Böyük müharibə planı və dəyişən ritorika
Bakı Ermənistandan keçməklə Naxçıvana quru dəhlizin yaradılması üçün hər hansı zorakı addım atmaq niyyətində deyil”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan ancaq Ermənistandan keçməklə (Zəngəzur dəhlizi) Naxçıvanla nəqliyyat əlaqəsi yaratmaq istəyir ki, bu da “həm hər iki ölkəyə, həm də bütün regiona fayda verəcək”.

“Azərbaycanın Ermənistanın suveren ərazisində heç bir hərbi məqsədi və ya hədəfi yoxdur, bu, Azərbaycanın gündəmindən kənardır”, – Hacıyev Reuters agentliyinə bildirib.

Əliyevin köməkçisi əlavə edib ki, Bakı İrəvana nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi məsələsini ancaq sülh yolu ilə həll etməyi təklif edir.

Azərbaycan prezidenti İlham Əliyev bundan bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin yaradılması ilə bağlı işlər çox güman ki, 2024-cü ilin sonuna qədər yekunlaşacaq.

Maraqlıdır ki, Qarabağda baş verən son hadisələrdən sonra Azərbaycan hakimiyyəti Sünik (Zəngəzur) ilə bağlı çıxışın tonunu kəskin şəkildə dəyişib. Cəmi bir neçə ay əvvəl hökumət rəsmilərinin ritorikasında Ermənistanın İran sərhədi yaxınlığında Araz (Araks) çayı boyunca dəmir yolu və avtomobil yolunun çəkilməsinə razılıq vermədiyi təqdirdə Zəngəzur dəhlizinin güc yolu ilə çəkilməsinin mümkünlüyü ilə bağlı eyhamları aydın görünürdü.

Buna görə də, bir çox müşahidəçilər narahatlıqlarını ifadə edirdilər. Çünki hadisələrin belə bir inkişafı Azərbaycanın beynəlxalq hüququ, Ermənistanın hamı tərəfindən tanınmış əraziləri üzərində suverenliyini pozması demək olacaqdı və böyük regional müharibə ilə nəticələnə bilərdi. Amma indi – bütün Qarabağ ərazisi üzərində nəzarət bərpa ediləndən sonra Azərbaycan hakimiyyəti nədənsə, Ermənistan ərazisindən dəhliz çəkmək marağını kəskin şəkildə itirib. Üstəlik, bu dəhlizin çayın o biri sahili ilə, yəni İran ərazisindən keçə biləcəyi barədə bəyanatlar getdikcə daha çox eşidilir. Maraq birdən birə niyə itib? Nə baş verir? Qarabağdakı son antiterror əməliyyatları ilə Zəngəzur dəhlizinin konkret olaraq Ermənistan ərazisindən keçməsi təkidinin itməsi arasında hansı əlaqə var?

“Açığını desəm, Azərbaycanın Zəngəzur dəhlizinə marağının itdiyini düşünmürəm”. Bunu Pressklub.az-a açıqlamasında Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib.

Onun fikrincə, təbii ki, buna maraq var, amma məsələ qiymətdədir.

“Əgər biz Ermənistanla bütün kommunikasiyaları, o cümlədən haqqında danışdığımız kommunikasiyaları açacaq sülhdən danışırıqsa, əlbəttə ki bu, bütün tərəflər üçün doğru və faydalı olardı. Amma əgər söhbət Moskvanın və məncə təkcə Moskvanın deyil, Qərbdəki bəzi digər qüvvələrin də istədiyi kimi Azərbaycanı yeni regional münaqişəyə cəlb etməkdən gedirsə, məncə, burada şanslar sıfıra yaxındır.

Bakı öz ziyanına olaraq başqasının oyununu oynamayacaq. Üstəlik, sülh onsuz da bağlanacaq. Bu da o deməkdir ki, bütün hallarda Ermənistanla nəqliyyat kommunikasiyaları açılacaq”, – gürcü analitik hesab edir.
Pressklub.az
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Kəngərliyə növbəti köç karvanı yola salındı
17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO

Dünyapress TV

Xəbər lenti