Ardını oxu...
Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə isə növbəti ilin dövlət büdcəsində 355,3 milyon manat vəsait proqnozlaşdırılıb.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Qeyd edilib ki, bu vəsaitin keçmiş məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (467,1 min nəfərə) 60 və 33 manat məbləğində vahid aylıq müavinətin verilməsi üçün 317,0 milyon manat, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 20,7 milyon manat, digər tədbirlər üçün 17,6 milyon manat vəsait proqnozlaşdırılıb.
 
 
 
Ardını oxu...
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7 % çoxdur.

Söhbət əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il vədaha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi) üçün nəzərdə tutulmuş xərclərdən gedir.

2020-ci illə müqayisədə bu xərclərin büdcə xərclərinin tərkibində xüsusi çəkisi 6 faiz-bənd, mütləq ifadədə isə 1,6 dəfə artıb.
 

Ardını oxu...
DİA.AZ: - "Bakıda parking xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli "Azparking" əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar. Sanki robotdular. Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır". DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış jurnalist Aqil Ələsgər qeyd edib.

"İnsanlar iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün niyə pul ödəməlidilər? Tamam, ödəsinlər, ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq "Azparking"ə getməlidir?!" deyə eirazını bildirərək suallar verən jurnalistt daha sonra vurğulayır:

"Maraqlıdır ki, "Azparking" əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin AYNA tərəfindən edildiyini bildirirlər. Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır.

Hesab edirəm ki, "Azparking" ilə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır…"

Məsələ ilə bağlı dia.az olaaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Bu əmək münasibəti ilə əlaqədar da bizə müraciət edən işçilər çoxdur, işçiləri əsasən bu sual maraqlandırır.
Müəssisələrdə işçilərin əməyinin mühafizəsi üzrə təlimlər və ya biliklərinin yoxlanılması keçirilə bilərmi?
Bu yoxlamadan keçməyən işçilərin - Əmək müqaviləsi İşəgötürən tərəfindən ləğv edilə bilərmi?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215 və 219-cu maddələrnin tələblərinə əsasən müəssisələrdə işçilərinin əməyin mühafizəsi üzrə məcburi təlimi və biliklərinin yoxlanılması həyata keçirilə bilər.
İşəgötürən yeni işə qəbul edilən və başqa işə keçirilən işçilərə: müəssisədə əməyin mühafizəsi üzrə təlimatlar verməli, bilik və bacarıqlarının artmasına kömək etməli, onlara təhlükəsiz əmək və iş üsullarından istifadə etməyin, bədbəxt hadisələrdən zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.
İşəgötürən müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə biliklərininin artırılması məqsədi ilə təlim və kurslar təşkil edə bilər, əsas məqsəd isə bu sahədə işçilərin bilik və bacarıqlarının artırılmasıdır.
Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması ilə bağlı işçilərlə bağlanmış Əmək müqaviləsi ləğv edilə bilməz
Azər Quliyev.
Teref.az
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur. Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində öz əksini tapıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqında son illər müəyyən artımlar müşahidə edilirdi. Məsələn, 2022-ci ildə minimum əməkhaqqı məbləği 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü il yanvarın 1-dən isə 15 faiz artılaraq 300 manatdan 345 manata çatdırılmışdı. Sözügedən artımlar əvvəlki illərdəki inflyasiya göstəriciləri əsasında reallaşmışdı. Belə ki, 2021-ci ildə orta illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin yanvar-avqust aylarında orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub. Yanvar – sentyabr aylarında isə inflyasiya tempi bir qədər də azalıb, orta illik inflyasiya 10,9 faizə, illik inflyasiya 5,1 faizə enib.

Qeyd edək ki, DSK-nin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək qiymət artımı tərəvəz məhsullarında (28,4%) və hava nəqliyyatı ilə sərnişin daşınması xidmətində (23,7%) qeydə alınıb.

Bu il Azərbaycanda qiymətləri ən çox artan digər məhsullar aşağıdakılardır:

– Dərmanlar 17.8%;

– Ət və ət məhsulları 15.6%;

– Ərzaq məhsulları, içkilər, tütün məhsulları 14.3%;

– Dəftərxana ləvazimatları 18.90%;

– Zinət əşyaları 16.40%;

– Çay, qəhvə və kakao 15.70%;

– Çörək və çörək məmulatları 14%;

– Mebel və ev əşyaları 12.10%;

– Avtomobillərin təmiri 11.60%.

Qeyd edək ki, 2024-cü ildə orta illik inflyasiyanın 5,2 faiz olacağı proqnozlaşdırılır.

Maraqlıdır mövcud durumda minimum əməkhaqqının artırılmaması vətəndaşların sosial durumuna necə təsir edəcək?


Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli şərhində bildirib ki, minimum əməkhaqqının növbəti il üzrə də artırılması mümkündür:“Hesab edirəm ki, hökumət minimum əməkhaqqını yenə artıracaq. Çünki dekabr ayında Ermənistanda və Gürcüstanda minimum əməkhaqqının artırılması ilə bağlı fərmanlar gözlənilir. Hər halda bu zaman hökumət yaranan fərqi nəzərə alacaq. Hökumətin belə bir öhdəliyi olmasa da, minimum əməkhaqqına növbəti dəfə baxılacaq və qərar veriləcək. Eyni zamanda, Azərbaycanda hazırda 10,9 faiz inflyasiya var və növbəti il üçün ən azı 5-6 faiz inflyasiya gözlənilir. Bu o deməkdir ki, əhalinin yaşam xərci aldığı əməkhaqqı müqabilində ən azı 15-16 faiz artıb. Bu baxımdan da güman etmək olar ki, minimum əmək haqqı artırılacaq”

Ekspert minimum əməkhaqqı artılarkən ortaya çıxan bir sıra problemlərdən danışıb:“Əslində hökumət burada dilemma qarşısında qalır. Çünki minimum əməkhaqqı artan zaman təkcə dövlət sektorunda maaşlar artmır, həm də özəl sektor üçün aşağı əməkhaqqı həddi müəyyənləşdirilir. Biabırçı bir vəziyyət olsa da, bu gün özəl sektorda 350-400 manatlıq işlər var. İqtisadiyyatın rentabelliyi artmadıqda, əməkhaqqı xərcləri artdıqda biznes mühitində problemlər yaranır, mənfəət marjaları daralır. Digər tərəfdən, minimum əməkhaqqının, sosial effekti ilə yanaşı həm də vergi effekti var. Minimum əməkhaqqı artdıqca maaşdan tutulan vergi də artır və nəticədə hökumət büdcəyə daha çox vergi toplayır. Dövlət sektorunda əməkhaqqının dərəcələnmə sistemi var. Minimum əməkhaqqı 15 pilləli bu sistemin birinci pilləsindədir. Birinci pillədə də dəyişiklik olanda digər 14 pillənin hamısında dəyişiklik baş verir”.

Ekspert qeyd edir ki, minimum əməkhaqqının yüksəlməsi şəffaflığı artırsa da, bəzən bu cür artımlar əhaliyə mənfi təsir edə bilir:“Ölkəmizdə bu sahədə maraqlı bir vəziyyət yaranıb. Tutaq ki, bu gün 800 manat maaş alan bir vətəndaş minimum əməkhaqqı 345 manat olan zaman bu məbləğin 455 manatını əldən, yerdə qalan 345 manatını isə kart vasitəsilə alır. Minimum əməkhaqqı artan zaman paralel olaraq vergilər də artır və nəticədə vətəndaşın əlinə çatan pulun məbləği azalır. Məsələn, əvvəl 800 manat alan vətəndaşın maaşından 50 manat vergi tutulurdusa, minimum əməkhaqqı artdıqdan sonra 70 manat və ya daha yuxarı məbləğlərdə vergi tutulur. Yəni özəl sektor bu cür artımlarda işçinin maaşını artırmyan zaman vətəndaşın real gəliri azalmış olur”./azpolitika.info
 
Ardını oxu...
İlin əvvəlində ödəniş edən bəzi tələbələrin pulu geri qaytarılacaq.

Ödənişli təhsil alan bəzi tələbələr dövlət sifarişi əsasında oxuyacaqlar.

DİM-in sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, Bu il ali təhsil müəssisələrinin və magistratura və bakalavriat səviyyələrinə qəbul olmaq üçün keçirilən müsabiqələrin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə olunmamış qalmışdır. Hər il olduğu kimi, bu il də mərkəz tərəfindən həmin yerlərə əlavə qəbul aparılmışdır.

Xanlar Xanlarzadə əlavə edib ki, bütün bunların həyata keçirilməsində məqsəd optimallaşdırmanın aparılmasıdır.

Proses yalnız 2023/2024-cü tədris ilini əhatə edir.
 
 
 

Ardını oxu...
DİA.AZ: - Xəstə, ümidsiz, çarəsiz...

DİA.AZ xəbər verir ki, Beyləqan bazarında qul kimi işlədilən qazi yardıma ehtiyacı olduğunu deyir.

Qazi niyə normal müalicə əvəzinə iş axtarmalıdır?

Yaşat Fonduna yığılan pullar niyə ehtiyacı olanlara xərclənmir?

Hər halda bu sualların cavabı verilməlidir...

Qazinin videosu BURADA:
https://fb.watch/nZ9ndh7cNR/
Ardını oxu...
Salyan Rayon İcra Hakimiyyəti başçısına aid olan məvacibi Hətəmov Sevindik Hacağa oğlu alır... - Salyan rayonunda qayğıya ehtiyacı olan aztəminatlı ailələrə HAQSIZLIQ...ŞİKAYƏTÇİLƏR imdad diləyirlər...

DİA.AZ Gundelik-baku.com-a istinadla bildirir ki, bu haqda Salyan sakini tərəfindən qaynar xəttimizə göndərilən şikayət məktubunda məlumat verilib. Şikayətçinin sözlərinə görə, aztəminatlı ailələrlə bağlı Salyan RİH-ə göndərilən müraciətlərə baxılmır, komissiya bizlərə haqsızlıqlar edir və buna da göz yumulur: "Küçələrdə iki azyaşlı uşağımı nə zülmlərlə böyüdürəm, çox acınacaqlı durumdayam. Komissiyaya nə qədər müraciət etmişəmsə, hamısı cavabsız qalıb. Sizdən xahiş edirik ki, bu haqsızlığı bizdən duyub lazım olan yerlərə çatdırasınız".
Bəli, bu gün Salyan Rayonunda qayğıya ehtiyacı olan aztəminatlı ailələr fəryad diləyir... Rayona rəhbərlik edən şəxslərdən kömək istəyirlər... Onların da ürəklərində olan arzularının çin olmasını diləyirlər. Amma əvəzində nə görürlər..? Qayğı və diqqət əvəzinə, qayğısızlıq və diqqətsizlik.
Ölkə Başçımızın vətəndaşlarımıza çox böyük nəvazişlə yanaşması, deyəsən, Salyan Rayon İcra Hakimiyyətinin işçilərinin və Salyan Rayon rəhbər vəzifələrdə çalışanların diqqətindən qaçır... Bir məsələni xatırladaq ki, bu gün Ölkə Başçımız - Cənab Prezidentimiz hər bir vətəndaşımıza diqqət və qayğı ilə yanaşır. Yerlərdə olan məmurların vəzifə borcları vətəndaşlarımıza xidmət etməkdir. Xatırladaq ki, sözügedən rayon Salyan Rayonudur. Salyan Rayon İcra Hakimiyyətində İcra Başçısı məvacibini Hətəmov Sevindik Hacağa oğlu alır. Məsələnin ciddiliyini nəzərə alaraq daha geniş araşdırma yazısını hazırlayacağıq.
Ardını oxu...
Dəhşətlidir! Oxuyun və görün gənclərimizi nə kökə salıblar. Hamı ölkəni tərk edir, amma düz edirlər, özünüzü, ailənizi bataqlıqdan xilas edin. Ruhumuzu, ümidlərimizi, arzularımızı öldürüblər, sadəcə quru müqəvva kimi ortada gəzirik...
Teref.az yazır ki, bunu AzSiyaset.com saytının baş redaktoru Samir Feyruzov yazır. Daha sonra Samir Feyruzov İkinci Qarabağ savaşının içtirakçısı S.Zeynallının məktubunu təqdim edir:
İkinci Qarabağ savaşının içtirakçısı S.Zeynallı
"...Əziz oxucu, sənə qısa, amma ağır və məşəqqətli həyat yolumdan bəhs etmək istəyirəm. İnanıram ki, bu yazını oxuyandan sonra sən də getməyin nə olduğunu anlayacaqsan və məni başa düşəcəksən, hələ haqq da verəcəksən.
Mən evin tək oğluyam. 600-ə yaxın bal toplayıb BDU-ya qəbul oldum. Sonra hərbi xidmətə - Vətənin keşiyində durmağa getdim. Qayıdandan sonra isə iş axtarmağa başladım.
Təbii ki, hər kəs DİM-in intahanından keçməyi məsləhət gördü. DİM-in imtahana hazırlaşdığım vaxt isə II Qarabağ savaşı başlandı. Anamın, atamın təkidinə baxmayaraq könüllü olaraq savaşa yollandım. Savaşda nələrdən keçdiyimi yazıb başınızı ağrıtmaq istəmirəm. Yanımda şəhid olan dostlarımdan da danışmayacam. Bu, mənim Vətən qarşısında borcum və vəzifəm idi.
Müharibədən də qayıtdım, həm də 4 medalla. Ali Baş Komandan məni də şərəfli döyüş yoldaşlarım kimi qiymətləndirdi, keçdiyim yola böyük dəyər verdi. Düşündüm ki, bu dəfə xəyallarım gerçəkləşəcək. Müharibə iştirakçısına ən azı dolanmaq üçün iş verəcəklər. Cünki Cənab Prezident İlham Əliyev bir dəfə çıxışında xüsusi olaraq məmurlara tapşırıq vermişdi ki, vətən savaşında iştirak edənləri işlə təmin edin. 3 ildi savaş bitib. Yazmadığım, müraciət etmədiyim qurum qalmadı. 70-ə yaxın müraciət yazdım. Amma sanki mən bütün bunları suya danışırdım... Daşdan səs çıxırdı, dövlət qurumlarından yox...
Yaxınlarımın isə tövsiyələri yenə bu oldu: DİM- in “qılıncının altından” keçməlisən. 600 bal toplayanda qurduğum xəyallarıın başın boş buraxıb gecə gözətçisi işinə düzəlib, maddiyyat içində çabalayan ailəmə yardımçı olmağa başladım. Gecə növbəsində ola-ola DİM- in imtahanına hazırlaşdım. Yarımçıq hazırlaşma ilə 2189 nəfərdən 100 nəfər yüksək bal topladı, biri də mən oldum: 88 bal...
Daha sonra test imtahanın müsabiqə mərhələsinə qatıldım. Yenə yüksək sayılan 18 balı topladım. Bu dəfə düşündüm ki, yəqin, işlə təminatım qaçılmazdı. Düz, 9 ay öncə dedilər ki, təbrik edirik, amma vakant yer yoxdur...
Bədii, ədəbi cümlələrdən maksimum az istifadə etməklə yazdım bu statusu. Amma mən bu Vətəni sevərək tərk edirəm. Rusiyanın bazarlarına üz tutub araba sürməyə, piştaxta arxasında durmağa gedirəm. Qoy bu Vətən fizianomiyası ilə işlədikləri vəzifəsi tərsmütənasib təşkil edən məmur qohumlarının ümidinə qalsın.
Əziz Vətən, səndən küsmürəm, səni bizdən küsdürənlərdən küsüb gedirəm, nə vaxt başın dərddə olsa, qayıdacağam. Buna söz verirəm, çünki sənin şərəfin mənim şərəfimdir.
Əlvida Azərbaycan, əlvida...!".
Teref.az
 

Ardını oxu...
“Elə bil ki, mən indi düzdə qalmışam. Heç bir gəlir yerim yoxdur. Mənə indi yaxın qohumlar kömək edir. Onlar da kömək etməsə, mənimçün çətindir”

2012-ci ildən bəri Xüsusi Təyinatlı Qüvvələrdə döyüş tapşırıqları yerinə yetirən ehtiyatda olan gizir Eldar Əliyev 15 il hərbi xidmətdə qulluq edib. 2014-cü ilin avqustunda Ermənistanla Azərbaycan arasında baş verən növbəti qarşıdurmada döyüş tapşırığını icra edərkən yaralanan Eldar Əliyev 2017-ci ildə ordudan tərxis edildiyini deyir.

Ordudan tərxis edilən gizirə elə həmin il 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Beş ilin tamamında o, dərəcəni yeniləmək üçün Əlillərin Bərpa Mərkəzində hərbi komissiyadan keçəndə imtina cavabı ilə üzləşib.

Bundan sonra əmək pensiyası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən Eldara burdan da kifayət qədər hərbi xidmət stajı olmaması səbəbilə rədd cavabı verilib. //abzas.org//

Daha ətraflı aşağıdakı videoda:

Dünyapress TV

Xəbər lenti