Dünyanın çox hissəsi ABŞ-nin hökmranlığı olmadan yeni bir nizam istəyir.
Bunu Macarıstanda partiya sədri Gyula Türmer deyib.
Onun sözlərinə görə, BRİKS dövlətləri yeni dünya qurulmasında uğur əldə ediblər, lakin bu, Qərb dövlətlərinin məhv etməyə çalışdığı Rusiyasız mümkün deyil.
“Dünyanın böyük bir hissəsi yeni dünya nizamı istəyir. Amerikanın idarə etdiyi tək dünya deyil, ölkələr arasında bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq üzərində qurulmuş bir dünya”, - o vurğulayıb.
Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə "Al Arabiyya" telekanalı məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar və ya onun ətrafındakılar xahiş edərsə, Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürə bilər.
Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.
Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib. Bir müddət ki, onun təyyarəsini açıq mənbələr vasitəsilə izləmək mümkün olmayıb. Lakin sonra Rusiyanın TASS agentliyi Kremldəki mənbəyə istinadən onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini, Rusiyanın onlara sığınacaq verdiyini bildirib.
Dekabrın 8-də Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa “TRT Haber” telekanalında keçid hakimiyyətinin formalaşdığını elan edib.
“Sabah parlamentdə keçiriləcək prezident seçkiləri parodiyadır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezident Salome Zurabişvili keçirdiyi brifinqdə deyib.
Dövlət başçısı bildirib ki, seçkilərin legitimliyi olmayacaq və konstitusiyaya ziddir.
Qeyd edək ki, sabah Gürcüstanda prezident seçkiləri parlamentdə təşkil olunacaq. Növbəti 5 il üçün dövlət başçısını 300 nəfərdən ibarət Seçicilər kollegiyası seçəcək.
Çin prezidenti Si Cinpin Donald Trampın dəvətini rədd edib və onun andiçmə mərasimində iştirak etməyəcək.
CBS telekanalı xəbər verir ki, tədbirdə Si Cinpin əvəzinə, Çinin ABŞ-dəki səfiri və xanımı da daxil olmaqla, “yüksək səviyyəli nümayəndə heyəti” iştirak edəcək.
Çin prezidentinə mərasimdə iştirak etmək üçün dəvət qeyri-rəsmi diplomatik kanallar vasitəsilə göndərilib.
Ukrayna Prezidenti Vladimir Zelenski 18 dekabrda Brüsseldə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, NATO və Avropa İttifaqı liderləri ilə görüşəcək. APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Zelenski Avropa liderləri ilə görüşdə Rusiya ilə müharibədə ölkəsinə dəstək məsələsini müzakirə edəcək.
Rusiya diktatoru Vladimir Putin gələn ay ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın andiçmə mərasiminə dəvət edilməyib.
"AzPolitika" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Moskva yanvarın 20-də ABŞ-nin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Putin üçün dəvət almadığını bildirib.
"NBC News" xəbər verir ki, eyni zamanda Tramp Çin prezidenti Si Cinpini Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyə dəvət edib. Kanal bir çox mənbəyə istinadən bildirib ki, dəvət Donald Trampın noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəldikdən sonra göndərilib.
Lakin jurnalistlər Çin liderinin belə bir dəvəti qəbul etdiyini dəqiqləşdirməyiblər.
Koreya Respublikasının Prezidenti Yun Sok Yol xalqa müraciətində könüllü olaraq istefa verməkdən imtina edib, ona qarşı impiçment və ya istintaqdan keçməyə hazır olduğunu bildirib.
Bu barədə "Report" “Yonhap” agentliyinə istinadən xəbər verir.
"İmpiçment və ya istintaqdan şərəflə keçəcəyəm", - Cənubi Koreya lideri deyib.
Xatırladaq ki, dekabrın 7-də impiçment səsverməsindən əvvəl Yun Sok Yol prezidentlik müddəti ilə bağlı məsələni hakim partiyaya həvalə etdiyini bildirib.
Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var. Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Nazirin sözlərinə görə, Türkiyə ikitərəfli danışıqları dəstəkləyir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanması üçün şərtləri müəyyən edib. Əsas şərt isə, Ermənistanın Konstitusiyasında dəyişiklik etməsidir. Azərbaycan bütün səyləri və atdığı addımlarla regionda sülhün imzalanmasında istəkli olsa da, Ermənistan tərəfinin bu məsələdə "səylərin" sadəcə sözlərdə olduğunu görürük.
Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Hakan Fidan Azərbaycanın necə sülhpərvər olduğunu və sülh üçün çalışdığını yaxşı anlayır:
"Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə ortaya qoyduğu mövqe sülhə xidmət edir. Yəni ölkəmiz qalib olaraq şərtləri diqtə edən tərəfdir. Buna baxmayaraq Ermənistan hər hansı formada sıxışdırmır. Eyni zamanda regional əməkdaşlığın gələcəyi üçün mütləq şəkildə Cənubi Qafqaza sülhün gəlməli olduğunu bildirir. Bütün bunlar Azərbaycanın sülhpərvər mövqeyinin növbəti dəfə dünyaya izahıdır. Həmçinin Azərbaycanın mövqeləri hər keçən gün daha da artır. Ölkəmizin bu gün Cənubi Qafqaz regionunda əsas güc mərkəzinə çevrilməsi və Ermənistanın mövqeləri ilə hesablaşılması tendensiyası uğurla davam edir. Digər tərəfdən Ermənistan və onun havadarları bölgədə sülhü şantaj etməyə davam etsələr də, Azərbaycan faktiki olaraq böyük işlər görür. Yəni Azərbaycanın mövqeləri regional sülhə, həmçinin Ermənistanla bağlı sülh prosesini daha da dərinləşməyinə xidmət edir. İndi top Ermənistan və onun havadarlarının əlindədir. Türkiyə xarici işlər nazirinin söylədiyi fikirlər də bir növ Ermənistana mesaj kimi dəyərləndirilməlidir. Çünki tarixi bir dövr yetişib. Bundan da hər kəs yararlanmağı bacarmalıdır".