![]() |
![]() ![]() ![]() |
|
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, Vensin 40 yaşı var. O, Ohayo ştatında anadan olub. Ceyms nənəsinin himayəsində böyüyüb.
Orta məktəbi bitirdikdən sonra Vens ABŞ-nin Dəniz Piyadaları Korpusunda xidmətə başlayıb və İraq müharibəsi zamanı burada hərbi müxbir kimi çalışıb. O, 6 ay İraqda qalsa da hərbi əməliyyatlarda iştirak etməyib.
Dəniz Piyadaları Korpusunda xidmətdən sonra Ohayo Dövlət Universitetində təhsil alıb, burada siyasi elmlər və fəlsəfə üzrə təhsil alıb və nüfuzlu Yelsk Universitetinin hüquq fakültəsinə daxil olub. Sonra iş adamı Peter Tillə şərikli işləməyə başlayıb, 2017-ci ildə öz firmasını yaradıb.
Ceyms bu illər ərzində Trampı tənqid edərək, onun siyasətinə “dözmədiyi”ni bildirib. Lakin sonradan siyasətçi haqqında fikirlərini dəyişərək, onun haqqında yanıldığına diqqət çəkib. Ceyms 2022-ci ildə Ohayonun senatoru olub.
Onun 3 övladı var. Ceyms xanımı Uşi və övladlarının müşayiəti ilə nənəsindən qalan İncillə and içib.
Məncə, Cənubi Qafqaz Tramp administrasiyasının prioritetlər siyahısında ən aşağı yerlərə keçəcək, çox güman ki, diqqət ABŞ-Meksika sərhədi, Çin, Yaxın Şərqə yönələcək.
Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.
“Tramp administrasiyası dövründə əsas prioritetlər enerji təhlükəsizliyi olacaq: neft və qaz! Bu o deməkdir ki, Azərbaycan diqqət mərkəzində olacaq, Deməli, sizin regionda bu iki məsələ, enerji təhlükəsizliyi və İsrail (İsrail isə Azərbaycanla müttəfiqdir) ABŞ-ın xarici siyasətinə hakim olacaq”, - o bildirib.