Ardını oxu...
ABŞ-nin Hudzon Universitetinin Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran Azərbaycan ərazisindəki separatçı qurumun ləğvi ilə bağlı ironik paylaşım edib.

O, artıq tarixə qovuşmuş qondarma rejimi nağıllardakı xəyali dövlətə bənzədib:

Doran “Narniyasız nə edəcəyik?”, - yazaraq baş verənləri şərh edib.
Ardını oxu...
 

Ardını oxu...
Azərbaycanın erməni əhalisinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpası prosesində separatçı rejimin özünü buraxmağa məcbur edilməsinin perspektiv hədəfi də var.
Bu proses başqa ssenari üzrə də cərəyan edə bilərdi: separatçıların özünü buraxan “rəhbərliyi” bölgədən qovula, yaxud qandallanıb Bakıya gətirilə bilərdi. Ki, bundan sonra onların qanun qarşısına çıxarılması, amnistiyaya düşüb-düşməyəcəkləri rəsmi Bakının siyasi iradəsindən asılı olacaq. Və yaxud Rusiya separatçıları özlərini buraxmamış bölgədən çıxara bilərdi;
Bu halda Bakının Xankəndi hədəfi – suverenliyimizin tam bərpası, o ərazilərdə mərkəzi hakimiyyətin qurulması hədəfi dəyişməyəcəkdi və nail olunacaqdı. Lakin separatçı rejim özünü buraxmayacağı təqdirdə, ermənilər Ermənistanda qondarma “artsax”ın “mühacir hökuməti”ni yarada və ərazi iddialarını davam etdirə, beynəlxalq səviyyədə dəstək qazana bilərdilər. Bu məsələdə Ermənistan da maraqlıdıer, Rusiya da, o cümlədən, bölgədə maraqları olan digər qüvvələr də.
Şübhəsiz ki, rəsmi Bakı separatçı rejimin özünü buraxması tələbində israr edib və bu, həm də perspektivdə ərazi iddialarının qarşısını almağa hesablanmış addımdır. Ermənilərin eyni iddiaları davam etdirməyəcəyinə, qondarma “artsax” kimi iddialar irəli sürməyəcəyinə heç kim zəmanət verə bilməz, indi olmasa belə, 20 ildən sonra – fürsət tan kimi edə bilərlər. Separatçı rejimin özünü buraxması Azərbaycana bu iddiaların önünə fakt qoymaq imkanı verəcək: “öz müqəddəratını təyin etmək” istəyənlər özləri bundan imtina etdi - etdirildi...

Asif Nərimanlı - DİA.AZ
Ardını oxu...
Suallar çoxdur.
Qarabağa Rusiyanın tapşırığı ilə gələn Vardanyan niyə antiterror əməliyyatından əvvəl ərazidən uzaqlaşdırılmayıb?
Sülhməramlılar istəsəydilər, Vardanyanı hava yolu ilə ərazidən uzaqlaşdıra bilməzdilərmi?
Bəs Vardanyanın ərazidə qalması nəyə xidmət edirdi?
Üstəlik, həbs olunacağını bilə-bilə Vardanyan niyə sərhəd keçid məntəqəsinə gəlib?
Ekspertlər xeyli vaxtdır bildirirlər ki, Putin Vardanyanı Paşinyanın yerinə yetişdirir. Lakin Vardanyanın Ermənistanda siyasi nüfuzu yoxdur. Vardanyanın həbsi və Bakıya gətirilməsi onun siyasi karyerasına hansı təsir göstərə bilər?
Bakının həbs etdiyi Vardanyana erməni lobbisi isnişəcəkmi?
Vardanyan hansı şərtlər altında azadlığa buraxılacaq?
Vardanyan azadlığa çıxarsa, Rusiyaya dönəcək, yoxsa İrəvanda siyasətə atılacaq?
Vardanyan həqiqətənmi Paşinyanı devirmək iqtidarına malikdir?
Ürfan Məmmədli
Teref.az
Ardını oxu...
Qarabağ ərazisində işğal dövründə ermənilər yaşasa da, hüquqi baxımdan o torpaqlar Azərbaycanın tarixi ərazisidir. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə atılan ilk addımlardan biri də şəhər adlarını əks etdirən lövhələrin dəyişdirilməsidir.

Bəs Xankəndinin tarixi adı yazılan lövhələr nə zaman asılacaq?
Ardını oxu...
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib ki, əsas məsələ Xankəndidə yazılan lövhə deyil.

O, ən vacib məsələnin həll olunduğunu bildirib:

“Bildiyimiz kimi, ermənilər artıq təslimçilik aktına qol çəkiblər, ağ bayraq qaldırılıb. Yəni mövzu həm nəzəri, həm praktik cəhətdən bağlanıb. Lövhənin dəyişdirilməsi təşkilati işlərdir. Hazırda ermənilərin əksəriyyəti Xankəndini tərk edirlər, qalanlar isə təkliflərə riayət etməlidirlər. Proses tamamlandıqdan dərhal sonra Xankəndinin adı yenidən lövhələdə olacaq.

