Ardını oxu...
“Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşdırılmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.

“Reuters”, “Politico” və BBC daxil olmaqla, beynəlxalq jurnalistlərin çoxsaylı sorğularına cavab olaraq aşağıdakılara aydınlıq gətirmək istəyirəm:

Sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək. Bu, ayrıca bir razılaşmadır və BQXK-nın daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoşniyyətli jest kimi razılığını bildirib. Lakin qanunsuz rejim bundan imtina edib.
Bununla belə, “Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.

Yalan və uydurma seçkilər, ya da seçimi ciddi uğursuzluq və əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur”, - o qeyd edib.
 
 
Ardını oxu...
Rusiyanın yük maşını ilk dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağa istiqamətlənib. Kreml bu addımı ilə gərginliyin azalacağını düşünüb.
Bu erməni separatçılarının geri addımı sayılsa da, bizim istədiyimiz fərqlidir. Bakıdan göndərilən 40 ton un yüklü karvan 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bakı ilə təmaslar barədə də Xankəndidən xəbər yoxdur. Bunun əvəzinə separatçılar özlərinə “parlamentdə” yeni “liderlərini” seçiblər. Doğrudur, separatçıların yeni “lideri” ilk çıxışında Ağdam-Xankəndi yolundan istifadəni istisna etməyib, ancaq özündən əvvəlkilər kimi “müstəqillik” nağıllarını təkrarlayıb.
Ağdam-Xankəndi yolunun açılması tələblərimizdən sadəcə biridir, separatçıların tərksilah olunması, Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması kimi iki başlıca tələbimiz gündəmdə ağırlığını qoruyur. Bu iki şərtimiz yerinə yetirilmədən vəziyyətin sabitləşəcəyini gözləmək yersizdir.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Rusiya Qarabağ erməniləri üçün ərzaq dolu TIR göndərir. İndiki məqamda bu mühüm və müsbət bir addımdır:

Birincisi, təşəbbüs Rusiya hökumətindən gəlsə də Azərbaycan ilə müvafiq danışıqlar aparıldıqdan sonra icazə verilib.

Müqayisə üçün deyim ki, nə Ermənistan, nə də Fransa Qarabağ erməniləri üçün ərzaq dolu TIR göndərərkən bənzər icazəni almışdı.Buna görə də rəsmi Bakı həmin TIR-ın Azərbaycana girişinə icəzə verməmişdi.

İkincisi, Rusiyanın göndərdiyi TIR Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən Xankəndiyə gedir.
Yəni Rusiya təkcə Azərbaycan qanunvericiliyinə deyil, həm də əməkdaşlıq memorandumuna əsasən bu yardımı edir.

Üçüncüsü, Rusiyanın göndərdiyi TIR Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılacaq.

Bu rəsmi Bakının başından bəri irəli sürdüyü əsas şərt idi. Yəni humanitar yüklər Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə çatdırıla bilər.

Fransa və Ermənistan da Azərbaycana müraciət edəcəkləri təqdirdə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə humanitar yükləri Xankəndiyə göndərə bilər.
Bu hadisə ermənilərin blokada iddialarını çürütdüyü kimi Bakının verdiyi sözlərə sadiq olduğunu bir daha sübut edir.

Müəllif Politoloq Turan Rzayev
Ardını oxu...
Sentyabrın 1-də istefa ərizəsini “DQR parlamenti”nə təqdim edən separatçı “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Harutyunyanı kimin əvəz edəcəyi həm Bakıda, həm də Yerevanda müzakirə edilən məsələlərdən biridir.

Türkiyəli jurnalist Könül Şahin Arayik Harutyunyanın istefa məsələsindən sonra həm Azərbaycan, həm də Ermənistanda səslənən şərhləri toplayaraq BBC Azərbaycanca üçün yazıb:

“DQR parlamentinin’’ beş partiyasından dördü Samvel Şahramanyanı ötən həftə "istefa vermiş" Arayik Harutyunyanın yerinə namızəd göstərib. Azərbaycan və Ermənistan arasında hərbi ritorikanın artdığı bir vaxtda, separatçı seçkilərin sentyabrın 9-da keçirilməsi gözlənilir.

2023-cü ilin yanvarında tanınmamış "DQR Təhlükəsizlik Şurasının katibi" vəzifəsinə başlayan Şahramanyan avqustun 31-də Gurgen Nersisyanın yerinə Arayik Harutyunyan tərəfindən “dövlət naziri” təyin edilib.

“DQR”in “keçmiş prezidenti” Bako Sahakyanın adamı kimi qələmə verilən Şahramanyan mart ayında Rusiya sülhməramlı qüvvələrinin qərargahında Xankəndi/Stepanakert təmsilçisi olaraq Bakı nümayəndələri ilə görüşən şəxs idi.

