Ardını oxu...
“Sitrus bağlarım su altında qaldı, limon ağaclarımın bir hissəsi məhv oldu. Gəlib baxdılar, yazıb-pozub getdilər. Sığortam olmadığı üçün pul verməyəcəklər. Fəhləliyi də bacarmıram, qışı necə yola verəcəm, bilmirəm”.

Bunu Meydan TV-yə astaralı fermer Xamis Məmmədov bildirib. Onun sözlərinə görə, bu il güclü yağış və sel təkcə təsərrüfatlara deyil, evlərə də zərər vurub. Qış üçün yığılan aquzə su altında qalıb.

Zaqatalada isə fındıq bağlarına zərər dəyib. Rayonun Yolayrıcı, Tala və digər kəndlərdə onlarla fermerin bağı su altında qalıb. Kəndlilər deyirlər ki, bir tərəfdən də toplanmış fındığın qiyməti əziyyətlərinin qarşısında ucuzdur. Kəndlilərdən biri danışıb ki, son iki ildir fındıq qazanc gətirmir, satıb borclarını ödəyə bildiklərinə şükür edirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, təkcə intensiv yağışlar, dolu və sel deyil, havaların quraqlıq keçməsi də kənd təsərrüfatına ciddi ziyan vurub, bütün sahələrdə məhsuldarlıq aşağı düşüb.

“Havaların isti keçməsi nəticəsində bitkiçilikdə suya tələbat artıb. Azərbaycanda su ehtiyat kifayət qədər olsa da, davamlı su təminatı üzrə sistem qurulmayıb. Son zamanlar isə havaların kəskin dəyişməsi, dolu, intensiv yağışların yağması, sel sularının əmələ gəlməsi kəndlilərin yaşayışına, təsərrüfat işlərinə ciddi təsir edib”,-ekspert deyib.

O bildirib ki, qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri ilə bağlı araşdırma aparıb. Araşdırmalar göstərib ki, bütün məhsullarda məhsuldarlıq ciddi şəkildə aşağı düşüb. Lakin ölkə üzrə statistikanı dəyişməklə bunu gizlətməyə çalışırlar:

“Ötən ilin sonunda bu il üçün payızlıq buğda əkini həyata keçirilmişdi. Əkin ərazisini 1 milyon 58 min hektar göstərimişdilər. Amma taxıl yığımında Dövlət Statistika Komitəsi rəqəmi aşağı salıb, təxminən 160 min hektar azaldılıb. Çünki həmin ərazilərdə bir kiloqram olsa belə məhsul əldə edilməyib. Həmin 160 min hektar məhsuldarlıqda görünəcəkdi, məhsuldarlıqla bağlı göstəricilərə təsir edəcəkdi deyə, ərazi statistikadan çıxarılıb”.

Vahid Məhərrəmlinin sözlərinə görə, kartof əkini azalıb, kartof istehsalında da azalma müşahidə edilir. Nar, xurmada da məhsuldarlıq yüksək olmayıb. Bundan sonra nə baş verəcəyi də bəlli deyil, çünki intensiv yağışlar davam edəcək.
 //meydanTV//
 

