Ardını oxu...
Bazar ertəsi “Telegram”-ın Ermənistan seqmentində “Google” xəritələrində Qərbi Zəngəzur (ermənilər Sünik adlandırır- red.)və Naxçıvanı birləşdirən magistral yolun bir hissəsinin 2023-cü ilin dekabrında açılacağı ilə bağlı məlumatlar yayılıb. Bu, ermənilər arasında təşvişə səbəb olub.

Teref.az “Vest.az”-a istinadla xəbər verir ki, ermənilər bu hadisədən sonra ABŞ-ı təxribatda ittiham etməyə başlayıblar:“Google” öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında hazırlayır. Ermənistanda bu cür qurum çoxdan ləğv edilib. Rusiya isə “Google”-a məlumat ötürə bilməz. Əgər məlumatı Azərbaycan ötürsəydi, o zaman Ermənistan ümumiyyətlə, mövcud olmazdı. Bu, necə adlandırılmasından asılı olmayaraq yeganə variant kimi, ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumatın alınması deməkdir”.

Ermənilərin fikrincə, bu məlumatlar sübut edir ki, regionda siyasət quran məhz Qərbdir və gələcək münaqişənin təşkilinin arxasında da məhz ABŞ dayanır. Ermənilərin fərziyyələrinə görə, məqsəd Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi və Ermənistanın parçalanmasıdır.

“Vest.az” nəqliyyat kommunikasiyalarının bu ilin sonunda açılacağıyla bağlı yayılan məlumatları araşdırıb. Lakin məlumatlar 4 gün ərzində dəyişdiyi üçün belə bir fakt aşkar olunmayıb. Hazırda xəritələrdə bu marşurutun açıq olduğu görünür.

Yəni, Zəngəzur dəhlizi “Google”-da açıqdır, yalnız layihəni yerdə həyata keçirmək qalır.
 
 


 
Ardını oxu...
Rusiya Ermənistanı tərk etməyəcək, bu faktdır. Ona görə də onu Ermənistandan necə qovmaq barədə düşünmək belə təhlükəlidir. Amma siz bunu fərqli, gözəl şəkildə edə bilərsiniz.

Teref.az axar.az-a istinadən bildirir ki, bu sözləri özünün Teleqram kanalında yayımladığı yazıda erməni bloger İşxan Verdyan qeyd edib.

Verdyan Ermənistanın Rusiya ilə bərabərhüquqlu deyil, ancaq vassal münasibəti qurduğunu bildirib:

“Rusiyanı qovmağa ehtiyac yoxdur, amma onun hegemonluğunun aradan qalxmasına əmin olmalıyıq. Ermənistanın diqqət yetirməli olduğu məqsəd Rusiya ilə sağlam tərəfdaşlıqdır. Hələ ki, belə əlaqələr yoxdur, çünki Ermənistan Rusiyanın ümumiyyətlə tərəfdaşı və ya müttəfiqi deyil, onun tam vassalıdır. Rusiya ilə Ermənistan arasında bərabərhüquqlu münasibət yoxdur, ona görə də Ermənistan Rusiyanı necə sıxışdırmaq barədə deyil, bu haqda düşünməlidir”.

Bloger Ermənistanın Rusiyadan qurtuluş yolunun yalnız qonşularla normal münasibətlərdən keçdiyini qeyd edib:

“Ermənistan yalnız qonşularına münasibətinə yenidən baxarsa, bunu edə bilər. İqtisadiyyatın və təchizatın şaxələndirilməsi həll yoludur. Azərbaycanla münasibətləri normallaşdıran Ermənistan onunla tez bir zamanda hər cür iqtisadi əlaqələr qurmaqla Rusiyanı əsas təzyiq alətindən məhrum edə bilər. Əgər Türkiyə də işə qarışsa, o zaman Rusiya diktator mövqeyini tamamilə itirəcək və bazarın bərabərhüquqlu iştirakçısına – vicdanlı tərəfdaşa çevriləcək. Amma indi bunu etmək qeyri-mümkün görünür, çünki Ermənistanda türkofobiya bütün mümkün üsullarla Rusiya xüsusi xidmət orqanlarının kabinetlərində işlənib hazırlanmış, sırf ermənilər üçün nəzərdə tutulmuş ideologiya ilə becərilir və onlarla düşmənçilik etməməyin mümkün olduğunu xalqa izah etmək çox çətin olacaq”.
 
        
Ardını oxu...
Sentyabrın 13-də qanunsuz rejimin oyuncaq başçısı Samvel Şahramanyan saxta “milli təhlükəsizlik xidməti”ndə olub.

Teref.Az Musavat.com-a istinadla bildirir ki, bu barədə erməni mediasına xitabən məlumat verir. Baş separatçı orada “departamentin mərkəzi aparatı”nın rəhbər heyəti və yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Şahramanyan xarici və daxili çağırışlara, eləcə də hadisələrin mümkün inkişaflarına toxunub. Bildirib ki, bu həlledici dövrdə koordinasiyalı iş aparmaq, xarici çağırışlara səmərəli şəkildə qarşı çıxmaq, “ölkə”də daxili sabitliyi və qanunun aliliyini qorumaq lazımdır.

Erməni mediası yazır ki, şsentyabrın 12-də Samvel Şahramanyan “müdafiə nazirliyi”ndə olub və qondarma qurumun “təhlükəsizlik qüvvələrinin rəhbərliyi” ilə görüş keçirib.

Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Bu məlumatlar separatçı rejimin növbəti təxribatlara hazırlaşdığını təsdiqləyir. Təsadüfi deyil ki, bu gün günorta radələrində qanunsuz silahlı birləşmələr Ağdam istiqamətində hərbçilərimizə atəş açıblar.
 
Ardını oxu...
Rusiya yükləri Ağdam-Xankəndi yolundan keçərək, erməni əhalisinə aparılsa da, Azərbaycan yükləri hələ də gözləmədədir. Bu, Ağdam yolunun açılması baxımından əhəmiyyətli nəticə olsa belə, hələ hər şey həll edilməyib.
Rusiya yüklərinin Xankəndinə necə daxil olması prosesi baş verənləri anlamaq baxımından diqqət çəkir. Separatçı rejimin “rəhbərliyi” yükün qəbul ediləcəyini açıqlasa da, Rusiyadan göndərilən yüklər iki gün Bərdədə gözlədilər, səbəb bir qrup erməni təxribatçının Ağdam yolununu bloklaması idi. Sentyabrın 12-də Rusiya yükləri nəhayət yoldan keçdi, erməni mənbələr isə separatçı rejimin “qara maskalıları” (ermənilər belə yazır) yolu bloklayanların üzərinə göndərdiyini və onları ərazidən uzaqlaşdırdığını yazdılar.
Bunun qurulmuş tamaşa olduğu aydındır, Ağdam yoluna toplanan erməni təxribatçıları separatçı rejim özü ora yerləşdirib, onları ərazidən uzaqlaşdırmaq – yolu açmaq üçün “maskalılara” ehtiyac yoxdur, “maskalıların” gəlişi və təxribatçıların yolu açması rəsmi Bakıya “erməni əhalisi Azərbaycan yüklərinin girişini qəbul etmir” tamaşasının nümayiş etdirilməsi məqsədi daşıyır və oyunun arxasında Rusiya olduğu da sirr deyil.
Rusiya yüklərinin keçidindən sonra erməni təxribatçıların yenidən yolu bloklaması da sentyabrın 11-dən 12-nə keçən gecə baş verənlərin oyun olduğunu təsdiq edən amildir. Moskvanın məqsədi Laçın yolunun yüklər üçün açılmasıdır, lakin Bakının tələbini – Ağdam-Xankəndi yolunun açılması – yerinə yetirmədən bunun mümkün olmadığını da anlayır. Və belə bir oyun qurur:
- Separatçılar Rusiya yüklərinin qəbul etməyə razılaşır və yüklər Bərdəyə gətirilir;
- Erməni təxribatçılar iki gün yükün keçidinə “icazə vermir”, nəhayət, “maskalılar” onları ərazidən uzaqlaşdırır və yüklər keçir;
- Daha sonra təxribatçıların yolu bloklaması planı əvvəlki qaydada davam edir;
Moskva öz yüklərinin Ağdam yolundan keçidini təmin etdikdən sonra bir tərəfdən Bakıya “yolun açıldığını”, yəni istəyinin qəbul edildiyini göstərir, digər tərəfdən, bu yoldan yükün qəbuluna qarşı çıxan separatçıların mövqeyini qoruyur. Və məqsəd Bakıdan Laçın yolunun da yüklər üçün açılmasını istəməkdir.
Azərbaycan bu oyunu yaxşı görür və məhz buna görə də Laçın yolu məsələsində prinsipial tələbini davam etdirir:
- Laçın yolundan daşınacaq yüklərə gömrük rüsumları tətbiq ediləcək;
- Beynəlxalq Qırmızı Xaç Komitəsi bu yoldan gömrük rüsumlarının ödənməsi ilə yük keçirəcəksə, eyni vaxtda Ağdam yolundan da yük keçirməlidir;
- Laçından yük keçirmək istəyən bütün ölkələr, yaxud təşkilatlar bu haqda öncə Azərbaycana məlumat verməlidir;
Bu mənzərə Laçın yolunun ümumiyyətlə açılmayacağı, yaxud Bakının şərtləri çərçivəsində ilkin dövrdə açılsa belə, yenə də əsas təminat yolunun Ağdam-Xankəndi marşrutu olacağını deməyə əsas verir. Burada həlledici qərar vermək gücü və imkanı Azərbaycandadır. Və rəsmi Bakının iki istiqamətdə hərəkət edə biləcəyi mümkün görünür.
Ağdam-Xankəndi yolundan Azərbaycan yükləri keçməyənə və erməni əhalisinə çatdırılmayana qədər heç bir yükün keçidinə icazə verməyəcək, separatçılara qarşı hərbi müstəvidə əməliyyatların keçirilə biləcəyi istisna deyil.
Asif Nerimanli
Teref.az
Ardını oxu...
Britaniyalı mütəxəssis Rodni Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Okamponun “2023-cü ildə erməni soyqırımı” qərəzli rəyi ilə bağlı hazırladığı ifşaedici hesabat BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

"Report" xəbər verir ki, hesabatda Luis Moreno Okamponun rəyinin hüquqi əsaslandırma baxımından kökündən qüsurlu olduğu, onun rəyinin müstəqil və ya ədalətli ekspert hesabatının metodologiyasını əks etdirmədiyi vurğulanıb.

Hesabatda bildirilir ki, Okamponun rəyi hüquqi kontekstdə və mövcud sübutların rasional təhlilinə imkan vermir, eləcə də Ermənistan və Azərbaycan arasında Beynəlxalq Məhkəmədəki prosesləri yanlış səciyyələndirir: “Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo 7 avqust 2023-cü il tarixli rəyində Azərbaycan Respublikasının ərazisində Qarabağ bölgəsində soyqırımın baş verdiyini bildirib. Moreno Okamponun rəyi 1990-cı illərin əvvəllərində Ermənistanın işğalı zamanı Azərbaycan ərazilərində qurduğu qanunsuz və tanınmamış rejimin göstərişi ilə hazırlanıb. 90-cı illərin əvvəllərində baş vermiş işğal nəticəsində yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış, bununla da etnik ermənilərin demoqrafik üstünlükləri təmin edilmişdir. Hazırda guya Qarabağın erməni əhalisinin qondarma “soyqırımı”nın baş verdiyi iddiası heç bir dəlillə təsdiqlənmir və beynəlxalq ictimaiyyət bunu və iddia edilən nəticələri qəbul etməməlidir. “Soyqırımı” ilə bağlı saxta ittihamlar beynəlxalq hüquqa əsasən məsuliyyətə cəlb olunan qanunsuz əməllərdir".

Diksonun qənaətincə, Moreno Okamponun rəyində Qarabağın birbaşa və ya dolayı yolla Azərbaycanın ərazisi olduğu göstərilir, ancaq bunu, təəssüf ki, ardıcıl olmayan şəkildə edir:

"Mübahisəli ərazi iddialarına istinad etmək düzgün deyil, çünki Qarabağın Azərbaycan olması mübahisəsizdir”.

Britaniyalı mütəxəssis sonda qeyd edib ki, Okamponun rəyi real prioritetlərdən yayındıran əsassız ittihamdır:

"Okamponun rəyi Ermənistan və Azərbaycanın hökumətləri arasında hədsiz ziddiyyət yaratmamalı və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır.

Ümid edirəm ki, Moreno Okamponun fikirlərindən beynəlxalq ictimaiyyət tərəfindən regionda konstruktiv təşəbbüslərdən diqqəti yayındırmaq üçün istifadə edilməyəcək".
 
Ardını oxu...
Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətinə yola salınıb.

“Report”un həmin avtomobili müşayiət edən əməkdaşının verdiyi xəbərə görə, artıq ərzaq maşını Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər.

Avtomobilin içərisində olan ərzaqlar Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.

Həmin yardım sentyabrın 10-da Qarabağdakı erməniəsilli sakinlərə çatmalı idi.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.

Ardını oxu...
Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edir.

Teref.az haqqin.az-a istinadən xəbər verir ki, səhər saatlarından etibarən Laçın sərhəd-buraxılış məntəqəsində bir qrup erməni şəxs azərbaycanlı sərhədçilərin diqqətini cəlb edib.

Sözügedən şəxslər tələbə olduqlarını və təhsil üçün İrəvan Dövlət Universitetinə yollandıqlarını bildiriblər.

