Ardını oxu...
DİA.AZ: - Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar.

DİA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

"Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - Prezident İlham Əliyev bildirib.

"Əliyevin “Euronews” telekanalına müsahibəsində Qarabağdakı erməni əhalisinə müraciəti Bakının rəsmi proqramı hesab edilə bilər". DİA.AZ bildirir ki, bunu isə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Ekspert daha sonra deyib: "Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərə təhsil, mədəniyyət, dini hüquqlar veriləcək, təhlükəsizlikləri təmin olunacaq.

Və yerli idarəetmə kimi də bələdiyyələri ola bilər. Azərbaycanda bələdiyyələrin hansı funksiyanı yerinə yetirdiyi məlumdur".
 
Ardını oxu...
Dərhal Azərbaycana dəymiş zərərin ödənilməsinin Ermənistandan tələb edilməsi mərhələsinə başlanılmalıdır.

Modern.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Onun yerli və xarici mənbələrdə olan datalar əsasında apardığı hesablamalara görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon dolları ( + 100 milyard dollar) keçib.

"Azərbaycan vaxt itirmədən təzminatın ödənilməsini beynəlxalq təcrübəyə əsasən tələb etməlidir. Həm də təkcə Ermənistandan deyil, ona havadarlıq edənlərdən istəməlidir. Əgər bu dövləti və milləti (millət demək olarsa) belə çox sevirlərsə, onda vurduğu zərərə də sahib çıxmalıdırlar. Çünki bir it kiməsə zərər vuranda, zərəri itin sahibi ödəyir", - iqtisadçı deyib.

Ekspert zərər ödənilmədiyi halda torpaq tələbi irəli sürülməsinin tərəfdarı olduğunu vurğulayıb:

"Əgər zərəri ödəməyə imkan yoxdursa, əvəzini torpaqla ödəsinlər. Rusiya pula görə Alyaskanı Amerikaya satdığı kimi. Situasiya fərqli olsa da, ölkənin ölkəyə torpaqsatma təcrübəsi mövcuddur. Arazdan şimala doğru Azərbaycana versinlər. Həm də Erməninstanda olan torpaq qiymətinə yox, Parisdə olan qiymətlərlə də sata bilərlər. Çünki 1 trilyon dollara 10 Ermənistan almaq olar. Yazdıqlarım qeyri-mümkün görünə bilər. Amma Azərbaycan bütün istiqamətlərdə hücum diplomatiyasını tətbiq etməlidir. Təbii ki, Ermənistanın nə o qədər pulu yoxdur, nə yiyəsi. Amma proses beynəlxalq səviyyədə başlanılmalı və bütün mümkün təzyiqlər işə salınmalıdır ki, Ermənistan Azərbaycanın bugünkü sülh şərtlərinə "şükür" desin".

Ardını oxu...
Erməni quldurlarından biri Samvel Babayan özü kimi cani Vaqif Xaçatryanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanmasına münasibət bildirib.

DİA.AZ Ölkə.Az-a istinadla xəbər verir ki, o, Azərbaycanın həbs edəcəyi şəxslərin siyahısında kimin olub-olması ilə bağlı fikirlərini bildirib.

“Bilirəm ki, həmin siyahıda mən də varam (gülümsəyir). Amma kimlər orada yer alıb, onu dəqiq deyə bilmərəm”, - o bildirib.

Beləliklə, Samvel Babayan dəqiq bilir ki, o da Azərbaycanın hüquq-mühafizə orqanlarının Birinci Qarabağ müharibəsi zamanı dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə görə Qarabağ müharibəsi cinayətkarları siyahısındadır. Onun sürücüsü Vaqif Xaçaturyan artıq həbs edilib.
 

Ardını oxu...
Qarabağdakı separatçıların nümayəndəsi, habelə Rusiyanın bölgədəki kuklası Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edib. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Vardanyan Facebookdakı statusunda Paşinyanı “arvadını bunkerdə gizlədən baş nazir” olaraq təqdim edib.

O deyib ki, Ermənistanın baş naziri mətbuat konfransı zamanı Qarabağı nə qədər bəyənmədiyini dilə gətirib. “Onun Qarabağda baş verənlərdən necə məyus və ya üzüldüyü barədə danışmağa haqqı yoxdur. İndiki vəziyyətdə bu vəziyyətdə bu qəbuledilməzdir”.