Ardını oxu...
DİA.AZ: - “Yaşadığımız yer zirzəmidir. Yerdən 5 metr aşağıda yaşayırıq. Havasızlıqdır, pəncərə yoxdur. Burada məcburən imkansızlıqdan, çarəsizlikdən yaşayırıq”.
DİA.AZ bildirir ki, Nərimanov rayonu, Arif Heydərov küçəsində yerləşən binanın zirzəmisində yaşayan sakinləri birləşdirən bir şey var: Maddi imkansızlığa görə başqa evə köçə bilməmək. Bu səbəbdən onlar zirzəmidəki pəncərəsiz, rütubətli evlərdə yaşamalı olurlar.
Rəhman Əhmədov da həmin sakinlərdən biridir. Cəbrayıldan məcburi köçkün düşən Rəhman uzun illər Biləsuvar rayonunda yaşasa da, imkansızlıq və işsizlik onu Bakıya üz tutmağa vadar edib. O da həyat yoldaşı və xəstə qızı ilə birlikdə binanın təxminən 5 metr dərinliyindəki birotaqlı evdə məskunlaşıb.
“2018-ci ildən binanın zirzəmisində yaşayırıq. Vəziyyətimiz acınacaqlıdır. Havasızlıqdır, nəmişlikdir. Kondisionerin sayəsində birtəhər yaşayırıq. Övladım xəstədir, 9 ildir fəhləliklə qazandığım uşağın müalicəsinə, həkimlərə gedib, yenə də çatdıra bilmirəm. Hal-hazırda uşağı psixoloqa aparırıq, yüksək məbləğlər istəyirlər, qarşılamağa gücümüz çatmır. Dolanışıq, sosial yardım, uşaqpulu yoxdur. Qalmışıq belə çarəsiz vəziyyətdə. Bilmirik gedib dərdimizi kimə deyək?”, - Rəhman Əhmədov deyib.
Digər sakin Sima Emilova da 2006-cı ildən bu binanın zirzəmisində yaşadığını bildirir. Yol idarəsində xadimə işləyən Sima Emilova məcburiyyətdən burdan ev aldığını deyir:
“Yol idarəsində xadimə işləyirəm, İlhamın ayağının altını təmizləyirəm. İmkan olmadığına görə binanın zirzəmisindən ev almışam. İmkan olsa idi torpaq alardım, ev tikərdim, ancaq gücüm burdan ev almağa çatdı. Kirayələrdən boğaza yığılmışdım. Bura da rütubətli olduğuna görə ayaqlarım tutulub, oynaqlarım sızıldayır, amma kirayələrdə qalmaqdan bura yaxşıdır. 14 kvadratlıq pəncərəsiz evdə qalıram. Axşam 12-yə kimi çöldə otururam, gecə də yatmağa gələndə ventilyatoru qoşuram. Kanalizasiya olmadığından paltarları da əl ilə yuyuram. Çox çətin şəraitdə yaşayırıq. Bununla bağlı icra hakimiyyətinə, bələdiyyəyə şikayətlər etmişik, hər dəfə deyirlər, məcburi köçkünlər köçsünlər, sonra düzəldərik”.
Cəbrayıl rayonundan məcburi köçkün düşən Habil Hüseynov da 2006-cı ildən bu zirzəmidə yaşayır. Pəncərəsiz, havasız yerdə yaşamağın çox çətin olduğunu bildirən Habil Hüseynov tezliklə öz kəndinə qayıdacağı günü gözləyir.
Ardını oxu...
Qobustan sakini Tural Xankişiyev 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Meydan TV-yə danışır ki, Ağdərə döyüşlərində yaralanıb. Müalicə alandan sonra da evinə yox, döyüşə qayıdıb.

Hazırda səhhətində ciddi problemlər var. Üstəlik, evsizlik, sosial qayğılar da durumunu digər tərəfdən ağırlaşdırır.

“Gözümü anamın maaşına dikmək ağır gəlir”

Tural Xankişiyev danışanda kəkələyir. Fikrini fasilələrlə, rabitəsiz ifadə edir. O, çətinliklərlə yaşadığını izah etməyə çalışır:

“Kimdənsə daha çox əziyyət çəkdiyimi demək istəmirəm. Ailəmlə pis vəziyyətdəyik də… Evimiz yoxdur, kirayədə yaşayırıq. Çətinliklərim çox olub. Hətta yaralananda da yoldaşlarımı tək qoymamaq, onların yanına qayıtmaq haqda fikirləşirdim. İndi isə ən adi qayğıların öhdəsindən gələ bilmirəm. Anamla, qardaşımla yaşayıram. Nə mən iş tapa bilirəm, nə də qardaşım”.

Müharibə iştirakçısı deyir ki, Qobustan Rayon İcra Hakimiyyəti ona torpaq sahəsi ayırıb.

Amma ev tikməyə maddi imkan yoxdur.

“Anam xadimə işləyir. Gözünü onun maaşına dikmək adama ağır gəlir. Qardaşımla iş tapmaq üçün çox yerə üz tutmuşuq. İş olanda günəmuzd işləmişik. Təsəvvür edin ki, mən bu vəziyyətdə fəhləlik eləmişəm. Müharibə iştirakçısı kimi 80 manat müavinət alıram. Necə yaşayım bu pulla?! Əslində, biz anamıza baxmalıyıq. Amma çox çarəsiz vəziyyətə düşmüşük”, – Tural Xankişiyevin sözləridir.

“Çox pis hallara qalıram”

27 yaşlı Qobustan sakini güclü ağrılardan düz-əməlli yata bilmədiyini deyir. Onun sözlərinə görə, pulsuzluqdan uzun müddətdir müalicə oluna bilmir. Maddi sıxıntılar o qədər çoxdur ki, indi buna əsas məsələ kimi də baxa bilmədiyini də xüsusi vurğulayır:

“Ayda 4-5 dəfə tutmalar olur. Özümdən gedirəm. Çox pis hallara qalıram. Çalışıram, küçədə tək gəzməyim. Heç kimin görmədiyi yerdə yıxılıb qala bilərəm. Ölsəm, anam bu yükü qaldıra bilməz. Əslində, ciddi müalicəyə ehtiyacım var. Amma indi o barədə düşünə bilmirəm. Yeganə fikrim odur ki, ev məsələsi həllini tapsın”.

“Kommunal xərcləri güclə ödəyirik”

Anası Məlahət Baxışova da söhbətə qoşulur. Övladlarının çox əziyyət çəkdiyini, çarəsiz vəziyyətdə olduqlarını bildirir.

“Uşaqların evlənmək vaxtı çatıb. Amma heç bir addım ata bilmirik. Belə şəraitda ailə genişlənə bilməz. Evsizlik çox mane olur”.

Tural Xankişiyev əlavə edir ki, evi olmadan hər qız onunla evlənməyə razı olmaz. Müharibə iştirakçısı ailənin gəlirlərilə yalnız ərzaq almağın mümkün olduğunu bildirir:

“Çox çətinliklə üzləşirik. Kommunal xərcləri güclə ödəyirik. Sözlə ifadə ediləsi deyil”.

“Hələ də kirayəyə borcum var”

Tural Xankişiyev yalnız 2023-cü ilin əvvəlindən 80 manat müavinət almağa nail olub. Dediyinə görə, bunun üçün də xeyli mübarizə aparmaq lazım gəlib. İki ildən çox gözləyib. Problemlərini çatdırmaq üçün dəfələrlə Bakıya – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib-gəlib. Gileylənir ki, nazirlikdə də ona biganə yanaşıblar. Məsləhət görüblər ki, dərdini yerli icra orqanına desin. “Sənin problemin bizlik deyil” – ifadəsini eşidib.

Tural Xankişiyev Qobustan Rayon İcra Hakimiyyətindən şikayətlənmək istəmir. Ona torpaq sahəsi ayrıldığını unutmur:

“Mən təsəvvür eləmirəm ki, gələcəyim necə olacaq. Bu haqda düşünmək olmur. Təkcə onu fikirləşirsən ki, bu günün yükünü necə çəkim? Hər şey çox çətin görünür. Həyatı davam etdirmək üçün, heç olmasa, ev olmalıdır. Kirayə pulunu ödəyə bilmirik. Belə davam edə bilməz”.

Müharibə iştirakçısı kirayə pulunu ödəyə bilmədiklərini dilə gətirir. Ev sahibi uzun müddət dözümlü yanaşıb. Hərdən pulunu tələb etməli olur.

“Nişan üzüyümü satdım ki, kirayə pulunu ödəyim. Evin sahibi oktyabrın sonuna qədər vaxt vermişdi. Hələ də 300 manat borclu qalmışam”, – müharibə iştirakçısı əlavə edib.

İcra hakimiyyəti nə deyir?

Qobustan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, indiyə qədər Tural Xankişiyevə mümkün qədər diqqət göstərməyə çalışıblar:

“Ona bir neçə yerdən torpaq sahəsi təklif olunub. Hətta bəyənmədiyi yer dəyişdirilib. Bundan sonra da diqqətimizdə olacaq”.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR), Şahbuz rayonu, Biçənək kənd sakini, II qrup əlil Hacıyev Abduləli Xanlar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şahbuz rayonunun icra başçısı Rafael Babayevdən şikayətçidir:

“Mən, II qrup əlil Hacıyev Abduləli Xanlar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Şahbuz rayon İcra Hakimiyyətinin rəhbəri Rafael Babayevin qəbulunda oldum. Ondan ailəmizi dolandırmaq üçün 2 oğluma iş istədim. O, oğlanlarımı işlə təmin edə bilmədi. Dedi maşının varsa iş verə bilərəm. Mənim də maşınım yoxdur.

Bir müddət sonra yenidən qəbuluna getdim və xahiş etdim ki, icazə versin ailəmi dolandırmaq üçün “vaqon” alım, pay torpağıma qoyub, orada çayçı, bufet kimi işlədim. Mənə bildirdi ki, al qoy, gəlim baxım, yerini təyin edərik. Vaqonu aldım, pay torpağıma qoydum. Başçı məndən xəbərsiz əmr verib, vaqonu gəlib aparıb Babək rayonunun ərazisinə atıblar. Halbuki, 1500 manat borc-xərc edib o vaqonu almışdım. İcazə vermirdi, deyərdi ki, olmaz.

