Ardını oxu...
“Hazırda Avropa ölkələri ilə İran arasında baş verənləri tamhüquqlu danışıqlar adlandırmaq olmaz”

Yanvarın 13-də Cenevrədə İran və 3-cü Avropa İttifaqı ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların yeni raundu keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

Onun sözlərinə görə, hazırda Avropa ölkələri ilə İran arasında baş verənləri tamhüquqlu danışıqlar adlandırmaq olmaz: “Bu, daha çox məsləhətləşmələrdir”.

Diplomat İranın Cenevrədəki nümayəndə heyətinin tərkibində kimlərin olacağı ilə bağlı təfərrüatları açıqlamayıb.
 
Ardını oxu...
Azərbaycan İrana nota verdi İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib:
“Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
Həmçinin İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib.
Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.
Eyni zamanda Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub”.
 

 
Ardını oxu...


Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.

Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Azərbaycanın bu məsələ ilə bağlı, sadəcə olaraq, tamaşaçı rolunda olmayacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz otuzillik işğalı, dağıntıları, Xocalı soyqırımını heç vaxt unutmayacağıq. “Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər”, - deyən Prezident əlavə edib ki, Ermənistan bizimlə heç bir sahədə rəqabət aparmaq iqtidarında deyil.
Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkian ölkədəki yanacaq qaçaqmalçılığına toxunub.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.

"Özümlə nə qədər çox mübarizə aparsam, bir o qədər də görürəm ki, bu cür resursların israfına görə xalq qarşısında cavabım yoxdur", - deyə M.Pezeşkian vurğulayıb.

M.Pezeşkian əlavə edib ki, bu qədər yanacaq qaçaqmalçılığı fonunda insanların enerji istehlakını idarə etmək üçün hökumətin qaz və elektrik enerjisini kəsməsini qəbul etməməsi təbiidir.
 

 


Ardını oxu...
Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış ölkə Prezidenti Yun Sok Yol barəsində həbs və axtarış qərarı verib.

Bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.

“İdarə təsdiq edir ki, həbs və axtarış qərarı dekabr ayının 31-də çıxarılıb və bu barədə ərizə İdarə tərəfindən Yun Sok Yol barəsində verilib”, - qurumdan bildirilib.
 

 

Ardını oxu...
  

Ermənistanın hakim “Mülki müqavilə” Partiyasından qovulan deputat Ovik Ağazaryan yeni siyasi partiyanın yaradılması üzrə təşəbbüs qrupunun genişləndirilmiş iclasını elan edib.

“Mən ölkəmə və cəmiyyətimə faydalı ola biləcəyimi hiss edirəm. İnanıram ki, təcrübəm dövlətin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə kömək edəcək”, - Ağazaryan bildirib.

O əlavə edib ki, “Mülki Müqavilə”nin digər keçmiş üzvləri də bu təşəbbüsə qoşulub, lakin onların adlarını hələ açıqlamayıb.

Daha əvvəl məlum olub ki, Ovik Ağazaryan “Mülki müqavilə” Partiyasından çıxarıldıqdan sonra siyasi birliyini yaratmaq qərarına gəlib. Ona parlamentin daha bir deputatı, hakim “Mülki müqavilə” fraksiyasından xaric edilən Akop Aslanyan da qoşulub. Ağazaryan qeyd edib ki, müzakirələrdən sonra partiyanın konsepsiyasında dəyişikliklər mümkündür. Əvvəlcə yeni siyasi qüvvə “Vahid Milli Sosialist Partiyası” adlanırdı.

Xatırladaq ki, oktyabrın sonunda Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan arasında mübahisə baş vermişdi və az qala davaya çevrilmişdi. Bundan az sonra Kyaramyan da bir sıra digər yüksək vəzifəli məmurlar kimi vəzifəsindən uzaqlaşdırılıb. Hadisədə iştirak edən deputat Narek Zeynalyan da istefa verib.

Ağazaryan istefa verməkdən imtina edib. “Mülki müqavilə”dən ayrıldıqdan sonra bitərəf deputat olub. Baş nazir Nikol Paşinyan onu dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatları açıqlamaqda ittiham edərək mandatından məhrum olunmasını tələb edib. Deputata qarşı Ermənistan Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini təşkil edən məlumatların yayılması) maddəsi ilə cinayət işi başlanıb, bunu Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.//Report

Ardını oxu...
Hurriyyet.az Türkiyənin "Hürriyet" nəşrinə istinadla xəbər verir ki, 1999-cu ildən bəri İmralı adasındakı həbsxanada saxlanılan terrorçu Abdulla Öcalan PKK terror təşkilatına çağırışla çıxış etməyə razı olub.
Qəzetin yazdığına görə, bu barədə terrorçulara yaxın olan Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM partiyası məlumat verib. Partiya fəalları Öcalanla həbsxanada görüşüblər.
Bəlli olduğu kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Devlet Bahçeli Öcalanın parlamentə gedib PKK-nı silahları yerə qoymağa çağırış etməsini təklif etmişdi. Bu təklifi Türkiyə Prezidenti R.T.Ərdoğan da dəstəkləyib.
Öcalan təkliflə razılaşdığını bəyan edib.
 
Ardını oxu...
“Rusiya hakimiyyəti Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazırdır, lakin onlar yerlərdə real vəziyyəti nəzərə almalıdırlar”.

“Report” xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində deyib.

“Biz danışıqlara hazırıq, lakin onlar Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və yerlərdə real vəziyyəti nəzərə almağa yönəldilməlidir”, - deyə nazir bildirib.
 
Ardını oxu...
Yaxın günlərdə ABŞ Konqresində “Gürcü arzusu” hökumətinin tanınmaması ilə bağlı qanunvericilik aktına start veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson məlumat verib.

“Gələn həftə mən ABŞ-ın Gürcüstandakı qeyri-qanuni diktatura rejimini tanımasını qadağan edən “Gürcüstan kabusu”nun tanınmaması haqqında qanunu təqdim edəcəyəm”, - deyə Wilson sosial media hesabında yazıb.

Onun sözlərinə görə, qanun layihəsində hazırkı prezident Salome Zurabişvilinin “azad və ədalətli seçkilər keçirilənədək Gürcüstanın yeganə legitim lideri” kimi tanınması təklif ediləcək.
 
 
 
Ardını oxu...
Rusiya ATƏT-in Minsk Qrupunun buraxılmasına razılığını Zaxarovanın dili ilə ifadə etdi.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Aşotyan Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib” sözlərini şərh edərkən deyib.

O bildirib ki, bu, Azərbaycan liderinin ilkin şərtlərindən biridir və artıq icra olunmaqdadır.
 

Dünyapress TV

Xəbər lenti