Ardını oxu...
Qondarma Abxaziya parlamentinin Rusiya ilə investisiya sazişinin ratifikasiyası ilə bağlı yenidən etiraz aksiyaları başlayıb. Məlumata görə, etirazçılar yük maşını ilə darvazanı qıraraq parlamentin ərazisinə soxulublar.

Abxaziya “parlamenti” binasının yaxınlığında atışma səsləri eşidilib. Gecə saatlarında Suxumda etirazçılar Abxaziya prezidentinin administrasiyasına doğru irəliləyiblər. Etiraz aksiyaları nəticəsində 8 nəfər yaralanıb. Abxaziya təhlükəsizlik qüvvələri parlament binasının yaxınlığındakı ərazini kütləvi şəkildə tərk ediblər.

Abxaziya Müxalifət təmsilçisi Levan Mikaa hazırkı “prezident” Aslan Bjaniyaya ultimatum göndərərək, ondan bir saat ərzində istefa verməsini tələb edib. Aslan Bjaniya istefa verməkdən imtina edib. O, Abxaziyada qalacağını və vəzifəsini icra edəcəyini bildirib. Bununla belə o, Suxumini tərk edib doğma Tamış kəndinə gedib.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Abxaziyadakı vəziyyəti anlamaq üçün mövcud problemləri bilmək lazımdır:

“Abxaziyada ciddi bir Rusiya meylli qüvvə var. Hansı ki, bu qüvvə Rusiyaya birləşmək, onun bir vilayəti olmaq istəyir. Digər tərəfdən isə bu birləşmənin əleyhinə olan qüvvələr var. Onlar Abxaziyanın müstəqil olmasını, dünya birliyi tərəfindən tanınmasını istəyir. Hesab edirəm əsas məsələ də bu iki qüvvə arasında gedən mübarizədir.

Aslan Bjaniya ruspərəstdir və Rusiya ilə investisiya sazişinin ratifikasiyası ilə o, faktiki olaraq Kremlin boyunduruğunu qəbul edir. Levan Mikaa və müstəqillik tərəfdarları isə bunun əksinə hərəkət edir. Son hadisələr də göstərir ki, Abxaziya vətəndaş müharibəsinə doğru gedə bilər.

İndiki məqamda Rusiyanın nə edəcəyi əsas sualdır. Hesab edirəm Rusiya bu vəziyyətdən Gürcüstan ilə münasibətləri normallaşdırmaq üçün istifadə edə bilər.Yəni Kreml Abxaziyanı Tbilisiyə güzəştə gedərək münasibətləri normallaşdıra bilər. Bu Gürcüstan üçün də əsl fürsətdir”.

Globalinfo.az xatırladır ki, Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəy də vəzifədə olduğu vaxt paytaxtı tərk edib, doğulduğu kəndə getmişdi.

O, 1993-cü ilin 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başlatdığı hərbi qiyamdan təxminən 2 həftə sonra iyunun 17-də – heç kimə demədən, qəfil, gecə saatlarında təyyarə ilə Bakıdan Naxçıvana uçmuş, ordan isə doğulduğu Ordubad rayonunun Kələki kəndinə getmişdi. Ə.Elçibəy Kələkidə 4 il 4 ay qaldıqdan sonra 1997-ci ilin oktyabr ayının sonlarında Bakıya dönmüşdü.
 
Ardını oxu...
Abxaziya prezidenti Aslan Bjaniya müxalifətin tələbi ilə istefa verib.

Azpost.info bildirir ki, artıq bir neçə aydır ki, Abxaziyada Rusiya ilə investisiya sazişi ilə bağlı gərginlik hökm sürür.

Bu gün Suxumida deputatlar Rusiya ilə investisiya sazişinin ratifikasiyası məsələsinə baxılmasını təxirə salıblar. Bu qanuna Abxaziyanın bir çox sakinləri və müxalifəti etiraz edir. Toplaşan sakinlər sazişin ümumiyyətlə gündəmdən çıxarılmasını tələb edirlər.

Etirazçılar maşınla parlament binasına doğru irəliləyiblər. Etirazçılar maşınla parlamentin darvazanı qıraraq meydana axışıb.

Keçən ilin yazında Abxaziya hakimiyyəti mənzillər haqqında qanun qəbul etməyə çalışıb. Bu, vətəndaşların hiddətinə səbəb olub və özünü respublika elan etmiş Abxaziyanın “prezidenti” Aslan Bjaniya qanunu geri götürüb. Lakin indi müxalifət Abxaziya hakimiyyətini “Abxaziya ərazisində hüquqi şəxslərin investisiya fəaliyyəti haqqında Rusiya Federasiyası ilə idarələrarası saziş” vasitəsilə bu qanunu yenidən tətbiq etmək üçün gizli cəhddə ittiham edir.

Müxalifətin fikrincə, bu razılaşma Qaqra bölgəsində nəhəng turizm kompleksi tikən Aleksandr Tkaçovla əlaqəli strukturların maraqlarına lobbiçilik edir və yerli vergilərdən, rüsumlardan və s. azadlığı təşviq etməyə çalışır.
 
 
 
Ardını oxu...
İsrail rəsmiləri Bakıda keçirilən COP29-da iştirak etmək üçün noyabrın 19-da Azərbaycana səfər edəcəklər.

Bunu APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Səfir nümayəndə heyətinin tərkibini də açıqlayıb.

Onun sözlərinə görə, İsrail Prezidenti İshaq Hersoqun başçılıq edəcəyi nümayəndə heyətinə nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev, ətraf mühitin mühafizəsi naziri İdit Silman və Knessetin İqlim Komitəsinin sədri Aşer Yaakov daxildir.
 
Ardını oxu...
Nazirlər Kabineti Litva Prezidentinə istefanı təqdim edib

Litva Parlamentinin yenidən seçilməsi ilə əlaqədar İnqrida Simonytenin rəhbərlik etdiyi hökumət istefa verib. AYNA xarici mediaya istinadən bildirir ki, Nazirlər Kabineti Litva Prezidenti Gitanas Nausedaya istefanı təqdim edib.

Ölkənin Əsas Qanununa əsasən, Seymin yeni çağırışının başlanmasından sonra hökumət istefaya gedir və parlament üzvləri yeni Nazirlər Kabinetini formalaşdıracaq Baş naziri seçməlidirlər. Parlamentarilərin yeni Baş naziri seçmək üçün 15 gün vaxtı var.

Qeyd olunub ki, Nauseda eks-nazirlərə yeni kabinet formalaşana qədər vəzifələrini icra etməyə davam etməyi tapşırıb.
 
Ardını oxu...
Noyabrın 13-də prezident İlham Əliyev COP29 iqlim konfransında çıxışını Fransa və Hollandiyanın kolonial siyasətindən bəhs edib. Dövlət başçısı kiçik ada dövlətlərinə həsr olunmuş sessiyada iştirakçılara Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışıb.
"Avropanın aparıcı diplomatı Jozep Borrel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından nə gözləmək olar. Yaxşı, əgər biz cəngəllikik, o zaman kənarda durun və bizim daxili işlərimizə qarışmayın!", - İlham Əliyev öz nitqini tamamlayıb.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portlına açıqlamasında bildirib ki, Avropanın xarici siyasət üzrə ali təmsilçisi Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və siyasi səhvlərini təkrarlaması sirr deyil.

“Azərbaycana münasibətdə son illərdə qərəzli mövqeyi ilə seçilən, hətta Qarabağdan könüllü köç edənlərin sayını şişirərək 150 minə "çatdıran" Borrel (halbuki Ermənistan özü 100 min olduğunu demişkən), dünyanı təhqir etməkdən də çəkinməyib. Avropanın xarici siyasət üzrə ali təmsilçisi 2022-ci ildə çıxışlarından birində Avropa İttifaqını “bağ”, dünyanı da “cəngəllik” adlandırmışdı. Bütün dünyadan gələn mənfi reaksiyalar səbəbilə bu fikrinə görə “üzr” istəsə də, üzrü qəbahətindən də betər alınmışdı.

Cənab Prezidentin COP29 çərçivəsində Azərbaycana qarşı qərəzli mövqeyi olan ölkələrə və siyasi fiqurlara mesajlar ünvanlaması, məhz onların qlobal yanlış siyasətlərinin ifşasını özündə ehtiva edir”-deyən Şəhla Cəlilzadə vurğulayıb ki, bu baxımdan COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin (SIDS) keçirilməsi Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı və neo-kolonializmə qarşı mübarizənin öncülü olan Bakı İnisiativ Qrupu fəaliyyətlərinin daha qlobal müstəvidə davamı hesab oluna bilər.

“Sammitdə “Bizdən uzaq durun və daxili işlərimizə qarışmayın…” mesajı verən Prezident neo-kolonial dövlətlərə aid çoxsaylı məsələlərə və səbəb olduqları qlobal problemlərə diqqəti çəkərək, bu problemlərin həllində birgə səylərin və qarşılıqlı yardımın önəmini vurğulmışdır. Azərbaycanın bu işdə öncül rolu gələcəkdə də davam edəcək”-deyə politoloq bildirib.
 
Ardını oxu...
"Çin və Rusiya Türkiyənin İsrailə silah tədarükünə embarqo qoyulması təşəbbüsünə qoşulub..."

Ərdoğan Tramp, Mask və İsrail haqqında...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın öz prezidentliyi müddətində Yaxın Şərqlə bağlı fərqli mövqe sərgiləyəcəyinə ümid etdiyini ifadə edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, eyni zamanda Ərdoğan deyib ki, Trampın bəzi bəyanatları narahatlıq doğurur.

"Biz ümid edirik ki, bu müddətdə Tramp regionla bağlı tamamilə fərqli mövqe sərgiləyəcək. Çünki zamanla onun səsləndirdiyi fikirlər bizi narahat edir", - Türkiyə prezidenti deyib.

Türkiyənin may ayında İsrail ilə ticarətin tamamilə kəsilməsi qərarı ilə bağlı suala cavabında Ərdoğan bəyan edib: "Hal-hazırda Ankaranın İsrail ilə ticarət əlaqələri yoxdur və onları inkişaf etdirmək istəyi də yoxdur".

"Türkiyə Cümhuriyyəti İsrail ilə münasibətləri inkişaf etdirməyi davam edə bilməz. Bizim belə niyyətimiz yoxdur. Biz İsrail ilə ticarətə və əlaqələrə son qoymuşuq, vəssalam", - o, bəyan edib.

Ərdoğan həmçinin məlumat verib ki, Çin və Rusiya İsrailə silah tədarükünə embarqo qoyulması ilə bağlı Türkiyənin BMT-də irəli sürdüyü təşəbbüsünə qoşulub.

Türkiyə İsrail ilə HƏMAS arasında müharibə başlanandan sonra özünün İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb, lakin rəsmən diplomatik münasibətləri kəsməyib, onun səfirliyi açıq qalır və fəaliyyət göstərir, nəşr xatırladıb.

"TRT Haber" telekanalının jurnalisti Türkiyə liderindən Trampın milyardçı İlon Maskın daha səmərəli hökumət yaradılmasını nəzərdə tutan vəzifəyə təyin edilməsini şərh etməyi xahiş edib.

Ərdoğan bəyan edib ki, imkanlar yaranarsa, Türkiyə İlon Maskla texnologiyalar sahəsində
birgə addımlar ata bilər.

"Mask kosmos və texnologiyalar sahəsində işləyən biznesmendir. Texnologiyalar təkbaşına inkişafın mümkün olduğu sahə deyil, burada mütləq əməkdaşlıq gərəkdir. Bu sahədə əməkdaşlıq üçün imkanlar yaranacağı təqdirdə Maskla birgə addımlar atmaq olar", - Ərdoğan deyib.
 
Ardını oxu...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident Co Baydenlə görüşmək üçün Ağ Evə gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda ABŞ mətbuatı məlumat yayıb.
Amerika mətbuatı qeyd edib ki, vəzifədən gedən və gələn ABŞ liderləri arasında bu cür görüşlər ənənədir və hakimiyyətin bir prezidentdən digərinə sülh yolu ilə ötürülməsinin başlanğıcını qeyd etmək məqsədi daşıyır.

 
 
 
Ardını oxu...
"Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə AŞPA -dan daha nə gözləmək olar?"

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı Sammitdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

- Hörmətli Baş katib.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar, əziz dostlar.

Mən Sammitin bütün iştirakçılarını salamlayıram. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də, müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yaralanıb. Qoşulmama Hərəkatında dörd illik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.

Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.

Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – Azerkosmosdan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Hörmətli xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı.

Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il, Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.

Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

Çox sağ olun.


***

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

 
Ardını oxu...
  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında COP29-la bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı rəsmi Ankaranın iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı bir sıra tədbirlərini açıqlayıb: “İqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr sırasındayıq. Biz əsas sahələrimizi 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk”.

Ərdoğan qeyd edib ki, Türkiyə 2024-2030-cu illəri əhatə edən “İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyası”nın fəaliyyət planlarını həyata keçirir: “Ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 59 %-ə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik. 2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz üçün əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat olan külək və günəş enerjisi potensialını 2035-ci ilədək 120 min meqavata çatdıracağıq. Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik.

2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımızla 100 milyon ton karbon qazı ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”.

Dövlət başçısı qeyd edib ki, xanımı Əminə Ərdoganın himayəsi ilə başlanan və qlobal səviyyəyə çatdırılan “sıfır tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəyə əlavə güc qatır. Bu yolla layihənin başlanğıcından indiyədək 5,9 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb.

O, su ehtiyatlarından səmərəli istifadə üçün görülən tədbirləri də qeyd edib. Ərdoğan bildirib ki, hər il noyabrın 11-də qeyd olunan Milli Yaşıllaşdırma Günündə milyonlarla ağac əkilir.

Türkiyə Prezidenti COP29-un bu istiqamətdə qlobal səyləri daha güclü və təsirli edəcəyinə inamını ifadə edib. “Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, - Ərdoğan vurğulayıb.

Ardını oxu...
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində müxtəlif ölkələrin dövlət başçıları iştirak edirlər.
"Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
"Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib", - Prezident bildirib.

Dövlətimizin başçısı həmçinin Azərbaycanın Yaşıl gündəliyi haqqında danışıb:
"Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir. Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb".
Həmçinin ixrac bazarlarına diqqət barədə danışan Prezident Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarla fəal iş aparıldığını dilə gətirib:
"Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir".

Daha sonra dövlətimizin başçısı enerji təhlükəsizliyinin digər seqmenti olan neft və qaz barədə danışıb:
"Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı. Sadəcə, bir informasiya ilə başlamaq istərdim. Dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. O, buradan uzaq yerdə yerləşmir və həmin yerə 10-15 dəqiqəlik yoldur. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır".

"Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik", - İlham Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar:
"Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir. Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər. Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq".

Dövlət başçısı digər ittiham məsələsinə də toxunub və bildirib ki, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar.
"Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib".
"Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!", - deyə dövlətimizin başçısı fikrini tamamlayıb.
 

Dünyapress TV

Xəbər lenti