Öz pay torpağımda çayçı işlətməyimə icazə vermədilər. Mən hara gedirəmsə qabağımı kəsirlər. Pulumu, ya vaqonumu onlardan ala bilmirəm. Kasıb adamam, ailəmi zorla dolandırıram, mənə köməklik göstərin, vaqonu, ya pulumu versinlər. Mənim vaqonumu aparıb atıblar, özləri böyük bir vaqon gətirib qoyub, işlədirlər.

Naxçıvanda bu və bundan betər özbaşınalıq davam edir. Xahiş edirəm, mənim bu şikayətimi, səsimi lazımi yerlərə çatdırın”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
     

Göygöl rayonu, Cümşüdlü kənd sakini İsayev Anar Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Məşğulluq Xidmətindən narazılığını bildirir:

"Mən, İsayev Anar Tahir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2020-ci ildən bu günə kimi Məşğulluq Xidmətində qeydiyyatdayam. Nümayəndələr gəlib baxış keçirməlidir, amma indiyədək gələn yoxdur. Məndən sonra müraciət edənlərə cavab gəlib, heyvan verilib, mən isə hələ də gözləyirəm. Nə vaxt getsəm deyirlər ki, get, yoxlama gələcək. Bu qədər rahatçılıq, özbaşınalıq mövcuddur.

Mənim ehtiyacım var ki, 3 ildir həmin idarəyə gedib-gəlirəm. İnsanı yaşamaqdan soyudurlar, bu, mənə düşürsə, niyə vermirsiz, niyə uzadırsız?!”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.

     


Ardını oxu...
Rəvanə İbrahimova Şabran rayon sakinidir. Onun sözlərinə görə 2022-ci ildə ona təyin olunan ünvanlı sosial yardımın vaxtı bitib və yenidən müraciət etsə də, imtina cavabı alıb. Səbəb kimi adına torpaq olduğu göstərilib.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

 

Ardını oxu...
DİA.AZ: - "Siyəzən Şəhəri Həmyə kəndindən atası və özü 1 -ci və 2 -ci Qarabağ döyüşçüləri var.Ata kürəyindən oğul da sinəsindən, çənəsindən, kürəyindən qəlpə yarası alıb və həmin oğul indi də vətənə kiçik gizir kimi xidmət edir..." DİA.AZ bildirir ki, bu baarədə Siyəzən rayonundan olan ictimai fəal Zamiq Əliyev açıqlamasında bildirib.

Z.Əliyev daha sonra qeyd edib: "Bu ailəyə 6 sot torpaq sahəsi veriblər, onun da sənədləri zad yoxdur.

Bir dəfə də İcra Hakimiyyəti onlara evi tikmək üçün bir maşın "atsep" və "şebel" verib vəssalam. Adamlar uzun illərdir çətin şəraitdə kirayədə qalırlar.

Bir maşın "atsep" və "şebel"lə ev tikmək olur?

Adamlar can qoyub bunlar üçün... bunların verdiyi dəyər budur! Sonra da bəziləri...."

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Qarabağın azadlığı uğrunda mübarizənin bitmədiyi bir dönəmdə qazilərimizə və Şəhid ailələrinə qarşı atılan hansısa addım haqlı olaraq ictimai qəzəbə səbəb olur. DİA.AZ bildirir ki, növbəti belə bir faktın altında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin imzası var.
Redaksiyamıza daxil olan məlumata görə, nazirlik qazilərə qarşı hesab olunacaq bir prosesə start verib.
"Məlumdur ki, hökumətimiz qazilərə, şəhid ailələrinə dolanışıq yerləri müəyyən edib. Bu, əslində dövlətimizin qayğısıdır. Belə sahələrdən biri də sərnişin daşınması xidmətidir. Bu gün qazilərimiz bir neçə avtobusla sözügedən xidmətdə təmsil olunur. Amma bu, deyəsən, kimlərinsə xoşuna gəlmir.
Artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qazilərimizin dolanışıq yerinə əl qoyulması qərarı verilib. Belə ki, bu gün saat 3-də qazilərə məxsus avtobus xəttləri müsabiqəyə çıxarılır. Bunun isə qazilər tərəfindən sükutla qarşılanmayacağı şübhəsizdir".

Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
Minayə Laçınlı! Onu tamaşaçılar “Tanıdım səni” layihəsindən sevib tanıdılar. O ölkəmizdə zurna alətinin ilk və tək qadın ifaçısıdır.

DİA.AZ bildirir ki, moderator.az-a açıqlama verən Minayə xanım zurna aləti ilə tanışlığını belə xatırlayıb.

“İstedadımı atam kəşf edib. Dünyaya gələndə bu aləti gördüm, səsini eşitdim. Atam məni istiqamətləndirdi, müəllimlik etdi. Sözün düzü ilk dəfə bu aləti əlimə götürəndə yerə qoydum. Çünki həm səs baxımından güclüdür, həm də nəfəs baxımından güc tələb edən musiqi alətidir. Düşündüm ki, xanım üçün çətin olar. Vaxt-zaman keçdikcə hər şey yerini aldı. Bu alətin ilk və tək qadın ifaçısıyam. Qadın klarnet ifaçısı var, amma zurna ifaçısı yoxdur. Bəzən paylaşım edəndə yazırlar ki, bu alət qadın üçün deyil. Amma məni dəstəkləyənlər çoxdur. Əgər normal ifa edirəmsə, niyə də etməyim?! Düşmənlər bu aləti öz adlarına çıxarmaq istəyirlər. Düşünürəm ki, peşənin qadını, kişisi yoxdur. Əsas o sahədə uğur qazanıb, məsuliyyətli olmaqdır. Tamaşaçılar məni “Tanıdım səni” layihəsindən tanımağa başladılar. “Tanıdım səni-2” layihəsinin anonsları efirdə getməyə başlayanda içimdə ümid yarandı ki, mən də o yarışmada iştirak edəcəyəm. Onlar istedadlı insanları gəlib rayonlardan seçirdilər. 2012-ci il may ayının 26-da məni gəlib Ağcabədidə seçdilər. Böyük bir izdiham var idi. Zaur Baxşəliyev başda olmaqla bütün münsiflər mənə “hə” dedi” deyə o bildirib.

Minayə Laçınlı bildirib ki, şəraitsiz evdə yaşayır.

“Görmə əngəlli olsam da bu sənəti seçdim. Təəssüf ki, mən bu gün sənətimi, yaradıcılığımı istədiyim kimi davam etdirə bilmirəm. Bunun bir neçə səbəbi var. Birinci səbəb mənim şəraitsiz evə yaşamağımdır. Mən qaçqın gələndən Ağcabədi rayonunda məskunlaşmışam. Laçın rayonundan məcburi-köçkünəm. 31 ildir ki, Ağcabədi rayonunda köhnə, uçuq yataqxanada yaşayıram. Çox bərbab vəziyyətdəyəm. Hər şey uçur, tökülür. Adicə sanitar qovşaq belə yoxdur. Mən vanna qoyub evin içində başımı yuyuram. Burada yaşamaq mənim üçün çox çətindir. Həm səhhətimə görə çətindir, həm də sənətimə görə. Bu şəraitsiz yerdə mən özüm-özümü doğru-düzgün idarə edə bilmirəm. Yataqxanada yaşadığım üçün zurna aləti ilə məşqlər etmək müşkül məsələdir. Səs-küy qonşuları narahat edə bilər. Rayonda qalmağımın özü mənim həm səhhətim, həm də sənətim üçün çətinliklər yaradır. Bakıya gəlib vaxtı-vaxtında müayinələrdən keçə bilmirəm. Gözümdə dəhşətli ağrılar olur. Ara-sıra Bakıda tədbirlərə dəvət alıram. Gedib iştirak edə bilmirəm. Sağ olsun Xuraman xanım Şuşalı bu mövzuda mənə böyük dəstək göstərir. Heç olmasa Bakı şəhərində bir otaqlı evlə təmin olunsaydım problemlərimin əsas qismi həll olmuş olardı. Bəlkə də mən şəfa tapmış olardır. Yazılı və şifahi şəkildə aidiyyatı qurumlara müraciət etsəm də, bir cavab hələ ki, gəlməyib. Problemlərimin heç biri həll olunmayıb. Bu günlərdə Laçında şəhər günü qeyd edildi. Təəssüf ki, mən ora da çağırılmadım. Gözüm qaldı.. Heç bir sənətçimizdən dəstək görmürəm. Sənətimlə maddi gəlir qazanmalıyam ki, başqa problemlərimi həll edim. Keçən il İsrailə göz müalicəmlə bağlı sənəd yolladım. Həkimlər 70-80 faiz görməyimə şans veriblər. Daha dəqiq proqnozu mən gedib orada müalicə olunandan sonra deyə bilərlər. Mənim ora getməyim üçün 17 min manat lazımdır. Əgər müayinələr müsbət nəticələnsə əməliyyat gözlənilir. Əməliyyatın qiyməti isə 50 min dollardır. Hesab kartımı paylaşsam da çox cüzi məbləğ toplanıb” deyə musiqiçi bildirib.
 

Dünyapress TV

Xəbər lenti