Saytımızda Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziri Samiq Sadıxovun etdiyi qanunsuzluqlar,dövlət büdcəsini talaması və korrupsiya əməlləri ilə bağlı dəfələrlə yazılarımız getmişdir. Bu gün isə Sizə Şərur Regional Tibb Mərkəz PHŞ-in tabeliyində olan Şərur rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlardan yazacayıq. Bildiyiniz kimi Naxçıvan səhiyyəsi günü-gündən bata-bata gedir.Müəyyən dövr Naxçıvan səhiyyəsində yaxşılığa doğru hərəkətlilik olsa da,2024-cü ilin sonlarından sürətli formada çöküşə doğru getməyə başladı. Bunun əsas nəticəsi Talıbovun xanlığı vaxtında at oynadanlar bir müddət vəzifədən uzaqlaşdırılsalar da,yenidən dövlətdə əsaslı postları tutmağa başlamalarıdır. Sizlərə Şərur rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlardan danışacam.Talıbovlar dövründə Şərur RMX-da inzibati işlər üzrə müavin olan Cəfərov İsrafil Elşad oğlu,etdiyi qanunsuzluqlara görə işdən uzaqlaşdırılmağına baxmayaraq,yenidən Şərur Regional Tibb Mərkəzi PHŞ-nə satınalma şöbəsinə rəhbər gətirilib. İşçilərin verdiyi məlumata əsasən adam vəzifəyə təyin olunan gündən xəstəxananın təminatını deyil,öz cibini düşünür. Beləliklə özünün vəzifə bölgüsünə əsasən tabe olduğu Şərur regional Tibb Mərkəzi PHŞ-in inzibati məsələlər üzrə müavini Adət İbrahimovu heçə sayaraq,direktor vəzifələrini icra edən Asiman Yusifovla (Babək rayon Mərkəzi Xəstəxanasında baş həkim olan zaman istintaq orqanları tərəfindən etdiyi əməllərə görə dindirilib) əlbir olaraq Naxçıvanda fəaliyyət göstərən Azmedtech MMC (VÖEN 1302717781) ilə cinayət əlaqəsinə girərək tibbi avadanlıqları təmir edib ehtiyyat hissələr adı ilə pullar silərək bölürlər. Ümumiyyətlə xəstəxanada bütün təmizlik vasitələri və hətta təcili yardımda istifadə olunan dərmanları işçilərin özlərinə aldırırlar. İş vaxtı olmasına baxmayaraq işə ürəklərinin istəyi ilə gəlib gedirlər,əksər hallarda nahar fasiləsindən sonra İsrafil bəy nə özü nə də qeydiyyatçı olan həyat yoldaşı işə gəlmir. Bəllidir ki,hüquq mühafizə orqanları Şərur rayon Mərkəzi Xəstəxanasına yoxlama təyin edərək yoxlatdırsalar Şərur rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqları aşkar edərlər,dövlətin pulunun yeyintisinin qarşısını alarlar. Ümumiyyətlə xəstəxanada qanunsuzluqlar bununla bitmir,ixtisasca anestezioloq olan amma cərrahlıq edən Nurlan adlı şəxs xəstələrdən 1000.00 - 1500.00 manat alaraq qanunsuz olaraq əməliyyatlar edir. Əksər əməliyyatlar sənəddə qeysəriyyə əməliyyatı olsa da sənəd üzərində digər növ əməliyyat kimi qeyd olunur.Bəllidir ki,bu əməliyyatlar üçün İcbari Tibbi Sğortadan da bu əməliyyatlar üçün pullar da mənimsənilir. Xəstəxanada şəkər dərmanları şəkər xəstələri üçün verilsə də əksər hissəsi İsrafil bəyin vasitəsi ilə yoxa çıxarılır və Asiman bəy ilə öz aralarında bölünür.Xəstəxananın lifti işləmir,kt işləmir,laborator xidmət istəyən xəstələri də özəl xəstəxanalara yönləndirərək ordan faizlər alırlar. Hüquq mühafizə orqanlarından xahiş edirik İsrafil və Asimanın yeyintilərinin qarşısını almaq üçün yoxlama təyin edərək Şərur Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsə yoxlama təyin etsinlər,İsrafil və Asimanın yeyintilərinin qarşısını alsınlar.Hətta İsrafil əksər yerlərdə TMİB-in icraçı direktoru Vüsal Məmmədovun da adını hallandırır ki,Samiq Sadıxov məni işdən çıxartmışdı,yenidən TMİB-in icraçı direktoruna pul verib vəzifəyə gəlmişəm,o mənə heçnə edə bilməz. Yaxın günlərdə İsrafil Cəfərovun digər qanunsuzluqları barədə məlumatları dərc edəcəyik… Sima Babayeva TEREF