Ardını oxu...
Suriya Prezidenti Bəşər Əsədin ailəsi ilə birlikdə Suriyanı tərk etdiyi iddia olunur.

Oxu.Az xəbər verir ki, bu barədə "Global Arab Network"un baş meneceri, jurnalist Hassan İbrahim "X" hesabında yazıb.

Hazırda Əsədin hansı ölkəyə getdiyi barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, son bir neçə gün Suriyada müxalif qüvvələr bir neçə iri şəhər üzərində, o cümlədən Hələb və Həma şəhərlərinə nəzarəti ələ keçirib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Suriyada gedən oyunun məqsədi ABŞ-nin öz satellitlərinin əliylə Rusiyaya qarşı ikinci cəbhəni açmaq və Rusiyanı Suriyadan çıxarmaqdır. Və yaxud Rusiyanın diqqətini Ukraynadan ayırmaqdır. Bundan əlavə...”

“İsrail heç vaxt istəməz ki, Əsəd hakimiyyətdən getsin. Əsədin Holan( yaxud Colan) təpələrinu göz bəbəyi kimi qoruması elə İsrailin qorunmasına bərabərdir. Əgər islamçılar (söhbət həqiqi islamçılarıdan gedir), həmin ərazini ələ keçirərlərsə, onlar İsrailə qarşı “Kərbəla qırğını” törədər - İsrail içməli susuz qalar. Diqqətlə Holan təpələrinin xəritəsinə baxın. Holan göllərini görəcəksiniz. İsrail bu gölləri göz bəbəyi kimi qoruyur. Holan təpələrindəki göllər təmiz su ilə İsrailin, zənnimcə, 6 milyon əhalisini təmin edir”.

Bu maraqlı, həm də ziddiyyətli iddia ilə Moderator.az-a açıqlamasında siyasi nalitik Tahir Cəfərli çıxış edib.

“Bir bioloji və ya digər zəhərli mərmi bəs edir ki, bu göllər sıradan çıxarılsın. Və yaxud bir PUA bəs edir ki, İsraili diz üstə qoysunlar. Bəs niyə qoymurlar? Bəs bunu İran və digər ölkələrin “islamçı”ları niyə etmirlər? Çünki hamısı eyni bezin qırağıdır. Suriyada gedən oyunun məqsədi ABŞ-nin öz satellitlərinin əliylə Rusiyaya qarşı ikinci cəbhəni açmaq və Rusiyanı Suriyadan çıxarmaqdır. Və yaxud Rusiyanın diqqətini Ukraynadan ayırmaqdır. Bundan əlavə, Suriyanı ABŞ-İran hərbi poliqonuna çevirməkdir. Çünki Ukrayna cəbhəsində İran silahlarını Rusiya silahları ilə səhv salırdılar. İndi isə İran silahları tamlığı ilə işə düşəcək. Ancaq yenə də Holan təpələrinin arxasında olan gölləri vurmayacaq. Ona görə hesab edirik ki, Suriyada böyük oyun gedir. Oyunu idarə edənlərin əksəriyyətinin yəhudi millətindən olduğunu nəzərə alsaq, qeyd etməliyik ki, Bəşir Əsəd yerində qalacaqdır. Ortaya düşənlərin başında isə Rusiya, ABŞ, NATO və İranın silahları çatlayacaq”, -deyə davamında analitik bildirib.

Zəruri arayış:

Vikipediya məlumatında Holan təpələri haqda belə deyilir:

Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri[5][6] (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan (qulaq as)ⓘ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qaynaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.

25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
Azərbaycan Milli Ensiklopediyasında ərazi “Holan yüksəklikləri” formasında qeyd edilib.
 
 


 
Ardını oxu...
Suriyada baş verən son proseslər fonunda Türkmaneli Respublikasının yaradılması ideyasının aktuallaşması iranlı politoloq, antütürk və antiazərbaycan mövqeyi ilə seçilən Ehsan Müvəhhedianı da narahat edib.

Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Müvəhhedian bildirib ki, Türkiyənin Şimali Suriya və Şimali İraqda “əraziləri işğal edərək” türkman dövləti yaratmağa çalışması Ermənistanı Qərbi Azərbaycana çevirib, Şimali Kipri ​​ələ keçirməyə bənzəyir.

“Suriya türkmanları təkfirçilərin cinayətlərinə şərik olan qruplar sırasındadır", - deyə o, Suriya azərbaycanlılarına münasibətini ortaya qoyub.

Qeyd edək ki, İranın Suriyada baş verən proseslərə təsir imkanlarının zəifləməsi və hazırda meydanda Türkiyənin söz sahibi olması Tehranı ciddi şəkildə qıcıqlandırmaqdadır.
Ardını oxu...
"Avropalı tərəfdaşlar ölkədə keçirilən seçkiləri legitim hesab etmirlər".

Bizimxeber.az bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısı bildirib ki, Avropa ilə ünsiyyətə başlamaq üçün bu ilkin şərt hesab oluna bilər. “Biz hər bir ölkənin seçkilərin legitimliyini tanımasını gözləyəcəyik və təbii ki, bu, bizə ikitərəfli münasibətləri aktivləşdirməyə imkan verəcək. Bu, prinsipial olaraq vacibdir – hər kəs ATƏT/DTİHB-nin rəyini qəbul etməlidir. Biz belə bir tanınmanı gözləyəcəyik və bundan sonra təbii ki, istənilən ölkə ilə fəal \məkdaşlıqda olacağıq”, - Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Mərkəzi Seçki Komissiyası noyabrın 16-da oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrinə yekun vurub. MSK-nın məlumatına görə, “Gürcü arzusu” 11-ci çağırış parlamentdəki 150 mandatdan 89-na, müxalifət platformalarından isə 4-ü, cəmi 61 mandata malikdir.

Müxalifət, qeyri-hökumət sektoru və prezident isə 26 oktyabr seçkilərini saxtakarlıq hesab edir. Artıq 1 hədtədir ki, Gürcüstanda dayanmayan etiraz aksiyaları davam edir.
 
Ardını oxu...
Gürcüstan Prezidenti Salome Zurabişvili İctimai Televiziyaya müsahibəsində parlament seçkilərindən sonra dediyi sözlərə aydınlıq gətirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, o, daha əvvəl “Associated Press” agentliyinə müsahibəsində qalmaqala səbəb olan “erməni karuselindən” istifadə etdiyini açıqlayıb.

"Mən demək istəyirəm ki, milliyyətcə ermənilər (Gürcüstan vətəndaşları) və Rusiya təbliğatının da fəal olduğu (qonşu ölkədəki-red)ermənilər. Bu "erməni karuselində" etnik çalar yox idi”, - Zurabişvili qeyd edib.

Gürcüstan Prezidentinin sözlərinə görə, o, bu “konserti” ilk dəfə Eduard Şevardnadzenin dövründə Gürcüstana qayıdanda eşidib. Zurabişvili iddia edib ki, eyni üsuldan Mixeil Saakaşvilinin dövründə də istifadə olunub.

“Səhv etmirəmsə, Ermənistanda buna “gürcü karuseli” deyirlər, onda heç bir milliyyət çaları yoxdur”, - o əlavə edib.
 
Ardını oxu...
Sankt-Peterburqun Primorski Rayon Məhkəməsinin qərarı ilə publisist Aleksandr Nevzorovun qayınanası Nataliya Kolesnikovanın Lisiy Nos qəsəbəsində yerləşən evi və torpaq sahəsi dövlət xeyrinə müsadirə edilib.

Bu barədə “İnsider” məlumat yayıb.

Avqustun 8-də Nevzorovun həyat yoldaşı Lidiya ilə anası arasında bu əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlanıb, məhkəmə müqaviləni etibarsız hesab edib. Hazırda torpaq sahəsi və ev Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin balansındadır.

Bundan əlavə, noyabr ayında məhkəmə qərarı ilə Nataliya Kolesnikovanın mənzilinin üzərinə həbs qoyulub. Bu əmlakı da qızı onun adına keçirib. İstintaqın fikrincə, sövdələşmə uydurma əqd olub.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Nevzorov və həyat yoldaşı “ekstremist birlik” (Rusiya praktikasında ailənin belə status alması ilə bağlı ilk hal) və onların torpaq sahələri, yaşayış evi, avtomobili və “Piter-Texnoproyekt-novıye resursı” şirkətindəki payı dövlət mülkiyyətinə keçib. Sankt-Peterburq məhkəmələrinin mətbuat xidmətinin bəyanatına görə, bu, “ekstremist fəaliyyətin həyata keçirilməsi üçün” istifadə olunduğuna görə edilib.

Publisist Aleksandr Nevzorov Rusiyada “xarici agent” elan edilib, həmçinin Rusiya ordusu haqqında “saxta” məlumat yaydığına görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Ardını oxu...
Britaniyanın Milli Cinayətə Qarşı Mübarizə Agentliyi (NCA) böyük bir beynəlxalq araşdırma nəticəsində dünyada fəaliyyət göstərən Rusiyaya aid cinayət şəbəkəsinin ifşa olunduğunu və zərərsizləşdirildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, təhqiqat məlumatlarına görə, şəbəkənin əsasını Smart və TGR Group təşkil edirdi. Şəbəkə əsasən, Britaniyada, Yaxın Şərq və Cənubi Amerikada və eləcə də Rusiyada cinayətkar qruplaşmaların çirkli pullarının yuyulması ilə məşğul olurdu.

Açığa çıxarılan şəbəkənin fəaliyyət sahələri arasında narkotik ticarəti, pul tələbi üçün proqramların hazırlanması və istehsalı və casusluq da mövcud idi.

NCA-nın məlumatına görə, araşdırma nəticəsində müxtəlif ölkələrdə 84 nəfər həbs olunub.

Rus şəbəkəsinin zərərsizləşdirilməsi əməliyyatı beynəlxalq kəşfiyyat orqanları tərəfindən Operation Destabilise adı ilə sənədlərdə qeyd olunub.

«İlk dəfədir ki, biz Rusiyanın elitası, kibercinayətkarların gizli varlıqları və Britaniyanın küçələrində fəaliyyət göstərən narkotik ticarətçiləri arasında əlaqələri müəyyən edirik. Onları birləşdirən bağ Smart və TGR-nin gücləri oldu ki, bu əlaqə hələlik görünməz idi», – NCA-nın xüsusi əməliyyatlar üzrə baş direktoru Rob Cons bildirib.

Araşdırma əsasən 2022–2023-cü illər ərzində aparılıb, amma ABŞ-ın hakimiyyət orqanları ilə razılaşdırılaraq nəticələr yalnız indi açıqlanıb. Bu, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Nəzarət Bürosu (OFAC) tərəfindən cinayət şəbəkəsinin başında duran bir qrup rusiyalı və bir neçə şirkətə qarşı sanksiyaların elan edildiyi gündür.

ABŞ-ın Terrorizm və Maliyyə Kəşfiyyat üzrə müvəqqəti müavin katibi Bredli Smit çərşənbə günü bildirdi ki, «TGR Group vasitəsilə, Rusiya elitası, xüsusən ABŞ dolları ilə təmin olunan sabit kriptovalyutalar istifadə edərək, ABŞ və beynəlxalq sanksiyaları ötüb, özlərini və Kremlə sərvət artırırdılar».

O, ABŞ-ın, müttəfiqlərinin və tərəfdaşlarının Rusiya tərəfindən qeyri-qanuni maliyyə sxemləri ilə qanunsuz gəlirlərin yığılmasını, saxlanmasını və ötürülməsini dayandırmağa davam edəcəyinə əmin olduğunu vurğulayıb.

Cinayət şəbəkəsinin başçıları…

Operation Destabilise çərçivəsində ABŞ sanksiyalarına məruz qalan fiziki şəxslər arasında aşağıdakılar var:

Ceyc Rosi — Rusiyada doğulub, Ukrayna vətəndaşıdır. Araşdırma məlumatlarına görə, TGR Group-un tam nəzarəti altındadır və o, həmçinin TGR Group-a daxil olan TGR Partners şirkətinin təsisçisidir. Rosi, həmçinin, Rusiyada fəaliyyət göstərən və OFAC tərəfindən sanksiyaya məruz qalan Garantex OU adlı kriptovalyuta birjası vasitəsilə stəblkoin əməliyyatlarını idarə edir.

Yelena Çikinyan — Rusiya vətəndaşıdır və Rosiyə birbaşa tabe olaraq TGR Group-da qərar qəbuletmə funksiyasını yerinə yetirir. 2023-cü ildə o, Rusiyadan maliyyə vəsaitlərinin çıxarılması əməliyyatında iştirak edib, bu vəsaitlərin, ehtimal ki, Böyük Britaniyada yerləşən və Britaniya sanksiyalarına məruz qalan rus medianın fəaliyyətini dəstəkləmək üçün istifadə ediləcəyi müəyyən edilib. Həmçinin, Çikinyan kriptovalyuta ilə bağlı saxtakarlıqda və mülkiyyət almağa yönəldilmiş gəlir mənbələrinin gizlədilməsi ilə bağlı sxemlər təşkil etməkdə ittiham olunur.

Andreyş Bradenş — Latviya vətəndaşıdır və TGR Group-a daxil olan bir çox şirkətin fəaliyyəti ilə əlaqələndirilir. Bu şirkətlərdən biri olan Ullman Global Vayominq ştatında yerləşir və tamamilə Bradenşə aiddir.

Yekaterina Jdanova — Smart şirkətinin rəhbəri, onun köməkçiləri Hacı-Murad Maqomedov və Nikita Krasnov ilə birlikdə TGR Group-un paralel maliyyə yuyulması və pulun ötürülməsi şəbəkəsini təmsil edir. Üçünün də vətəndaqlıqları NCA-nın hesabatında göstərilmir.

Araşdırma zamanı Jdanova, Maqomedov və Krasnov-un əsasən Böyük Britaniyada fəaliyyət göstərdikləri müəyyən edilib. NCA-nın fəaliyyət miqyasını göstərmək üçün təqdim etdiyi nümunəyə görə, bu qrup dörd ay ərzində İngiltərə, Şotlandiya, Uels və La-Manş boğazı adalarında yerləşən 55 məntəqədə böyük məbləğdə nağd pul ötürülməsini təşkil edib.

Həmçinin, “hüquqi şəxslər və şirkətlər”, ABŞ sanksiya siyahısına daxil olanlar arasında Rusiyada, Böyük Britaniyada, ABŞ-da, BƏƏ və Taylandda yerləşən və Avropa və Asiyanın digər ölkələrində filialları olan şirkətlər vardır.

Əməliyyat çərçivəsində dünyada onlarla şəxs həbs edilib. Bundan əlavə, 20 milyon funt sterlinqdən çox nağd pul və kriptovalyuta müsadirə edilib.

Maxinasiyaların sxemi: Bu əməliyyat, əsasən, maliyyə vəsaitlərinin yuyulması, narkotik ticarəti və qeyri-qanuni maliyyə sxemlərinin həyata keçirilməsi məqsədini güdüb, bu da beynəlxalq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.
Smart və TGR Group Böyük Britaniya və dünya üzrə narkotik və atəşli silahların qanunsuz dövriyyəsi ilə məşğul olan bir neçə beynəlxalq cinayətkar sindikatına pul yuyulması xidmətləri təqdim edib, – NCA-nın hesabatında bildirilir.

Sxemin mahiyyəti budur ki, şəbəkə bir ölkədə pul alır və onu başqa bir ölkədə ekvivalent olaraq verir, çox vaxt kriptovalyutaları nağd pula çevirərək pul axınlarını optimallaşdırır və valyutanı yuyur. Beynəlxalq araşdırma iştirakçılarının sözlərinə görə, onlar böyük məbləğdə nağd pulun müxtəlif şəhərlərdə küçələrdə ötürülməsini və dərhal sonra eyni həcmdə kriptovalyutanın hərəkətini müşahidə ediblər.

NCA-nın bildirdiyinə görə, Rusiya şəbəkəsi müştərilərinə Rusiya vətəndaşlarının Britaniyaya qanunsuz şəkildə pul keçirmə sanksiyalarını aşmağa kömək edib. 2022-ci ilin sonlarından 2023-cü ilin yayına qədər Smart şəbəkəsi, Böyük Britaniyada Rusiya casusluq əməliyyatlarını maliyyələşdirmək üçün istifadə olunub.

Operation Destabilise əvvəlcədən beynəlxalq hüquq-mühafizə orqanları və tənzimləyici orqanlar tərəfindən məlum olmayan milyardlarla dolların yuyulması sxemlərini üzə çıxarıb, – NCA-nın xüsusi əməliyyatlar şöbəsinin rəhbəri Rob Cones bildirib.

Rusiyada dərin köklər: Smart və TGR Group-un Rusiyanın maliyyə sektoru ilə güclü əlaqələri olduğu müəyyən edilib. Pul axınları tez-tez yaxın Şərq vasitəsilə Rusiyaya və ya Rusiyadan yönəldilib, şəbəkə isə ümumilikdə 30-dan çox ölkədə fəaliyyət göstərib.

Bundan əlavə, Smart və TGR-nin kriptovalyuta ünvanlarının Garantex adlı kriptovalyuta mübadilə xidməti ilə müntəzəm olaraq əlaqə qurduğu aşkar edilib. Garantex 2022-ci ildə Böyük Britaniya və ABŞ tərəfindən sanksiya tətbiq edilən bir xidmət olub və Rusiya tərəfindən Ukraynada istifadə olunan silah komponentləri üçün ödənişlərlə əlaqələndirilib.

NCA-nın xüsusi əməliyyatlar şöbəsinin direktoru Rob Cones öz qurumunun və tərəfdaşlarının bu cinayətkar xidmətin bütün səviyyələrini dağıdaraq, yuxarı səviyyədəki rusiyalı şəxsləri üzə çıxardığını bildirib.
Ardını oxu...
FETÖ lideri Fətullah Gülənin Ankarada yerləşən malikanəsində Türkiyə bayrağı qaldırılıb.

7News.Az Türk mediasına istinadən xəbər verir ki, qaçaq FETÖ maliyyəçisi Akın İpekə məxsus Koza-İpek Holdinq də daxil olmaqla 12 şirkət və Ankaradakı dəbdəbəli malikanə Sərvət Fonduna verilib.

Transferdən sonra dəbdəbəli malikanədə Türkiyə bayrağı qaldırılıb.

Qeyd edək ki, FETÖ tərəfindən "Gülənin sözdə xilafət sarayı" adlandırılan malikanəsi 2013-cü ildə tikilərkən 30 milyon TL-yə başa gəlib. Ankaranın prestijli ərazilərindən birində minlərlə kvadrat metrlik ərazidə inşa edilən malikanə 24 saat təhlükəsizlik kameraları və mühafizəçilər tərəfindən qorunub. 2024-cü ilin avqustunda Prezident Tayyib Ərdoğanın imzası ilə Əmanətlərin Sığortalanması Fondundan 12 şirkət, daşınar və daşınmaz əmlak Türkiyə Sərvət Fonduna təhvil verilib. Bu malikanə də köçürülənlər arasında olub.
 
Ardını oxu...
Bermud üçbucağında gəmilərin və təyyarələrin yoxa çıxdığı məlumdur. Bununla belə, alimlər dünyanın başqa yerlərində də oxşar sirli bölgələrin olduğunu aşkar ediblər.

Bəs, Bermud üçbucağından daha təhlükəli yer ola bilərmi?

"DogruXeber.az" bu barədə maraqlı məlumat təqdim edir.

Ötən əsrdə Bermud üçbucağında yüzə yaxın gəmi və təyyarə yoxa çıxıb. Bu bölgə Floridanın Bermud adalarından Puerto Rikoya qədər uzanır və təxminən 805.000 kvadrat kilometr ərazini əhatə edir.

Bu sirli ərazidə təkcə gəmilər deyil, təyyarələr də yoxa çıxır. 1945-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus beş torpedo bombardmançı adi təlim zamanı qəflətən yoxa çıxıb.

Beş təyyarənin eyni anda sıradan çıxması ehtimalı az idi və hamısı uçuşdan əvvəl diqqətlə sınaqdan keçirilmişdi.

Daha maraqlısı 1970-ci ildə “Beechcraft Bonanza” təyyarəsinin başına gələnlər idi. Təyyarə Baham adalarının Andros adasından havaya qalxaraq Floridaya istiqamət alıb.

Lakin uçuş zamanı qəribə silindrik buludla qarşılaşıb və onun içindən keçməli olub. İçəri girən kimi təyyarədəki bütün elektron qurğular nasazlayıb və pilot qısa müddət ərzində çəkisizlik hissi keçirib.

Təyyarə Mayamiyə həmişəkindən daha qısa müddətdə çatıb və çox az yanacaq sərf edib. Həmin gün təyyarədə olan heç kim onların necə bu qədər tez gəldiyini başa düşə bilməyib.

Alimlər Bermud üçbucağının sirrini açmağa çalışarkən Yer kürəsində daha təhlükəli bir bölgənin - Avstraliyanın qərb sahilinin mövcudluğunu aşkar etdilər.

Bu yer o qədər çox gəmi qəzasına ev sahibliyi edir ki, yerli sakinlər bu sularda ruhların gəzdiyini deyirlər.

Hətta Maqnit adasında üzən və şəkil çəkdirən turistlər də fotolarında qorxulu detallara diqqət yetirirlər.

Avstraliyanın qərb sahilləri yaxınlığındakı sular 1600-ə yaxın batmış gəmi ilə doludur və itkin düşən dənizçilərin cəsədləri hələ də bu ərazidə tapılır.

Yerli əfsanələr və qəribə hadisələr buranın Bermud üçbucağından daha təhlükəli bölgə olduğunu deməyə əsas verir.
 
 
 
Ardını oxu...
Dünyanın ən ucqar adasındakı insanlar necə yaşayır?Kellyn Green ailəsi dünyanın ən təcrid olunmuş məskunlaşmış arxipelaqlarından birində həyatın necə keçməsindən danışıb.
TEREF-in Lent.az-a istinadən xəbərinə görə, dünyanın ən təcrid olunmuş məskunlaşmış arxipelaqlarından biri olan Tristan da Cunha qeyri-adi həyatlarını sosial mediada paylaşan Kelli Qrin ailəsi sayəsində məşhurlaşıb.

Cənubi Atlantik Okeanında yerləşən bu vulkanik ada Cənubi Afrikanın Keyptaun şəhərindən 1732 mil və Argentinanın Mar del Plata şəhərindən 2454 mil məsafədədir. Bu adaya yalnız dəniz yolu ilə, 7-8 gün ərzində çatmaq olar.

Ailəsi ilə birlikdə adada yaşayan Kelli TikTok platformasında həyatından anları aktiv şəkildə paylaşır. Onun yüklə dolu gəminin gəlişini və Milad bayramı üçün 6 ay əvvəldən malların necə sifariş edildiyini göstərən videolarından biri 1,8 milyondan çox baxışla viral olub.

Tristan da Cunha, təxminən 250 nəfər əhalisi olan Britaniyanın xaricdəki ərazisidir. Rahat liman yoxdur, dağlıq ərazi və tez-tez yağan yağışlar ağır yaşayış şəraiti yaradır. Bununla belə, ada sakinləri Kellinin izləyiciləri arasında heyranlıq və maraq doğuran rahat həyat tərzi keçirirlər. Bir çoxları bu yer haqqında ilk dəfə onun videosu sayəsində öyrəndiklərini etiraf edir və aktiv şəkildə şərhlər yazırlar: "Fırtınalardan necə sağ çıxırsan?" və ya "Ada həyatı haqqında daha çox film çəkməlisən!"

Tristan da Cunhanın tarixi 1816-cı ildə Fransız təhlükəsindən qorunmaq üçün qurulan İngilis qarnizonu ilə başladı. Zaman keçdikcə kiçik sakinlər icması Britaniya ilə əlaqə saxladı və tam təcrid şəraitində inkişaf etməyi öyrəndi. Bu gün ada dözümlülük və ekstremal şəraitə uyğunlaşma nümunəsi olaraq qalır və onun sakinlərinin həyatı "dünyanın sonunu" yaşamağa imkan verən müasir texnologiyalar sayəsində dünyanı valeh etməkdə davam edir.


 

Dünyapress TV

Xəbər lenti