Ardını oxu...
Bəşər Əsədin əmisi oğlu İhab Maxluf Dəməşqdən Beyruta qaçmaq istəyərkən öldürülüb.

Bu barədə xarici KİV yazıb.

Mənbə qeyd edir ki, Əsədin digər əmisi oğlu Eyad Maxluf isə yaralanıb.

Xatırladaq ki, paytaxt Dəməşq müxalifətin əlinə keçib, Bəşər Əsəd yük təyyarəsi ilə ölkəni tərk edib. Onun hazırda harada olduğu barədə informasiya yoxdur.
Ardını oxu...
Böyük Britaniyada “Darragh” qasırğasının yaratdığı güclü küləklər səbəbindən iki nəfər həyatını itirib.

Lankaşir qraflığının Lonqton şəhəri yaxınlığında, A59 magistral yolunda hərəkətdə olan mikroavtobusun üzərinə ağac aşaraq 40 yaşlı sürücünün ölümünə səbəb olub. Bənzər hadisə Birminqemin Erdinqton bölgəsində baş verib. Burada da ağacın avtomobilin üzərinə düşməsi nəticəsində bir nəfər həlak olub.

Qasırğa zamanı bəzi bölgələrdə küləyin sürəti saatda 100 milə (təxminən 160 km/saata) çatıb. Nəticədə İngiltərənin qərb bölgələri və Uelsdə 250 mindən çox insan elektrik enerjisiz qalıb. Həmçinin, idman tədbirləri təxirə salınıb, bəzi uçuş reysləri ləğv edilib.

Hazırda İngiltərə, Uels və Şotlandiyanın cənub bölgələrində güclü küləklərlə bağlı sarı hava xəbərdarlığı qüvvədədir. Şimal-şərqi İngiltərədə isə yağışla bağlı ayrıca xəbərdarlıq edilib. Ətraf Mühit Agentliyi tərəfindən 65 daşqın xəbərdarlığı və 152 daşqın ehtimalı elan edilib. Bu səbəbdən əhali səyahət planlarını diqqətlə nəzərdən keçirməyə və hava proqnozlarını izləməyə çağırılıb.

Qasırğanın təsirləri nəticəsində bəzi bölgələrdə evlərin dam örtükləri zədələnib, ağaclar kökündən çıxıb və yollar bağlanıb. Mütəxəssislər belə hava şəraitində ehtiyatlı olmağı və zəruri olmadıqca evdən çıxmamağı tövsiyə edirlər.
 
Ardını oxu...
Dəməşqdə yerli vaxtla saat 16:00-dan 05:00-a qədər komendant saatı tətbiq edilir.

Bu barədə “Al Watan” nəşri məlumat yayıb.

Məlumata görə, bu barədə qərarı hərbi administrasiya verib.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər.
 
 
 
Ardını oxu...
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, silahlı şəxslər respublikanın Dəməşqdəki səfirinin iqamətgahına gələrək 3 avtomobili aparıblar.

TNS xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

“Nə səfir, nə də onu mühafizə edənləri xəsarət almayıb”, - nazir bildirib. O, aydınlaşdırıb ki, diplomatik missiyada rejimin nümayəndələrini axtarırlar. Onun sözlərinə görə, ümumilikdə vəziyyət, nəzarət altındadır, İtaliya rəhbərliyi buna nəzarət edir.
 
Ardını oxu...

Hazırda Dəməşqdə bir qrup sakin küçələrə çıxaraq Suriya Prezidenti Bəşər Əsədə dəstək şüarları səsləndirir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Lakin yayımlanan görüntülər və əhali arasında olan ruhsuzluq mənzərəsi bu dəstəyin səmimi olmadığını ortaya qoyur.

Xatırladaq ki, Dəməşq küçələrindəki bu mənzərə İraqın keçmiş lideri Səddam Hüseynin devrilməsindən əvvəlki günləri xatırladır. Həmin dövrdə də Bağdad sakinləri küçələrə çıxaraq Səddam Hüseynə dəstək nümayişləri keçirmiş, lakin bu cür şüarlar və təbliğatlar nə onun özünü, nə də rejimini xilas edə bilmişdi.

Ehtimal olunur ki, Bəşər Əsədin tərəfdarlarının bu məcburi çıxışları və nümayiş etdirilən səhnələr də onun rejimini xilas etməkdə aciz qalacaq. Bəzi mənbələr iddia edir ki, Əsəd artıq ölkəni tərk edib və hazırda bütün təlimat və göstərişlərini Tehrandan verir.

Siyasi ekspertlər qeyd edir ki, Əsəd rejimi özünün son günlərini yaşayır və bu cür zorakı nümayişlər yalnız süqutun qarşısını almaq üçün edilən səmərəsiz cəhdlərdir.

Musavat.com mövzunu izləməyə davam edir və oxucularına ən son məlumatları çatdıracaq.

 

 
 
 
 
 

 

Musavat.com


FOTO

Ardını oxu...
  

 

Musavat.com xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) özünün rusdilli “Telegram” kanallarında Azərbaycana qarşı açıq hədə-qorxu dolu mesajlar yayımlayıb. SEPAH bəyan edib ki, Qafqazda “müqəddəs müharibə”nin vaxtı çatıb. Bu təhdidlər, İranın Suriya və Yaxın Şərqdəki məğlubiyyətlərinin üstünü ört-basdır etmək üçün yeni avantüralar axtardığını göstərir.

İranın muhafazakar dairələri və xüsusilə SEPAH, Suriyada böyük məğlubiyyətlərə uğrayaraq öz proksi qüvvələrini ərazidən çıxarmağa məcbur olub. Bu uğursuzluqlar fonunda, SEPAH-ın Azərbaycana qarşı yeni bir informasiya müharibəsinə başladığı aydın görünür. Yayılmış məlumatlarda iddia edilir ki, Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin rəhbəri Rişard Murun Bakıya səfərindən sonra Azərbaycan guya Ermənistanın Sünik bölgəsinə hücum etməyə hazırlaşır.

Musavat.com-un əldə etdiyi məlumatlara görə, bu iddialar İranın regionda gərginliyi artırmaq üçün uydurduğu təxribat dolu bir ssenaridən başqa bir şey deyil. SEPAH və İranın muhafazakar dairələri diqqəti öz biabırçı uğursuzluqlarından yayındırmaq üçün belə provokasiyalara əl atır.

Azərbaycanın qonşuluq və sülh siyasətinə sadiq bir dövlət olduğu hər kəsə məlumdur. Azərbaycan heç bir halda bu cür ucuz təxribatlara uymayıb və uymayacaq. İranın və SEPAH-ın diqqətinə çatdırmaq istərdik ki, Suriyadakı məğlubiyyətlərinin dərdini çəkməyə davam etsinlər və bölgədə yeni gərginliklər yaratmaqdan əl çəksinlər. Azərbaycan regionda sabitlik və əməkdaşlığa töhfə verməkdə qərarlıdır və bu cür avantürist yanaşmaların uğursuz olacağı hər kəsə məlumdur.

Musavat.com hadisələri izləməyə davam edir və oxucularına ən son məlumatları çatdıracaq.

Musavat.com

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
BMT universal bir birlik kimi alternativi yoxdur, lakin onun islahata ehtiyacı var.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“BMT universal bir təşkilat kimi bəşəriyyət üçün tamamilə zəruridir. Təəssüf ki, böyük güclər qlobal dünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki reallıqlar isə bir çox ölkələri, o cümlədən Qazaxıstanı çox narahat edir. Ona görə də BMT-də islahatlar aparılmalıdır”, - Tokayev bildirib. \\Axar.Az
 
Ardını oxu...
Son illərdə Azərbaycana qarşı açıq şəkildə düşmənçilik siyasəti yürüdən Fransa Prezidenti Emmanuel Makron üçün yolun sonu görünməyə başlayıb. Bunu hazırda Fransada yaşanan ciddi siyasi böhranın və ya siyasi zəlzələnin nəticələrindən də görmək mümkündür.
Fransanın Baş naziri Mişel Barnyenin bu gün Yelisey Sarayına gələrək istefa ərizəsini Prezident Makrona təqdim etməsi sözügedən siyasi böhranın "pik" nöqtəsidir. Bu, Fransa prezidenti üçün həddindən artıq ağrılı nəticədir. Çünki Fransa parlamentində müxalifətin baş nazirə etimadsızlıq səsverməsindən sonra, Prezident Emmanuel Makronun da istefasının tələb ediləcəyi açıqlanıb.

Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Makronun siyasi rəqibləri yaranmış əlverişli vəziyyətdən istifadə edərək, onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Ekspertin sözlərinə görə, hərçənd ki, Fransa prezidenti heç bir halda postunu tərk etməyəcəyini bildirib. Ancaq daxili və xarici siyasətdə yol verilən ağır səhvlər Mişel Barnyenin sonunu gətirdiyi kimi Makronun da siyasi karyerasını bitirə bilər:

"Prezidentin və baş nazirin 2025-ci ilin dövlət büdcəsinin sosial xərclər bölməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinin müxalifət tərəfindən rədd olunması fonunda, baş nazirin sözügedən layihəni parlamentin təsdiqi olmadan qəbul etməsi səbəbilə hökumətə qarşı parlament tərəfindən etimadsızlıq qərarının qəbul edilməsi Prezident Emmanuel Makronun özünün də mövqelərini ciddi şəkildə sarsıdır. Makronun mövqelərinin zəifləməsi isə ölkədə siyasi böhranın davam etməsini şərtləndirəcək. Makronun və Barnyenin təqdim etdikləri ölkə üçün mühüm islahatların başlanğıcı kimi təbliğ olunan büdcə layihəsinin parlamentdə keçirilən səsvermə zamanı lazımi dəstəyi qazana bilməməsi bir daha onu göstərdi ki, Makronun hökumətinə olan inam, həqiqətən də, həddindən artıq azalıb. Hazırda fransızların 63 faizindən çoxu Makronun istefasını istəyir. Bu, Makronun siyasi reytinqinin aşağı düşdüyünü göstərən rekord göstəricidir. Respondentlərin əksəriyyəti hesab edir ki, Emmanuel Makron mövcud siyasi qeyri-sabitliyə, xüsusən də iyunda parlamenti buraxmaq qərarının doğurduğu siyasi böhrana görə məsuliyyət daşıyır".

Ə.Hüseynov vurğulayıb ki, əksər fransızlar Emmanuel Makronun Yelisey Sarayını tərk etməsini istəyir:
"Makronun istər daxili siyasətdə, istərsə də xarici siyasətdə üzləşdiyi uğursuzluqlar onun hər an tarixin arxivinə göndərilməsi ilə nəticələnə bilər. Fransa liderinin yürütdüyü ksenofob, islamofob, türkəfob, irqçi, ermənipərəst siyasət bir çox ölkələrlə yanaşı, Azərbaycanla da münasibətləri tamamilə korlayıb. Makronun ermənipərəst siyasəti Fransanın öz milli maraqlarına zərbə vurdu. Onun Ermənistanı silahlandırması Cənubi Qafqaza dayanıqlı sülhün gəlişini də ləngitdi. Afrikadan qovulan Fransa Cənubi Qafqazda və Ukraynada əsas söz sahibi kimi çıxış etməyə çalışdı, lakin burada da fiasko ilə üzləşdi. Bir sözlə, Fransanın bugünkü uğursuzluqlarının səbəbi Makronun apardığı yanlış və qərəzli siyasətdir. Ona görə fransızlar çıxış yolunu Makronu istefaya getməyə çağırmaqda görürlər. Hakimiyyət ambisiyalarından əl çəkə bilməyən Makron isə səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmaq niyyətindədir. Lakin Makron özünün əfsanəvi kumiri, Fransanın sabiq Prezidenti Şarl de Qollun aqibətini yaşamaqdan sığortalanmayıb. Makron ədalətsiz siyasətinin bədəlini ödəyir".
 
 
 
Ardını oxu...
 

Suriya Prezidenti Bəşər Əsədin İrana qaçdığı bildirilib.

Musavat.com xəbər verir ki, bu barədə İranın hökumətə yaxın "Sama TV" kanalı məlumat yayıb.

Əsədin bu qərarı Suriyada hərbi və siyasi gərginliyin pik həddə çatdığı bir dövrdə verilib.

Rusiyanın dəstəyi zəiflədi...

Son illərdə Əsəd rejimi Rusiyanın hərbi və siyasi dəstəyinə güvənirdi. Ancaq Moskvanın Suriya siyasətindəki dəyişikliklər rejimin zəifləməsinə və Əsədin başqa tərəfdaşlara yönəlməsinə səbəb olub. Bu vəziyyət Tehranın Əsəd üçün yeni sığınacaq rolunu oynadığını göstərir.

Rejim 24 saata süqutedəcək

İsraildə çıxan "Yediot Ahronot" qəzeti Əsəd rejiminin 24 saat ərzində süqut edəcəyini iddia edib. Müxalif qüvvələrin artan təzyiqləri və Əsədin ölkəni tərk etməsi bu ehtimalı daha da gücləndirir.

Yeni gərginlik dalğası

Əsədin ölkəni tərk etməsi Suriyada siyasi boşluq yarada və güc balansını dəyişdirə bilər. Bu vəziyyət regionda yeni münaqişələrə yol aça və beynəlxalq səviyyədə Suriya ilə bağlı qərarların sürətlənməsinə səbəb ola bilər.

Dünyanın gözü Suriyada

Hazırda dünya ictimaiyyəti Suriyada baş verən hadisələri diqqətlə izləyir.

Musavat.com bildirir ki, Əsədin İrana qaçması xəbəri təsdiqlənərsə, bu, həm Suriya daxilində, həm də regionda ciddi dəyişikliklərə səbəb ola bilər. Lakin nəzərə almaq lazımdır ki, bu iddiaların doğrulmama ehtimalı da vardır.

 

Musavat.com

Dünyapress TV

Xəbər lenti