Ardını oxu...
Hatayın (Türkiyə) Reyhanlı bölgəsində 53 nəfərin öldüyü terror hücumunda əli olan Cengiz Sertel saxlanılıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

11 may 2013-cü ildəki hücumun iştirakçısı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və polisin təşkil etdiyi əməliyyatla ələ keçib.

Bildirilir ki, o terror aktında istifadə edilən partlayıcıları Suriyadan Türkiyəyə keçirib.
 
 
 
Ardını oxu...
Ümd edirik ki, yeni Suriya ərəb qonşularına və beynəlxalq ictimaiyyətə arxalana biləcək şəkildə qurulacaq.

APA xəbər verir ki, bu barədə İordaniyanın xarici işlər naziri Ayman Safadi mətbuat konfransında bildirib.

O, İsrailin bufer zonaya daxil olmasını pisləyib: “Biz İsrail qüvvələrinin bufer zonaya hücumunu pisləyir və Colan təpələrindən geri çəkilməsin istəyirik”.
 
Ardını oxu...
  

ABŞ-ın Nyu-Cersi və Nyu-York ştatları üzərində naməlum mənşəli dronlar qeydə alınıb.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə onların mənşəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Bəziləri bu dronların yadplanetli texnologiyası ola biləcəyini iddia edərkən, digərləri onların xarici dövlətlərə məxsus olduğunu düşünür.

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) hazırda dronların mənşəyini müəyyən edə bilməyib. Bu vəziyyət ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Donald Tramp məsələ ilə bağlı sərt mövqe nümayiş etdirib:
"Belə bir hadisənin hökumətin nəzarətindən kənarda baş verməsi mümkün deyil. İctimaiyyəti dərhal məlumatlandırın. Əks halda, həmin dronları vurun," – deyə o, bildirib.

Məsələ ilə bağlı rəsmi qurumların susqunluğu suallara səbəb olur. Ekspertlər isə bu cür uçuşların təhlükəsizlik baxımından ciddi risklər daşıdığını vurğulayır.

 

 
 
 
 
 

 

 
 
Ardını oxu...
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üstünlük təşkil etdiyi parlament ölkənin etiraz qanunlarına dəyişiklikləri sürətlə təsdiqləyib, müxalifət liderlərinin və Qərb müttəfiqlərinin tənqidinə səbəb olub. Yeni qanuna görə, etiraz iştirakçılarının üzlərini örtməsi, pirotexnika daşınması və ya lazer göstəricilərindən istifadə qadağan edilir. Bu qaydaları pozan şəxslərə 5,000 lari (1,800 dollar), təşkilatlara isə 15,000 lari (5,400 dollar) cərimə tətbiq ediləcək.

Prezident Salome Zurabişvili və müxalifət liderləri parlamenti qeyri-legitim hesab etdiklərini bildirərək dəyişikliklərə sərt qarşı çıxıblar. Zurabişvilinin qanunu imzalamaqdan imtina edəcəyi gözlənilsə də, qanun parlament spikerinin imzası ilə qüvvəyə minə bilər.

Bununla yanaşı, parlament konstitusiya pozuntularında və ya cinayət əlamətlərində ittiham olunan keçmiş prezidentlər, baş nazirlər və parlament sədrlərinin dövlət mühafizə hüquqlarını ləğv edən qanun qəbul edib. Bu addım əsasən hökumətlə razılaşdırılmamış xarici səfərləri ilə diqqət çəkən və vəzifəsi bitdikdən sonra siyasi proseslərdə fəal iştirak edəcəyini bəyan edən Zurabişviliyə qarşı yönəlmiş hesab edilir.

Artan Qərb təzyiqi
Avropa İttifaqı və ABŞ Gürcüstanın siyasi gedişatı ilə bağlı narahatlıqlarını artırıblar. Gürcüstanın Aİ inteqrasiyasını dayandırmaq qərarından sonra Aİ-nin ölkəyə qarşı yeni sanksiyalar tətbiq edə biləcəyi bildirilir. Dekabrın 16-da keçiriləcək Aİ xarici işlər nazirlərinin toplantısında müzakirə ediləcək tədbirlər arasında rəsmilərə qarşı viza məhdudiyyətlərinin tətbiqi də var, lakin bu, adi vətəndaşlara təsir etməyəcək.

Vaşinqtonda ABŞ Dövlət Departamenti anti-demokratik fəaliyyətlərdə iştirak edən 20 gürcü rəsmisi və şəxsi haqqında viza qadağasını elan edib və əlavə tədbirlərin də nəzərdən keçirildiyini bildirib. “ABŞ ‘Gürcü Arzusu’nun vətəndaşlara, jurnalistlərə, insan hüquqları müdafiəçilərinə və müxalifətçilərə qarşı davam edən zorakılığını qəti şəkildə pisləyir,” – deyə bəyanatda bildirilib.

Bayden administrasiyası demokratiyanı sarsıdan şəxslərin məsuliyyətə cəlb ediləcəyinə dair mövqeyini vurğulayıb və Gürcüstanın Avro-Atlantik birliyə qoşulmaq arzusuna dəstəyini bir daha təsdiqləyib.

Daxili mübarizələr və dəyişən ittifaqlar
Hakim partiya anti-Qərb mövqeyinə və ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasətlərinə yaxınlaşmasına görə artan tənqidlərə məruz qalıb. “Gürcü Arzusu”nun milyarder qurucusu Bidzina İvanişvili demokratik geriləmə ilə bağlı ittihamları rədd edərək, Vaşinqtonla münasibətlərin pisləşməsində “qlobal müharibə partiyası”nı günahlandırıb.

Aİ-yə inteqrasiyanın təxirə salınması və sərtləşdirilmiş etiraz qanunlarına qarşı keçirilən etirazların ikinci həftəsinə daxil olması ilə yüzlərlə insan həbs edilib, zorakılığın artacağı ilə bağlı narahatlıqlar artır.

Bu arada, “Gürcü Arzusu” keçmiş futbolçu Mixeil Kavelashvilini prezidentliyə namizəd göstərib. İlk dəfə olaraq, prezident 14 dekabrda ümumxalq səsverməsi deyil, seçki kollegiyası tərəfindən seçiləcək. Bu isə demokratik legitimliklə bağlı narahatlıqları daha da artırır.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu təltif edib.

Bu barədə “RİA Novosti”yə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.

Dudayev bildirib ki, Rusiya lideri Kadırovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Nazir Kadırovun Rusiyanın müdafiə qabiliyyətinin inkişafına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Bundan əlavə, onun respublikanın sosial-iqtisadi inkişafında qazandığı uğurlardan da söz açıb. \\Bakupost.az
 
Ardını oxu...
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri dekabrın 16-da keçiriləcək iclasda Rusiyaya qarşı 15-ci sanksiyalar paketini təsdiq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" Aİ-nin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, görüşdə xarici işlər nazirləri Gürcüstana qarşı sanksiyaları, o cümlədən diplomatlar və məmurlar üçün viza rejiminin mümkün tətbiqini də müzakirə edəcəklər.
 
Ardını oxu...
Suriyanın cənubundakı 6 kəndin sakinləri İsrailə birləşmək və yaşayış məntəqələrində suverenliyi genişləndirməyi xahiş ediblər.

“Cebheinfo.az”-ın məlumatına görə, söhbət dürzi azlığından gedir.

Dürzilər Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn islamçılar tərəfindən təqib ediləcəklərindən qorxurlar. Görüşdə sakinlər İsraildən bufer zonanı ilhaq etməyi xahiş ediblər.

Qeyd edək ki, 1967-ci ildə İsrail 6 günlük müharibə zamanı Colan təpələrinin bəzi hissələrini işğal etməsi nəticəsində Suriyanın dörd dürzi kəndini öz ərazisinə qatıb. İndi orada 24 minə yaxın insan yaşayır.

İsraildəki bütün dürzi icmasının sayı 250 min nəfərdən artıqdır.

Onlar əsasən Qalileyada yaşayırlar. Dekabrın 12-də İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin dürzi icmasının dini lideri Mavafik Tariflə görüşüb.

Onlar Suriyanın cənubundakı dürzilərin cəmləşdiyi ərazilərdə sabitliyin və təhlükəsizliyin qorunmasını müzakirə ediblər.

Qeyd edək ki, 2010-cu ildə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl əhalinin təxminən 3 faizini təşkil edən Dürzi icmasının sayı 700 min nəfərə yaxın idi.

Onların demək olar ki, yarısı Əs-Süveyda əyalətində yaşayırdı.

Həmin bölgədə xristian azlığı ilə birlikdə dürzilər əhalinin təxminən 90 faizini təşkil edirdi.

2018-ci ilin iyul ayında İŞİD terror qruplaşması Əs-Süveyda şəhərinə hücum edərək 258 nəfər dinc sakini qətlə yetirib.
 
Ardını oxu...
Dekabrın 12-də Türkiyə və Qətərin kəşfiyyat rəisləri İbrahim Kalın və Xalfan əl-Kəəbi Dəməşqə səfər etdilər. Hər iki şəxs çevrilişdən sonra Suriya paytaxtına gəlmiş ilk yüksək vəzifəli dövlət rəsmiləri hesab olunur. Kəşfiyyatçıları Colani şəxsən öz maşınında Dəməşqin qədim Əməvi məscidinə gətirdi. İbrahim Kalın Ərdoğanın 12 il əvvəl səsləndirdiyi arzusunu yerinə yetirərək namaz qıldı.

Aydın məsələdir ki, bu səfər Əməvi məscidində namaz qılmaq üçün təşkil olunmamışdı. Kalın və Kəəbi yeni Suriyanın əsl sahiblərinin kimliyini nümayiş etdirmək üçün orada idilər. Yeni Suriyanın inşasının sponsoru Qətər, icraçısı isə Türkiyə olacaq. Bu arada məlum olub ki, Türkiyə hökuməti Dəməşqdəki səfirlik və Hələbdəki konsulluğun fəaliyyətini yenidən bərpa etməyə hazırlaşır.

Qeyd edək ki, hazırda Türkiyə və Qətər kimi Suriya üsyançılarının dəstəkçi ölkələri üçün bir neçə prioritet məsələ var. Bunlardan birincisi, Suriyada silahlı üsyançılar arasında birlik yaradılması və siyasi keçid prosesinin ağrısız və qansız baş verməsidir. Çünki bu olarsa, Suriyanın yeni hakimiyyətinin dünyada tanınıb qəbul olunması, həmçinin Suriyanın yenidən bərpası üçün xaricdən maliyyə yardımı cəlb eləmək mümkün olacaq. Əks təqdirdə daxildə çaxnaşmalar keçid prosesini ləngidə, hətta yeni silahlı qarşıdurmalara qədər uzana bilər.

İkincisi prioritet məsələ Suriyanın şimal-şərqində möhkəmlənmiş PYD və onun silahlı qolu YPG-nin qurduğu Suriya Demokratik Qüvvələri adlı qeyri-rəsmi idarəçilikdir. Bu ərazi Suriyanın təxminən 20-25 faizini təşkil edir. Amma ən əsası Suriyanın bütün neft və qaz ehtiyatları, həmçinin əsas taxıl istehsalının həyata keçirildiyi Cizrə rayonu burada yerləşir. Türkiyə YPG və PYD-ni terror təşkilatı hesab edir və onların siyasi status almasına qarşıdır. Lakin ABŞ ordusunun 900 nəfərlik heyətinin burada yerləşməsi kürdlərə qarşı əməliyyatın riskini artırır. Buna görə də Ankara indi yeni Suriyada İraqda olduğu kimi kürd muxtariyyətinin yaranmaması üçün hərbi-siyasi qruplarla iş aparır.

Üçüncü prioritet məsələ İsrailin Suriyaya hücumları və həyata keçirdiyi işğal siyasətidir. Bəşər Əsədin devrilməsi ilə İsrail Suriya ərazisində mövcud olan hərbi obyektlər, aviasiya, hava hücumundan müdafiə qurğuları, təyyarələr, hərbi elmi-tədqiqat mərkəzləri, gəmilər və kəşfiyyat mərkəzlərini bombalayaraq məhv edib. Həmçinin 1974-cü il razılaşmasını pozaraq Colan yüksəklikləri bölgəsindəki tampon bölgəni, həmçinin Suriya-Livan sərhədinə doğru əraziləri işğal edib.

İsrailin bu addımı Suriyanın sabitliyini və bütövlüyünü təhdid etməklə yanaşı, Suriya inqilabının “müəllifi” kimi Türkiyəni çətin vəziyyətdə qoyur. Ankara anlayır ki, İsrailin bu şəkildə irəliləməsi Suriyada yeni silahlı qarşıdurmalara və kataklizmlərə, işğal və bölücülüyə səbəb ola bilər. Nəticədə Suriyada siyasi keçid prosesi pozula və proseslər mənfi istiqamətə sürüklənə bilər. Necə deyərlər, hakimiyyəti qorumaq, onu ələ keçirməkdən daha çətindir.

Yeri gəlmişkən, bu gün ABŞ dövlət katibi Entoni Blinken də Ankaraya gələrək prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşüb. Düşünürəm ki, İbrahim Kalının dünən gözlənilmədən Dəməşqə getməsinin əsas səbəblərindən biri də Blinkenin Ankara səfəri olub. Güman ki, Kalın və onun qətərli həmkarı Suriyanın yeni liderləri ilə keçid prosesi və ABŞ-ın mövqeyi ilə bağlı məsləhətləşmələr aparıblar. Blinken də Ankarada bildirdi ki, onlar Suriyanın gələcəyi ilə bağlı razılaşıblar. Lakin bu razılaşmanın nələri əhatə etdiyi məlum deyil. Çünki konkret olaraq kürd məsələsi və İsrailin Suriya ərazisinə müdaxiləsi birbaşa Vaşinqtonla bağlı olan məsələdir.

Vaşinqtonun Suriyanın yeni hakimiyyətini tanıması üçün çox mürəkkəb olmayan tələbləri var. Yeni dünyəvi konstitusiya və hökumət, etnik və dini azlıqların qorunması və sair. Qərbdə hazırda Colaniyə münasibət göstərir ki, Vaşinqtonun ən azı indiki administrasiyasının çox ciddi tələbləri yoxdur. Lakin kürd məsələsi ilə bağlı Ankara və Vaşinqtonun anlaşması o qədər də asan olmayacaq. Kürd məsələsində yeganə ortaq PYD və YPG-nin HTŞ-də olduğu kimi adını və imicini dəyişməsidir. Düzdür, bu dəyişikliyin Ankaranı nə qədər qane edəcəyi ayrı məsələdir. Lakin fakt budur ki, Ankara kürd separatizmi məsələsində geri addım atmaq niyyətində deyil.

Bu məsələdə, yəni kürd mövzusunda mümkündür ki, Suriyanın yeni hakimiyyəti də Ankara ilə ortaq hərəkət edə bilər. Çünki Dəməşqin yeni sahibləri ölkənin neft və qaz yataqlarının, kənd təsərrüfatına ən yararlı torpaqların kürdlərdə qalmasına razı olmayacaq.

Kənan Rövşənoğlu
Musavat.com
 
Ardını oxu...
Sözcü TV'de Arena programına katılan Zafer Partisi lideri Özdağ, Suriye'ye yönelik yaptığı değerlendirmede, 'geri dönüşlerin' yanıltıcı olduğunu savunarak "Bölgeye yağma için gidiyorlar" dedi.
"*Şöyle bir hava yaratılmaya çalışılıyor: Sanki bütün Suriyeliler sınırlara yığılmış, Suriye’ye gidiyorlar ve Türkiye’de neredeyse Suriyeli kalmamış gibi. Ancak bu, son derece yanıltıcı bir tablo.
*Örneğin, İçişleri Bakanı Ali Yerlikaya, Suriye’ye geçişlerin iki katına çıktığını söyledi. Gazeteci Ali Çağatay’ın yaptığı bir araştırmaya göre, yıllardır, çatışmaların başladığı dönemden bu yana, ortalama günlük 315 kişi Suriye’ye gidiyor. Yani bu kişiler gidip geliyor, ancak ortalama bu seviyede kalıyor.
'GİDENLER AİLELER DEĞİL'
*Son 10 günü ele alırsak, bu sayı 3.150 kişi yapar. Ancak şu an bu geçişler de azalmış durumda. Gidenler ise genelde aileler değil, ailelerin içinden seçilen kişiler.
*Peki, bu kişiler neden gidiyor? Birinci neden, biraz önce izlediğimiz bir gencin ifade ettiği gibi, “Malıma, mülküme ne oldu?” diye görmek istemeleri. Aileler, “Önce git, bir bak bakalım,” diyor. Ama aile burada kalmaya devam ediyor.
*İkinci neden ise Suriyelilerle yapılan temaslarda ortaya çıkan şu durum: Bölgeye gidenlerin bir kısmı, savaş zamanının aynı zamanda Orta Doğu’da yağma zamanı olması nedeniyle, yağma için gidiyor. Bunu Türkiye’de kalan Suriyeliler de ifade ediyor.
Merih Tan
TEREF
Ardını oxu...
Avstraliya hökuməti "Meta", "TikTok" və "Google" kimi rəqəmsal platformaları yerli xəbər məzmunu üçün ödəniş etməyə məcbur edəcək yeni tənzimləmə elan edib.

Albanese hökumətinin elan etdiyi xəbər bazarlığı təşviqinə əsasən, rəqəmsal platformalar ya xəbər yayımlayanlara birbaşa pul ödəyəcək, ya da rüsum ödəməli olacaq. Birbaşa ödəniş edən platformalar bu rüsumdan azad ediləcək.

Bu təşviq 2021-ci ildə qüvvəyə minən və rəqəmsal platformaların yerli xəbər yayımçıları ilə danışıqlar aparmasını tələb edən xəbər mediası bazarlıq kodundan yan keçməyə çalışan şirkətlərə qarşı hazırlanıb.

Məsələn, "Meta" 2024-cü ilin mart ayında Avstraliyada xəbər məzmunu üçün ödənişləri dayandıracağını elan edib.

Yeni tənzimləmə illik gəliri 250 milyon Avstraliya dollarından çox olan rəqəmsal platformaları əhatə edəcək.

"Meta", "Google" və "TikTok" kimi nəhəng şirkətlər ya hökumətə müəyyən rüsum ödəyəcək, ya da xəbər nəşriyyatları ilə təkbətək müqavilələr bağlayaraq bu ödənişdən azad olacaqlar.

Hökumətin məqsədi rəqəmsal platformalardan gəlir əldə etmək deyil, bu şirkətləri naşirlərə birbaşa ödəniş etməyə təşviq etməkdir.

Ödəniş platformaların hökumətə ödəməkdənsə, naşirlərlə sövdələşmələri daha sərfəli hesab etdiyi səviyyədə təyin olunacaq.

Qanun qüvvəyə mindikdən sonra ödəniş öhdəliyi 2025-ci il yanvarın 1-dək geriyə şamil ediləcək. Bu tarixdən sonra bağlanmış müqavilələr, göstərilən ödənişlərdən azad olmaq üçün istifadə edilə bilər.

Yeni model rəqəmsal platformaların daha böyük nəşriyyatlarla anlaşaraq kiçik xəbər təşkilatlarını kənarlaşdırma riskini daşıyır. Bu vəziyyətin qarşısını almaq üçün hökumət 2025-ci ildə əlavə bölgü mexanizminin hazırlanması ilə bağlı məsləhətləşmələr aparacaq.

Avstraliyanın Rabitə Naziri Mişel Rouland tənzimləmənin Avstraliya demokratiyası üçün həyati əhəmiyyət kəsb edən müxtəlif və davamlı xəbər media sektorunu dəstəkləmək məqsədi daşıdığını söyləyib.

Rəqəmsal platformaların Avstraliyaya böyük iqtisadi faydalar verdiyini vurğulayan səlahiyyətlilər, bu platformaların keyfiyyətli jurnalistikanın qorunmasında sosial və iqtisadi məsuliyyətlərinin olduğunu bildiriblər.

Qeyd edək ki, 2021-ci ildə qüvvəyə minən xəbər mediası sövdələşmə kodu rəqəmsal platformalara xəbər yayımçılarına ödəniş etmək imkanı verib və media sektoruna təxminən 200 milyon Avstraliya dolları köçürüb.

Bununla belə, "Meta"nın bu yaxınlarda xəbər məzmununu prioritetləşdirmək qərarı bu prosesin davamlılığı ilə bağlı narahatlıqları artırıb.

Parlamentin sosial media komitəsi oktyabr ayında rəqəmsal platformaların ictimai maraq jurnalistikasını maliyyələşdirmək üçün rəqəmsal platforma vergisi ödəməsini tövsiyə edən bir hesabat dərc edib. Bildirilir ki, yeni tənzimləmə "Meta" kimi platformaların bu məsuliyyətdən yayınmasının qarşısını almaq məqsədi daşıyır.

Mənbə: The Guardian
 

Dünyapress TV

Xəbər lenti