Qarabağdakı separatçı qurumun yeni prezidenti üçün seçkilərin 2025-ci ildə keçirilməsi planlaşdırılır. Amma İkinci Qarabağ müharibəsindən sonra belə bir seçkinin keçirilməsi Bakını kəskin addımlar atmağa vadar edə bilər, ona görə də politoloqlar Harutyunyanı “DQRin son seçilmiş prezidenti" adlandırırlar.

Ermənistandan jurnalist Karpis Paşoyanın fikrincə, Arayik Harutyunyan “DQR”in dövlətçiliyinin son nümayəndəsi" idi:

“Artsax ermənilərinin daha prezident seçmək imkanı olmayacaq. İstənilən seçim Bakı ilə razılaşdırılmalıdır. Bunun alternativi silahlı mübarizədir, lakin bunun mümkünlüyü qeyd olunmur”.
Karpis Paşoyan hesab edir ki, Arayik Harutyunyanın “Dağlıq Qarabağın prezidenti” seçilməsi ABŞ və Rusiyada "həyəcan yaratmışdı".

Minsk qrupunun həmsədrləri olan bu ölkələr 1980-ci illərin axırında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSRİ-nin tərkibindən çıxarılıb Ermənistan SSRİ-nin tərkibinə verilməsi təşəbbüsünü reallaşdırmağa çalışan və Birinci Qarabağ müharibəsinin başlamasında rolu olan Qarabağ Hərəkatı ilə heç bir siyasi əlaqəsi olmayan Harutyunyanla razılaşmanın asan olacağını düşünürdülər, o əlavə edib.

Amma 2020-ci ilin mayında “DQR”in dördüncü “prezidenti seçilən" Arayik Harutyunyan vəzifəyə başladığı ilk həftədən Bakının sərt reaksiyasına səbəb olmuş addımlar atmışdı.

O, 2020-ci il mayın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Şuşada keçirilən “andiçmə mərasimi” ilə vəzifəyə başlamış, “prezident”liyinin ilk həftəsində Şuşanın işğalının 30 illiyi şərəfinə “Dağlıq Qarabağ Milli Məclisi”nin Xankəndidən Şuşaya köçürülməsi haqqında qərar qəbul etmişdi.

Arayik Harutyunyanın istefasına baxmayaraq, onun həmsədri olduğu Azad Vətən (Azat Hayrenik) partiyası tanınmamış parlamentdə çoxluğa malikdir. Bu, o deməkdir ki, müvəqqəti “prezident” də Harutyunyanın təsdiq edəcəyi şəxs olacaq.

Kimin seçiləcəyindən asılı olmayaraq, ən vacib və kritik məsələ Ağdam-Xankəndi yolu mövzusunda Bakı ilə razılığın əldə olunmasının zəruriliyidir. Bakı Ağdam-Xankəndi yolunun açılmasında israrlıdır və görünür ki, bu qərarından geri addım atmayacaq.

Hələlik Ağdam-Xənkəndi yolunun açılmasına Qarabağdan, sadəcə Samvel Babayan (separatçı DQR Təhlükəsizlik Şurasının keçmiş katibi) müsbət baxır. Ermənistan mətbuatına açıqlama verən Babayan bildirib ki, 20-yə yaxın bənddən ibarət həll zərfi üzərində işləyirlər və bu zərfdə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun necə işləyəcəyi ilə bağlı tövsiyələr də yer alacaq.

Son vaxtlarda müxtəlif təklifləri ilə çıxış edən Babayan tanınmayan Qarabağ parlamentinin ikinci böyük partiyası “Vahid Vətən”in lideridir.

O, Ermənistan mətbuatına verdiyi açıqlamasında şənbə günü keçiriləcək seçkiləri boykot edəcəyini bildirib.

Ermənistanda mənzillənən Demokratik Alternativ Partiyasının lideri və siyasi şərhçi Suren Surenyants sosial media hesabında “DQR-in mövcudluğunu çoxdan itirdiyini" bildirib və bunu Ermənistan Baş naziri Nikol Paşinyanın səhv siyasətinin bir nəticəsi adlandırıb:

“Artsax bir subyekt kimi Arayikin istefası ilə yox, Ermənistanın bir nömrəli kabinetini tutan şəxsin müharibədən əvvəlki və müharibədən sonrakı avanturist siyasəti nəticəsində məhv edilib. Artsaxın subyektliyi çoxdan məhv edilib, Arayikin istefası, sadəcə bir nəticədir”.

Surenyantsın fikrincə, Qarabağda yeni rəhbər kim olursa olsun, o, Qarabağ erməniləri ilə bağlı iki çətin qərar verməli olacaq: Azərbaycandan asılı olaraq Qarabağda yaşamağa davam etmək və ya erməniləri Qarabağdan çıxarmaq.

Yerevandan başqa bir siyasi şərhçi Benyamin Poğosyanın fikrincə, Arayik Harutyunyanın ən böyük səhvi son doqquz ay ərzində vəzyiyyəti dəyişdirəcək heç bir qərar qəbul etməməsi olub. Poğosyan “Qafqazdan xəbərlər” (“Novosti s Kafkaza”) Youtube kanalına müsahibəsində onu da deyir ki, Harutyunyanın yerinə seçiləcək “prezident” Ermənistandan asılı olmayacaq, fəaliyyətini “daha çox müstəqil quracaq”.

Bakıda mənzillənən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov BBC Azərbaycancaya deyib ki, Arayik Harutyunyanın istefası Bakı üçün uğurlu bir nəticə sayıla bilər:

‘Siyasi və psixoloji baxımdan Harutyunyanın istefasını uğur kimi dəyərləndirmək olar. Çünki bütün bu olanlar onu göstərir ki, Azərbaycanın apardığı siyasət və etdiyi təzyiq Qarabağdakı ictimai siyasi proseslərə birbaşa təsir edir”.

Rusif Hüseynova görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan şəhərlərinin və mülki sakinlərinin bombalanması əmrini verdiyinə görə, Azərbaycanda cinayətkar elan olunmuş bir şəxs ilə danışıqların aparılması mümkün deyildi:

“Bütün bunlara görə Bakı onu Qarabağ ermənilərinin səlahiyyətli nümayəndəsi olaraq görmürdü. Onun getməsi ilə Bakının danışıqlar apara biləcəyi bir şəxsin ortaya çıxması bütün bu komunikasiya məsələlərini asanlaşdıra bilər”.

İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə onlarla dinc sakinin ölümünə səbəb raket hücumu edilməsindən sonra Azərbaycan Baş Prokurorluğu Arayik Harutyunyan və bəzi “DQR vəzifəliləri” barəsində cinayət işi açmışdı.

Bakıdan mənzillənən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov BBC Azərbaycancaya deyib ki, Qarabağda yeni “seçilən prezident’’ kim olursa olsun, Bakı üçün əsas məsələ onunla Qarabağ ermənilərinin reinteqrasiya mövzusunun müzakirəsi olacaqdır:

“Azərbaycan üçün əsas məsələ odur ki, Qarabağ əhalisinin nümayəndəsi yerli əhalidən olsun. Qarabağ erməniləri kimi öz nümayəndələri olaraq göndərsələr, mərkəzi hakimiyyət onunla dialoq aparmağa hazırdır”.

Fərhad Məmmədov vurğulayır ki, rəsmi Bakı üçün aktual məsələlələr Ağdam-Xankəndi yolunun istifadəsi, reinteqrasiya prosesinin başlanması, silahsızlaşdırmanın həyata keçirilməsidir və onun üçün fərqi yoxdur ki, bunu "Samvel Şahramanyanmı edəcək, Samvel Babayanmı".
Ardını oxu...
Ermənistan tərəfi növbəti təxribata hazırlaşır.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılır.
Kadrlarda ermənilərin Azərbaycanla şərti sərhədə “Smerç” reaktiv yaylım atəş sistemi və digər hərbi texnikanı göndərdiyi əks olunub.
Görüntülərin İrəvanda qeydə alındığı vurğulanıb.

 
Ardını oxu...
Zəngilan rayonu, Baharlı kənd sakini Quliyev İlham Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. 63 yaşlı şikayətçi onun işğaldan azad olunmuş torpaqlara getməsinə icazə verilməməsindən şikayətçidir:

"Mən, Quliyev İlham Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Allah bütün şəhidlərimizə rəhmət etsin, canları bahasına torpaqları azad etdilər.

63 yaşım var, şəkər xəstəsiyəm. 2019-cu ildə infarkt keçirmişəm. Mən də, başqaları kimi, gedib vətənimi görüb, gəlmək istəyirəm. Bu, mənim arzum, niyyətimdir.

May ayının 17-də 3 nəfər Dərnəgüldə yerləşən Prezident nümayəndəliyinə müraciət etdik. Bizi qeydiyyata alıb dedilər ki, may ayının 31-də burda olmalısınız. Deyilən vaxt yenidən həmin ünvana getdik. Dedilər ki, iyun ayının 13-də gələrsiniz. Yenə də iyun ayının 13-də getdik qeydiyyata. Bu zaman bizə bildirdilər ki, yaxın vaxtda gedib vətəninizi görəcəksiniz.

İyun ayı bitdi, səs çıxmadı. İyul ayının 26-da bir yoldaşımıza, 31-də isə digər yoldaşa məlumat verib, onları vətənlərinə göndərdilər. Mənə isə cavab gəlmədi.

Avqust ayının 14-də gedib etirazımı bildirdim. Mənə dedilər ki, "1-2 həftəyə sizə də zəng gələcək, narahat olmayın". Avqust ayının 28-də yenidən getdim, bu dəfə mənə bildirdilər ki, yenidən qeydiyyata düşmək lazımdır. Mənə niyə mane olurlar, niyə qoymurlar gedim vətənimi görüm gəlim? Mən xalq düşməni deyiləm, narkoman deyiləm, cinayətkar deyiləm, səbəb nədir görəsən? Mən sadəcə öz vətənimi, yurdumu görmək istəyirəm. Mənə deyirlər ki, sentyabr ayının 28-də yenidən qeydiyyat düşməlisən. Axı mən qeydiyyata düşmüşəm, niyə məni bu yaşımda torpağıma buraxmırlar?

Bu qurumu cənab Prezident yaradıb ki, vətəndaşlara qarşı mədəni, hörmətlə davransınlar. Yaratmayıb ki, kimisə yaddan çıxarıb qeydiyyata almasınlar və yaxud da qərəzli şəkildə torpağına getməsinə mane olsunlar.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, öz səlahiyyətlərinizdən istifadə edərək, məni niyə doğma yurduma qoymadıqlarını öyrənəsiz. Mən bu cavabı həmin təşkilatdan ala bilmirəm".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
Ardını oxu...
Əliyev Blinkenə izah edib ki, yalnız Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi yolu açıla bilər, o da yalnız Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə. Yəni Laçın yolundan daşınacaq yüklərə görə gömrük rüsumu ödəməli olacaqlar.
Telefon danışığında əsas diqqətçəkən məqam Əliyevin mövcud vəziyyətin yaranmasında separatçıların rolunu bir neçə dəfə vurğulamasıdır.
Bu, Bakının separatçılara qarşı ata biləcəyi mümkün addımlardan öncə beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi də qəbul edilə bilər.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
Rusiya humanitar yüklərin Ağdam-Xankəndi marşrutu üzrə maneəsiz buraxılmasının tərəfdarıdır. Zaxarova rəsmi Moskvanın mövqeyini açıqlayıb.
Moskva Laçın yolundan yüklərin buraxılmasına nail olmaq üçün Bakının istəyini qəbul edir, daha doğrusu, buna məcburdur. Və Qarabağ məsələsində Bakı ilə mövqeləri toqquşsa da, kənar oyunçuların Laçın yolu üzərindən bölgəyə müdaxiləsinin qarşısının alınması məsələsində uzlaşır.
Rəsmi Bakıya Ağdamdan Xankəndiyə girişin qapısının açılması, prosesin başlanması lazımdır. Sonrakı prosesdə Ağdam marşrutunu əsas daşıma yoluna çevirmək imkanları genişdir, hətta Rusiya ilə mövqeləri toqquşsa belə, Laçın postu hadisələrin inkişafına yön vermək baxımından Bakının əlini gücləndirir.
Asif Nerimanli
Teref.az
Ardını oxu...
Ermənilər artın bir neçə müddətdir Qafandakı aeroportun işləməməsi, daha doğrusu, işləyə bilməməsinin “günahkarı”nı axtarırlar. DİA.AZ JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, məsələnin ilk başında Ermənistan hakimiyyətini ittiham edən ermənilər, bir müddətdir hədəf olaraq Azərbaycanı göstərirlər.

Onlar iddia edirlər ki, Qafan hava limanının işləməməsinin səbəbkarı Azərbaycandır. Bunun onunla “əsaslandırırlar” ki, guya, Azərbaycan Qafan hava limanının cəmi 200 metrliyində post qurub və oradan təyyarələrin uçuşuna mane olur. Lakin bu maneçiliyin nə cür həyata keçirildiyi deyilmirdi. Amma iki həftədir həmin “maneçiliyi” tapıblar.

Belə ki, erməni tərəfi iddia edir ki, Azərbaycan davamlı olaraq Qafan aeroportunu atəşə tutur. Hətta dünən guya, Azərbaycan Ordusu Laçın rayonun Ağkənd kəndi istiqamətində aeroporta atəş açıb. “Üç güllədən ikisi hava limanının gəliş zalı və dispeçer otaqlarına dəyib. Nəticədə, əmlaka ziyan vurulub”.

Aydın məsələdir ki, bütün bunların hamısı yalandır. Çünki Azərbaycan hələ 44 günlük müharibə zamanı, Gəncə, Mingəçevir, Bərdə və Tərtər rayonları raketlə vurulan zaman ermənilərin heç bir mülki obyektinə adekvat zərbə endirmədi. Çünki Azərbaycan Ordusu üçün legitim hədəflər yalnız və yalnız hərbi obyektlərdir. Ona görə də, ermənilər özləri müxtəlif təxribatlar törədərək, günahı Azərbaycanın üzərinə atmağa çalışırlar.

JAMAZ.İNFO xəbər verir ki, ermənilərdən bəziləri “çıxış yolu” da tapıblar. Onlardan biri politoloq Edqar Elbakyandır. O “təklif” edir ki, Ermənistan dərhal Laçın rayonunu “azad etməli”dir. “Ermənistan ordusu vaxt gözləmədən Laçını götürməlidir. Nə qədər ki, Laçın götürülməyib, Ermənistana və Zəngəzura dinclik olmayacaq”.

P.S. Bu “ağıl torbaları”na başa salmaq lazımdır ki, daha o dövrlər keçdi, o əyyamlar bitdi. İndi nə Azərbaycan həmin Azərbaycandı, nə də Ordumuz həmin Ordudur. Əgər Laçın tərəf hər hansı təxribata əl atarsalar, onun cavabını layiqincə və lazımınca alarlar. Necə ki, digər ərazilərimizdə ermənilər törətdikləri təxribatın cavabının qat-qat artığını alırlar.
Ardını oxu...
“Müharibə bitməyib, sadəcə olaraq atəşkəs rejimidir. Vəziyyət ağırdır. Amma yol açılsa, inteqrasiya prosesi həyata keçirilə bilər”. DİA.AZ Jamaz.info-ya istinadla xəbər verir ki, bunu erməni ekspert, ehtiyatda olan ordu polkovniki Hayk Nahapetyan “Faktİnfo”ya deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas hədəfi Qarabağdakı Ermənistan silahlı qüvvələrini tam tərksilah etməkdir. “Əgər bunu edrələrsə və Qarabağdakı bütün strukturlar ləğv olunarsa, Bakı-Xankəndi dialoqu olacaq. Lakin burada vacib bir detal odur ki, Azərbaycanın planlarını ləngidən başlıca amil Rusiya sülhməramlı qüvvələri ilə fikirlərin üst-üstə düşməməsidir”.

Nahapetyan deyir ki, Laçında Sərhəd Buraxılış Məntəqəsinin qurulması Laçın yolunun dəhliz statusunu itirməsi deməkdir. “Keçid məntəqəsi ona görə yaradılıb ki, Azərbaycana asanlıqla Dığ kəndi ərazisindəki yüksəklikdə döyüş bazaları qursun. Həmin yüksəkliklər keçid məntəqəsinə nəzarət edir”.

Erməni ekspert Fransanın son zamanlar aktivliyinə də toxunub. “Son iki ildə Fransa Azərbaycanla qaz və neft müqavilələrinin sayını artırıb. Məhz Fransa idi ki, onun hərbi peykləri 44 günlük müharibə zamanı hava döyüşlərini idarə edərək Azərbaycan Hərbi Hava Qüvvələrinə məlumat ötürdü. Azərbaycan Fransanın maraqlarına xidmət edən mühüm tərəfdaşdır. Fransa yeganə ölkədir ki, enerjisi nüvə stansiyalarında istehsal olunur, xammalı isə urandır. O xammal əvvəllər Nigerdən gəlirdi, indi yəqin ki, uran satan Qazaxıstandan alacaqlar. Həmin uran Qazaxıstandan Azərbaycana, sonra Ermənistandan Sünik vasitəsilə Naxçıvana, ondan sonra Türkiyəyə, Qara dəniz vasitəsilə Avropaya daşınacaq. Fransa atom elektrik stansiyaları üçün xammal almaq üçün ən qısa yola sahib olmaq istəyir. Yəni, “Zəngəzur dəhlizi”ndən faydalananların sayı bir nəfər artıb”.

Nahapetyan qeyd edir ki, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirmək niyyətindən çəkilməyib. “Azərbaycanlılar sülhməramlılarla münaqişəsiz Qarabağ ərazisinə daxil olmağı, hərbi obyektləri, şəxsi heyəti tez bir zamanda ələ keçirməyi və hərbi texnikanı məhv etməyi planlaşdırırlar”.
 

Dünyapress TV

Xəbər lenti