Ardını oxu...
DİA.AZ: - Qarabağ separatçıların 3 keçmiş başçısı - Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan, eləcə də qondarma hökumətin onların "təhlükəsizlik qüvvələrinin rəhbərliyi" danışıqlar nəticəsində əldə olunmuş razılaşmaya uyğun olaraq oktyabrın 1-i axşam Ermənistana keçiblər. DİA.AZ bildirir ki, bu barədə erməni mənbələri xəbər yayıb.

Xatırladaq ki, iki gün əvvəl isə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Arayik Arutyunyan başda olmaqla 300-dək terrorçunun axtarışa verildiyini bildirmişdi.

P.S.: Ümid edək ki, erməni mənbələrinin iddiası özünü doğrultmayacaq.
 
Ardını oxu...
QARABAĞ2 Oktyabr 2023 08:12

Ermənistan və qondarma rejimin bayraqları Xocalı hava limanı ərazisində endirilib.

Publika.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial mediada yayılıb.

Bununla da Qarabağın ən strateji məntəqələrindən biri olan Xocalı hava limanı da Azərbaycanın mərkəzi hakimiyyətinin nəzarətinə keçib.

Həmin görüntüləri təqdim edirik:
https://t.me/endeqiqxeber/3854
 
Ardını oxu...
Separatçıların “lideri” Samvel Şahramanyan Xankəndidə qalacağı tarixi açıqlayıb.

Tribunainfo.az bildirir ki, bu barədə məlumat telegram kanallarında yayılıb.

Separatçıların “lideri” Samvel Şahramanyan bildirib ki, ölü və itkin düşən şəxslərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə əməliyyatları başa çatana qədər məsul şəxslərlə birlikdə Xankəndidə qalacaq.
 
Ardını oxu...
Bizim “peşəkar”, dövlətdən maliyyə alan mediamız Qarabağdan köçən ermənilərin sayı ilə bağlı Ermənistanın yalan təbliğatına geninə-boluna dəstək verdi. Yazırlar ki, artıq Ermənistanı tərk edənlərin sayı 100 minə (?) çatdı.
Bunu sübut edən kifayət qədər skrinlər də etmişəm.
İstinad mənbələri də Ermənistanın rəsmi qurumlarıdır. 100 minin qabağına heç olmasa, “Ermənistanın yalan iddialarına görə” sözlərini də əlavə etmirlər. Çünki keyfiyyət deyil, kəmiyyət dalınca qaçırlar. 20 “özəl” xəbər və İP ( baxış sayı) yarışına giriblər. Bəs ideoloji iş?..
Belə çıxır ki, biz güya Qarabağda 120 min erməninin yaşadığını təsdiqləyirik? Qarabağda hansı sayda ermənin yaşadığını Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib. Yaxşı olardı ki, bu məsələdə elə ölkə başçısının səsləndirdiyi rəqəmlərə istinad edəsiniz.
Məhəmmədəli Qəribli
Teref.az

Ardını oxu...
DİA.AZ: - Nəhayət bu günləri görmək nəsibimiz olur. Hər halda, bu gün baş verənləri bizlər millət olaraq xəyal etməkdə, bir milli hədəfə çevirib uğrunda mübarizə aparmaqda idik. Nəhayət gözəl Tanrımız bütün bunları bizə yaşadır...

DİA.AZ xəbər verir ki, Xankəndində separatçıların əski parçası götürülüb və tezliklə müzəffər Ali Baş komandan İlham Əliyev şəhərin mərkəzində üçrəngli bayrağın ucaldılması mərasimini keçirəcək.

Gözün aydın, Azərbaycan xalqı!
 
Ardını oxu...
Bakı Ermənistandan keçməklə Naxçıvana quru dəhlizin yaradılması üçün hər hansı zorakı addım atmaq niyyətində deyil”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan ancaq Ermənistandan keçməklə (Zəngəzur dəhlizi) Naxçıvanla nəqliyyat əlaqəsi yaratmaq istəyir ki, bu da “həm hər iki ölkəyə, həm də bütün regiona fayda verəcək”.

“Azərbaycanın Ermənistanın suveren ərazisində heç bir hərbi məqsədi və ya hədəfi yoxdur, bu, Azərbaycanın gündəmindən kənardır”, – Hacıyev Reuters agentliyinə bildirib.

Əliyevin köməkçisi əlavə edib ki, Bakı İrəvana nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi məsələsini ancaq sülh yolu ilə həll etməyi təklif edir.

Azərbaycan prezidenti İlham Əliyev bundan bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin yaradılması ilə bağlı işlər çox güman ki, 2024-cü ilin sonuna qədər yekunlaşacaq.

Maraqlıdır ki, Qarabağda baş verən son hadisələrdən sonra Azərbaycan hakimiyyəti Sünik (Zəngəzur) ilə bağlı çıxışın tonunu kəskin şəkildə dəyişib. Cəmi bir neçə ay əvvəl hökumət rəsmilərinin ritorikasında Ermənistanın İran sərhədi yaxınlığında Araz (Araks) çayı boyunca dəmir yolu və avtomobil yolunun çəkilməsinə razılıq vermədiyi təqdirdə Zəngəzur dəhlizinin güc yolu ilə çəkilməsinin mümkünlüyü ilə bağlı eyhamları aydın görünürdü.

