Ardını oxu...
“Rusiya sülhməramlılarının nəzarət məntəqələrinin bağlanması doğru addımdır. Hansı yerlərdə ki məntəqələr bağlanıb, demək, orada bunlara ehtiyac qalmayıb”.

TEREF.AZ bildrir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, sülhməramlıların burada qalma müddəti Azərbaycanla Rusiya arasındakı müzakirələrdən asılıdır:

“Hələlik görünür onların burada müəyyən funksiyaları var. Vladimir Putin bildirdi ki, bu, məsələ Azərbaycanla Rusiya arasında müzakirə olunacaq. Üçtərəfli bəyanatın şərtinə görə, sülhməramlıların qalma müddəti maksimum 2025-ci ilin noyabr ayına qədərdir. Bu baxımdan, proses öz-özlüyündə təbii yolla gedir. Nə zaman ki bölgədə bütün məsələlər həllini tapacaq, o zaman Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq”.

Oqtay Qasımov qeyd edib ki, ayın sonuna doğru Brüsseldə liderlər səviyyəsində üçtərəfli görüş baş tuta bilər:

“Rusiya tərəfindən də təşəbbüs oldu. Amma Ermənistan son zamanlar Rusiyanın istəklərindən yayınmağa çalışır. Üç format vardı, danışıqlar da bu platformalarda aparılıb. Azərbaycan üçün vacib olan sazişin hansı şəhərdə imzalanması yox, sənədin beynəlxalq hüquq və ədalət prinsipinə uyğun imzalanmasıdır. Yəni bizim üçün məkanın fərqi yoxdur.

Prezident İlham Əliyev təşəbbüs irəli sürdü, Ermənistanı birbaşa danışıqlar üçün Tiflisdə görüşün keçirilməsini təklif etdi. Ermənistan hələlik bu təklifə münasibətdə susur”.

 
Ardını oxu...
Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Suqovuşan su anbarı təmir-bərpadan sonra istifadəyə verilib.

Müzəffər Ali Baş Komandan Sərsəng su anbarı ərazisində də Dövlət Bayrağımızı ucaldıb.

Ekspertlər hər iki su anbarının strateji əhəmiyyəti barədə danışıblar.
Ətraflı “ATV Xəbər”in sujetində:

 
 
 

          
Ardını oxu...
Bu gün Azərbaycanın bir neçə yaşayış məntəqəsinin Ermənistanın işğalından azad edilməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Azərbaycan Ordusu Cəbrayıl istiqamətində yeni qələbələr qazanıb.

Belə ki, oktyabrın 18-də Cəbrayılın Hacılı, Hacı İsaqlı kəndləri və Xudafərin qəsəbəsi işğaldan təmizlənib.
Həmin gün Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, sentyabrın 19-dan Rusiya sülhməramlılarının Qarabağda ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Tribunainfo.az xəbər verir ki, teleqram kanallarında sülhməramlılara məxsus postlardan birinin sökülməsi görüntüləri yayılıb.

 
Ardını oxu...
"Associated Press" Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlılarla bağlı məqalə dərc edib.

“Qarabağı tərk edən azərbaycanlılar qayıtmağa can atırlar” başlıqlı məqalədə qarabağlı Nazim Vəliyevin Azərbaycanın daxilində, separatçı bölgədə etnik zorakılıqlar başlayanda evini tərk etmək məcburiyyətində qaldığından bəhs edilib. O, gənc yaşda diş həkimi olmaq istəyib. Otuz ildən çox vaxt keçdikdən sonra həkimlik karyerası başa çatan 60 yaşlı Vəliyev indi yenidən Azərbaycanın nəzarətində olan doğma şəhərinə qayıdacağına ümid edir.

Nəşr qeyd edir ki, Vəliyev 1988-ci ildə baş verən və daha sonra açıq müharibəyə çevrilən zorakılıqlar fonunda Qarabağ bölgəsini tərk etməyə məcbur olan 700 min azərbaycanlı arasındadır...

“Mən tez-tez yuxularımda görürdüm ki, qonşularımla əvvəlki kimi meşədə gəzirik, gül yığırıq”, – deyə bildirən Bahar Əliquliyeva isə Xankəndidəki uşaqlığından danışıb.

Azərbaycanın şəhərə nəzarəti bərpa etdiyini biləndə, hətta buna inanmayıb.

"Özümü keçmişlə indiki arasında bir yerdə hiss etdim", - o, Associated Press-ə deyib. \\Ölkə.Az
 

Ardını oxu...
Prezident İlham Əliyev Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində dövlət bayrağını ucaltdı.

Regionda sülh modeli qurulur. Azərbaycan müdafiə qüdrətini sülhün təmini yoluna yönəltdi və bu, tamamilə düzgün addım idi.

Bu arada, proqnoz verə bilməyən və ya istəməyən, gedişatları qiymətləndirə bilməyən, professorların, trol politoloqların, radiKAL müxalifətin və onların təsiri altında olan qaragüruhun bazarı bağlandı...

***

Sərhəddə bəzi əməliyyatlar olmalı idi ki, Azərbaycan Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə suverenliyini bərpa etsin.

İndi lap aydın görünür ki, sərhədlə sərhəddənkənar ərazilərin strateji əhəmiyyəti bir-birilə böyük ölçüdə əlaqəlidir.

Aqşin Kərimov - DİA.AZ
Ardını oxu...
Xankəndi şəhərinə komendant təyin edilib.

APA xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.
 
Ardını oxu...
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (96 nəfər) Laçın şəhərinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Laçın şəhərinə 247 ailə (956 nəfər), Zabux kəndinə isə 21 ailə (94 nəfər) köçürülüb.
Aytac Qasımova
 
Ardını oxu...
Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində bir neçə ərazisini işğaldan azad etməsindən üç il keçir. Oxu.Az-ın məlumatına əsasən, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 15-də Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində uğurlar qazanıb.

Həmin gün Azərbaycan Ordusu Cəbrayılın Doşulu, Xocavəndin Edişə, Düdükçü, Edilli və Çiraquz kəndlərini işğaldan azad edib.

Ordumuz həmin gün Füzulinin Arış kəndinə də nəzarəti bərpa edib.

Xatırladaq ki, adıçəkilən kəndlərin işğaldan azad edilməsi xəbərini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” (hazırda “X” - red.) hesabında paylaşıb.

 
 
 

Dünyapress TV

Xəbər lenti