Sovet dönəmində Xankəndinin adını dəyişib Şaumyanın şərəfinə Stepanakert qoydular. Ad dəyişmək 1 dəqiqəlik işdir. Sadəcə, tələsərək ora lövhə asmaqla nəyə nail olacağıq? Biz lazım olan məsələlərə nail olmuşıq!”

Ardını oxu...
Fəzail İbrahimli

F.İbrahimli deyib ki, lövhə asmaq xırda təşkilati məqamdır:

“Allahın iznilə lövhəni asmaq məsələsi çox rahatlıqla həyata keçiriləcək və yaxın zamanda o lövhə orada asılacaq. Bu, sabah da ola bilər, 2 gün və ya 1 ay sonra da. Ona görə də narahat olmağa dəyməz. Bir gün ərzində nə ağac bar verir, nə də meyvə yetişir. Lövhəni yerləşdirmək bizim əlimizdədir. Gəlib o lövhəni gülləbaran edən qüvvə yoxdur. Azərbaycan dünya ictimaiyyətində öz obrazını yaradıb”.
 
Ardını oxu...
Xocalı görüşündə erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı vacib razılaşmalar əldə olunub:
- Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan ermənilərlə birlikdə işçi qrupu yaradılacaq;
- Xankəndi yaxınlığında, yaxud Xocalıda səhra hospitalı qurulacaq: səhiyyə xidmətlərinin Azərbaycan və erməniəsilli tibbi heyətin tərəfindən birgə təşkil edilməsi planlaşdırılır;
- Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsi həyata keçiriləcək;
- Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsi planlaşdırılır;
- Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklif edilib: vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması gündəmdədir;
Bütün bunlar Xankəndində qalacaq ermənilərin inteqrasiyası və Ermənistanla bağlarının qalmaması baxımından əhəmiyyətlidir. Çünki ermənilər Ermənistana əsasən tibbi xidmət üçün gedirlər, bundan sonra tibbi xidməti Azərbaycan həyata keçirəcək. Bu, həm də erməni xəstələri Ermənistana daşıyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki nümayəndələyinin İrəvandakı ofisə deyil, yalnız Bakıdakı ofisə bağlı olmasını təmin edəcək amildir. Bir müddət sonra bu nümayəndəliyə ümumiyyətlə ehtiyac qalmayacaq.
Xankəndinin bütün kommunal xidmetləri də Azərbaycanın kommunnal xidmət şəbəkəsinə bağlanacaq. Artıq elektrik enerjisi həll edilib, növbədə təbii qaz, su, internet, telefon və digər xidmətlərdir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən yaradılan İşçi Qrupu Xankəndində gedəcək. Xankəndində mərkəzi hakimiyyət addım-addım bərpa olunur.
Asif Nerimanli
Teref.az
 
 
 
Ardını oxu...
Separatçıların “rəhbərlərindən” olmuş Samvel Babayan artıq Qarabağdan İrəvana qaça bilib. Onun Xankəndindən necə çıxdığı və Ermənistana necə keçdiyi müəmmalıdır, lakin erməni əhalisi arasına qarışaraq, gedə biləcəyi istisna deyil.
Təslim olan hazırki “rəhbərlər”in sona qədər gözləyəcəyi ehtimalı daha çoxdur, onların amnistiyadan yararlanmaq imkanı da ola bilər.
Lakin keçmiş “rəhbərlər” – Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri çıxmağa çalışacaq. Qaçış üçün iki mümkün yolları ola bilər:
erməni əhalisi arasında gizlənmək, qarışıqlıqldan istifadə edərək, Ermənistana keçmək;
sülhməramlıların təminatı üçün daha əvvəl uçuşuna şərait yaradılan helikopterlərlə çıxmaq;
Hər iki halda sülhməramlılar onlara yardım edəcək. Lakin Xankəndinə əvvəldən nəzarət edən Azərbaycan kəşfiyyatının indi bu imkanları xeyli artıb və ən azından bir, yaxud bir neçəsinin ələ keçiriləcəyi də istisna edilməməlidir.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
“Əsgəranda mülki adamlar arasında itkin düşən yoxdur. Amma hərbçilər arasında itkilərimiz çoxdur”.

Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu Əsgəran şəhərinin qondarma “meri” Hayk Şamiryan NEWS.am-a açıqlamasında deyib.

“Bütün Qarabağ gedir. Əsgəran da gedir. Türklər artıq Əsgəranın 200 metrliyindədir. Əsgəran əhalisi tamamilə təxliyə olunanda mən də şəhəri tərk edəcəm”.
 

Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib.

DİA.AZ xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cari il sentyabrın 19-20-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur ediliblər: "Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar".

Vurğulanıb ki, qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.

"Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır. Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir", - məlumatda qeyd olunub.
Ardını oxu...
Ordumuzun əsgərləri Xocalıda Azərbaycan Bayrağını dalğalandırıblar.

Bununla bağlı sosial şəbəkədə video yayılıb.

Görüntülərdən aydın olur ki, Silahlı Qüvvələrimizin əsgəri Xocalıda düşməndən azad olunmuş döyüş postuna Azərbaycan bayrağını sancır və “Qarabağ Azərbaycandır!” şüarı səsləndirir.
Ətraflı videoda:

Dünyapress TV

Xəbər lenti