Ardını oxu...
 

Avropa İttifaqı sammitində Rusiyanın dondurulmuş aktivləri ilə bağlı mühüm qərar qəbul olunub.

Musavat.con sammitin yekun bəyanatına istinadən xəbər verir ki, qərara əsasən Rusiya Ukraynadakı işğalçı müharibəni dayandırıb, Ukraynaya vurulan zərəri tam kompensasiya edənədək onun aktivləri dondurulmuş vəziyyətdə qalacaq.

Qərar bütün Aİ ölkələri üçün icrası məcburi xarakter daşıyır.

Sammitin bəyanatında deyilir ki, “Aİ qanunlarına əsasən, Rusiya Ukraynadakı müharibəni başa çatdırana və münaqişə nəticəsində dəyən “itkiləri kompensasiya edənə” qədər Rusiyanın aktivləri blokadada qalacaq. Avropa Şurasının (Aİ sammiti) qərarları Aİ təsisatları və onun bütün üzv dövlətləri üçün hüquqi cəhətdən məcburidir və yalnız başqa sammitin yekdil qərarı ilə yenidən baxıla bilər.

 


Musavat.com

 
 
 

Ardını oxu...
  

Ermənistan Türkiyə ilə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün tələbləri qiymətləndirmək barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistan Türkiyə ilə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi ilə bağlı razılığa gəlib. Eyni zamanda, biz Azərbaycana dəmir yolu infrastrukturumuzu yenidən işə salmaq, sərhəd nəzarətini və gömrük prosedurlarını sadələşdirmək, əlavə təhlükəsizlik mexanizmlərini təmin etmək üçün təklif etmişik".

Mirzoyan daha əvvəl bəyan etmişdi ki, Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun işə salınması, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsi ilə birlikdə Fars körfəzi ilə Qara, Xəzər və Aralıq dənizləri arasında səmərəli əlaqəni təmin edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bildirib ki, dəmir yolu əlaqəsinin bərpası məsələsinin həlli yolu tapılıb və bu, həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olacaq.

 

Şahanə Rəhimli
Musavat.com

 
 
 
Ardını oxu...
Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı Avropanı, AB-ni Gürcüstandakı böhranın həllinə kömək etmək üçün mümkün qədər tez hərəkət etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

“Bu, Gürcüstan üçün həlledici vaxtdır. Biz özümüzü 1921-ci ildə hiss edirik”, – Zurabişvili bildirib.
Prezident deyib ki, biz vətəndaş qarşıdurmasına doğru gedirik:

“Amma bölünən xalq deyil… Bir tərəfdə Gürcüstan xalqı, digər tərəfdə isə hakimiyyətin repressiya aparatıdır”.
Zurabişvilinin sözlərinə görə, Gürcüstanın hakim partiyası ən azı 2019-cu ildən Rusiya yolu ilə gedir və bunun təzahürü “Qavrilovun gecəsi” olub.

O, hakimiyyətin qəsb edildiyini elan edərək, “seçkilərin xüsusilə mürəkkəb bir şəkildə saxtalaşdırıldığını” iddia edib.

Prezident AB-ni Gürcüstanda siyasi böhrandan çıxış yolu ola biləcək yeni seçkilərə nail olmaq üçün bütün mövcud rıçaqlardan istifadə etməyə çağırıb.
 
Ardını oxu...
Xəbər verildiyi kimi dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova genişməzmunlu müsahibə verib. “Rossiya-1” televiziya kanalında yayımlanan müsahibədə olduqca maraqlı açıqlamalar verilib və bir sıra önəmli məqamlara toxunulub. Bununla da Prezident İlham Əliyev bütün dünyaya növbəti dəfə öz mesajlarını çatdırdı.
Müsahibədə bölgədə gərginlik yaratmaqa çalışan bir sıra xarici dövlətlərin fəaliyyətinə və o cümlədən Fransa ilə münasibətlərə xüsusi yer ayrılıb. Qeyd edilib ki, bəzi dövlətlər kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb.
Prezident İlham Əliyev bildirib: “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktyor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.
Ölkə başçısı qeyd edib ki, “Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.
Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi.
2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər.
Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır. Əgər ən başlanğıcda haradasa, necəsə bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərindən nüfuz etdiyimiz, fransız kolonializminin iyrənc simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladıqları, - həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, - vaxtda, əslində, biz görürük ki, uzun illər ərzində dünya ictimaiyyətindən nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəmirdi. Heç kim başının ağrımasını istəmirdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”, - dövlət başçısı vurğulayıb.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 
Ardını oxu...
“Ermənistanda türkyönümlü partiya yaratmaq istəyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni bloger Artur Çaxoyan deyib.

O, əvvəl də belə bir təşəbbüsün olduğunu bildirib:

“Ölkədə açıq şəkildə türk partiyası yaratmaq istəyirlər. Sanki bir növ nəyəsə hazırlıq gedir. Daha əvvəl də belə bir partiyanın yaradılmasına cəhd göstərildi. Lakin mənim də iştirakımla qarşısını almışdıq. Hökumət nəticədə məni təqib etməyə başlamışdı. İndi məsələni təkrar gündəmə gətiriblər. Türkönümlü partiyanın yaradılması üçün yeni təşəbbüslər var”.
 
Ardını oxu...
İsrailin Suriyaya müdaxiləsinin nəticələri ağır olacaq, müqavimət qüvvələri (proksilər – red.) mübarizəni davam etdirəcəklər.

TEREF xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xameneyi deyib.

“Suriyada baş verən hadisələrdən istifadə edən ABŞ, sionist rejim (İsrail) və müttəfiqləri cinayətlərini davam etdirirlər. Dəməşqdə hakimiyyət dəyişikliyini müqavimətin sonu kimi təqdim etməyə çalışırlar. Bu, ən böyük səhvdir. Qəzza zolağı və Livan mübarizəni davam etdirir. İsrail Livandakı “Hizbullah” qüvvələrini mühasirəyə almaq və məhv etmək məqsədilə Suriyanın torpaqlarına hücum edir. Amma məhv ediləcək olan məhz İsrail olacaq”, - İran lideri bildirib.

Teleqraf.com
 
Ardını oxu...
“Biz Ukraynadakı münaqişənin həlli üçün səylə çalışırıq. Bu, çox çətin məsələdir”.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın yeni prezidenti Tramp mətbuat konfransında bildirib.

Onun sözlərinə görə,buna baxmayaraq bu məsələdə müəyyən irəliləyişə nail olublar: ” Mən münaqişənin həlli ilə bağlı Putinlə əlaqə saxlamaq niyyətindəyəm”-deyə Tramp bildirib.
 
Ardını oxu...
Ukraynanın iştirakı Rusiya ilə ABŞ arasında danışıqları qeyri-mümkün edə bilər.

Demokrat.az xəbər verir ki, münaqişənin sülh yolu ilə həllinə dair suallardan biri də Ukraynanın bu prosesə hansı mərhələdə cəlb olunacağıdır. Bu sözləri britaniyalı politoloq deyib.

Britaniyalı politoloq Anatole Lieven bildirib ki, sülh danışıqları ilkin mərhələdə Moskva ilə Vaşinqton arasında aparılmalıdır.

Lieven hesab edir ki, Ukrayna danışıqlarda onu maraqlandıran bütün məsələləri qaldıra bilməyəcək:

“Bu proses çox mürəkkəb olacaq. Əgər Ukrayna əvvəldən danışıqlarda iştirak etsə,irəliləyiş tamamilə qeyri-mümkün olacaq. Hər hansı təklif edilən kompromis dərhal ictimailəşəcək. Nəticədə Avropada, Ukraynada, ABŞ Konqresində və Amerika mediasında etiraz fırtınasına səbəb olacaq”.
 
Ardını oxu...
İsrail İrlandiyadakı səfirliyini bağlayıb.

Nextatv xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Naziri açıqlama verib. Səbəb kimi ölkənin anti-İsrail siyasət yürütməsi göstərilir.

Nazir açıqlamada həmçinin, Moldovada səfirliyin fəaliyyətə başlayacağını da qeyd edib.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanla atəşkəs danışıqlarını müzakirə etmək istəməyib.
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

O bildirib ki, V.Orban tərəflər arasında atəşkəsi müzakirə etmək üçün V.Zelenski ilə danışmaq istəyib, amma rədd cavabı alıb.

Dünyapress TV

Xəbər lenti