Ardını oxu...
Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Müraciətçilər //portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 4 sentyabr saat 18:00-da yekunlaşacaq.
 
Ardını oxu...
Bu gun, nəhayət, çoxdan gözlənilən `test üsulu ləğv ediləcək`bəyanatı rəsmi şəkildə səsləndi. Bu ləğv əhvalatı indinin söhbəti deyil, uzun tarixçəsi var.
İzninizlə, həmin tarixçəni ilk dəfə danışım.
Məlum olduğu kimi Elçi Bəy hakimiyyətinin ən mühüm töhfələrindən biri test üsuludur. Bu töhfənin gətirdiyi faydalar haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki, proses hər birimizin evindən keçib, hər birimiz olanların şahidiyik. Eləcə də, müəyyən istisnalar olsa belə hər birimiz sovet dövründə ali məktəblərə, texnikumlara kütləvi şəkildə rüşvətlə girilməsinin şahidiyik. Ümumiyyətlə, bir mənalı şəkildə bildirirəm ki, təhsildə rüşvət sovet dövründən qalma xərcəngdir, indi sadəcə, metastaz verib.
Test üsulunun tətbiq edilməsi hər yay evə çanta dolu pul gətirən unuversitet müəllimlərinin bazarını bağlamış, nəticədə onların böyük çoxluğu Elçi Bəy hakimiyyətinə düşmən kəsilmişdilər. Ona görə də 1993 çevrilişindən həmən sonra müəllim və professor heyəti, yəni rüşvətdən harınlamış və xüsusiləşmiş bir zümrə itirdiklərini geri qaytarmaq üçün var gücləri ilə hərəkətə keçdilər.
Testin ləğv edilməsi üçün prezidentə, Milli Məclisə, baş nazirə məktublar, müraciətlər yazdılar, toplantılat təşkil etdilər, geniş lobbiçilik işi apardılar.
Cəmiyyətdə ziyalı və savadlı insan sayılan bu rüşvətxor test düşmənləri çox dərin, şaxəli və sistemli bir iş aparmağa başladılar. Eləcə də mətbuatda və efirlərdə test sisteminin qüsurlu və milli maraqlara zidd olması haqqında təbliğat apardılar. O professor və müəllim heyətini nə gənclik, nə gələcək, nə təhsil, nə də Vətənin mənafeyi maraqlandırırdı. Bir dərdləri vardı; hər yay sel kimi gələn rüşvətin önünü açmaq üçün test üsulu ilə qəbulu ləğv etdirib köhnə zamanlara qayıtmaq.
Bu prosesin ən yüksək səviyyədə himayədarları aravermədən testin ləğvinə çalışır və finala yaxınlaşırdılar. Artıq ictimaiyyət və cəmiyyət də buna hazır idi. Lazımı təbliğat yetərincə aparılmış, test artıq düşmən elan edilmişdi.
İşin gerisini Elçi Bəy belə nağıl edir;
- Test üsulu ilə bağlı ciddi bir əkstəbliğat vardı, universitetlərin professor və müəllim heyəti bərk çalışırdılar bu üsulu ləğv etdirsinlər, bunu görürdüm. Lakin Kələkidə mənə xəbər çatdı ki, məsələ son dərəcə ciddiləşib, artıq hər şey hazırdır. Bu gün sabah testin ləğvi haqqında fərman olacaq.
Çox məyus oldum. Test üsulunun böyük inqilab etdiyini bilirdim, son illərdə ilk dəfə bilikli məzunlar, kasıb övladları, bir sözlə yetim-yesir öz biliyi hesabına ali məktəbə daxil olur, rüşvət verməyə adam gəzənlər kənarda qalmışdılar. Bu, mənim üçün böyük məsələ idi. Ən böyük təssəlilərimdən biri idi. Hətta ölüm-dirim məsələsi idi, deyə bilərəm.
Bu mütərəqqi üsulun ləğv edilərək yenə geriyə - rüşvət sisteminə qayıdılması çox acınacaqlı idi. Düşündüm, nə edim. Nə edə bilərəm. Testi necə xilas edə bilərəm.
Oturub o vaxt Azərbaycanda ABŞ-ın səfiri olan Kozlariçin həyat yoldaşına bir məktub yazdım.
Məktubda bu işin bütün tarixini anlatdım, təhsildə olan rüşvətin bizim faciəmizin mənbəyi olduğunu, bunun bizə sovetlərdən miras qaldığını yazdım. Əxlaqını, mənəviyyatını, müəllim heysiyyatını itirmiş professor, müəllim heyətinin rüşvəti yenidən qaytamaq üçün çalışdıqlarını izah etdim.
Nəhayət, səfir xanımındam test üsulunun ləğv edilməməsi üçün xalqıma kömək istədim. Yazdım ki, sizdən acizanə xahiş edirəm, prezident Heydər Əliyevin qəbuluna gedin, test üsulunun mütərəqqiliyi və bütün xalqlara nə qədər faydalı olduğunu ona izah edin. Ondan xahiş edin ki, test üsulunun ləğv edilməsinə yol verməsin. Bu işin qarşısını alsın.
Yazdım ki, əminəm ki prezident sizin xahişinizi nəzərə alacaq və bu, sizin Azərbaycan xalqı qarşısında ən böyük xidmətiniz olacaq. Bu xidmət heç zaman unudulmayacaq.
Səfirin xanımı xahişimi yerinə yetirdi, H. Əliyevlə görüşdü və testin ləğvinin gündəmdən çıxarılmasını ondan xahiş etdi.
Bununla da test üsulunun ləğvi mövzusu gündəmdən birdəfəlik çıxarıldı. Məsələnin müzakirəsi bitdi.
Elçi Bəyin ricası ilə bu mərhəmətli xanımın (heyif, adını bilmirəm) H. Əliyevə xahişə getməsi ciddi şəkildə körüklənmiş bir ictimai dalğanın- test düşmənçiliyinin önünü kəsdi.
Bununla da Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı.
Bu günkü bəyanat illər öncə Elçi Bəyin mənə danışdığı bu əhvalatı xatırlatdı. Demə, testlə savaş bitməyibmiş.
İndi testin taleyi necə olacaq? Gəncliyimizin, insanımızın, təhsilimizin taleyi necə olacaq? Testi qoruyan olacaqmı? Xalq əlindəki bu imkanı qorumaq istəyəcəkmi? İnsanlar bu barədə düşünüb narahat olacaqlarmı?
Testlə savaşda adı müəllim olan bu güruh və onların yüksək dövlət qulluğu tutan havadarları qələbə çalacaqlarmı?
Yoxsa əlimizdə qalan bu son uğurumuzu da itirəcəyik?
Nə olacaq, necə olacaq, bilmirəm...
Mehriban Vezir
Teref.az
Ardını oxu...
"Məktəbli ləvazimatlarının çeşidi ötən illə müqayisədə bu il daha çoxdur. Satışda hər rəngdə, hər keyfiyyətdə məktəbli çantası var. Amma ötən illə müqayisədə bu il qiymətləri də artıb".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "28 may keçid ticarət mərkəzi"ndən övladları üçün məktəb bazarlığı edən valideyn Gülnar Səfərova söyləyib. Onun sözlərinə görə, ötən il 18 manata aldığı məktəbli formasının qiyməti 25 manata qalxıb.