Buna görə də, bir çox müşahidəçilər narahatlıqlarını ifadə edirdilər. Çünki hadisələrin belə bir inkişafı Azərbaycanın beynəlxalq hüququ, Ermənistanın hamı tərəfindən tanınmış əraziləri üzərində suverenliyini pozması demək olacaqdı və böyük regional müharibə ilə nəticələnə bilərdi. Amma indi – bütün Qarabağ ərazisi üzərində nəzarət bərpa ediləndən sonra Azərbaycan hakimiyyəti nədənsə, Ermənistan ərazisindən dəhliz çəkmək marağını kəskin şəkildə itirib. Üstəlik, bu dəhlizin çayın o biri sahili ilə, yəni İran ərazisindən keçə biləcəyi barədə bəyanatlar getdikcə daha çox eşidilir. Maraq birdən birə niyə itib? Nə baş verir? Qarabağdakı son antiterror əməliyyatları ilə Zəngəzur dəhlizinin konkret olaraq Ermənistan ərazisindən keçməsi təkidinin itməsi arasında hansı əlaqə var?

“Açığını desəm, Azərbaycanın Zəngəzur dəhlizinə marağının itdiyini düşünmürəm”. Bunu Pressklub.az-a açıqlamasında Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib.

Onun fikrincə, təbii ki, buna maraq var, amma məsələ qiymətdədir.

“Əgər biz Ermənistanla bütün kommunikasiyaları, o cümlədən haqqında danışdığımız kommunikasiyaları açacaq sülhdən danışırıqsa, əlbəttə ki bu, bütün tərəflər üçün doğru və faydalı olardı. Amma əgər söhbət Moskvanın və məncə təkcə Moskvanın deyil, Qərbdəki bəzi digər qüvvələrin də istədiyi kimi Azərbaycanı yeni regional münaqişəyə cəlb etməkdən gedirsə, məncə, burada şanslar sıfıra yaxındır.

Bakı öz ziyanına olaraq başqasının oyununu oynamayacaq. Üstəlik, sülh onsuz da bağlanacaq. Bu da o deməkdir ki, bütün hallarda Ermənistanla nəqliyyat kommunikasiyaları açılacaq”, – gürcü analitik hesab edir.
Pressklub.az
 
Ardını oxu...
44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub.

Bu barədə “Xəzər TV”də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilib.

Bütün savaşların dönüş nöqtəsi olduğu kimi, 44 günlük vətən müharibəsinin də taleyini həll edən əməliyyat var. Təbii ki, bu da Şuşanın işğaldan azad edilməsi oldu. Dünyanın aparıcı hərbi araşdırma mərkəzlərinin hələ də analiz etdiyi bu əməliyyatın da uğurlu alınmasında mühəndis-istehkamçılar əvəzsiz rol oynayıblar. Kəlbəcər istiqamətində yollar qardan təmizləndiyi kimi Şuşa ətrafında da bu cür tapşırıqlar yerinə yetirilməli idi. Bu istiqamətdə isə vəziyyət tam fərqliydi. Çünki mühəndis-istehkamçılar burada dağlıq-meşəlik ərazidən yol açmalı idilər. Ərazidə havadan və yerdən kəşfiyyat aparılıb, müvafiq qərar qəbul edilib. Əlverişisiz hava şəraitində mürəkkəb relyefli ərazidə yol açmaq mühəndis qoşunları üçün elə də çətinlik yaratmırdı. Çünki uzun illər keçirilən təlimlərin məqsədi bu günə hazır olmaq idi. Onlar hətta gecə saatlarında işıqsız fəaliyyət göstərməyə də öyrəşmişdilər.
Ətraflı süjetdə:

 
Ardını oxu...
İqtisadçı Nazim İmanovun oğlu Azərbaycanın Xankəndi şəhərindən paylaşım edib.

Teref.Az xəbər verir ki, Manşet.Az-ın məlumatına görə, iqtisadçının oğlu Araz İmanov Xankəndi şəhərində şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb.

Araz İmanovun hazırda ora necə getməsi böyük maraq doğurub.

Həmin fotonu təqdim edirik:
 
Ardını oxu...
Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

Bu barədə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov bildirib.

Onun sözlərinə görə, səfər təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədi daşıyır.

R.Məmmədov, həmçinin reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.

Qeyd edək ki, ki, sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib. Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub. Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.
 
Ardını oxu...
Arşavir Qaramyan - Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə olmazın əzablar verən qatil erməni komandirdir.

Axar.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Arşavir Qaramyanın həbsi barədə xəbərlərə reaksiyasında qeyd edib.

O bildirib ki, Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub:

“Qaramyan Arşavir Surenoviç 22 iyul 1965-ci ildə Qarabağın Əsgəran rayonunda Aknaxbyur kəndində doğulub. İrəvan Dövlət Universitetinin Radiofizika və elektronika fakültəsini bitirdikdən sonra SSRİ Dəniz Qüvvələrində xidmət edib. 1990-cı ildə Qarabulaqda “Arşo batalyonu” kimi tanınan könüllü dəstə yaradıb. 8 nəfərlik dəstəsi olub. 1992-1996-cı illərdə isə “müdafiə ordusu”nun Əsgəran rayonunun 35-ci “motoatıcı batalyonu”nun (MOA) komandiri olub.

O, 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib”.

Alimin sözlərinə görə, Qaramyan azərbaycanlılara verdiyi işgəncələr bunlar idi:

“- Əsir və girovların ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartmaq;

- Qadınların döş vəzilərini və burnunu kəsmək;

- Kişilərin cinsiyyət üzvünü kəsib yandırmaq;

- İnsanları diri-diri yandırmaq;

- Kişilərin cinsiyyət üzvünə güllələr vurmaq;

- Kişilərin arxa keçəcək dəliyində boş içki şüşəsi yerləşdirmək və s.

Xocalıda hadisələrin şahidlərinin birinin ifadəsindən: “Ermənilər bir çox əsirin başını elə orada, Arşavirin yanında kəsiblər. Qalan adamları isə Xankəndiyə aparıblar. Ermənilər Talehin gözü qabağında anasına əzab verib, qızıl dişlərini söküblər”.
 

Dünyapress TV

Xəbər lenti