2025-ci ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 30 milyon barel (4 milyon ton) və ya gündə orta hesabla 331 min barel neft hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3,2% və ya 1 milyon barel az olub. 14 il əvvəl – 2012-ci ilin eyni dövrü ilə müqayisədə isə hasilat 2,2 dəfə aşağı düşüb. 2025-ci ilin ilk rübündə AÇG-də ümumilikdə 145 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub. Xatırladaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (31,65%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib - 9,57%), İNPEKS (9,31%), “EksonMobil” (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,92%) şirkətləridir. Son 14 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı belə olub: