər olsun ki, tamaşaçıların sevgisi böyükdür. Sənət insanını bu sevgi yaşadır. Səni görəndə tamaşaçı ürək sözlərini, böyük sevgi ilə, bəzək-düzəksiz sənə deyirsə, əsl sənət adamı üçün bu dünyanın ən böyük mükafatıdır. Bu sarıdan çox xoşbəxtəm” deyə xalq artisti deyib.
Ardını oxu...
Antalyaya gələn turistlərin sayı rekord vurub. Belə ki, cari ilin əvvəlindən şəhərə gələn turistlərin sayı 8 milyon 11 min 828 təşkil edib.

Bu barədə Antalya valisi Ersin Yazıcı məlumat verib.

O, qeyd edib ki, öncəki rekord 2019-cu ildə qeydə alınıb və 8 milyon 4 min 11 olub.

Xatırladaq ki, iyulun 15-də Antalya Hava Limanı 97 900-ü beynəlxalq sərnişinlər olmaqla, cəmi 207 84 sərnişinə xidmət göstərməklə bütün zamanların sərnişin daşıma rekordunu qırıb. (Mənbə: Haber Global)
 

Dünyapress TV

Xəbər lenti