O iddia edib ki, Qarabağdakı ermənilər təhlükə altındadır. “Biz təhlükə altındayıq və əgər siz Ermənistanın baş nazirisinizsə, o da Qarabağa cavabdehdirsə, Qarabağda ermənilərin qalması üçün birlikdə mübarizə aparmaq üçün mümkün olan hər şeyi etməlisiniz. Demək olmaz: Qarabağı təhvil verək, çünki başqa variant yoxdur. Bunlar liderin sözləri deyil. Düz etmirsiniz, cənab baş nazir. Deyəndə ki, Xankəndidə adam yox idi, yalan danışmısız. Çünki Xankəndidə qadınlar da, kişilər də qalıb. Əgər arvadınız bunkerdən çıxsaydı, Xankəndidə nə qədər qadın qaldığından xəbəri olardı. Siz Qarabağa cavabdehsiz, bunu başqalarının boynuna atmayın”.

P.S. Qeyd edək ki, Azərbaycanın düşünülmüş və məqəsədyönlü addımları Qarabağdakı erməni separatçılarını çıxılmaz vəziyyətə salıb. Onlar “humanitar böhran” bəhanəsini ortaya atmaqla vəziyyətdən çıxmağa çalışsalar da, heç bir nəticə əldə edə bilmirlər. Ona görə də, haray-həşir salaraq, dünyanın diqqətini özlərinə çəkməyə çalışırlar. Lakin bu da nəticə vermir. İndi isə canlarını qurtarmaq üçün yol axtarırlar. Xüsusən də Meşəli kəndində 14 nəfəri qətlə yetirən Vaqif Xaçaturyanın həbs edilməsi kürklərinə birə salıb.

Rusiyanın kuklası Ruben Vardanyan da “biz təhlükə altındayıq” deməklə, əslində, Qarabağdakı erməniləri deyil, özünü və tərəfdarlarını diqqət mərkəzinə çəkib. Çünki o, vaxtında Qarabağı tərk etməsə Xaçaturyanın aqibətini yaşayacağını yaxşı bilir.
 

Ardını oxu...
     

 "Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır".

Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tviter səhifəsində yazıb. O, Ermənistan XİN sözçüsü Ani Badalyanın bəyanatına cavab olaraq bildirib ki, 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.

“Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa istinad edən Ermənistan XİN-in sözçüsü xəbərsizdir ki, Laçın keçid məntəqəsi Azərbaycanın suveren ərazisindədir və onun legitimliyini heç kim sorğulaya bilməz”, - deyə Hacızadə bildirib

Ardını oxu...
“Erməniçiliyin bu aydın görünən niyyətlərinin qarşısını almalıyıq, heç bir provokasiyaya uymadan, səbir və təmkinlə. Beynəlxalq müstəvidə də təbliğat fəaliyyətimizi gücləndirmək şərti ilə...”

Azərbaycan regionda əmin-amanlıq, sabitlik, Qarabağda nizamlı və qanunlar çərçivəsində yaşayış üçün lazım və vacib olan bütün addımları atır. Təbii ki, bu işlər sırasında sərhədlərin möhkəmləndirilməsi, bütün məntəqələrdən keçidin Azərbaycan Konstitusiyasına və beynəlxalq normalara uyğunlaşdırılması üçün – başqa sözlə, təhlükəsizliyin təmini üçün atılan addımlar da var.

Postmüharibə dövründə sülhməramlılar təhlükəsizliklə bağlı öz üzərinə düşən vəzifələri icra etmədiyinə görə, Azərbaycan bu işi də özü icra edir. Xüsusilə Laçın yolundan qanunsuz istifadə ilə bağlı ötən ilin dekabrından bəri vətəndaş cəmiyyəti və dövlətimiz mühüm addımlar atır. Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki qanunsuz daşımalar, ekoterrora son qoyulması üçün fəallar bir neçə ay Xankəndi-Laçın-Gorus yolunda davamlı aksiyalar keçirdilər. Sonda həmin yola nəzarət Azərbaycanın müvafiq qurumlarının nəzarətinə alındı. Ardınca Azərbaycanın Laçın-Gorus arasında sərhəd-keçid məntəqəsi yaradıldı. Məsələnin qısa məğzi budur: Qarabağdakı erməni əhali ilə bağlı məsələlərin həlli, təhlükəsizlik tədbirləri Azərbaycanın daxili işidir, sərhədlərimizi tam nəzarətə almaq də Konstitusiyamızın və beynəlxalq normaların, qaydaların birmənalı tələbidir. Yəni hansısa “Laçın dəhlizi”ndən söhbət gedə bilməz. Azərbaycan-Ermənistan usərhədindən keçən hər kəs və hər bir yük rəsmi şəkildə qeydə alınmalıdır. Bunun alternativi yoxdur və ola bilməz. Ancaq son iki gündə Ermənistan həm Avropadakı, həm də Rusiyadakı fitvaçılarının tələbi ilə Gorus istiqamətindən Laçın yolu vasitəsilə 19 TIR-la humanitar yük adı altında Xankəndiyə yük daşımağa cəhd edir. Təbii bu bir şoudur və təəssüf ki, bir sıra Avropa təsisatları, Avropa dövlətləri də bu şouda iştirak edirlər. Fransanın Azərbaycandakı səfiri isə əndazəni ənənəvi olaraq tam aşaraq, deyib ki, Bakı Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına təminat verməyə borcludur. Bu nadanlıqdan başqa bir şey deyil! Faktiki olaraq Fransa Azərbaycandan sərhədlərini nəzarətsiz buraxmağı tələb edir! Qanuni yol var, Ağdam-Xankəndi yolu, oradan humanitar yüklərin daşınması üçün bütün şərait var. Eyni zamanda Ermənistan qarşısında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya yaratmaqla bağlı 10 Noyabr Bəyanatında götürdüyü öhdəliyə əməl etmək tələbi qoyulmalıdır...

Ermənilərin və havadarlarının TIR şousu ilə bağlı Azərbaycanın mövqeyi qətidir. “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra tviterdəki paylaşımında bildirib. H.Hacıyev qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar: “Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib. Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!”...

Beynəlxalq təşkilatlar, ermənilərə canı yananlar əslində, onları anlatmalıdır ki, Azərbaycan davranışlarında tam haqlıdır. Ancaq 26 və 27 iyulda biz şahidi olduq ki, Aİ missiyası, bəzi qərəzli təşkilatlar və dövlətlər anormal çağırışlar edilər. Bununla da separatçı rejimi təxribatlara sövq edirlər. Məqsəd nədir? Bölgədə sabitliyə imkan verməmək üçün hər cür oyunları quranlar bununla nəyə nail olmaq istəyir? Burada bir məqam da sezilir ki, təxribatların arxasında hazırda aparılan sülh və reinteqrasiya danışıqlarını pozmaq məqsədi dayanır. Brüsseldə verilən bəzi nikbin bəyanatlardan sonra Rusiyada baş tutan XİN başçılarının nəticəsiz görüşündən dərhal sonra TIR şousu təsadüfi deyil və sonda erməniləri silahlı müqavimətə də sövq edə bilərlər.

DİA.AZ-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, TIR şousuna görə Ermənistan qədər onun havadarları da məsuliyyət daşıyır: “Ermənistan rəsmilərinin açıqlamaları da göstərir ki, onlar uzun müddətdir bu şouya hazırlaşırlar. Eyni zamanda Fransanın və bir sıra dövlətlərin bəyanatı göstərir ki, onlar da bölgədə gərginliyin yaranmasında maraqlıdırlar. Hər kəsə məlumdur ki, Qarabağ Azərbaycan ərazisidir. Azərbaycanın razılığı olmadan heç kim bu ərazilərə daxil ola bilməz. Eyni zamanda bu təxribatlar bölgədə heç nəyi dəyişə bilməz”.

Ceyhun Məmmədov əlavə etdi ki, erməni revanşçıları dəstəkləyənlər bölgədə gərginlik yaratmaq əvəzinə sülhün gəlməsinə töhfə verməlidirlər: “Azərbaycanın suveren ərazisinə qarşı ən kiçik təxribatın belə qarşısı qətiyyətlə alınacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov əvvəlki yazılarına və çıxışlarına istinad edərək bir xatırlatmasını bölüşdü: “Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra Azərbaycanla yenidən müharibəyə başlamağın onlar üçün nə dərəcədə ağır nəticə verəcəyini bilir və bu səbəbdən müharibəni ayrı cəbhələrə keçirib. İlk növbədə informasiya müharibəsini bütün cəbhəboyu genişləndirib, ikincisi, Azərbaycana qarşı beynəlxalq hüquq müstəvisində dava açıb. Hər iki istiqamət üzrə fəallaşmaqda davam edirlər”.

S.Məmmədov qeyd etdi ki, son günlər səhnələşdirilən siyasi tamaşa səbəbsiz deyil: “Qarabağdakı cinayətkar və oyuncaq rejimin son günlərdə təşkil etdiyi aksiyalar, o cümlədən guya ermənilər yaşayan ərazilərdə humanitar fəlakətin olması ilə bağlı yaydıqları bəyanatlar, mağazaların guya boş olmasını nümayiş etdirən şəkillər, həmçinin Ermənistanda dəstək aksiyaları və nəhayət, ”TIR aksiyası"nın da məqsədləri aydındır. Birincisi, informasiya müharibəsində üstünlüyü əldə etmək və bütün dünyaya Azərbaycanın “xristian ermənilərə qarşı soyqırım törətməsini” “sübut etmək” və maksimum beynəlxalq həmrəyliyə nail olmaq, ikincisi isə Ermənistanın beynəlxalq hüquq müstəvisində başladığı, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsində başlatdığı məhkəmə çəkişməsində üstünlüyü ələ almaqla iddialarınının ən azı qismən də olsa, təmin olunmasına nail olmaq".

STM rəsmisi bildirdi ki, Ermənistan özü təpədən-dırnağa qədər irqçi bir dövlət olsa da, Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət verib: “Ermənistanın və Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi şikayətləri BMT-nin ”İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya" ilə bağlıdır. İddialar həmin Konvensiyanın 22-ci maddəsinə istinad edərək verilib. Bu baxımdan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən veriləcək istənilən qərar tərəflər üçün hüquqi qüvvəyə malik olacaq. İndi də onun üçün “sübutlar” toplamaqla məşğuldur. Bütün bu şouların, aksiyaların arxasında qlobal informasiya məkanında hay-küy salmaq və beynəlxalq hüquq müstəvisində üstünlüyü ələ almaq niyyəti durur. Laçın yolundakı provokasiyalar da buna hesablanır. Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindəki şikayətə mahiyyəti üzrə baxılana qədər artıq müvəqqəti və təxirəsalınmaz tədbirlərlə bağlı vəsatətlər verib və onlardan sonuncusu rədd edilsə də, əvvəlkində Laçın yolundan sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin maneəsiz keçidinə şəraitin yaradılması tələbi qoyulub. Ermənistan bu aksiyaları ilə Azərbaycan tərəfindən BƏM-in qərarının “icra olunmadığı” görünütüsünü yaratmaq istəyir, halbuki yol açıqdır və ermənilər də ordan sərbəst istifadə edə bilir".

S.Məmmədov əlavə etdi ki, həmçinin Azərbaycan dövləti daha əlverişli variantlar təklif edir və bu təklif prinsipcə Brüssel görüşündə bəyənilmişdi: “Amma bu, erməniçiliyi təmin etmir. Onların son məqsədlərindən birini Ermənistan Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi olmuş Alvina Gülümyan yerli erməni mətbuatına açıqlayıb. Hakim qeyd edib ki, ”Hər şey təkcə Azərbaycandan deyil, həm də Ermənistandan asılıdır. Azərbaycan tələbi yerinə yetirməzsə, nəticəsi zədələnmiş beynəlxalq reputasiya ola bilər. Lakin məsələ davamlı olaraq qaldırılmalıdır, əks halda, beynəlxalq ictimaiyyət bunu sadəcə unudacaq. Ancaq bu barədə davamlı olaraq məsələ qaldırsaq, bu, Azərbaycanın beynəlxalq reputasiyasına ciddi zərbə olacaq. İkinci varianta görə, bu qərar daha uzaq məqsəd üçün - “artsax məsələsi”ndə istifadə edilə bilər. Və daha çətin olan üçüncü seçim, məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi və lazımi qətnamənin qəbulu və sanksiyaların tətbiqinə nail olmaqdır. Bu da mümkündür və biz buna nail olmalıyıq". Beləliklə, erməniçiliyin məqsədləri kifayət qədər aydındır. Erməni “həqiqətləri”nin, o cümlədən sonuncu “TIR şousu”nun dünyaya geniş şəkildə təqdim edilməsi üçün Avropa İttifaqının missiyası adlanan qrup lap dəridən-qabıqdan çıxır. Onlar müxtəlif ölkələrdən gətirdikləri muzdlu jurnalistləri və “insan hüquqları müdafiəçilərini” də vizual müşahidə üçün çağırıblar. Bundan əvvəl isə Ermənistan Laçın yolu ilə bağlı bir sıra beynəlxalq təşkilatların o cümlədən Aİ parlamentiniun yalan dolu bəyanatlarını və qətnamələrini əldə edə bilib. İstənilən halda erməniçiliyin məqsədləri aydındır. Amma biz də erməniçiliyin bu aydın görünən niyyətlərinin qarşısını almalıyıq, heç bir provokasiyaya uymadan, səbr və təmkinlə. Beynəlxalq müstəvidə də təbliğat fəaliyyətimizi gücləndirmək şərti ilə..."

Yazı çapa hazırlanarkən Ermənistan və havadarları “TIR şousu”nu davam etdirirdilər. Azərbaycan XİN Fransanın da qərəzli mövqeyinə sərt cavab verib, eyni zamanda Ermənistanın qanunsuz addımları, təxribatları, o cümlədən Laçındakı sərhəd postumuzu atəşə tutması kimi faktları xatırladıb. Amma bütün bunları görməzdən, eşitməzdən gəlir erməni felinə düşənlər.
 
Ardını oxu...
Erməni mediası səfirlik nümayəndələrini hayların Qərbi Zəngəzurun Gorunzur(“Kornidzor”) kəndi yaxınlığında “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətindəki humanitar(?) TIR karvanı şousunu müşahidə etmək üçün göndərmiş xarici ölkələrin siyahısının təqdim edib.

DİA.AZ Moderator.az-a istinadən xəbər verir ki, “Aravot” nəşrinin məlumatına görə, diplomatik nümayəndələrini Ermənistan-Azərbaycan sərhədinə yollamış 17 ölkənin siyahısı belədir:

1. Serbiya
2. İsveçrə
3. Böyük Britaniya
4. Belarus
5. İran
6. Bolqarıstan
7. Rusiya Federasiyası
8. ABŞ
9. Litva
10. Polşa
11. İraq
12. Ukrayna
13. Fransa
14. Hindistan
15. Rumıniya
16. İtaliya
17. İspaniya.
Ardını oxu...
Ermənilərin son həftədə başlatdıqları “əzabkeş millət”, “humanitar fəlakət” təzyiq- təbliğat kampaniyası yalnız təxribat xarakterli yükün Laçın yolunda qalması hay-küyü ilə bitmir. Diqqət çəkən tələb-təbliğat şoularından biri də erməni “qaçqınları” adı altında bir neçə təşkilatın RF XİN rəhbəri Sergey Lavrovun Moskva görüşündə söylədiklərinə etiraz bildirmələri və paralel olaraq geri dönməklə bağlı BMT-yə müraciət ünvanlamalarıdır. “Qaçqınlar” sözünün dırnaq arasında yazılması qəribə gəlməsin, çünki müraciət edən beş təşkilatın üçü Şuşa, Kəlbəcər, Laçın qaçqınlarının adından imzalanıb. Hadrut qaçqınlarını başa düşmək olar, amma işğaldan sonra azərbaycanlıların yaşadığı yerlərdə məskunlaşdırılmış Livan, Suriya erməniləri haranın qaçqınları sayılırlar?..

Lavrova etiraz edən ermənilər Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlarla Azərbaycandan çıxarılan erməniləri eyniləşdirməyin səhv olduğunu bildirirlər. Guya Ermənistandan çıxan azərbaycanlıları ermənilər gül-çiçəklə, göz yaşları ilə yola salıblar, Azərbaycandan isə erməniləri zorla, “qətliam” törədərək çıxarıblar. Ermənistandan Azərbaycan türklərinin necə çıxarıldığı bizlərə yaxşı məlumdur, ona görə də təkrar yazmağa ehtiyac yoxdur, sadəcə, ən azı Quqarkda azərbaycanlıları borulara doldurub, sonra da borunun ağzının qaynaqlanmasını xatırlatmaq kifayətdir...

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edən ermənilər 10 noyabr 2020-ci il bəyanatının yeddinci maddəsini xatırladıb, bu razılaşmanın əsasında geri qayıtmalarına şərait yaradılmasını israr edirlər. Olsun! Bu maddə yalnız ermənilərə şamil olunmur, həm də keçmiş Dağlıq Qarabağda yaşamış azərbaycanlıların da doğma yurdlarına qayıtması nəzərdə tutulur. Bizsə az deyilik. Azərbaycanlıların yaşadığı Şuşanın 36 kəndi, bir qəsəbəsi, hazırda Tərtər rayonuna aid olan keşmiş Ağdərənin 14, Xocavəndin, Əsgəranın, Hadrutun birlikdə 12 kəndinin, Ağdamın azı 8, Kəlbəcərin azı 23 kəndinin qaçqınları da geri dönməlidirlər. Amma, bundan ötrü Azərbaycan tərəfi kiməsə məktub yazmalı deyil, bu işi özümüz görməliyik. Şuşa-Xankəndi yolunda 93 kəndin qaçqınlarının aksiyasını təşkil etmək indiki mərhələdə düşmənin şou-təbliğatına zərbə olar...

İlk növbədə təhlükəsizlik məsələsi həll olunmalı, bu məqsədlə erməni silahlı qüvvələri çıxarılmalı, sonra qaçqınlarımız yerləşməlidir və bu işi 2025-ci ilədək görməliyik. Hadrutdan olan erməni qaçqınlar da geriyə- Azərbaycan dövlətinin nəzarət etdiyi Hadrut rayonuna qayıtmaq istəsələr, qayıdarlar...

Erməni təxribat-təbliğatının indiki vaxtlarında müdafiə mövqeyində durmaq, erməni yalanlarını təkzib etmək.., yetərli deyil, əks diplomatik hücuma keçib, qaçqınlarımızın qayıtması məsələsini gündəmə gətirməliyik. Bununla da erməni təbliğatına tutarlı cavab verər, xüsusilə əzbərlədikləri “etnik təmizləmə” şüarının birbaşa onlara aid olduğunu da dünyaya bir daha sübut etmiş oluruq...

Moderator.az-ın analitik qrupu
Ardını oxu...
Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və salahiyyəti mövcuddur.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı bəyanatına münasibətdində bildirilib.

Qeyd olunub ki, bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb. Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb və yalnız bir gün ərzində, 27 iyul tarixində Laçın sərhəd buraxılış məntəqəsindən 34 nəfər şəxsin 7 nəqliyyat vasitəsilə keçidi təmin olunub. Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə “Ağdam-Xankəndi” daxil olmaqla, alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir.
Ardını oxu...
Ermənistanın ötən gün səhər saatlarında Azərbaycana qarşı növbəti “humanitar şou”ya başladığı günün əvvəlində aydın oldu – Hökumət evinin yanında sıralanan yük maşınlarına yüklənən “zəruri ərzaq mallarına” baxmaq üçün səfirliklərin nümayəndələri dəvət olunduqda.

Bunun ardınca isə mübahisəli, bir-birini təkzib edən xəbərlər sıralandı:

1. Hökumət evinin yaxınlığına xarici ölkə səfirlərinin dəvət edildiyi bildirildi. Məqsəd yüklərə sэfirlərin də baxması, burada yalnız ərzaq olduğunu öz gözləri ilə görməsi idi.

Yalnız Rusiya səfirliyinin hümayəndəsinin yüklərə baxış keçirdiyi haqda məlumat yayıldı. Digər heç bir ölkənin səfiri və yaxud səfirlik nümayəndəsinin yüklərə baxdığını təsdiqləyən xəbər, foto, video yoxdur;

2. İrəvanda Hökumət evinin yaxınlığında 10 yük maşınının video və fotosu yayıldı. Məhz bu maşınların yük yeri açılmışdı və xarici ölkə səfirliklərinin baxması üçün göstərilirdi.

Az sonra Hökumət evinin yanındakı maşınların sayı 19-a çatdı.

9 yük maşını ora necə əlavə olundu? Səfirliklərə göstərmək üçün onların yük yeri açılmışdımı?

3. Erməni mediası ”humanitar yük”ün 400 ton olduğunu bildirdi. Ancaq qısa müddət sonra Ermənistan Baş naziri Nikol Paşinyan yükün 360 ton olduğunu dedi.

Nikol Paşinyan bu gün hökumətin iclasında göndərilən “humanitar yük”ün 361 ton olduğunu bildirib: Un – 100 ton, makaron – 80 ton, qənd – 60 ton, ət məhsulları – 40 ton, quru süd – 40 ton, duz – 20 ton, uşaq yeməyi – 12 ton, dərman – 9 ton.

a) Əvvəla, niyə hər yerdə 400 ton olduğu bildirilir, yalnız Nikol Paşinyan 360 və 361 tondan danışır? Niyə dəqiqləşdirilmir?

b) Sərhədimizə göndərilən yük maşınları ağırtonnajlı və iriqabaritli “Volvo” TIR-larıdır. Bu şirkət 2019-cu ildə Ermənistanda “Spayk” adıyla fəaliyyətə başlayıb.

“Volvo” irihəcmli TIR-larının yükgötürmə qabiliyyəti 60 tondan başlayır və 100 tona qədər artır. Yəni bu maşınlara 100 ton da yük vurmaq mümkündür, ancaq 60 ton minimumdur.

Hətta minimumla götürsək, 360 ton yükü Xankəndiyə gətirmək üçün cəmi 6 TIR kifayətdir. Yalnız dərmanın çəkisi az, həcminin böyük olduğunu düşünərək, 9 ton dərman üçün bir ayrıca TIR ayrıla bilər ki, bu da maksimum 7 TIR etməlidir.

Belədə, maraqlıdır: 19 TIR-la Xankəndiyə nə daşınır?

– ya daha çox ərzaq gətirilir, amma gizlədilir, həcmi az göstərilir – Paşinyanla digər rəsmilərin fərqli çəki deməsi də bu şübhəyə yol açır;

– ya “səfirlərə göstərmədikləri” gizli yük var – bunun hərbi olması ehtimalı yüksəkdir;

– ya da şounu daha dəbdəbəli, daha irihəcmli göstərməyə xidmət edirlər: 6-7 yük maşını ilə 19 yük maşınının “göstərişi” fərqli effekt verir.

4. Ermənistan rəsmiləri bu “humanitar yardım”ın Xankəndi və ətrafında yaşayan insanların yalnız 1-2 günlük qida ehtiyacını ödəyəcəyini bildirir.

“1-2 günlük qida ehtiyatının ödənilməsi” üçün bu şouya dəyərmi? Bəs, 1-2 gündən sonra nə edəcəksiniz? Niyə “problemin” köklü həlli üçün daha ciddi addımlar atılmır? Məsələn, Ağdamdan istənilən ərzağı almaq bu qədərmi çətindir?

Ağdamdan Xankəndiyə yol 36 km, İrəvandan xankəndiyə isə 323 km-dir. Əgər doğrudan da ərzaq qıtlığı varsa, 36 km-likdən niyə almırlar? Niyə 323 km-likdən ərzaq daşınmalıdır?

5. “Humanitar fəlakət” yaşanırsa, aylardır blokada varsa, heç nə tapılmırsa, Xankəndidə indiyə qədər bircə adam acından ölübmü?

6. Azərbaycan Xankəndidə humanitar böhran olduğuna inanmır. Əgər ciddi narahatlıq varsa, bizim mütəxəssislər vəziyyətlə yerində tanış olmaq üçün Xankəndiyə gedə bilərlər.

Bunun xahiş edə bilərsiniz və Bakı mütəxəssislər göndərə bilər./axar.az/
 

Dünyapress TV

Xəbər lenti