Çeşid də artıb, qiymətlər də
G.Səfərova dəftələrin də qiymətində 10-20 qəpik bahalaşma olduğunu söylədi:
"Bizim evdən bir uşaq məktəbə gedir. Amma elə ailələr var ki, iki-üç övladı məktəblidir. İndiki qiymətlərdə uşaqların bütün məktəbli geyimi və ləvazimatlarını almaq belə ailələr üçün çətin olacaq. Çünki biz bu ay aldığımız əmək haqqı ilə uşağın dəftər, qələm və sair əşyalarını almağa güclə pul çatdırırıq. Gələn ayın maaşından isə məktəbli forması alacağıq".

Həmsöhbətimiz bir uşağın məktəbə getməsi üçün minimum 250 manat pul tələb olunduğunu söylədi.

Qiymətlərin bahalaşmasının səbəbi nədir?
Məktəbli ləvazimatlarının satışı ilə məşğul olan ticarətçilər də ötən illə müqayisədə bu qiymətlərin bahalaşdığını təsdiqlədilər. Bildirdilər ki, buna səbəb bu il məktəb ləvazimatlarının çoxunun Türkiyədən gətirilməsidir.
Rauf İmanov adlı satıcı Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, əvvəllər məktəbli çantaları və digər ləvazimatlar əsasən Çindən gətirilirdi. Bu il isə bazarda əsas üstünlük Türkiyədə istehsal olunan məktəbli ləvazimatlarına verilib. Türkiyədə isə qiymətlər bahalaşıb. Bu da ölkəmizə gətirilən məhsulların qiymətinə təsir göstərib.
"Gördüyünüz çantaların hamısı Türkiyə istehsalıdır. Ötən il biz ən ucuz çantanı 12-18 manata satırdıq. İndi ən ucuzunun qiyməti 25 manatdır".

Rusiya istehsalı olan dəftərlərin qiymətində 20 qəpik bahalaşma
Satıcılar Türkiyə istehsalı olan dəftərlərlə yanaşı Rusiyanın istehsal etdiyi dəftərlərin də bahalaşdığını söylədilər. Bildirdilər ki, ötən il Rusiya istehsalı olan 96 vərəqli dəftəri 1 manat 50 qəpiyə satırdılarsa, indi qiyməti 1 manat 70 qəpikdir. Yerli və Türkiyə istehsalı olan dəftərlərin qiyməti isə 20 qəpik bundan ucuzdur.

Ən ucuz çanta 25, ən bahası 130 manatdır
Beləliklə, məktəbli ləvazimatlarının satış bazarında qiymətlər aşağıdakı kimi dəyişir.
Məktəbli çantalarının əksəriyyətinin qiyməti 25-130 manat arasındadır. Satışda 15 manata olan məktəbli çantalarının isə digərləri ilə müqayisədə keyfiyyəti aşağıdır.

Türkiyə və yerli istehsal olan dəftərlər: 12 vərəq- 35 qəpik, 24 vərəq- 50 qəpik, 48 vərəq- 80 qəpik, 60 vərəq- 1 manat 10 qəpik, 96 vərəq-1,50 qəpik. Rusiya istehsalı olan dəftərlərin qiyməti isə 20 qəpik bundan bahadır:

Sadə qələmlərin qiyməti 10-0,80 qəpik arasında dəyişir
Sadə qələm 30-90 qəpik, rəngli karandaşlar 2,50- 35 manat
Marker 60 qəpik-1 manat
Qələmyonan 50 qəpik-1.60 qəpik
Yapışqan 60 qəpik-1 manat 10 qəpik
Plastilin 3 manat 50 qəpik-7 manat
25 ədədlik dəftər üzləri 3 manat 70 qəpik
Kitab üzləri 12 ədəd 4 manat 10 qəpik
Qələm qabları 4-15 manat
Su qabları 4 manat 50 qəpik-18 manat.
Apardığımız müşahidələr zamanı Türkiyənin "President" markalı çantalarının daha baha qiymətə satıldığının şahidi olduq. Satıcı bu firmanın məktəbli çantalarının qiymətinin 98-130 manat arasında dəyişdiyini söylədi.

Rəsm albomları 2 manat 20 qəpik-5 manat 60 qəpik, pərgar- 3 manat 80 qəpik-7 manatdır.
Gündəliklərin 1iyməti 1 manat 70 qəpik-3 manatdır. Lüğət dəftərləri 1 manat 60-2 manat arasında dəyişir.

Türkiyədən gətirilən məktəbli formaları satışda
Məktəbli formaları tikiş müəssisələrinin mağazaları ilə yanaşı, pərakəndə satışda da satılır. Satıcılarla söhbət zamanı öyrəndik ki, Türkiyə istehslaı olan məktəbli köynəklərinin qısa qolu 15 manat, uzun qollusu isə 25 manatdır. Şalvarlar 25-35, ətəklər isə 20-28 manat arasında dəyişir. Məktəblilər üçün "krossoovka"ların (idman üslubunda ayqqqabı-red.) qiymətləri isə 30-65 manatdır.
Valideynlərlə söhbət zamanı öyrəndik ki, bir şagirdin məktəbə yola salınması minimum 250 manatdır. Əgər şagirdin məktəbli forması, çantası, ayaqqabısı da yenilənirsə bu xərc 300 manata çatır.

Yeni məktəbli formalarına keçid bu tədris ilindən tam baş tutacaq!
Onu da yada salaq ki, bu il tədris ilindən - respublikanın ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq edilədək. Çünki, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.
Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.
Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.

Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.
Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.
Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.
Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).
 
Ardını oxu...
Millət vəkili Fazil Mustafanın əlillik dərəcəsi almaq üçün müraciət etməsi sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

İnsanların bir qismi F. Mustafanın terror aktı nəticəsində əlillik dərəcəsi almasının düzgün olmadığını vurğulayıb , digər kəsim isə İranın terror hətəkətlərinin gündəmdə qalması ücün prosesin lazımlılığını qeyd edir.

TEREF.AZ-ın məlumatına görə, məsələni hüquqi nöqteyi- nəzərdən dəyərləndirən vəkil Adəm Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, tək terror zamanı deyil istənilən vəziyyətdə insan əlil ola bilər:

"Terror aktı, avto-qəza, yıxılma və başqa hadisə nəticəsində insan əlillik dərəcəsi ala bilər. Bunun üçün xüsusi bir hüquqi tədbir görülməli deyil. Buna müəyyən qurumlar baxır. Əgər əlillik dərəcəsinin verilməsi tələblərinə uyğun gəlirsə, komissiya bu dərəcəni həmin şəxsə verir. Müəyyən meyarları yada salmaq yetəlidir ki, məsələn, qolu olmayan insan 2-ci dərəcəli əlillik qrupuna aid edilir. Əlillik dərəcəsinin düşüb , düşməməsi barədə Sosial Müdafiə Nazirliyinin müvafiq komissiyası rəy verməlidir."

Ardını oxu...


“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Oba” mağazalar şəbəkəsi ilə bağlı problemlər və şikayətlər səngimir. İstehlakçılar “Oba market”ləri saxta, keyfiyyətsiz və vaxtı keçmiş ərzaq məhsulları satmaqda, işçiləri amansız istismar etməkdə ittiham edirlər. Belə faktlar adi gözlə də görünür.

Ardını oxu...


Sosial şəbəkələrdə tez-tez “Oba” marketlərin rəflərində vaxtı keçmiş məhsulların tapılması, rəfdəki qiymətlə kassadakı qiymətin fərqli olması kimi yerində çəkilmiş videoların yayılması, mağazada tələb olunandan xeyli az işçinin işlədilməsi, fəhlənin və ya xidmətçinin həm də kassada işləməsi, işçilərin 350-400 manata gündə 8 saat əvəzinə 10-12 saat işlədilməsi kimi faktları hamımız görürük. Təəssüf ki, bu problemlərə son qoyulmur.

TvPress.Az həmin süjeti təqim edir.

Ardını oxu...
Ötən gün, daha dəqiq ötən həftənin cümə axşamından etibarən mal ətinin qiyməti qalxdı. Bunu heç bir rəsmi quruma istinad etmədən deyirəm. Avqust ayının 2-də 3 kq mal ətinə 42 manat ödədim, dünən avqust ayının 20 - də mal ətinin 15 - 16 manata olduğunu öz gözlərimlə gördüm.

Aradan cəmi 18 gün keçməsinə baxmayaraq mal ətinin qiymətinin, həm də yayda qalxması təəccüb doğurdu.
Oxucularımıza xatırladaq ki, ötən ilin yanvarında Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılırdı. 2021-ci ildə isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb.
Xatırlayırsınızsa, qoyun əti isə ötən ilin dekabrından sürətlə bahalaşmağa başlamışdı. Həmin dövrdə Ağcabədi və Bərdə rayonlarında ətin ortalama qiyməti 11 manat olan halda, Bakıda 18 manat təşkil edirdi.
Elə o ərəfədə deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında məsələ ilə bağlı çıxış etdi:"Səhər tezdən ət topdansatıcılardan 8 manata alınır. Belə olan halda, mənə maraqlıdır ki, niyə bu məhsul Bakıda 18 manata satılır. Ətin qiyməti hansı metodologiya ilə hesablanır? Bəlkə həqiqətən ölkə daxilində hansısa rüsum var, biz bilmirik” –deyə ətlərin qiymətinin artırılmasına etirazını bildirmişdi.


Hazırda paytaxt sakinləri çox pəjmürdədir. Mal ətinin birdən birə bu həddə çatması hamıda bir çaşqınlıq yaradıb. Hamı demək olar ki, hamı demək olar ki, ətin fantastik şəkildə bahalaşmasının səbəblərini araşdırmağa çalışır. Axı, deputatımız deyirsəki, ət topdansatıcılardan 8 manata alınır, bəs onda bu “16 manat” nə deməkdir?


Respublikada hər gün baş verən qiymət artımı: ərzağın, çörəyin, neft məhsullarının, nəqliyyat və icarə haqlarının, ümumiyyətlə, gündəlik tələbat mallarının artdığı bir vaxtda mal ətinin qiymətinin qalxması əslində təəccüb doğurmamalıdır.
Yeri gəlmişkən, iqtisadçı ekspert Natiq Cəfərli ötən il mediaya verdiyi açıqlamada bildirmişdi ki, 5-6 il öncə ictimai çıxışlarda ətin qiymətinin qalxacağını, bunun səbəblərini söyləmişdik, o zaman ət 7-8 manat idi. İqtisadçı ətin qiymətinin sürətlə qalxmasını elə ötən il proqnozlaşdırıb, səbəblərini də sıraya düzmüşdü:

1. Pambıq əkininin örüş yerlərini, yem bazasını azaltması
2. Dizelin qiymətinin 34% artması və aqrar sektorda dalğavari qiymət artımınınintensivliyi
3. Bu prosesdən sonra yem qiymətlərinin 40-50% civarında bahalaşması
4. Ölkədə qiymətlərin kəskin artması, inflyasiyanın sürətlənməsi: fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər.

Natiq müəllimin siyahısına birini də mən əlavə edim: kənd əhlinin kənd təsərrüfatı ilə məşğul olmasının qarşısını alan o qədər amillər var ki, təsərrüfatla məşğul olmaq imkansızlaşır. Bu səbəbdən kənddən şəhərə kütləvi axın var və bu da şikəst olmuş kənd təsərrüfatını "koma" vəziyyətinə salır.

Qeyd edək ki, hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

P.S. Təəccüblənməli nə var e, qiyməti qalxmayan nə var ki, ətin də qiyməti qalxmasın! Yeganə qalxmayan bir maaşdı, bir də..................... (nöqtələrin yerini özünüz doldurun...)


Əntiqə Rəşid
 

Ardını oxu...
DİA.AZ: - Masallı rayonu Boradigah qəsəbə sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədova müraciət ünvanlanybı. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Prezident, hörmətli Vüqar müəllim, son illər ölkənin enerji sektorunda həyata keçirilən böyük layihələrin biz də şahidiyik. Cənab prezidentin açılışını etdiyi obyektlərin sırasına diqqət etsək, burada əhalinin keyfiyyətli enerji təminatına hesablanan obyektlər şübhəsiz ilk yerdə olacaq. Amma təəssüfki ölkənin ən böyük şəhər tipli qəsəbələrindən biri olan Masallının Boradigah qəsəbəsində tamam fərqli və dəhşətli bir mənzərə mövcuddur. Bu qəsəbənin 10 mindən artıq sakini var. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir. Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir. Qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirmiş və bərbad vəziyyətdədir. Transformatoların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı bərbad vəziyyətdədir. Nisbətən normal durumda olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220 -230 V olmalı halda 190-195-dən çox olmur. Məişət texnikalarının az gərginlik verilməsi və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır. Hazırda qəsəbə əhalisinin xeylisi bəlli səbəblərdən Bakıda və ölkədən kənarda yaşayır, yəni işıqdan istifadə etmir. Bu isə o deməkdir ki, tam yüklənmə olarsa , vəziyyətin bəhs etdiyimizdən də daha acınacaqlı olduğu ortaya çıxacaq. Problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarım stansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Bu səbəbdən güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıq keçirilir. Böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir. Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora- bura zəng etmək məcburiyyətində qalırlar. Hörmətli prezident, hörmətli Vüqar müəllim Sizdən xahiş edirlk, bu problemi şəxsi nəzarətinizə götürüb problemin həlli ilə bağlı operativ göstəriş verəsiniz.

Hörmətlə, Ədalət Əhmədov- müəllim; Məmməd Məmmədov- müəllim; Böyükağa Zeynalov- müəllim; Elçin Əhmədov- müəllim; Rasif Talıbov- şəhid atası; Elmar Yusifov- Qarabağ qazisi ; Əzim Məmmədov Qarabağ qazisi. Cəmi 20 nəfər"

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - "Mən neçə vaxtdır iş axtarıram tapa bilmirəm. 1 ildən çoxdur vəziyyət belədir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Alya Zamanova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Evdəkilər də məni incidir. Evdə xəstə nənəm var, atam vəfat edib. Çox çarəsiz vəziyyətdəyəm. Mən necə dolanacam bu gedişlə?

Normal bir iş tapılmır. Kömək edin... Müəllimlikdən, MİQ-dən əlimi üzmüşəm. Bu il işsiz qalsam, daha nə edəcəyimi bilmirəm. Haraya Cv atım çağırsınlar? Axı bilsəydim, oxumazdım... təcrübəm yoxdur iş tapılmır mənim üçün.

Heç olmasa müəyyən qədər maaş alacağım bir iş olsun ailəmi dolandıra bilim. İxtisasım ilə bağlı olsa, yaxşı olar. İxtisasım humanitar sahədir..."

Ümid edirik ki, vətəndaşın müraciəti gərəkən qurumların diqqətini cəlb edəcək...
 
           
Ardını oxu...
“Boşanmalarda ən çox günahkar valideynlərdir. Hətta deyərdim ki, xanımların analarının mövqeyi daha çoxdur. Boşanan hər bir qızın arxasında anası dayanır. Sırf əmlaka görə düşmən olurlar. Çox vaxtı barışma ehtimalları sıfıra düşür".

Bunu Hüquq müdafiəçisi Samir Zeynalov deyib. O deyir ki, son 3 ildə boşanmaların əsas səbəbləri maddi vəziyyət yox, valideynlərin təzyiqidir:

"Qısası, bu gün insanlar bir-biri ilə uzunmüddətli evlilik üçün araya gəlmirlər. Sadəcə öz rahatlıqları üçün ailə qururlar. Gənclər maddi maraqlar üçün yox, mənəvi dəyərlər üçün ailə qurmalıdır. Nikahdan öncə xidmət yaradılsa, o zaman insanlar qeyri-rəsmi münasibətdə olacaqlar. Ölkəmizdə də bu say az deyil”.(Publika)
 

Dünyapress TV

Xəbər lenti