Ardını oxu...
Diqqətlə oxuyun, ehtiyac olduqda başqalarını da marifləndirin,
Bu barədə AR-nın Vergi Məcəlləsində bir çox güzəştlər nəzərdə tutulur. Onlardan daha vacib və işçilərin daha çox rastlaşdığı və gəlir vergisindən azad olan ödəmələr:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri.
Əvəzsiz dövlət köçürmələri, dövlət pensiya və təqaüdləri.
Hüquqi şəxsin, onun filialı, nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə AR-nın Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar
Azərbaycan Respublikasının qanunları və ya müvafiq icra hakimiyyəti orqanının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar.
Dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri, dalğıc işləri üçün ödənilən mükafatlar, alimentlər.
Təqvim ili ərzində alınan: hədiyyə, birdəfəlik müavinətlər və maddi yardımlar.
Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri.
İş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin (gündəlik 15 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri.
Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri və sair.
Azər Quliyev.
Teref.az
Ardını oxu...
Payız-qış mövsümü başlayıb.

İlin soyuq aylarında əhali mənzillərin isidilməsində təbii qazdan daha çox istifadə edir. Ölkəmizdə təbii qazın verilməsində qiymətlər üzrə limit müəyyənləşib.

Yəni əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün bir tarif, digər 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün başqa tariflər müəyyənləşdirilib.

Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib.

Vətəndaşların bəziləri təbii qazın aşağı tariflə, yəni hər kubmetrə görə 12 qəpik ödənilən həcmini aşdıqlarını bildirirlər.

Qaz limitləri ilə bağlı son statistika necədir?

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev Cebhe.info-nun sorğusuna cavabında rəqəmləri təqdim edib:

"2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 61,0 %), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7 %) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3 %) qazdan istifadə edib".
 
Ardını oxu...
Astara rayonu Ərçivan qəsəbə sakini Xalid Məmmədov deyir ki, atası Vaqif Məmmədov bu ilin aprelində 65 yaşında vəfat edib, amma ona iş yerindən çatası pulu ala bilmirlər.

Onun əlavə etməsinə görə, atası cəmi iki ay pensiya ala bilib və o da müalicəsinə xərclənib: "Müalicəsi böyük pul istəyirdi. Bankdan kredit götürdü. Müalicə düz getmədi. rəhmətə getdi. Atam Astara Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində müəllim işləyib, mədəniyyət sahəsində çalışıb, rayon icra hakimiyyəti başçısının birinci müavini olub. 20 ilə yaxın idi ki, müəllim işləyirdi. Dəfn pulunu - 500 manatı aldıq. İş yerindən veriləcək pulunu isə ala bilmirik".

"Hara lazımdır şifahi və yazılı müraciət etmişəm"
X.Məmmədov xatırladır ki, qanunvericiliyə əsasən, ölən adamın keçmiş iş yerindən əməkhaqqının üç misli ailəsinə verilməlidir: "Hara lazımdır şifahi və yazılı müraciət etmişəm. Astara-Lənkəran regional təhsil şöbəsinə, prezidentə, Elm və Təhsil Nazirliyinə məktub yazmışam. Cavab yoxdur. Get-gələ salırlar. İnanın ki, yorulmuşam. Desələr, gözləyin, gözləyərəm. Heç nə demirlər".

Onun sözlərinə görə, kredit alınan bankda da olub: "Bank dedi ki, krediti ödəməlisiniz, ödəməsəniz, məhkəməyə verərik, sizin üçün ağır keçər. Əlimə pul gələndə hər dəfə 50-60 manat ödəyirəm. Belə başa düşdüm ki, qanunlar işləmir".

V.Məmmədovun qardaşı Fəxrəddin Məmmədov isə hesab edir ki, bank borcları pensiya sığortasından ödənilsə, yaxşı olar: "Qardaşım xəstə yatdı. Belində yırtıq var idi. Onu əməliyyat edəndən sonra dünyasını dəyişdi. Yanvarda 65 yaşı tamam oldu, pensiyaya çıxdı".

"Dedilər ki, belə bir mexanizm yoxdur"
F.Məmmədovun deməsinə görə, qardaşı işdən çıxmamışdı: "Cəmi iki ay pensiya ala bildi. Qardaşımın pensiya sığortası yığılıb qalıb. Dedik ki, heç olmasa, bu pulla bankın borcunu ödəyək. Dedilər ki, belə bir mexanizm yoxdur. İndi oğlu onun bank borcunu ödəyir. Heç olmasa, sığorta pulunun bir hissəsini ailəsinə verin, öz problemlərini həll etsinlər. Dedilər ki, azyaşlı uşağı olsaydı, verilərdi".

X.Məmmədov deyir ki, belə bir vəziyyətdə məhkəməyə müraciət də məsrəf tələb edir: "Pulu haradan gətirim?! İnanmıram ki, məhkəmə çəkişməsi müsbət nəticə versin. Ümid edirəm ki, şikayətimi eşidəcəklər".

Rəsmi cavab...
Astara-Lənkəran təhsil şöbəsinin Astara sektorundan bildiriblər ki, sənədlər Maliyyə Nazirliyinə göndərilib: "Dünyasını dəyişmiş daha bir müəllimin ailəsinə pul ödənməlidir, o da qalıb. Maliyyə Nazirliyi haçan vəsait ayırsa, biz ödəyəcəyik".

Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu
 
Ardını oxu...
Son 2 gündə mənə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə çoxlusayda bu növ müraciətlər daxil olur.
Neftçilər günü münasibətilə işçilərə ödənilən 500 manat mükafatdan-gəlir vergisi,məcburi sosial sığorta haqqı və sair digər ödəmələrin tutulması qanunidirmi?
Bununla əlaqədar bildirirəm ki, qüvvədə olan AR-nın Vergi Məcəlləsində və digər digər qanunvericilik aktlarında:işçilərə ödənilən bu növ mükafatlardan - vergi, məcburi sosial sığorta və sair sahələrdə güzəştlər nəzərdə tutulmayıb və ya azad edilməyib. Göstərilən səbəblərdən işçilərə ödənilən - 500 manat məbləğində mükafatdan: gəlir vergisi, məcburi sosial sığorta haqqı, tibbi sığota və işsizlik sığortası kimi məcburi, həmkarlar ittifaqı təşkilatına üzvlük haqqı və digər məcburi və könüllü ödəmələr tutulur.
Azər Quliyev.
Teref.az
Ardını oxu...
“Son 10 ilə nəzər salsaq, görərik ki, tələbə təqaüdləri bu müddət ərzində 10 dəfədən çox artırılıb”.

Bu fikirləri ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin artırılma ehtimalını dəyərləndirən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, təqaüdlərin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək:

“Xatırladım ki, ölkə universitetləri 2010-cu ildən özünümaliyyələşdirmə sisteminə keçib. Bu isə o deməkdir ki, dövlət sadəcə 52 ali təhsil müəssisəsində təhsil alan 60 min tələbənin təqaüdünü yox, həm də onların təhsil haqlarını ödəyir.

Buraya dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunan tələbələr daxildir. Nəzərinizə çatdırım ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur. Onlardan başqa, bəzi universitetlərin daxili təqaüd proqramları da var.

Yəni universitetə qəbul olma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd müəyyənləşir. Bu isə o deməkdir ki, hər bir tələbənin təqaüd almaq imkanı var. Amma çalışqan və vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirmək lazımdır.

Təklif edirəm ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və universitetlərin ödənişli təhsildən əldə etdikləri vəsaitlər hesabına yaradılan fonddan da adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin.

Qeyd olunan məsələyə gəldikdə isə tələbələrin təqaüdləri hər il prezident tərəfindən qaldırılır. Son 10 ilə nəzər salsaq, görərik ki, tələbə təqaüdləri bu müddət ərzində 10 dəfədən çox artırılıb”.
 

Ardını oxu...
Mehdiyev Anar Aslan oğlu Yevlax rayon Havarı kənd sakinidir. O, sözügedən ərazidə çirkab sularının axıdılması üçün qurğu sisteminin olmamasından və yolların bərbad vəziyyətdə olmasından gileylənir. Yevlax rayon İcra hakimiyyətinin başçısının nümayəndəsi Xanlar Musayev Toplum TV-yə bildirdi ki, rayon ərazisindəki yollar bərbad vəziyyətdə deyil.

Sadəcə yağış yağanda kənd yolu yağış suyu ilə dolur və Mingəçevir şəhərindən gətirilən eskalatorlarla yollar hamarlanır.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

Ardını oxu...
Bu gün İranın Ermənistana göndərdiyi və Qarabağdan məcburi köçkünlər üçün nəzərdə tutulmuş humanitar yük Sünikə (Zəngəzur) gəlib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, yükü Qafanda Sünik vilayətinin qubernatoru Robert Qukasyan və İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani qarşılayıb.

Yük maşınlarında təxminən 60 ton humanitar yardım olub.
 
Ardını oxu...
Bildiyiniz kimi, Azərbaycan Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb.

İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən üzə çıxıb. Ümumiyyətlə, 2020-ci ildə 44 günlük müharibədən sonra mina partlayışı nəticəsində 314-dən çox ölüm faktı qeydə alınıb.

Maraqlıdır, zərərçəkənlərin yaxınları bununla bağlı Avropa Məhkəməsinə müraciət edərək təzminat tələb edə bilərmi?

TEREF[b][/b].AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Azərbaycan bununla bağlı Avropa məhkəməsinə müraciət etməlidir:

“Sübut etməlidir ki, belə bir fakt olub, zərərçəkmişlər var. Bundan sonra təzminat tələb etmək olar. Yaxşı olardı ki, zərərçəkmişlərin özləri və yaxınları bu cür müraciət etsinlər.

Həmin adamlara hökumət tərəfindən kömək edilərdi, vəkil ayrılardı, hüquqi yardım göstəriləydi ki, fərdi qaydada bu şəxslər müraciət etsinlər. Əgər belə bir imkan yoxdursa, hökumət özü etməlidir. Amma təcrübədə bu səmərəsizdir. Daha yaxşı olardı ki, fərdi şikayətlər olsun. Sadəcə hökumət bu faktlardan istifadə edərək mina xəritələrinin verilməməsi və ya təhrif olunmuş xəritələrin verilməsi ilə bağlı iddia qaldıra bilər, təzminat tələb edə bilər. Heç olmasa, Avropa Məhkəməsində buna nail ola bilər”.

O bildirib ki, xeyli sayda ermənilər Qarabağdan könüllü olaraq çıxır:

“Ehtimal var ki, Azərbaycana qarşı Avropa Məhkəməsinə minlərlə şikayət göndəriləcək. Həmin şikayətlərin qarşısını almaq üçün bizim şikayətçilər də iddiaları indidən qaldırmalıdırlar".
 
 


 
Ardını oxu...
İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə - işçilərin mənafeyinə xidmət edir. Attestasiyanın keçirilməsinin əsas məqsədi:
1.Qanunvericilikdə nəzərdə tutulan qaydada əmək şəraiti təhlükəli, zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə - güzəşt və kompensasiya verilməsinin əsaslandırılması:
Əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində - 1,04, orta səviyyəsində - 1,08
yuxarı səviyyəsində - 1,12 faiz,
Əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində - 1,16. orta səviyyəsində - 1,20. yuxarı səviyyəsində - 1,24 məbləğində tarif (vəzifə) maaşına artım əmsalı təyin olunur.
2. Qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
3. Peşə xəstəliyi şübhəsinin təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli.
4. İşçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sahənin və istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması.
5. İşçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə daxil edilməsi.
6. İş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi.
7. Əməyin mühafizəsi üzrə qanunvericiliyin pozulması ilə əlaqədar təqsirkar vəzifəli şəxslərə inzibati sanksiyaların tətbiqi.
8. Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amilləri olan iş yerlərinin müəyyən edilərək, onların həmin iş yerlərinə buraxılmaması və digər yüngül işlərdə çalışmasının təmin edilməsi.
9. İşəgötürən - attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
10. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin - kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
11. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tər-dən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
12. İş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız,qərəzli və qeyri -obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
Azər Quliyev.
 

Dünyapress TV

Xəbər lenti