Ardını oxu...
Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
 

Ardını oxu...
     

Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.

Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.

Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Qeyd edək ki, bundan əvvəl isə iyun ayında Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.


Ardını oxu...
“Ermənilər təbliğat xarakterli təxribatla məşğul olur və bu, İrəvanın təşəbbüsü ilə həyata keçirilir. Əslinə qalsa, Ermənistanın özündə Laçın dəhlizi ilə bağlı fərqli mövqe və yanaşmalar var. Məsələn, bir yanaşmaya görə, Nikol Paşinyan bütün bunları bilərəkdən edir, məsələni hətta BMT səviyyəsinə qaldırır. Sonra isə deyəcək ki, gördünüzmü, mən əlimdən gələn hər şeyi etdim, amma məsələ bizdən asılı deyil və s. Əslində isə onların BMT-yə müraciəti də məntiqdən uzaqdır”.

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağ və Ermənistan-Azərbaycan sərhəddində baş verənlərdən danışarkən deyib.

Zülfüqarov əlavə edib ki, ermənilərin məntiqsiz hərəkətləri göz önündədir:

“Bir tərəfdən deyirlər ki, humanitar problem var, digər tərəfdən də Azərbaycanın təqdim etdiyi alternativ yollardan imtina edirlər. Azərbaycan iki yol təklif edir ki, bunun da biri Ağdam yoludur. Bu, məntiqlə düzgün təklifdir, çünki gələcəkdə Ağdamdan Xankəndiyə qatar yolu çəkilməli, yüklər daha asan daşınmalıdır. Bütün bunlar da Azərbaycanın suveren hüquqlarıdır və bu çərçivədə addımlar atılır. Əslində, buna etiraz edən sülhməramlılardır. Onlar başa düşürlər ki, gec-tez təchizat Azərbaycan üzərindən olacaq və bu da Azərbaycana müəyyən üstünlüklər verəcək”.

Kemiş nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasında hətta Laçın dəhlizi və ya Qarabağdakı ermənilərin “humanitar böhran”ı müzakirə edilsə belə, hər hansı qətnamə qəbul olunmayacaq: “Ən yaxşı halda sədrin adından bəyanat verilə, bu bəyanatda da ermənilər hər iki yoldan birindən istifadəyə çağırıla bilər. Başqa heç nə ola bilməz”.

Zülfüqarovun fikrincə, ermənilərin indiki gərginliyi yaratmaqda məqsədi məsələni bir-birinə qatmaq, Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası aparmaqdır: “Amma bu da məntiqsiz gedişdir. Azərbaycan çoxdandır tələb edir ki, ərazidə olan ağır texnika çıxarılsın və Ermənistan 10 noyabr sazişinə əməl etsin. Azərbaycan bu məsələdə də haqlıdır, axı, Ermənistanın hərbçiləri və ağır texnikası Qarabağda nə gəzir?

Bəli, hiss olunur ki, onlar təxribata meyllənirlər, xüsusilə hərbi təxribatı da nəzərdən qaçırmaq olmaz. Amma onların Qarabağdakı ağır texnikası bizə məlumdur və Azərbaycan tərəfi dronları havaya qaldırmaqla onları bir saata sıradan çıxara bilər. Buna haqqımız da var. Ermənistan tankının və ya hərbçisinin bizim ərazimizdə nə işi var?”.

Sabiq nazir sonda qeyd edib ki, əgər ermənilər təxribata əl atsalar, layiqli cəzalarını alacaqlar. Amma indi elə vəziyyət yaranıb ki, sanki ermənilər nə etdiklərini anlamırlar.
 

“Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır”.

Bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi. Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də geniş material daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini göstərir”, deyə Türkiyə XİN bildirib.

“Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də erməni əhalinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir”, deyə bəyanatda qeyd edilib.

Ardını oxu...
Ermənistan Azərbaycanın işğaldan azad edilən ərazilərinə 1 milyondan çox mina yerləşdirib.

"DogruXeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox azərbaycanlı mina qurbanı olub.

"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru davam edir", - H.Hacıyev vurğulayıb.
Ardını oxu...
Azərbaycanda çalışan xarici ölkə diplomatları ölkələri üçün müxtəlif hesabatlar hazırlayırlar. Son vaxtlar bölgədə artan gərginlik səbəbindən işlərinin həcmi artıb, olayları özləri üçün aydınlaşdırmağa çalışırlar.
Diplomatlardan birinin maraqlı sualı ilə üzləşdim: “Qarabağdakı ermənilərin sosial durumu həqiqətən ağırdır, yoxsa məsələni şişirdirlər?” Ona cavabında internetdə Xankəndidə toy kasetlərini izləməyi məsləhət gördüm.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu yazır. Daha sonra politoloq yazır:
Sən demə diplomat da həmin videonu izləyib və ermənilərin rola girdiyi qənaətindədir. Xarici ölkə diplomatları onu da anlayırlar ki, Qarabağ ermənilərinin Azərbaycan qanunlarını qəbul etməkdən başqa alternativləri yoxdur, hökumətlərinin Azərbaycana təzyiq etməyəcəklərini bildirirlər.
Teref.az yazır ki, bu statusu yazan politoloq Elxan Şahinoğlunun fikirlərinin altında politoloq Turan Rzayev məntiqi bir sual qeyd edib:
Turan Rzayev
Bu həmdə bir sualı aktuallaşdırır. Xarici diplomatlar niyə mütəmadi şəkildə məlumatlandırılmır? Ermənilər yığır diplomatları Laçına gətirir. Biz niyə bunu etmirik?

Teref.az
Ardını oxu...
Ermənilərin "maşın şousu"nu təqib edirik. Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Burada ermənilərlə yanaşı, İranın da əlinin olmasını istisna etmirik.

DİA.AZ bildirir ki, bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım deyib.

O bildirib ki, İranın belə bir fürsəti dəyərləndirməməsi mümkün deyil:

“Bütün hallarda Azərbaycan əleyhinə qışqırtmaların arxasında İran dayanıb. 44 günlük Vətən müharibəsində rejimin Ermənistanın yanında yer alması bizi bu haqda yenidən düşünməyə vadar edir. Güman edirəm ki, sürücülərin əksəriyyəti farslardır. İran rejimi xüsusi yetişdirilmiş adamlarını və ETTELAAT-dan olan şəxsləri sürücü olaraq Xankəndiyə göndərmək istəyər. Çünki bölgədə baş verənləri ətraflı izləmək üçün İran bu fürsəti qaçıran deyil. Odur ki, yayılan xəbərlərin həqiqiliyi heç də şübhə doğurmur. Hətta bir az da irəli gedərək, bunu deyə bilərəm ki, ermənilərdən daha çox İranın TIR-larda göndərdikləri xüsusi agentləri Xankəndiyə daxil olan kimi mütləq bir şəkildə qruplaşmalar yaradaraq, iğtişaşlar törətməyə cəhd edəcəklər.

Məqsədləri bu qarışıqlığı Azərbaycan əleyhinə istifadə etməkdir. Əminliklə deyə bilərəm ki, İran “humanitar şou”nun tərkib hissəsidir. Odur ki, TIR sürücülərinin bir çoxunun erməni deyil, rejimin adamlarından olması istisna edilməməlidir. Hətta bu maşınların birbaşa İrandan yük doldurub gətirdiklərini deyənlər də var. Məntiqlidir. İrana məxsus maşın nömrələrini dəyişib, Ermənistan nişanlı nömrələrin taxılması da mümkündür. İran işğal rejimi hər bir fitnə törətmək iqtidarındadır. Bu xəbərlərin həqiqiliyi də tezliklə ortaya çıxacaq”.

