Ardını oxu...
“Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir və bu rəqəm dünyada olan ən yüksək rəqəmlərdəndir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirib.
“Biz pensiya sistemini dağıtmaq istəyiriksə, istənilən əsası olmayan fikirlər səsləndirmək olar. Gəlin deyək pensiyada qalmaq yaşı 30 il olsun” deyən nazir qeyd edib ki, amma bunun əsasında rəqəmlər, iqtisadi hesablamalar dayanmalıdır axı.

Onun sözlərinə görə, gənclər arasında işsizlik həmişə ümumi işsizlikdən üstün olacaq: “Bu, təbii haldır, dünyanın hər yerində onlar üçün iş tapmaq çətin olacaq. Bunun üçün proqramlar olmalıdırmı, bəli olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik.

Nazir deyib ki, bəzi şəxslər mövzunu başqa yerə aparırlar. Deyirlər pensiya yaşı 50-55 yaşa endirilməlidir. Bunu deyən şəxslər fərqində deyillər ki, araşdırma aparmadan dedikləri bu fikirlər Azərbaycanın gələcəyi üçün nələr vəd edir”.

Ceyhun Məmmədov: Qadınların pensiya yaşının azaldılmasını istəyirəm, amma…

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, pensiya yaşının 50-55-ə endirilməsi ilə bağlı yanaşma yanlışdır. Onun fikrincə, bu, bizim üçün gələcəkdə, həqiqətən də, müəyyən problem yarada bilər: “Gələcəkdə müəyyən çətinliklər yaşaya bilərik. Düşünürəm mi, xüsusilə qadınların pensiya yaşına diqqət etməliyik. Pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60 olması daha məqsədəuyğundur”.

Deputat qadınların pensiya yaşının daha da azaldılmasını istəyir: “Ancaq indiki vəziyyətdə xərcləri nəzərə alaraq, qadınların təqaüd yaşının, heç olmasa, 60 olmasını təklif edirəm. Düşünürəm ki, belə daha yaxşı olar və insanların rifahına öz töhfəsini verər. Biz bu istiqamətdə işləyirik”.

Müsahibimiz qeyd edib ki, lakin 55 yaş, həqiqətən də, kadr qıtlığı yarada bilər: “Eyni zamanda, belə hal dövlətin maliyyə qıtlığını daha da artıra bilər. Ona görə, hesab edirəm ki, bu kimi məsələlərdə daha diqqətli olmalıyıq”.

Kamran Əsədov: Pensiya yaşını aşağı salsaq, kadr çatışmazlığı yaranar

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 51 ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır: “Hər il ali təhsil müəssisələrinin bakalavr pilləsindən əmək bazarına 40 minə yaxın insan daxil olur. Həmçinin, orta ixtisas təhsil müəssisələrindən, ümumilikdə, 22 mindən çox şəxs əmək bazarına daxil olur. Ancaq hələ də baxırıq ki, müəyyən sahələrdə işçi çatışmazlığı var. Bunun bir neçə səbəbi var. İşəgötürənlər məzunların bilik və bacarıqlarından razı olmurlar. Yəni həmin məzunlar müsabiqələrdən uğurla keçə bilmirlər. Ona görə də, Sahil Babayevin dediyi doğrudur. Pensiya yaşını aşağı salsaq, həmin şəxsləri əvəzləyəcək kadrlar çatışmayacaq”.

Ekspert qeyd edib ki, bu gün Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanlarından sonra baxırıq ki, imtahanda iştirak edən 50 min nəfərdən 25 mini minimum keçid balını toplaya bilir: “Orta məktəblərdə hələ də minlərlə vakant yer var. Yəni həmin şəxsləri birdən birə təqaüdə göndərsək, kadr problemimiz olacaq”.

K.Əsədov bildirib ki, bizim kifayət qədər məzunlarımız var, amma onların bilik və bacarıqları əmək bazarının tələblərinə, müasir standartlara uyğun deyil. Həmçinin, onlar minimum müsabiqə şərtlərini ödəmirlər. Onları işə götürmək bizə daha ciddi problem yaradacaq.
 

