İkipilləli (fəlsəfə doktoru və elmlər doktoru) müdafiə sisteminin tətbiqinə qarşı çıxıram və hesab edirəm ki, burda da haqlıyam.
Bir müddət əvvəl Elmlər doktoru elmi dərəcəsinin ləğvi ilə bağlı statusuma görə əksər insanlar başlayblar ki, bəs sən niyə Ali Attestasiya Komissiyasını hədəfə almısan?
Bu insanlar ilk olaraq başa düşmürlər ki, bu elmi dərəcənin ləğvini AAK etmək səlahiyyətində deyil, bunu ancaq dövlətin daha yuxarı qurumları edə bilər. Müraciət ünvanımız oradır.
İkipilləli (fəlsəfə doktoru və elmlər doktoru) müdafiə sisteminin tətbiqinə qarşı çıxıram və hesab edirəm ki, burda da haqlıyam. “1999-cu ilin 19 iyun tarixində Boloniyada 29 ölkənin təhsil nazirləri tərəfindən “Boloniya deklarasiyası” adlı sənəd imzalandı. Sənədə əsasən, vahid Avropa elm və təhsil məkanının yaradılması qərara alındı. Sonradan “Boloniya prosesi” adlanan xəttə Avropa Şurasına daxil olan digər ölkələr, o cümlədən Azərbaycan da qoşuldu. Elə həmin sammitdə yeganə doktorluq dərəcəsinin “fəlsəfə doktoru” olması barədə qərar verildi.
Ali təhsil prosesinin nəticəsi olaraq ilk pillədə “bakalavr”, sonrakı pillədə “magistr” dərəcələri müəyyən edilir. Elmi tədqiqatın yekunu olaraq uğurlu dissertasiya müdafiəsindən sonra konkret şəxsə müvafiq sahə üzrə “fəlsəfə doktoru” elmi dərəcəsi verilir. Belə olan halda, Boloniya elm və təhsil sistemində nəzərdə tutulmayan elmlər doktoru alimlik dərəcəsi nəyə lazımdır?
Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur: Bu mövzular, bizdə sadəcə elmi dərəcə almaq üçün lazımdır. Dünyanın nüfuzlu universitetləri üçün lüzumsuzdur. Özümüz üçün yazılan bu işlər kimə gərəkdir? Ondansa kitablar, elmi məqalələr, elmi kəşflər, elmi yeniliklər olsun. Avropaya inteqrasiya ediriksə, Avropa təhsil və elm təcrübəsini götürürüksə, niyə sovetlərdən qalan elmlər doktoru adını hələ də saxlayırıq?
Məncə bu hüquqi nöqteyi nəzərdən fikirimi təsdiq edən cavabdır. Azərbaycan Avropa ölkəsi olmaq üçün mühüm işlər görür, buna görə də “Boloniya deklarasiyası” adlı sənəd bizə səlahiyyət verir ki, elmlər doktoru elmi dərəcəsi ləğv edilsin.
Keçək AAK məsələsinə.
Bəli, narazılığım var. XXI əsrdə yaşayan Azərbaycanda AAK-a təqdim edilən sənədlər kifayət qədər xərc aparır və bunu online formada etmək daha çevik və rahat şərait yaradar iki tərəf üçün də. İkinci narazılığım da AAK-ın professorluq üçün xarici ölkələrin adları çəkilən nəşriyyatlarıdır. Bu nəşriyyatlar Azərbaycanda tarixi və siyasi mövzularında kitabları çap etmirlər. Yaxşı olardı ki, bunu daha əlçatan nəşriyyatlar ilə yeniləsinlər. Vəsssalam. AAK qarşısında məni narazı salan məqamlar bunlardır.
Keçək bu qurumun fəaliyyətinə. Mən AAK-ı iki dövrə bölürəm. Famil Mustafayev gələnə qədər olan dövr və indiki. Əvvəl AAK açıq bazar idi, plagiat işlər və yararsız mövzular sərbəst şəkildə təsdiq edilirdi.
Lakin indi müsbət tərəflərə rast gəlirsən, plagiat işlər daha təsdiqə gedə bilmir. Eyni zamanda mənə görə ən düzgün qərar elmi referatlar ingilis dilinə tərcümə edilməlidir. Lakin onların çap formasında deyil, PDF formatda bütün dünya kitabxanalarına göndərilməsi də lazımdır. Ən azından istinadlar bizim alimlərə artar, yoxsa Azərbaycan dilində elmi referatı Avropa və MDB məkanında kim oxuyub istinad edəcək.
Məni razı salan daha bir AAK qərarı elmlər doktorları üçün monoqrafiya tələbidir. Buna etiraz etmək alimin zəifliyini göstərir. Professor elmi adının alınması sahəsində bir qədər "sərtləşdirmə" müsbət qarşılanmalıdır. Necə ola bilər ki, elmi dərəcə almış alim öz elmi istiqaməti üzrə sanballı monoqrafiya yaza bilməsin? Daha bunu yaza bilmirsə niyə professor olmalıdır ki?
Çox istərdim ki, AAK ekspert şurasında təmsil olunanlar müdafiədə də iştirak etsinlər. Əksər hallarda görürəm ki, iddiaçı müdafiə etdiyi ixtisas üzrə ən adi suallara da cavab verə bilmir. Bu addım diplom alma zamanını daha qısaldar və yerindəcə məlum olar ki, elmi işi bu özü yazıb yoxsa ona yazıblar?
AAK bildiyimə görə də, bütün mövzularda istənilən müzakirələrə açıq olan bir təşkilatdır və hesab edirəm ki, mənim narazı olduğum məqamlara fikir verəcək.
Dr.Zaur Aliyev
TEREF

Dünyapress TV

Xəbər lenti