Saleh İldırım qeyd edib ki, İranın bu işdə məqsədi Qarabağ ermənilərinin Azərbaycanla birgə yaşayış prosesinə maneə yaratmaqdır:

“Azərbaycan və türk düşmənliyi İran rejiminin əsas siyasətidir. Bu siyasətə erməniləri də alət ediblər. Deyə bilərəm ki, bölgədə gərginlik yaratmaq, Zəngəzur dəhlizinin açılmasına maneə olmaq, Ermənistan və Azərbaycan arasında sülh prosesini ləngitmək İranın əsas hədəfidir. İran rejimi Azərbaycan əleyhinə bütün imkanları istifadə etməkdən çəkinmir”.


Ardını oxu...
Xankəndidə yaşayan separatçı bloger Artur Osipyan Rusiya sülhməramlılarının komandanı Aleksandr Lentsova məktəb yazaraq ondan dırnaqarası humanitar böhrana etiraz edən bir qrup nümayişçini müşayiət etməklərini xahiş edib.

"DogruXeber.az" xəbər verir ki, maraqlısı budur ki, o, fikrindən daşınaraq avqustun 10-da videomüraciət edərək separatçı rejimnən Qarabağda insanların aclıqdan ölməsi yalanını dayandırmağı, uşaqların səfil və acınacaqlı vəziyyətdə fotolarını paylaşmaqdan əl çəkmələrini tələb edib:

“Yalan danışıb, özümüzü biabır etməyək”.

Daha ətraflı Baku TV-nin süjetində:

Ardını oxu...
“Paşinyan təhlükəli oyun oynayır. Əlbəttə, bu, öz oyunu deyil, onu oynadanlar var. Dövlət rəhbəri olaraq heç vaxt müstəqil olmayıb, kənardan gələn sifarişləri yerinə yetirib. Paşinyan onu iqtidara gətirən dairələrə, qüvvələrə xidmət edir”.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

Ekspert qeyd edib ki, təhlükə altında təkcə Paşinyan yox, onunla birgə erməni xalqının gələcəyidir:

“Erməni xalqı döyüşlərdə öz övladlarını itirdi. Yəni bu məsələni danışıq yolu ilə həll etmək olardı. Cənab Prezident İlham Əliyev dəfələrlə onlara müraciət edərək konstruktivliyə, danışıqlara çağırıb. Paşinyan dövlət rəhbəri olsa da, düzgün qərar qəbul etmədi və yaxud da etməyə qoymadılar”.

Şair Ramaldanova görə, danışıqlar zamanı normal qərara gəlinməsə, Azərbaycan güc variantına əl atacaq:

“Siyasətdə hədəflərə nail olmaq üçün bəzən güc variantından istifadə etmək lazımdır. Tarixdə bu təcrübə var, 44 günlük Vətən Müharibəsi də buna bir sübutdur. Onlar bizim xarici işlər naziri ilə bir masa arxasında əyləşib danışanda Azərbaycan dövlətinin gücünü, şöhrətini, yumruğumuzu başlarının üstündə hiss edirlər.
Müharibə məsələsini dilə gətirənlər olur. Müharibə çox geniş anlamdır. Azərbaycan maraqlarını, sərhədlərini qorumaq üçün hansısa vəziyyətə görə adekvat cavab, təxribatın qarşısını almaq üçün tədbirlər görür. Laçın yolu və ya digər istiqamətlər olsun, ölkəmizin maraqlarına təhlükə varsa, orada Azərbaycan dövləti ordusu ilə qarşılarına çıxacaq”.
 

Ardını oxu...


