Bazarlarda yanan milyonlar -
Bu gün Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın baş verib. Yanğın nəticəsində inşaat materialları yanıb.

Bu da həmin bazarda fəaliyyət göstərən bir çox sahibkara dəyəri milyon manatlarla hesablanan maddi ziyan vurub. Sahibkarların bildirdiyinə görə onların malları sığortalanmayıb.

Xatırladaq ki, bu Azərbaycanda baş verən ilk hadisə deyil. Belə yanğınlar nəticəsində ölkənin bir çox iri bazarları yanıb və bu da orda fəaliyyət göstərən sahibkarlara ziyan vurub.

Oxşar hadisənin yenidən baş verməsi bazarda fəaliyyət göstərən sahibkarların məhsullarının sığortası ilə bağlı problemi təkrar gündəmə gətirib.

Belə bazarlarda sahibkarlar öz məhsullarını sığortalamaq isətmir, yoxsa sığorta şirkətləri buna maraqlı deyil?

Qaynarinfo məsələni sığorta eksperti İlkin Nəcəovla müzakirə edib.

İlkin Nəcəfov bildirib ki, anbar və vitrindəki malların sığortası daşınmaz əmlakın icbari sığortasına aid deyil:

"Daşınmaz əmlakın icbari sığortası binanın əsas konstruksiyalarını - qapısını, pəncərəsini, tavanını, döşəməsini, daxili təmir işlərini əhatə edir. Burda yananlar isə sahibkarın mallarıdır".

Ekspert bildirib ki, sahibkarın mallarının sığortalanmamasının da bir çox səbəbləri var:

"Birinci səbəb odur ki, bazarlar normal standartlara uyğun deyil. Sığorta şirkətləri də riski götürüb təkrar sığorta eləməlidirlər. Onların fəaliyyət göstərdikləri vəziyyət çox təhlükəlidir. Sığorta üçün heç bir cəlbediciliyi yoxdur. Bazarların standartları qaldırılmalıdır. Məsələn, bu gün Abşeron Ticarət Mərkəzi tikilib. Biz bura ilə Binə Ticarət Mərkəzini, Sədərək Ticarət Mərkəzini müqayisə edə bilərik? Edə bilmərik. Çünki burda standartlar gözlənilib, yanğına davamlı mallar istifadə edilib. Yanğınsöndürən maşının keçməsi üçün yerlər, hidratlar, su hovuzları - hamısı normasına uyğun tətbiq edilib. Qısa zamanda hamı bu ticarət mərkəzini sığortalamaq istəyəcək. Amma "Euro Home"u, "Sədərək" Ticarət Mərkəzini, "Dərnəgül" tikinti bazarı sığortalamaqda maraqlı deyillər.

Sığorta şirkətlərinin sehirli çubuğu yoxdur ki, sahibkardan 10 manat alıb, sabah ona 100 min versin. Sığorta şirkəti riski hesablayır. Əgər risk adekvat deyilsə və bu riski təkrar sığorta bazarında yerləşdirə bilmirsə, sığorta şirkəti bu riskin altına girə bilməz və girmir. Sahibkarların da yadına sığorta ancaq malları yanandan-yanana düşür. Sonra birtəhər hardansa kompensasiya alırlar, bazar sahibi ilə danışıb qiymətləri 3-5 manat aşağı edəndən sonra sığorta yadlarından çıxır. Bu da məsələnin ikinci tərəfidir”.

İlkin Nəcəfov bildirib ki, həmin yerləri sığortalamaq üçün həm sahibkarlar, həm Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdaərəsi, həm sığorta şirkətləri birlikdə iş görüb, qərar verməlidir:

"Tez alışan məhsulların satışı, daşınması, qorunması xüsusi normativ və standartlarla həyata keçirilməlidir. Əgər bunlara əməl olunmursa, artıq sığorta şirkəti burda aciz qalır".

"Bazar sahibləri niyə sığorta qaydalarına uyğun olan infrastruktur yaratmaqda maraqlı deyil” sualına cavab olaraq ekspert bildirib ki, onlar hər bir halda pulunu qazanır:

"Bazarlarda normal infrastruktur yaradılmalıdır ki, bu risklər sığortaçı üçün cəlbedici olsun. Bazar sahiblərinin nəyinə lazımdır? O olmasın, başqası olsun. İnfrasruktur yaratmaq üçün pul qoymaq lazımdır. Onlar da həmişə pul qazana bilirlər. Bazar sahibləri bu halda heç nə itirmir. Həmin sahibkar olmayacaq, yeri başqa sahibkara verəcək və pulunu qazanacaq".

Hüquqşünas Əkrəm Həsənov isə deyib ki, bu vəziyyətdə əgər sığorta yoxdursa, baş vermiş yanğında kiminsə təqsiri varsa, həmin şəxsdən vurulan zərərin əvəzini tələb edilə bilər. Lakin məsələyə ciddi baxılmalı və kimi təqsiri olduğu müəyyən edilməlidir:

"Burda müxtəlif variantlar var. Ola bilər ki, kimsə gəlib oranı bilə-bilə yandırıb. Bu zaman həmin şəxsi cinayət məsuliyyətinə cəlb edəcəklər, o da vurlumuş zərəri ödəməlidir. Digər bir səbəb ehtiyatsızlıq ola bilər. Hadisə ya ehtiyatsızlıqdan, ya da təsadüfən baş verib. Bu halda bazarın sahibinin təhlükəsizlik tədbirlərini görüb-görməməsini müəyyən etmək lazımdır. Hər bir obyektdə yanğından mühafizə ilə bağlı tədbirlər görülməlidir. Əgər bu tədbirlər görülməyibsə, obyektin sahibindən vurulan zərərin əvəzini tələb edə bilərlər. Üçüncü variant da odur ki, bədbəxt hadisədir, təsadüfən baş verib. Obyektin sahibi də təhlükəsizliklə bağlı bütün tədbirləri görüb, buna baxmayaraq, təsadüfən yanğın olub. Bu halda sahibkar heç kimdən ona vurulan zərərin əvəzini tələb edə bilməyəcək. Çünki günahkar yoxdur. Əgər özü əmlakını sığortalasaydı, sığorta şirkətindən haqqını tələb edə bilərdi. Bütün bunlar da böyük bir prosesdir və vaxt aparır. İnanmıram ki, oranı kimsə bilə-bilə yandırıb. Bu bədbəxt hadisədir, sadəcə müəyyən etmək lazımdır ki, obyektin sahibi bütün tədbirləri görmüşdü, ya yox”.

Bölmənin digər xəbərləri

18 İyun 2025 Azərbaycanda nə qədər işsiz var?
17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR

Dünyapress TV

Xəbər lenti