Ardını oxu...
DİA.AZ: - Ayrı-ayrı tikinti şirkətlərinin dələduzluğu artıq ənənə halını alıb. Acınacaqlı orası odur ki, bu sahədəki özbaşınalıqlara rəsmi müdaxilələrin yetərsizliyi də ənənəviləşib ki bu da nəhayətdə dələduzların qarşısında vətəndaşların aciz buraxılması ilə nəticələnməkdədir.

DİA.AZ bildirir ki, belə bir dələduzluğun qurbanlarından biri - Nigar Həşimli sosial şəbəkələrdə maraqlı formada etirazını ifadə edib.

Aydın olanı odur ki, vətəndaş əkcə etiraz etmir, həm də digərlərini ayıldır ki, başqaları da onun kimi dələduzların qurbanı olmasınlar.

Həşimlinin paylaşımını təqdim edirik:

Ardını oxu...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur. Vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.
Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.
Bəs sökülən evə görə mənzil sahibinə nə qədər kompensasiya ödənilməlidir?
Məsələ ilə bağlı Referans.az-ın sorğusunu cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda inşa olunan pilot layihələrdə vətəndaşların narazı qaldığı əsas məsələlərdən biri kompensasiyanın ödənişidir:
“Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən Bakıda pilot layihələr üzərindən köhnə, istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökünütüləri başlanıldı. Bu günə qədər onlarla köhnə çoxmənzilli yaşayış binaları sökülərək yeni tikili binalarla əvəzləndi. Hazırda söküntü işləri sürətlə davam edir ki, burada sökünütü işlərini aparan öz sektordur ki, həmin binaları sökür, onların yerində yeni binalar inşa edir və mənzil sahiblərinə sökdükləri gündən etibarən kirayə pulu verir, köç xərclərini verir”.
Ekspert qeyd edib ki, daha sonra həmin sakinlərə sökdükləri binaların yerindən 20 faizdən artıq sahəsi olan mənzillər təhvil verilir. Onun sözlərinə görə, vətəndaşa ödənilən kompensasiya təqribən həmin 20 faiz ümumi artıq sahədir: “Bu da vətəndaşın təqribi 2-3 il müddətində gözlədiyinə görə olan kompensasiyalardır. Bundan əlavə həmin ərazilərdə sökülən evlərin əvəzinə vətəndaşa yeni tikili binadan verilən mənzillərin satış qiymətindən vətəndaşın köhnə mənzilinin satış qiymətindən demək olar ki, 2 dəfəyə qədər baha qiymətə bazarda dəyərləndirilir”.
Bəzi ərazilər də var ki, özəl şirkətlər həmin əraziləri sökərək yerində hər hansısa bir tikinti işləri aparır, o zaman isə vətəndaşa verilən məbləğ ərazi üzrə qiymətləndirilir və bazar qiymətinə uyğun olaraq vətəndaşlara kompensasiya verilir – deyə Elnur Fərzəliyev əlavə edib.
 
Ardını oxu...
Hesab edirəm ki, aşağıda göstərilən bu qayda işçilərin əmək və işsizlikdən sığorta almaq hüququnun pozulması ilə nəticələnir.
Əmək müqaviləsi ləğv edilmiş və işsizlik sığorta pulu almaq hüququ olan işçilərə - bu ödəniş nədən,işdən azad olunduqları gün və ya gündən deyil, qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır?
Bu Qərarı qəbul edənlər nədən fikirləşmirlər ki, işçinin işsizlik sığortası almaq hüququ qeydiyyata alınan gündən deyil, Əmək müqaviləsi ləğv olunduğu gündən yaranır. Bu barədə olan fikrimi sadə bir misalla izah edirəm, məsələn:
2023-cü ilin iyul ayının 31-də əmək müqaviləsi ləğv edilmiş işçi, 01 avqust 2023-cü ildə işsiz kimi qeydiyyata alınarsa, ona işsizlik sığortası 01 sentyabr 2023-cü ildın başlayaraq ödəniləcək.
Nəticədə, işsiz qalan, işsizlik sığortası almaq hüququ olan işçi, 1 ay üçün işsizlik sığortası pulu ala bilməyəcək, bu sahədə hüququ pozulmuş olacaq
AR-sı Nazirlər Kabinetinin 28 dekabr 2017- ci il tarixli, 620 saylı "Sığorta ödənişinin verilməsi Qaydasının ”nın 4.6-c maddəsi: Sığorta ödənişi - sığorta olunmuç işçilərin “Məşğulluq haqqında” AR-sı Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.
Azər Quliyev.
Teref.az
 

Ardını oxu...
Tovuz sakinin yaşadığı ev və şərait görənləri dəhşətə gətirib.

DİA.AZ Tribunainfo.az-a istinadla xəbər verir ki, Tovuz rayonunda yaşlı tənha qadın uçub dağılmaq üzrə olan daxmada yaşamaq məcburiyyətindədir. Günlərdir sosial şəbəkələrdə paylaşılan və müzakirə olunan sakinin uçmaqda olan evindən Tovuz Rayon İcra Hakimiyyətinin isə ümumiyyətlə xəbəri yoxdur.
Acınacaqlı vəziyyətdə yaşayan qadın kömək istəyir. Qarşıdan qış gəlir. Onun yaşadığı evin isə nə divarları salamatdır, nə qapısı, nə də pəncərələri. Evin tavanı uçub, döşəməsi yoxdur. Yaşlı qadının nə yatmaq üçün, nə də oturmaq üçün yeri var.

 
Ardını oxu...
Avropa İttifaqı Qəzza zolağına humanitar yardım çatdırmaq üçün əməliyyata başlayır.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Aİ hazırda Qəzza zolağında yerləşən humanitar təşkilatlara həyati əhəmiyyətli ləvazimatların çatdırılması üçün Misirə bir neçə reysdən ibarət humanitar hava körpüsü əməliyyatına başlayır”, - deyə məlumatda bildirilir.
Mənbə: TASS
 
Ardını oxu...
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Budəfəki buraxılışda aparıcı Arzu Kəlbi xəstə olduğuna görə həyat yoldaşı tərəfindən tərk edildiyini iddia edən 51 yaşlı İlqar bəyin qonağı olub.

Yaşlı anasının və özünün xüsusi qayğıya ehtiyacı olduğunu bildirən İlqar bəy yenidən evlənmək istədiyini deyib. Bildirib ki, kim onunla ailə həyatı qurarsa, ona baxsa, evini müqaviləli şəkildə həmin xanıma bağışlayacaq:
“Rəhmli insan olsun. Mənə baxsın. Bu evi də ona verəcəyəm. Sənəddə də qeyd edəcəyəm ki, bu xanım mənə ömrümün sonuna kimi baxarsa, yaşadığım ev onundur”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
DİA.AZ: - Ağdam rayonu üçoğlan kənd sakini Gülnarə Quliyeva bildirir ki, yaşadığı mənzil isə yaşamaq üçün şəraitsiz vəziyyətdədir və maddi imkanı evin təmirinə yol vermir.

DİA.AZ xəbər verir ki, narazı vətəndaşın iki övladından biri məktəbli digəri isə universitetdə təhsil alır və üstəlik övladının illik təhsil haqqını verə bilmir. Ailənin tək gəlir yerləri isə ünvanlı dövlət sosial yardımdır lakin aldıqları pul yetərli deyil.

Şikayətçi ölkə başçısı İlham Əliyevə və Mehriban Əliyevaya müraciət edərək köməklik göstərilməsini xahiş edir. Dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsə də, ona hansısa köməklik edilməyib.

Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxsləri dia.az olaraq dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti