BMT-nin xüsusi nümayəndəsi ölkənin yeni liderləri, regional və qlobal güclər prezident Bəşar Əsədin devrilməsindən sonra irəliyə doğru yol cızmağa başladığı bir vaxt bazar günü Suriyaya qarşı Qərbin sanksiyalarına tez bir zamanda son qoyulmasına çağırıb.
Suriya hökuməti 2011-ci ildə hökumət əleyhinə dinc etirazlar kimi başlayan və sonradan vətəndaş müharibəsinə çevrilən hadisələrə Əsəd rejiminin qəddar reaksiyası nəticəsində illərdir ABŞ, Avropa İttifaqı və başqları tərəfindən sərt sanksiyalara məruz qalırdı.
Bir neçə gün əvvəl Əsədi devirən və onun ölkə üzərində dəmir yumruqla idarəçliyinə son qoyan üsyançıların alyansı Suriyanın əvvəlki iqtisadi problemlərini daha da pisləşdirən sərt beynəlxalq sanksiyalardan sarsılmış və dərindən təcrid olunmuş bir ölkə ilə üz-üzədir.
Lakin Suriyanın yenidən qurulmasını digər problemlər də çətinləşdirir: keçid dövrünün yeni rəhbərliyi ölkəni necə idarə etmək barədə aydın fikir ortaya qoymayıb və hücumun arxasında duran əsas qrup ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınıb.
BMT-nin Suriya üzrə nümayəndəsi Geir Pedersen Dəməşqdə jurnalistlərə verdiyi açıqlamada sanksiyaların sürətlə aradan qaldırılması ilə Suriyanın son bir neçə həftənin təlatümlü dövründən sonra yoluna qayıtmasının mümkün olacağını bildirib.
“Ümid edirəm ki, Suriyanın bərpası ilə bağlı real birliyi görə bilməyimiz üçün sanksiyaların tezliklə sona çatdığının şahidi olacağıq”, Pedersen deyib.
Suriyanın ən böyük şəhərlərinin bəzi hissələri illərlə davam edən döyüşlər nəticəsində zədələnmiş və ya dağılmış vəziyyətdə qalır. Yenidənqurma işləri siyasi həllin olmadığı halda hökumətin nəzarətində olan ərazilərdə zədələnmiş infrastrukturun və əmlakın bərpasının qarşısını almaq məqsədi daşıyan sanksiyalarla əsasən dayandırılıb.
Pedersen Əsədi hakimiyyətdən devirən keçmiş müxalifət qüvvələrinin yaratdığı və islamçı Heyət Təhrir Əş-Şam (HTŞ) silahlı qrupunun rəhbərlik etdiyi yeni müvəqqəti hökumətin rəsmiləri ilə görüşmək üçün Dəməşqə gedib.
Vaşinqtonda rəsmilər Bayden administrasiyasının qruplaşmanın terror təşkilatları siyahısından çıxarılmasını nəzərdən keçirdiyini bildiriblər. ABŞ dövlət katibi Antoni Blinken şənbə günü rəsmilərin qrupla birbaşa əlaqə saxladığını bildirib.
Blinken həftə sonu İordaniyada keçirilən fövqəladə iclasda iştirak edərək, Ərəb Liqasının 12 xarici işlər nazirinin, Türkiyə və eləcə də Avropa İttifaqı və BMT-nin yüksək səviyyəli rəsmilərinin Suriyanın onilliklər boyu Əsəd ailəsinin idarəçiliyindən sonra necə idarə olunması məsələsinə dəstəyinə nail olduğunu bildirib.
Onlar yeni hökumətin azlıqların və qadınların hüquqlarına hörmət etməli, terrorçu qrupların güclənməsinin qarşısını almalı, humanitar yardımın ehtiyacı olanlara çatmasını təmin etməli və Əsəd dövründən qalan kimyəvi silahları məhv etməli olduğu məsələlərində razılıq əldə ediblər. Blinken ABŞ-ın bu prinsiplərə əməl edən yeni hökuməti tanıyacağını və dəstəkləyəcəyini vəd edib.
Bayden administrasiyasının hakimiyyətinin sona çatmağa yaxınlaşdığı bir vaxt yeni seçilmiş prezident Donald Trampın Suriya məsələsində hansı yanaşma seçəcəyi hələ aydın deyil.
Suriyada müvəqqəti hökumətin mart ayına qədər hakimiyyətdə olacağı gözlənilir, lakin onun hansı proses çərçivəsində daimi hökumətlə əvəz ediləcəyi hələ açıqlanmayıb.
“Biz bütün suriyalıları əhatə edən siyasi prosesə başlamalıyıq”, Pedersen deyib . “Aydındır ki, bu proses suriyalıların özləri tərəfindən idarə olunmalıdır”, o əlavə edib.
Pedersen müharibə zamanı törədilmiş cinayətlərə görə “ədalət və məsuliyyətə”, eləcə də beynəlxalq ictimaiyyəti humanitar yardımı artırmağa çağırıb.
Dnepr şəhərində Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Milli Polis əməkdaşları rusiya federasiyası xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən diversiya qrupunun başçısını həbs edib. Bu erməni əsilli Ruben Voskanyandır. Onun dəstəsi Jtomir şəhərində polis bölməsinin qarşısında, Dnepr şəhərində ticarət mərkəzinin önündə, eləcə də Kiyev şəhərində partlayış törətməkdə ittiham olunur. Birinci hadisədə polis nəfəri yaranıb, ikinci dəfə həlak olan da var. Kiyevdəki partlayışın qarşısı öncədən alınıb. Hüquq mühazirə orqanları müəyyən edib ki, hadisəni 37 yaşlı əvvəllər məhkum olunmuş şəxs və bir neçə yetkinlik yaşına çatmayan uşaqlar törədiblər. Facebook səhifəsində Voskanyanın Donetsk vilayəti Marqanets şəhərində doğulduğu, Odessada yaşadığı qeyd olunub. Анар Натигоглі Агазаде TEREF
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ailəsi ilə birlikdə yaşadığı hökumət iqamətgahının binalarının düzgün qızdırılmadığını bildirib. "Hökumət binaları heç vaxt isinmir... Qazdan istifadə olunur, amma bina qızdırılmır. Soyuğa dözə bilərik, amma sonda donmamaq üçün (elektrik) qızdırıcıları işə salmaq qərarına gəlirik. Amma qaz hələ də var. istifadə edirlər və bunun üçün dövlət büdcəsindən pul ödənir ”. Musavat.com “Qolos Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, bu xərcləri şəxsi vəsaitdən ödəmək mümkün deyil. “İndi görək, buna nə qədər vəsait xərclənib”, - Ermənistanın baş naziri deyib.
“Qolos Armeniya” yazır ki, Paşinyanın indi bu problemi gündəmə gətirməsi təsadüfi deyil. “Paşinyan evləri qazın isitməsinin effektivliyini şübhə altına alır. Onun istilik sistemlərinin səmərəliliyi ilə bağlı dediklərindən iki gün əvvəl, ilk baxışdan bu mövzuya dəxli olmayan hadisə baş verdi. Belə ki, Ermənistan Mərkəzi Seçki Komissiyası “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında” qanun layihəsinin müdafiəsi üçün toplanmış 52 351 imzanı etibarlı hesab edib. Beləliklə, qanun layihəsi baxılmaq üçün parlamentə gedəcək və parlamentdə çox güman ki, müvafiq təsdiqini alacaq. Paşinyanın bu mövzuya toxunaraq qeyd edib ki, Avropa Parlamentinin tribunasından Ermənistanın bu quruma üzvlük istədiyini xatırladıb. Bu isə o deməkdir ki, Ermənistan cəmiyyəti tezliklə çətin seçim qarşısında qalacaq. Bir tərəfdən, vizasız gediş-gəlişlə “Avropa cənnətinə” qapıların açılması perspektivləri var. Digər tərəfdə isə Ermənistana qaz tədarükünün dayandırılması, Avrasiya İqtisadi İttifaqına, ümumikdə Rusiyaya qapıların bağlanması var. Yeri gəlmişkən, burada mövsümilik amili əsas əhəmiyyət kəsb edə bilər. Əgər yayda referendum keçirilərsə, çox güman ki, çoxları vizasız rejimə üstünlük verəcək”.
“Qolos Armeniya” yada salır ki, Paşinyan iqtidarı Ermənistanı təkcə qazsız həyata deyil, ərzaqla da mümkün qıtlıa hazırlayır. Belə ki, bir müddət əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməənilərə buğdanı düyü ilə əvəz etməyi təklif etmişdi. “Yəqin ki, mümkün referendum ərəfəsində cəmiyyətin mövcud sosial, məişət, kulinariyada alternativ seçimlər etmək təklifləri səslənəcək. İnsanlar getdikcə daha çox deyəcəklər ki, çörək əvəzinə düyü yemək, qaz əvəzinə odun istifadə etmək olar. Əgər insanlar bu cür təkliflərə şübhə ilə yanaşarsa, Səhiyyə Nazirliyi düyünün faydaları və buğdanın zərərləri ilə bağlı maarifləndirici veriliş keçirəcək, kafe və restoranlarda süfrələrdə çörək qadağan ediləcək. Qaz isə ekoloji cəhətdən təmiz odunlarla əvəzləmək təbliğ olunacaq”.
ABŞ-ın keçmiş və gələcək prezidenti Donald Trampın Almaniyadakı keçmiş səfiri və onun biznes tərəfdaşlarından biri Riçard Qrenellin (Richard Grenell) yeni vəzifə alması barədə xəbər gündəmə çıxıb. Tramp, Truth Social platformasında etdiyi açıqlamada, Qrenellin “xüsusi missiyalar üzrə elçi” təyin edildiyini və onun dünyanın müxtəlif münaqişə ocaqlarında mühüm rol oynayacağını bildirib. Tramp qeyd edib ki, Qrenellin fəaliyyəti xüsusilə Venesuela və Şimali Koreya kimi “ən qaynar nöqtələrdə” cəmləşəcək və o, “güc vasitəsilə sülh” prinsipi uğrunda mübarizə aparacaq əsas fiqur olacaq. Riçard Qrenell Tramp administrasiyasında diqqət mərkəzində olmuş bir fiqurdur və o, xüsusilə açıq və sərt tənqidləri ilə tanınır. O, əvvəllər ABŞ-ın Almaniyadakı səfiri kimi xidmət edib və bu müddət ərzində Almaniya hökuməti ilə kəskin mövqe fərqləri ilə yadda qalıb. Daha sonra isə kəşfiyyat orqanlarına nəzarət edən milli təhlükəsizlik üzrə vəzifədə çalışıb. Yeni təyinat Qrenellin Tramp komandasında etibarlı fiqur kimi mövqeyini gücləndirir.
ABŞ-nin aparıcı televiziya kanallarından sayılan "ABC News" yeni seçilmiş prezident Donald Trampa qarşı böhtan işində 15 milyon dollar təzminat ödəyəcək.
Bu barədə "ABC News" və Trampın müdafiə qrupu arasında əldə olunan razılaşma ictimaiyyətə açıqlanıb.
Kanalın aparıcısı Corc Stefanopulos iddiaçı tərəfindən və ya onun adından qurulan prezident fonduna və ya muzeyinə 15 milyon dollar xeyriyyə ianəsini ödəməyə və Donald Trampdan üzr istəməyə razılaşdırıldığını söyləyib.
Televiziya şirkəti, həmçinin iddiaçıya 1 milyon dollar vəkil haqqı ödəyəcək.
Trampın "X" hesabında razılaşma ilə bağlı belə qeyd olunub: "Bu razılaşma Tramp üçün mühüm hüquqi zəfərdir və jurnalistikada, xüsusən də ictimai xadimlərə gəldikdə, dəqiqliyi əks etdirir".
Xatırladaq ki, 80 yaşlı jurnal yazıçısı E.Jean Carroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı "Bergdorf Goodman" mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd edib. Kerollun qaldırdığı "zorlama və təhqir" işində məhkəmə münsiflər heyəti Trampı 2023-cü ilin mayında hücum, təhqir və cinsi təcavüzdə günahkar bilib, lakin Kerollun zorlama ilə bağlı bunu sübut edə bilməyəcəyinə qərar verib. Məhkəmə Trampı hücum və təhqirə görə 5 milyon dollar, iddiaçıya dəymiş ziyana görə 83,3 milyon dollar ödəməyə məhkum edib. Bu ilin əvvəlində isə Tramp Florida ştatının federal məhkəməsində böhtan iddiası qaldırmışdı.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsinin rəhbəri Devin Nunesi Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri təyin etmək qərarına gəlib.
Bu barədə Tramp “Truth” hesabında məlumat verib.
“Mən “Truth Social”ın baş direktoru Devin Nunesi federal hökumətlə birbaşa əlaqəsi olmayan görkəmli vətəndaşlardan ibarət Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri vəzifəsinə təyin edəcəyimi elan etməkdən məmnunam”, - deyə o bildirib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatı misli görünməmiş sanksiyalar fonunda inkişaf edir. Yaxın və uzunmüddətli perspektivdə Rusiyanın qarşısında duran bütün vəzifələr yerinə yetiriləcək. “Report” xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin "Vahid Rusiya" partiyasının qurultayında bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı misli görünməmiş sanksiyalar fonunda inkişaf edir, şantaj və ona mane olmaq cəhdləri isə nəticə verməyəcək.