Ardını oxu...
Ehtiyac yaranarsa, Litva Gürcüstan Prezidenti Salome Zurabişviliyə sığınacaq verməyə hazırdır.

Bunu Litva prezidentinin baş müşaviri Asta Skaysqirite deyib.

O qeyd edib ki, Zurabişvili indiyədək Tiflisdə xalqının yanında olacağını açıq şəkildə bəyan edib:

“Amma Zurabişvilinin xaricdə müdafiəyə ehtiyacı ola bilər. Təbii ki, belə bir ehtiyac yaranarsa, Litva sığınacaq verəcək”.
 
Ardını oxu...
Cənubi Koreya prezidenti Yun Sok Yol ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

APA-nın “Associated Press“ə istinadən xəbərinə görə, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İshak Herzoqun Qəzzada yaxın zamanda atəşkəsə nail olunmasına dair açıqlamasını səmimi hesab etmədiyini bildirib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, monteneqrolu həmkarı Jakov Milatoviçlə birgə mətbuat konfransı zamanı deyib.

Ərdoğan İsrailin konkret addım atmalı olduğunu vurğulayıb.

“Qəzzada bu günə qədər İsrailin verdiyi sözləri tutduğunu görə bilmədik”, - Ərdoğan əlavə edib.
 

 

Ardını oxu...
  

İranın XİN rəhbəri Abbas Əraqçı Ankaraya səfərə gedib.

Musavat.com Fars Agentliyinə istinadən xəbər verir ki, xarici işlər nazirinin Türkiyənin yüksək rütbəli rəsmiləri ilə görüşəcəyi bildirilir.

Qeyd edilib ki, görüş zamanı ikitərəfli əlaqələr, regiondakı hadisələri, o cümlədən Suriyadakı mövcud vəziyyəti müzakirə olunacaq.

Xatırladaq ki, Əraqçi ötən gün Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Suriya prezidentinin ofisi qeyd edib ki, Əsəd görüşdə ölkədəki mövcud vəziyyət fonunda Suriyada terrorizmlə mübarizədə müttəfiqlərin dəstəklənməsinin vacibliyini qeyd edib.

Musavat.com

 
 
 
Ardını oxu...
 

BMT Təhlükəsizlik Şurasına bir aylıq sədrlik Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ-yə keçib.

Bazar ertəsi BMT-nin mənzil-qərargahında ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild tərəfindən mətbuat konfransı keçiriləcək və bu konfransda dünya təşkilatının əsas strukturunun iclaslarının proqramı jurnalistlərə açıqlanacaq.

Qeyd edək ki, noyabrda sədrlik Böyük Britaniyada olub.\\APA 


Ardını oxu...

"Gürcüstan prezidenti Salome Zurabişvili ayrılmaq çətin olsa da 7 ildir ki, tutduğu vəzifəni tərk etmək məcburiyyətində qalacaq".

Musavat.com xəbər verir ki, bu barədə bazar günü brifinqdə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

"Təsəvvür edin, Zurabişvili hələ də kreslosu ilə vidalaşa bilmir. Təbii ki, xanım Salome kreslosu ilə küçəyə çıxmalı olacaq”, - Kobaxidze bildirib.

Kobaxidzenin sözlərinə görə, Zurabişvili dekabrın 29-da iqamətgahını qanuni seçilmiş prezidentə təhvil verməli olacaq.

"Xanım Salome Zurabişvilinin dörd cümə günü qalıb və mən onun emosional vəziyyətini başa düşürəm. Amma o, iqamətgahını tərk etməli və bu binanı qanuni seçilmiş prezidentə verməlidir”, - baş nazir bildirib.

Hökumət başçısının sözlərinə görə, Zurabişvili oktyabrın 26-da keçirilən seçkilərdə radikal müxalifətə arxalanaraq uduzub.

Baş nazir jurnalistlərin suallarını cavablandırarkən Gürcüstanda yeni parlament seçkilərinin keçirilə biləcəyini istisna edib.

"Gürcüstanda təkrar parlament seçkiləri olmayacaq", - Kobaxidze bildirib.

Dekabrın 14-də Gürcüstanın altıncı prezidenti üçün seçkilər, dekabrın 29-da isə andiçmə mərasimi keçiriləcək və bu zaman Zurabişvilinin səlahiyyətlərinə rəsmi xitam veriləcək.

Şahanə Rəhimli
Musavat.com

Ardını oxu...
  

Suriya lideri Bəşər Əsəd İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib.

Musavat.com xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, Əsəd Türkiyə ilə danışıqlara can atır və artıq İraqdan buna vasitəçilik etməsini xahiş edib. 

Qeyd edilib ki, rəsmi Bağdad hələlik bu müraciətə cavab verməyib. 

Musavat.com

 
 
 
Ardını oxu...
AB-nin yeni rəhbərliyinin fəaliyyətlərinin ilk günündə Kiyevə səfəri onların müharibəni davam etdirmək əhval-ruhiyyəsindən xəbər verir.

"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb.

“Avropa Şurasının yeni rəhbəri Antonio Koşta və AB diplomatiyasının rəhbəri, rusofob Kaya Kallas elə ilk fəaliyyət günlərindəcə Kiyevə gəliblər. Bu onu göstərir ki, prioritet AB-nin rifahını təmin etməkdənsə, müharibəni uzatmaqdır. İndi razısınızmı, avropalılar?” - Medvedyev bildirib.
 
Ardını oxu...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də Niderland Krallığına işgüzar səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, fevralda Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə daxil olduqdan sonra nazir Mirzoyan ilk dəfə olaraq Haaqada BCM-nin İştirakçı Dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edəcək.

Qeyd edək ki, BCM 17 martda Ermənistanın strateji müttəfiqi Rusiyanın lideri Putin haqda həbs qərarı çıxarıb. Ermənistan isə bu qərardan sonra Roma Statutunu ratifikasiya edib.
 
 
 
Ardını oxu...
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumətin tam formalaşdığını elan edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş nazir mətbuat konfransında danışıb.

O bildirib ki, artıq 12 nazir təyin olunub və hökumətin formalaşdırılması prosesi yekunlaşıb.

İrakli Kobaxidzenin sözlərinə görə, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra ölkədə bütün konstitusiya orqanları xalqın iradəsinə uyğun şəkildə tam fəaliyyət göstərəcək.
 

Dünyapress TV

Xəbər lenti