BMT nümayəndəsi Suriyanın bərpasına kömək məqsədilə sanksiyaların yüngülləşdirilməsinə çağırır
BMT-nin xüsusi nümayəndəsi ölkənin yeni liderləri, regional və qlobal güclər prezident Bəşar Əsədin devrilməsindən sonra irəliyə doğru yol cızmağa başladığı bir vaxt bazar günü Suriyaya qarşı Qərbin sanksiyalarına tez bir zamanda son qoyulmasına çağırıb.

Suriya hökuməti 2011-ci ildə hökumət əleyhinə dinc etirazlar kimi başlayan və sonradan vətəndaş müharibəsinə çevrilən hadisələrə Əsəd rejiminin qəddar reaksiyası nəticəsində illərdir ABŞ, Avropa İttifaqı və başqları tərəfindən sərt sanksiyalara məruz qalırdı.

Bir neçə gün əvvəl Əsədi devirən və onun ölkə üzərində dəmir yumruqla idarəçliyinə son qoyan üsyançıların alyansı Suriyanın əvvəlki iqtisadi problemlərini daha da pisləşdirən sərt beynəlxalq sanksiyalardan sarsılmış və dərindən təcrid olunmuş bir ölkə ilə üz-üzədir.

Lakin Suriyanın yenidən qurulmasını digər problemlər də çətinləşdirir: keçid dövrünün yeni rəhbərliyi ölkəni necə idarə etmək barədə aydın fikir ortaya qoymayıb və hücumun arxasında duran əsas qrup ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınıb.

BMT-nin Suriya üzrə nümayəndəsi Geir Pedersen Dəməşqdə jurnalistlərə verdiyi açıqlamada sanksiyaların sürətlə aradan qaldırılması ilə Suriyanın son bir neçə həftənin təlatümlü dövründən sonra yoluna qayıtmasının mümkün olacağını bildirib.

“Ümid edirəm ki, Suriyanın bərpası ilə bağlı real birliyi görə bilməyimiz üçün sanksiyaların tezliklə sona çatdığının şahidi olacağıq”, Pedersen deyib.

Suriyanın ən böyük şəhərlərinin bəzi hissələri illərlə davam edən döyüşlər nəticəsində zədələnmiş və ya dağılmış vəziyyətdə qalır. Yenidənqurma işləri siyasi həllin olmadığı halda hökumətin nəzarətində olan ərazilərdə zədələnmiş infrastrukturun və əmlakın bərpasının qarşısını almaq məqsədi daşıyan sanksiyalarla əsasən dayandırılıb.

Pedersen Əsədi hakimiyyətdən devirən keçmiş müxalifət qüvvələrinin yaratdığı və islamçı Heyət Təhrir Əş-Şam (HTŞ) silahlı qrupunun rəhbərlik etdiyi yeni müvəqqəti hökumətin rəsmiləri ilə görüşmək üçün Dəməşqə gedib.

Vaşinqtonda rəsmilər Bayden administrasiyasının qruplaşmanın terror təşkilatları siyahısından çıxarılmasını nəzərdən keçirdiyini bildiriblər. ABŞ dövlət katibi Antoni Blinken şənbə günü rəsmilərin qrupla birbaşa əlaqə saxladığını bildirib.

Blinken həftə sonu İordaniyada keçirilən fövqəladə iclasda iştirak edərək, Ərəb Liqasının 12 xarici işlər nazirinin, Türkiyə və eləcə də Avropa İttifaqı və BMT-nin yüksək səviyyəli rəsmilərinin Suriyanın onilliklər boyu Əsəd ailəsinin idarəçiliyindən sonra necə idarə olunması məsələsinə dəstəyinə nail olduğunu bildirib.

Onlar yeni hökumətin azlıqların və qadınların hüquqlarına hörmət etməli, terrorçu qrupların güclənməsinin qarşısını almalı, humanitar yardımın ehtiyacı olanlara çatmasını təmin etməli və Əsəd dövründən qalan kimyəvi silahları məhv etməli olduğu məsələlərində razılıq əldə ediblər. Blinken ABŞ-ın bu prinsiplərə əməl edən yeni hökuməti tanıyacağını və dəstəkləyəcəyini vəd edib.

Bayden administrasiyasının hakimiyyətinin sona çatmağa yaxınlaşdığı bir vaxt yeni seçilmiş prezident Donald Trampın Suriya məsələsində hansı yanaşma seçəcəyi hələ aydın deyil.

Suriyada müvəqqəti hökumətin mart ayına qədər hakimiyyətdə olacağı gözlənilir, lakin onun hansı proses çərçivəsində daimi hökumətlə əvəz ediləcəyi hələ açıqlanmayıb.

“Biz bütün suriyalıları əhatə edən siyasi prosesə başlamalıyıq”, Pedersen deyib . “Aydındır ki, bu proses suriyalıların özləri tərəfindən idarə olunmalıdır”, o əlavə edib.

Pedersen müharibə zamanı törədilmiş cinayətlərə görə “ədalət və məsuliyyətə”, eləcə də beynəlxalq ictimaiyyəti humanitar yardımı artırmağa çağırıb.

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti