Ardını oxu...
Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri müxalif “Axali” partiyasının rəhbəri Nika Qvaramiyanı həbs ediblər.

Bu barədə Gürcüstan telekanalı “Mtavari Arkhi” məlumat yayıb.

Qvaramiya hüquq-mühafizə orqanlarının əməkdaşları onun partiyasının ofisində axtarış apardıqdan sonra saxlanılıb.

Axtarışlardan sonra Qvaramiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının üstünə qışqırmağa başlayıb və onlar onu dəfələrlə qaydaya çağırıblar. O, onlara tabe olmaqdan imtina edib, bundan sonra əlbəyaxa dava düşüb. Polislər onu zorla maşına mindirərək naməlum istiqamətə aparıblar.
 
Ardını oxu...
“Panama sənədləri”, “Pandora sənədləri” kimi səs-küylü ifşaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) əsasən ABŞ və bir sıra Avropa ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilib.

“Report” xəbər verir ki, bu barədə Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə genişmiqyaslı araşdırmasında bildirilir. Araşdırma əvvəllər OCCRP ilə əməkdaşlıq etmiş Almaniyanın NDR ictimai teleradio şirkəti tərəfindən başladılıb.

Araşdırmaya görə, 2014-2023-cü illərdə ABŞ federal hökuməti OCCRP-nin xərclədiyi vəsaitin 52 %-ni təmin edib. O cümlədən OCCRP-nin yaradıldığı 2008-ci ildən indiyədək ABŞ hökuməti müstəqil qeyri-kommersiya redaksiyasına azı 47 milyon dollar ayırıb və əlavə 12 milyon dollar ayırmağı öhdəsinə götürüb. Eyni zamanda, digər Qərb hökumətləri - Böyük Britaniya, Fransa, İsveç, Danimarka və Niderland son 10 ildə azı 15 milyon dollar məbləğində vəsait ödəyiblər. OCCRP-nin Direktorlar Şurası bu araşdırmanı birgə dərc edən nəşrlər üçün verdiyi açıqlamada ABŞ-nin onların əsas sponsoru olduğunu təsdiqləyib.

“Başa düşürük ki, ağıllı insanlar bunu pis ideya hesab edə bilərlər, xüsusilə ona görə ki, bu, ABŞ jurnalistikasında adi hal deyil (hərçənd Avropada və digər ölkələrdə jurnalistikaya dövlət dəstəyi geniş yayılmış haldır). Bu məsələ illər əvvəl OCCRP-nin yaradılması zamanı ətraflı müzakirə edilmişdi. O zamankı Direktorlar Şurası – o cümlədən Şurada qalan, jurnalist və rəhbər kimi şəxsi reputasiyası qüsursuz olan bir neçəmiz OCCRP-nin bu maliyyə dəstəyi ilə apara biləcəyi jurnalist araşdırmaları naminə bu məsələdə güzəştə getməyin mümkünlüyünə qərar vermişdik. Əminik ki, nə hökumət, nə də donorlar OCCRP-nin reportajlarına redaksiya nəzarəti həyata keçirib”, - Direktorlar Şurası qeyd edib.
Ardını oxu...
Üstəlik, müstəqil statusunu təsdiq etmək üçün OCCRP hətta ABŞ-nin milli maraqlarına zidd olan müstəqil araşdırmalar da aparıb, o cümlədən Pentaqonun Suriya üsyançılarını silahlandırmaq üçün şübhəli silah tacirlərinə necə etibar etdiyinə dair araşdırma aparıb, həmçinin ABŞ-nin narkotik siyasəti və miqrasiya siyasəti ilə bağlı materiallar toplayıb.

Araşdırmanın nəticələrinə görə, OCCRP-nin yaradılması üçün ilkin maliyyə 2008-ci ildə Beynəlxalq Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə İşləri Bürosu (INL, ABŞ Dövlət Departamentinin bir hissəsi) tərəfindən daxil olub. Eyni zamanda bu qrantı USAID idarə edib. Hazırda da USAID əməkdaşı Şennon Maquayr OCCRP-nin əməliyyatlarını kurasiya edir.

Araşdırma nəticəsində məlum olub ki, həm Dövlət Departamenti, həm də USAID rəsmi olaraq OCCRP-nin fəaliyyətinə müdaxilə etməsə də, maliyyə müəyyən şərtlərlə təmin olunur. O cümlədən federal hökumət yüksək rütbəli işçilərin, eləcə də yüksək səviyyəli redaksiya heyətinin təyin edilməsinə, illik iş planına veto qoya bilər.

“OCCRP əsas heyəti dəyişməli olsa, məsələn, qrup rəhbəri Deyu Sallivanı dəyişmək istəsə, onlar CV ilə sorğu göndərirlər və biz onu nəzərdən keçirib razılıq veririk”, - Maquayr deyib.
Ardını oxu...
Eyni zamanda OCCRP rəhbərliyi araşdırmaların bir sıra ölkələrin siyasi rejiminə təsirindən qürur duyur. “Biz yəqin ki, təxminən beş-altı ölkədə hökumət dəyişikliklərində iştirak etmişik” deyən Sallivan Bosniya və Herseqovina, Qırğızıstan, Çexiya və Monteneqronun adını çəkib.

OCCRP, həmçinin digər QHT-ləri də yeni araşdırma layihələrinə cəlb edir.

Bu cür tərəfdaşlığa misal olaraq Qlobal Antikorrupsiyaya Konsorsiumunu (GACC) – məqalələr əsasında sistematik şəkildə cinayət araşdırmaları və ya sanksiya prosedurları başlatmağa cəhd göstərərək OCCRP-nin araşdırmalarından istifadə edən proqramı göstərmək olar. GACC 2016-cı ildə, ABŞ Dövlət Departamentinin elan etdiyi və yekunda OCCRP-nin korrupsiyaya qarşı mübarizə aparan “Transparency International” QHT ilə tərəfdaşlıqla qalib gəldiyi müsabiqədən sonra yaradılıb.

GACC dörd digər hökumət və özəl donorlar tərəfindən birgə maliyyələşdirilir, lakin ABŞ hökuməti ən böyük ianəçidir: o, artıq GACC çərçivəsində OCCRP-yə 10,8 milyon dollar ödəyib, bunun 3 milyon dolları “Transparency International”ın subqrantı kimi təqdim olunub.

GACC iki fəaliyyət istiqamətinə malikdir. Birincisi, “Transparency”nin 65 ölkədə mövcud olan yerli bölmələrinin dəstəyi ilə OCCRP məqalələri əsasında məhkəmə araşdırmaları, sansksiya prosedurları və vətəndaş cəmiyyəti səfərbərliyi başlatmaqdır.

İkincisi, antikorrupsiya qanunvericiliyinin və çirkli pulların yuyulmasına qarşı qanunların daha da sərtləşdirilməsi üçün lobbiçilik etməkdir. 2024-cü ilin mayında OCCRP hökumətlər üçün Rusiyaya qarşı sanksiyalardan yan qaçmağa kömək edən vasitəçilərlə (məsələn, uydurma şəxslər, vəkillər) işləmək üçün ən yaxşı prosedurlar haqqında hesabat hazırlayıb.

Hesabat Böyük Britaniyanın analitik mərkəzi olan Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu (RUSI), Böyük Britaniyanın Analitika Mərkəzi ilə tərəfdaşlıqla hazırlanıb, Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi tərəfindən ödənilmişdi. RUSİ müdafiə və təhlükəsizlik orqanları ilə sıx əlaqələyə malikdir. Onun baş vitse-prezidentlərindən biri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru general Devid Petreusdur.

Jurnalist təşkilatının ABŞ-nin təşəbbüsü və pulu ilə, hətta yaxşı məqsədlə olsa belə, fəaliyyət göstərməsi ciddi etik suallar doğurur.

OCCRP və “Transparency” müstəqil fəaliyyət göstərdiklərini iddia etsələr də, Vaşinqton onların ABŞ maraqlarına zidd hərəkətinə mane olmasa da, OCCRP-nin 2021-ci il GACC qiymətləndirmə hesabatı göstərir ki, 228 real təsir nümunəsi var və onlardan yalnız 11-i “Amerika” ilə bağlıdır. Üstəlik, “Amerika” anlayışına həm də Mərkəzi və Cənubi Amerika da daxildir.

“Transparency” GACC-nin ABŞ-yə qarşı fəaliyyətindən yalnız bir konkret nümunə təqdim edib: “Pandora sənədləri” nəticəsində ortaya çıxan araşdırmalardan birində ABŞ-nin planetin ən böyük dənizaşırı mərkəzlərindən biri adlandırılmasından sonra QHT Vaşinqtonu öz daxili vergi sığınacaqlarında (məsələn, Delaver kimi) hökm sürən qeyri-şəffaflığa son qoymağa çağırıb. Lakin OCCRP bu məqalədə (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və “Washington Post” tərəfindən hazırlanmış) iştirak etməyib və “Pandora sənədləri” zamanı diqqətini prioritet sahələrinə - Rusiya, Mərkəzi Asiya və Şərqi Avropaya yönəldib.

Amma ABŞ üçün OCCRP layihəsi ayrı-ayrı hökumətlərin fəaliyyətlərini araşdırmaq baxımından demək olar nümunəvidirsə, Vaşinqtonun OCCRP ilə paralel olaraq böyüyən “Wikileaks” layihəsinə münasibətini xatırlamağa dəyər.
Ardını oxu...
Araşdırmada qeyd edilir ki, “Wikileaks” 2006-cı ilin oktyabrında yaradılıb və artıq 2008-ci ilin martına qədər ABŞ Ordusu xəbər təşkilatının Ordu qüvvələrinin mühafizəsi, əks-kəşfiyyat, əməliyyat təhlükəsizliyi və informasiya təhlükəsizliyi üçün potensial təhlükə yaratdığı qənaətinə gəlib. 2010-cu ildə “Wikileaks” ABŞ-nin İraqdakı hərbi cinayətinin sübutu olan “Girov cinayəti” videosunu, daha sonra isə “Əfqan müharibə jurnalları”, “İraq müharibəsi jurnalları”, ardından noyabr ayında isə “Keyblgeyt”i – Dövlət Departamentinin minlərlə daxili kabel ismarışlarını paylaşıb.

Elə həmin zaman “Amazon”, “PayPal”, “Bank of America”, “Visa”, “Mastercard” və “Western Union” ABŞ hökumətinin təzyiqi ilə “Wikileaks”i öz xidmətlərindən ayıraraq, təşkilatı iflic vəziyyətinə salmağa çalışdı. Culian Assanj özünə sığınacaq axtarmalı oldu, nəticədə 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınmalı oldu.

“OCCRP-ni tənqid edənlər tez-tez Putinin təşkilatın Lenqlidən birbaşa əmr aldığını söylədiyi karikaturasına müraciət edirlər. Lakin bu, Amerikanın yumşaq gücünün təbiətinin yanlış anlaşılmasıdır”, - qlobal xəbər təşkilatı ilə birgə layihələr üzərində işləmiş Latın Amerikasında ən məşhur baş redaktorlardan biri “Drop Site News”a bildirib.

“OCCRP-nin ABŞ hökumətinə faydalı olması üçün onlara hər hansı məlumat təqdim etməsinə ehtiyac yoxdur. Bu, ABŞ-dən kənarda araşdırmalar aparan “təmiz əllər” ordusudur”, - o deyib, amma sponsorlar və həmkarları ilə münasibətləri qorumaq üçün anonimlik tələb edib. Anonim baş redaktorun sözlərinə görə, bu, həmişə başqa insanların korrupsiyasıdır: “Siz ABŞ hökumətindən antikorrupsiya işlərinə görə pul alırsınızsa, bilirsiniz ki, sizi təmin edən əli dişləsəniz, daha pul gəlməyəcək. Hətta ABŞ hökumətinin pulunu almaq istəməsəniz belə, ətrafınıza baxırsınız və görürsünüz ki, demək olar hər bir böyük xeyriyyə fondu hansısa təşəbbüsdə onlarla əməkdaşlıq edib və ya edir. Bu isə elə təəssürat yaradır ki, siz də belə əlaqələrlə jurnalistika üçün maliyyə vəsaiti əldə edə bilərsiniz. Amma həqiqət orasındadır ki, bəzi redaksiyalarda təsirin nə qədər güclü olduğunu bilmirik”.
 

Ardını oxu...
Gürcüstan Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin və müxalif siyasətçilərinin oktyabrın 26-da keçirilmiş parlament seçkisinin konstitusiyaya zidd elan edilməsini tələb edən iddialarını mahiyyəti üzrə baxılmaq üçün qəbul etməyib.

Bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsinin yaydığı məlumatda deyilib.

“1848 və 1849 saylı konstitusiya iddiaları mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməyib. Hökm qətidir, işə yenidən baxıla bilməz”, – məlumatda qeyd olunub.
 
 
Ardını oxu...
Çin BRİKS tərəfdaşları ilə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməyə və qlobal iqtisadiyyatın inkişafına töhfə verməyə hazırdır.

Bunu Çin XİN-in rəsmi nümayəndəsi Lin Tsyan Trampın BRİKS ölkələri qadağanedici rüsumlar tətbiq etmək niyyəti ilə bağlı çıxışını şərh edərkən deyib.

“İnkişaf etməkdə olan bazar, eləcə də inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq üçün mühüm platforma kimi BRİKS ölkələri açıqlıq, tolerantlıq və qarşılıqlı faydalı əməkdaşlığı müdafiə edir”, – o bildirib.

Qeyd edək ki, Donald Tramp BRİKS ölkələrini öz valyutalarını yaratmayacaqlarına, ya da ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürməyə çağırmışdı.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Əsra Ərdoğanın X sosial şəbəkəsində paylaşdığı foto diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, o, tarixi Hələb qalasından Türkiyə bayrağının asılmasını əks etdirən görüntünü paylaşaraq buranın bir vaxtlar Osmanlı İmperiyasının ərazisi olduğunu xatırladıb.

Sözügedən paylaşım böyük dəstək görməklə yanaşı, tənqid obyekti də olub. Belə ki, erməni politoloq Ayk Saakyan həmin paylaşımı isterika ilə qarşılayıb. O, türklərin guya həmişə imperialist maraqları olduğunu deyib və “İrəvana hücum”, “Ermənistanın işğalı” kimi absurd iddialar irəli sürüb.

Saakyan Türkiyə ilə münasibətlərin normallaşacağını düşünən erməniləri sadəlövh adlandırıb və revanşist mesajlar verib.

Qeyd edək ki, dekabrın 1-i Suriyanın ikinci böyük şəhəri Hələb müxalif silahlıların nəzarətinə keçib. Tarixi Hələb qalası Türkiyəyönlü qüvvələr tərəfindən geri qaytarılıb və qalaya Türkiyə bayrağı sancılıb.
 

Ardını oxu...
 

İlk yayın vaxtı 00:41

Ermənistan hərbçiləri Basarkeçər rayonunun Yuxarı Şorca kəndində genişmiqyaslı yeraltı tunel sistemləri inşa etmək qərarına gəliblər.

Musavat.com xəbər verir ki, bu addım, əsasən, bölgədəki hərbi birləşmələrin açıq hədəfə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Tunel sistemi hərbçilərin gizli şəkildə hərəkət etməsini təmin edəcək və müasir münaqişələrdə artan müşahidə və atəş riskini minimuma endirəcək.

Layihə çərçivəsində bir-birilə əlaqələndirilmiş tunellərin yaradılması nəzərdə tutulur. Qazıntı işlərində xüsusi texnika və texnologiyalardan istifadə edilməsinə başlanıldığı bildirilir.

Azərbaycanın mövqelərinə yaxın ərazilərdə baş verən bu cür hərbi fəaliyyətlər, bölgədə gərginliyin yenidən yüksəlməsinə səbəb ola bilər.

Ekspertlər qeyd edirlər ki, Ermənistanın bu təşəbbüsü bölgədəki hərbi balansı dəyişdirmək niyyətini əks etdirir. 

 

Musavat.com

Ardını oxu...
 
 
Ardını oxu...
Gürcüstanın paytaxtı Tbilisidə kaçirilən son parlament seçkilərinin əleyhinə etiraz aksiyaları yenidən başlayıb.

APA xəbər verir ki, ötən ayın 28-dən müxaliət tərəfindən başladılan aksiyalar bu gün də davam edir. Aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaü üçün göz yaşardıcı qazlardan istifadə etməyə başlayıblar.

Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.

Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir. Gənclər Gürcüstanın və Avropa İttifaqının bayraqlarını açıblar.

Aksiya iştirakçıları öz ölkələrinin Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəklərini bildiriblər.

Qorinin mərkəzində də etiraz aksiyası keçirilir. Bu dəqiqələrdə toplaşanlar şəhərin küçələri ilə yürüşə başlayıblar.
 
Ardını oxu...
Suriyada vəziyyətin gərginləşməsi və yaraqlıların Hələbə hücumu iki ölkənin regiondakı maraqlarının toqquşması səbəbindən Rusiya ilə Türkiyə arasında münaqişəyə səbəb ola bilər.

TEREF xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

“Döyüşlərin artması Suriyada hər birinin öz maraqları olan Rusiya və Türkiyəni bir-birinə qarşı birbaşa ağır döyüşlərə cəlb etmək riski daşıyır”, - nəşr qeyd edir.

Bundan əlavə, müəlliflər İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə münaqişəsi, İranla gərginlik və Livandakı qeyri-sabit vəziyyət fonunda regional müharibə riskini qeyd edirlər .

Noyabrın 28-də suriyalı yaraqlılar Hələb vilayəti yaxınlığında hökumət mövqelərinə qarşı irimiqyaslı hücuma başlayıb.

Publika.az
 
Ardını oxu...
ABŞ-də bir kişi nənəsindən dəyəri 400 min dollara çata bilən 1988-ci ilin beş dollarlıq əskinas miras alıb.
AzVision.az Amerikanın “New York Post” qəzetinə istinadən xəbər verir ki, “ağlasığmaz əskinası” olan video sosial şəbəkələrdə xoşbəxt varisin sevgilisi Şarlotta Kerroll tərəfindən yerləşdirilib. Unikal əskinas xəta ilə çap edilib - şəklin bir tərəfində olmalı hissəsi mövcud əşkinasın üstündə digər tərəfə çəkilib.

“İnsanlar bunun üçün bizə 5 dollardan 400 min dollara qədər təklif edsələr də, biz bundan imtina edirik”, - Kerroll bildirib.

Buna belə, o, numizmatlardan qanun əskinasın mümkün dəyəri ilə bağlı fikirlərini postun altında qoymalarını xahiş edib.

“Florida Palm Island Coins” numizmatik təşkilatının mütəxəssisləri belə səhvlərin həqiqətən kağız pulların dəyərini əhəmiyyətli dərəcədə artıra biləcəyini deyiblər. Analoji səhvi olan bir dollarlıq əskinas hazırda 1249 dollara, beş dollarlıq əskinas isə 1800 dollara satılır.

Lakin kağız pullar üzrə ekspert Uayet MakDonald bildirib ki, müasir əskinaslarda belə səhvlər o qədər də nadir hal deyil və bu, onların dəyərini yalnız iki-üç dəfə artıra bilər. Onun fikrincə, artıq tədavüldən çıxmış hərf səhvləri olan əskinaslar daha qiymətli ola bilər.

Qeyd edək ki, əvvəllər 975-ci ildə səhvlə zərb edilmiş nadir sikkənin ABŞ-da hərracda 500 min dollara satıldığı xəbəri yayılmışdı. Həmin sikkə Ohayodan olan üç bacıya miras qalıb.
 
 

 


Ardını oxu...
Dünənki aksiya və iğtişaşlar nəticəsində Gürcüstan parlamentində 48 iş otağa ziyan dəyib.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Şalva Papuaşvili qeyd edib ki, binanın aşağı mərtəbələrində demək olar ki, bütün pəncərələr sınıb, istilik sistemi və ofis avadanlığı sıradan çıxıb, taxta qapılardan biri yanıb. O cümlədən kompüter laboratoriyasına da ziyan dəyib, yeməkxana tamamilə dağıdılıb.
 

Dünyapress TV

Xəbər lenti