“Belə görünür ki, İrəvan hələ 2020-ci ildəki müharibədən əvvəl Qaarabağa göndərilən döyüşçülərini oradan çıxarmaq qərarına gəlib. İlkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin yerlilərini, yəni Dilican rayonundan olanları xilas etmək barədə tapşırıq verib. Məlumatı Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları da təsdiq edir”, - məlumatda qeyd olunub.
Ardını oxu...
Rusiya Qızıl Xaç Komitəsinin Ağdam-Əsgəran yolu ilə Xankəndiyə aparacağı yardımla bağlı razılaşma BQXK-nin yardımı üçün "Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda “açılması təklifi ilə qarışdırılmamalıdır, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X (Twitter) hesabında yazıb.

Bundan əvvəl, separatçı Dağlıq Qarabağ Respublikası rəhbərliyinin yaydığı bəyanatda bildirilmişdi ki, Rusiyanın yardımı “Ağdam yolu ilə çatdırılacaq və eyni zamanda Laçın dəhlizi ilə humanitar tranzitin bərpasına dair razılıq əldə olunub”, Armenpress yazıb.

Bəyanatda vurğulanıb ki, “DQR” Rusiya mallarının Əsgəran şəhəri vasitəsilə bölgəyə daxil olmasına “icazə vermək qərarına” gəlib.

ABŞ rəsmiləri Azərbaycanı Laçın dəhlizi ilə Ağdam-Xankəndi yolunu eyni vaxtda açmağa çağırmış, rəsmi Bakı buna müsbət cavab vermişdi.
Rusiya Qarabağda yaşayan ermənilərin “ərzağa olan ehtiyacını qarşılamaq məqsədi ilə” şənbə günü içərisində “ərzaq və qeyri-ərzaq” məhsullarının olduğu deyilən yük avtomobili göndərib, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev BBC Azərbaycancaya bildirmişdi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şənbə günü X (Twitter) hesabında bildirib ki, sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükü Ağdam-Əskəran yolu ilə Xankəndiyə gedəcək:

“Amma bu, ayrı razılaşmadır. Beynəlxalq Qızıl Xaç Komitəsinin [ərzaq yardımının] çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə “xoş niyyətlə” razılaşmışdı, amma qanunsuz rejim bundan imtina etmişdi”.

Hikmət Hacıyev əlavə edib ki, bununla belə, Laçın keçid-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmalıdır.

Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, "Laçın yolunun bağlı olmasına görə" ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər. Rəsmi Bakı Laçın yolunun bağlı olmadığını bəyan edib və humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edib.
BBC
Ardını oxu...
Ermənilər həm Laçından, həm də Ağdamdan ərzaq yardımını qəbul etməkdən yayınır.

"Report" xəbər verir ki, həm Laçından, həm də Ağdamdan yardımla dolu TIR keçməli idi. Bununla bağlı razılaşma mövcuddur.

Hazırda Laçın sərhəd məntəqəsinin yaxınlığında Ermənistan ərazisində BQXK-nın bir TIR-ı da dayanıb. Lakin ermənilər bunu qəbul etmir. Azərbaycan tərəfi onun sərhəddən keçidini ölkə qanunveriçiliyinə uyğun şəkildə təmin etməyə hazır olsa da, ermənilər bu yükü də qəbul etmək istəmirlər. Çünki onlar bilir ki, Laçın məntəqəsindən BQXK-nın TIR-ı keçsə, paralel olaraq Ağdam yolundan da TIR daxil olmalıdır. Buna imkan verməmək üçün onlar Laçın yolundan gələn yükü də qəbul etmirlər. Ermənilər bununla özlərini "aclığ"a məhkum edirlər.

Görünən odur ki, ermənilərin bu anormal qərarı onların bölgədə guya "blokada" olması ilə bağlı uydurma bəyanatları üst-üstə düşmür.

Qeyd edək ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını da saatlardır Bərdə şəhərində gözləyir. TIR-da Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan ermənilərə yardım məqsədi ilə göndərilən ərzaq və qeyri-ərzaq məhsulları var. Bununla yanaşı, Ağdamdan sırf BQXK-yə məxsus TIR da keçməlidir.
 
Ardını oxu...
Rusiyanın yük maşını Ağdam-Xankəndi yolu ilə keçəcək. Buna şübhəm yoxdur, sadəcə erməni separatçıları yükün keçidini geçikdirməklə vaxt qazanmağa - Laçın yolu ilə bağlı Qərbin və beynəlxalq təşkilatların Azərbaycana təzyiq imkanlarını müəyyənləşdirməyə çalışırlar.
Erməni separatçıları anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər. Digər tərəfdən “yol mövzusunda” təşəbbüsün Rusiyanın əlinə keçməsi və Ağdam-Xankəndi istiqamətinin reallaşması bu məsələdə Fransanın, ABŞ-daki ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək ki, separatçılar adları sadalananların dəstəyindən məhrum olacaqlarından narahatdırlar.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti