Ardını oxu...
 

COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurub.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.

“Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.

Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.

O, həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq.

Dünya gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib”, – o qeyd edib.

 
 
 
Ardını oxu...
Rusiya ilə Ermənistan arasında münasibətlər çoxsaylı çətinliklərlə üzləşir.

“Report” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya-Ermənistan (Slavyan) Universitetinin tələbələri ilə görüşdə deyib.

O, vurğulayıb ki, bu gün çoxsaylı çağırışlar qarşısında iki ölkə arasındakı münasibətlər çətin mərhələdən keçir.

Daha əvvəl Sergey Kopırkin qeyd edib ki, Ermənistanla Rusiya arasında dostluq iki ölkə arasında duran çağırışlar qarşısında möhkəmlənməlidir.
 
Ardını oxu...
“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqaləsi siyasi dairələrdə müzakirələrə səbəb olub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yayımlanan dezinformasiyaya tutarlı cavab verərək nəşrdən tələb edib ki, böhtana görə Azərbaycandan üzr istəsin və məqaləni geri çəksin.

Bu, Qərbin media vasitəsi ilə Bakıya qarşı ilk təxribat cəhdi deyil. Daha əvvəllər də müxtəlif dünyaca nüfuzlu KİV-lər heç bir əsası olmayan və sübuta yetirilməyən iddialarla Azərbaycanı hədəfə alıb.

Qərbin informasiya təxribatında əsas hədəf nədir? Bu cür yalan məlumatları yayıb, ardından hansı addımları atmağı hesablayıblar?

Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Qərbin Azərbaycana hücumunun bir neçə səbəbi var:

“Birincisi, erməni faktorudur. Erməni kilsəsi və diaspor Azərbaycanı, hətta ümumilikdə türk millətini özlərinin başlıca düşməni hesab edirlər. Üzdə hər nə qədər sülhpərvər kimi görünsələr də, mənfur və ikiüzlü siyasətlərini yeritməkdən geri durmurlar. Erməni diasporunun Avropa və ABŞ-da çox ciddi təsir imkanları var. Buna görə də Azərbaycana qarşı müxtəlif istiqamətlər üzrə tez-tez təzyiq göstərməyə çalışırlar. Düzdür, bütün cəhdlər uğurlu olmur, amma təkrar-təkrar etmələri əllərindəki resursun nə qədər geniş olduğundan xəbər verir.

İkincisi, Azərbaycanın Cənubi Qafqazda Qərbin diktəsi ilə hərəkət etməməsidir. Qarabağ zəfərindən sonra ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənib. Qərbə qarşı xüsusilə konyekturaya meyilli xarici siyasət yeritməməyimiz onları qıcıqlandırır.

Üçüncüsü, Rusiya ilə münasibətlərimizdir. Rəsmi Bakı illərdir Qərblə Rusiya arasında daha ölçülü siyasət yeridir. Bu, daha çox Qərbin yanaşmasıdır. İndi isə düşünürlər ki, Qərbin mövqeyi Rusiyanın xeyrinə zəifləyib”.

Ekspert deyib ki, Qərb Bakıya təzyiq edərək mövqelərinin güclənəcəyini düşünür:

“Təbii ki, Qərbin özünün dəyərləri, standartları var. Lakin bütün bunlar bizə rəftarının doğru olduğunu göstərmir. Qərb ilə Bakı arasındakı gərginlik, ya da fikir ayrılıqları fərqli səbəblərdən qaynaqlanır. Vacib məsələlərdən biri də orta dəhlizdir. Bu layihə ABŞ, Almaniya, Fransanın diqqətindədir. Onlar bu və ya başqa formada orta dəhlizdən pay qoparmaq istəyirlər. Azərbaycan isə müstəqil xarici siyasət yeridir. Bu da onları qıcıqlandırır.

Qərb bilir ki, Azərbaycan fərqli regionlarla qonşudur. Məsələn, Mərkəzi Asiya ilə yaxınlığımız xüsusi diqqət çəkir. Qərb istəyir ki, Bakını təsirə salaraq o regiona çıxış əldə etsin. Lakin mövcud üslub və metodla bu məsələ çətin görünür”.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesində müəyyən müsbət irəliləyişlərin olduğunu bildirib.

TASS xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

Paşinyan qeyd edib ki, o, öz növbəsində Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcək.
 
Ardını oxu...
Qərbin ehtiyatsızlığı Rusiya tərəfindən cavabsız qalmayacaq - prezidentin müraciətinin əsas mesajı budur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin xalqa dünənki müraciətindən danışarkən bildirib.

Onun sözlərinə görə, Putinin bir gün əvvəl verdiyi bəyanatlar əhatəli, başa düşülən və məntiqli idi: "Putin vurğuladı ki, o, “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır. ABŞ-nin hazırkı administrasiyası Ukraynada münaqişənin ehtiyatsız şəkildə gərginləşməsi yolu ilə getməyə üstünlük verir. Kremldə şübhə yoxdur ki, indiki ABŞ administrasiyası Putinin bəyanatları ilə tanış olub".

Kremlin sözçüsü Putinlə ABŞ-nin hazırkı administrasiyası arasında yeni təmasların olmamasına da diqqət çəkib.

Peskov onu da bildirib ki, Rusiya hərbçiləri "Oreşnik"dən istifadə olunmaqla gözlənilən zərbələr barədə Ukraynada mülki əhaliyə xəbərdarlıq etməyin nüanslarını işləyəcək.
Ardını oxu...
"Qərb sivilizasiyasının beş yüz illik hökmranlığı dövrü başa çatıb. Qarşıdan Avrasiya əsri gəlir".

Rbc.ru-ya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Macarıstan Milli Bankının təşkil etdiyi beşinci Avrasiya Forumunda çıxışı zamanı deyib.

Orbanın fikrincə, bütün dünyanın Qərb modelinə uyğun təşkil edilməsi və bütün xalqların iqtisadi, maliyyə faydaları müqabilində ona qoşulacağı ideyasının iflasa uğraması göz qabağındadır.

O vurğulayıb ki, Asiya dövlətləri daha da güclənib və müstəqil iqtisadi-siyasi güc mərkəzləri kimi inkişaf etməklə ayaqda qalmaq iqtidarında olduqlarını sübut ediblər.
 
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsinin yenidən aktiv fazaya daxil olması bir çox ölkənin diqqətini regiona cəlb edib. Ekspertlərin fikrincə, NATO Çinin Avrasiyadakı ən böyük forpostunu dağıdır. Pekinin hazırda təmkinli davranması xüsusi izlənilir.

Qərbin “Üç muşketyoru” – ABŞ, Britaniya və Fransanın Rusiyaya Ukrayna üzərindən hücumu Çinin regional və qlobal mövqelərini sarsıtması kimi dəyərləndirilir.

Pekin bu gərgin mənzərəni nə vaxta kimi sakit seyr edəcək? Müharibənin gedişatında Rusiyaya açıq dəstək verə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, ABŞ, Fransa və Böyük Britaniyanın Ukraynaya dəstəyini artırması, dolayı yolla Rusiyanı sıxışdırması Pekin-Moskva tandemində qırılma yaradır:

“Məsələ ondadır ki, Çin Rusiyaya qarşı yaranan təzyiqin fərqindədir. Hətta prosesin Moskva üçün xoş gələcək vəd etmədiyini də bilir. Özünün də hədəfə gəlməməsi səbəbindən belə vaxtlarda məsafəli, bəzənsə vecsiz davranır.

Vəziyyətin bu formada olması müəyyən mənada Çinə sərf edir. Pekin düşünür ki, Qərbin təzyiqi Rusiyaya yönəldiyi bir vaxta o, Tayvan ilə bağlı addımlar ata bilər. Yəni Rusiyaya qarşı təzyiqlərin artması Çin üçün nəfəs alma deməkdir.

T.Rzayevin sözlərinə görə, digər tərəfdən Çin, İran və Rusiya Qərbə qarşı ittifaq halında çıxış edirlər.

“O baxımdan bu üçlünün ətrafında yeni dövlətlərin cəmlənməsi düşünülürsə, ilk növbədə özləri bir-birinə yardım etməlidir.
Rusiya çökər, ya da məğlub olarsa, hədəfin Pekin olması gözləniləndir. Çin hökuməti bunu nəzərə alıb kritik anda Rusiyaya qeyri-rəsmi də olsa yardım edə bilər”.

Xatırladaq ki, Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı İranı, Şimali Koreyanı, Çini müharibədə Rusiyaya hərbi dəstək verməkdə ittiham edib.

Onun sözlərinə görə, Ukrayna ilə savaşan artıq Rusiya deyil:

“Şimali Koreyadan olan əsgərlər Ukraynanın qarşısında dayanır. Artıq Ukraynada İran “Şahidləri” heç bir tərəddüd etmədən dinc insanları qətlə yetirir. Şimali Koreya istehsalı olan raketlər artıq Ukraynaya uçur və bunu açıq şəkildə bəyan edirlər. Ukraynada Çin mərmiləri partladılır”.
 
 
 

 

Ardını oxu...

Mali prezidenti baş naziri və ölkə hökumətini istefaya göndərib.

"DogruXeber.az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi bəyanatında deyilir. 

Sənəddə qeyd olunur ki, keçid dövrünün prezidenti Assimi Qoita Konstitusiya, Keçid Xartiyası və Keçid Xartiyasına yenidən baxan qanuna uyğun olaraq, hazırkı baş nazir Şoqel Maiqinin və Mali hökumətinin fəaliyyətinə xitam vermək qərarına gəlib.

Ardını oxu...
  

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş noyabrın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Bu barədə Musavat.com AZƏRTAC-a istinadən xəbər verir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Donald Trampla Ukraynada atəşkəs razılaşmasını müzakirə etməyə hazırdır.
Bu barədə “Reuters” beş mənbəyə istinadən yazır.
Agentlik aydınlaşdırır ki, Rusiya prezidenti istənilən böyük ərazi güzəştlərinin mümkünlüyünü istisna edir. Həmçinin, “Reuters” əlavə edir ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına və ya Ukrayna ərazisində NATO qoşunlarının olmasına dözməyəcək.
“Reuters” beş keçmiş və indiki Rusiya rəsmisi ilə söhbətlərə əsaslanaraq yazdığı kimi, Kreml bütövlükdə cəbhə xəttində münaqişənin dondurulmasına razı ola bilər. Dörd regionun – Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin yeni sərhədlərinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıla bilər.
Həmçinin agentliyin mənbələri hesab edir ki, Rusiya Xarkov və Nikolayev vilayətlərində tutduğu kiçik ərazilərdən imtina edə bilər.
“Reuters”in həmsöhbətləri Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını sülhün digər vacib şərti adlandırırlar. Eyni zamanda, Kreml Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə açıqdır. Rusiya hakimiyyəti həmçinin Ukraynadan silahlı qüvvələrinin sayını məhdudlaşdırmağı və rus dilinə qarşı ayrı-seçkiliyi dayandırmağı tələb edə bilər.
 
 
 

Dünyapress TV

Xəbər lenti