Azərbaycan Ermənistanı növbəti dəfə ağır məğlubiyyətə uğratdı, rəsmi İrəvan geri çəkildi, Bakıya məlumat verdi... Rəsmi Bakı İrəvanın müraciətini geri çevirdi, beynəlxalq hüquqa bağlı şərtləri ön plana çıxartdı, Azərbaycanın mövqeyi dəyişməzdir...
Ermənistan daxili xaosa doğru sürüklənir. Paşinyan hakimiyyətinin son vaxtlar buraxdığı kobud səhvlər rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Üstəlik, rəsmi İrəvanın kobud səhvlərindən indi Kreml və Rusiyaya bağlı erməni radikal-revanşistlər də istifadə etməyə çalışırlar. Yəni, Paşinyan hakimiyyəti faktiki olaraq, "çarpaz atəş" altında qalıb. Və rəsmi İrəvanın belə vəziyyətdə daxili siyasət məkanında sərt addımlar atmaq məcburiyyəti artıq şübhə doğurmur.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Azərbaycana qarşı "humanitar yük" təxribatına başlayarkən, bu avantüranın son nəticəsini dəqiq hesablamağı bacarmayıb. Əslində, belə yalnız avantüra və manipulyasiyalara bağlı təxribatlar ənənəvi "erməni zehniyyəti"nə tamamilə uyğun davranışlardır. Halbuki, erməni siyasi düşüncəsi belə avantüraların dövrünün uzaq keçmişdə qalması ilə hələ də barışa bilmir. Və bu səbəbdən də, erməni toplumu ardıcıl olaraq, öz sərsəm xəyallarının bumerang zərbələrinə məruz qalır.

Paşinyan hakimiyyəti indi nə edəcəyini demək olar ki, bilmir. Çünki rəsmi Bakıdan icazəsiz göndərilmiş "humanitar yük" Azərbaycanla sərhəddə yığılıb, qalıb. Onun Laçın postundan keçirilməsinin mümkün olmayacağı qətiyyən şübhə doğurmur. Rəsmi Bakı çevik və prinsipial manevrlə Paşinyan hakimiyyətinin təxribatını Ermənistanın əleyhinə çevirməyi bacarıb.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)Məsələ ondadır ki, rəsmi Bakı "humanitar yük"ün beynəlxalq hüquq normaları çərçivəsində prosedurların icrası ilə Ağdam-Xankəndi yolundan daşınmasını təklif edib. Yəni, rəsmi Bakı Laçın yolundan nəzarətsiz istifadə planı quran Paşinyan hakimiyyətinə "bunu unudun" mesajı verib. Laçın yolunu yenidən hərbi məqsədlərlə istifadə olunan "dəhlizə" çevirmək mümkün olmayacaq. Və indi rəsmi İrəvan Laçın yolunu həmişəlik unudub, Azərbaycanın birbaşa marağında olan Ağdam-Xabkəndi marşrutunu qəbul etmək məcburiyyətində qalıb.

Əks halda, Paşinyan hakimiyyəti "humanitar yük" yenidən İrəvana qartarmalı olacaq. Çünki rəsmi Bakı öz prinsipial və qətiyyətli mövqeyi ilə Paşinyan hakimiyyətinə başqa çıxış yolu buraxmayıb. Böyük strateji məğlubiyyətlə "geri dönüş" Paşinyan hakimiyyətinə ağır daxili siyasi hücum vəd edir. Halbuki, Ermənistan cəmiyyətində sosial dayaqlarını sürətlə itirməkdə olan Paşinyan hakimiyyəti üçün indiki situasiyada belə hücumlara tab gətirmək qətiyyən asan olmayacaq.

Deməli, rəsmi İrəvan üçün tək bir variant qalmış kimi görünür. Yəni, "humanitar yük"ün İrəvana qaytarılması məcburiyyətindən yayınmaq üçün rəsmi İrəvan mütləq Azərbaycanın təklifini qəbul etməlidir. Düzdür, bu halda da Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində sərt ittihamlar ilə üzləşəcəyi qətiyyən şübhə doğurmur.

Ancaq bu, Paşinyan hakimiyyətinin seçə biləcəyi iki uğursuz variant arasında daha məqbul olanıdır. Çünki bu variant rəsmi İrəvana ittihamları "humanitar yük"lərin ünvana çatdırılması barədə arqumentlərlə cavab vermək şansı da verir. Halbuki, ümumi anlamda hər iki variantda yeganə qalib statusu məhz Azərbaycan tərəfinə məxsus olacaq.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)Məsələ ondadır ki, rəsmi Bakı öz siyasi iradəsini Ermənistana qəbul etdirəcək. "Laçın dəhlizi" xəyalı birdəfəlik sona çatacaq. Rəsmi Bakının planlaşdırdığı kimi, bütün yüklər Laçın yolu ilə deyil, məhz ciddi yoxlama və nəzarət şərtilə Ağdam-Xankəndi marşrutuyla daşınacaq. Və bununla da Qarabağın erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası qarşısında olan daha bir əngəl aradan qaldırılacaq.

Göründüyü kimi, Ermənistanın təxribatları iflasa uğraması üzrədir. Rəsmi İrəvan bundan sonra Azərbaycanın geopolitik iradəsi qarşısında acizdir. Rəsmi Bakı şərtləri müəyyən edir, Ermənistan isə onların icrasına məhkum durumdadır. Və bunun real əlamətləri də artıq açıq-aşkar müşahidə olunmağa başlayıb.

Maraqlıdır ki, Ermənistan mətbuatında rəsmi İrəvanın Azərbaycana müraciət etdiyi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, Paşinyan hakimiyyəti rəsmi Bakıdan "humanitar yük"ün Azərbaycan ərazisinə keçirilməsi üçün icazə istəyib. Üstəlik, "humanitar yük"lər barədə rəsmi Bakıya detallı məlumatlar da verildiyi bildirilir. Və bu, Ermənistanın rəsmi Bakının siyasi iradəsi qarşısında təslim olmaq üzrə olduğunu iddia etməyə əsas verir.

Ancaq rəsmi Bakının Paşinyan hakimiyyətinin icazə müraciətinə müsbət cavab verəcəyi qətiyyən inandırıcı deyil. Düzdür, bu icazə müraciəti rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı suveren hüquqlarını növbəti dəfə etiraf etməsi anlamı daşıyır. Yəni, rəsmi İrəvan etiraf edir ki, Laçın yolu da, Qarabağ regionun da Azərbaycan ərazisidir. Və bu regionla bağlı nə Ermənistan, nə də Rusiya rəsmi Bakının icazəsi olmadan hər hansı addım ata bilməz.

02963ab6-df35-492d-a9e8-f160c6dfe70d.jpg (251 KB)Məsələnin ən önəmli tərəfi də məhz bu məqamda gizlənir. Belə ki, rəsmi İrəvan belə məzmunlu müraciət ilə Azərbaycandan icazə almaq şansına sahib deyil. Çünki Paşinyan hakimiyyəti "humanitar yük"ün rus sülhməramlıların müşayiəti ilə məhz Laçın yolu üzərindən daşınması üçün rəsmi Bakıdan icazə istəyib. Halbuki, bunun mümkün olmayacağını rəsmi Bakı Ermənistanın icazə müraciətindən xeyli əvvəl bildirib.

Məsələ ondadır ki, rəsmi Bakı "humanitar yük"lərin Laçın yolu ilə deyil, məhz Ağdam-Xankəndi marşrutuyla daşınması barədə prinsipial mövqeyini dəyişmək niyyətində deyil. Belə ki, "humanitar yük"lər əvvəlcə Azərbaycan sərhədçiləri və gömrükçüləri tərəfindən yoxlanılmalıdır. Yalnız bundan sonra isə Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni azlığına çatdırıla bilər. Üstəlik, bu prosesdə rus sülhməramlıların iştirakına da artıq qətiyyən ehtiyac yoxdur. Və prosesi Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələri təmin etmək imkanındadır.

Göründüyü kimi, rəsmi İrəvan hansı avantüraya əl atsa da, Ermənistanın "humanitar təxribat"ının baş tutması mümkün deyil. Şərtləri məhz rəsmi Bakı müəyyən edir. Ermənistan isə yalnız Azərbaycanın müəyyən etdiyi qaydalara riayət etmək məcburiyyətindədir. Çünki beynəlxalq hüquq normaları məhz bu reallığı dəstəkləyir.(musavat.com)

Dünyapress TV

Xəbər lenti